43
qədər yandırılmış əhəng əlavə olunur. Əvvəlcə silisium və manqan, sonra kar-
bon, axırda isə fosfor yanır. Prosesin sonunda oksigensizləşdirmə və karbonlaş-
dırma üçün fer roərintilər əlavə olunur.
Yoxlama üçün suallar:
1. Bessemer və Tomas üsulları ilə polad alınmasının mahiyyəti nədən iba
rətdir?
2. Bessemer konvertorunun quruluşu necədir? O hansı odadavamlı materi-
aldan hörülmüşdür?
3. Konvertora hansı çuqun və nə halında verilir?
4. Bessemer üsulu ilə polad alınması üsulu nə qədər davam edir?
5. Poladın oksigensizləşmə və karbonlaşdırılması necə aparılır?
§ 3. Marten üsulu ilə polad istehsalı
Marten üsulu ilə polad marten sobalarında şixtənı əritmək yolu ilə alınır.Bu
məqsədlə maye və qazvari yanacaqdan istifadə olunur. Şixtənın tərkibindən
asılı olaraq aşağıdakı proseslər bir birindən fərqlənir: skrapproses, filiz prosesi
və skrapfiliz prosesi. Skrapprosesdə şixta metal qırıntılarından (75%ə qədər),
çeşka şəklində təkrar emal çuqunundan ibarət olur. Bu proses polad qırıntıları-
nın olduğu yerlərdə: maşınqayırma zavodlarında, yaxınlığında dəmir filizi
olmayan rayonlarda tətbiq edilir.
Filiz prosesində marten sobasına maye çuqun doldurulur və 2025% dəmir
filizi əlavə olunur. Oksigen karbonla birləşərək dəm qazı əmələ gətirilir ki, bu da
tüstü qazları ilə birlikdə xaric olunur. Filiz prosesi maye çuqun olan yerlərdə –
böyük metallurgiya zavodlarında tətbiq edilir. Skrabfiliz prosesinin tətbiqi geniş
yayılmışdır. Bu halda şixtənın bərk hissəsi dəmir filizindən və metal qırıntıla-
rından ibarət olur. Şixtənın 5080%ni maye çuqun təşkil edir. Marten prosesi
əsas və turş ola bilir. Birinci halda odadavamlı materialların tərkibində əsas
oksidlər CaO, MgO üstünlük təşkil edir. Əsas prosesdə posa başlıca olaraq əsas
oksidlərdən ibarət olur. Marten sobasının əsas xarakteristikası onun tutumudur,
bir əritmə prosesində əridilən metalın miqdarıdır. Marten sobaları müxtəlif
ölçülərdə (həcmi 50 tdan 500 ta qədər) tikilir. Hazırda həcmi 900 t olan soba-
lar işlədilməkdədir. Marten sobalarının məhsuldarlığı sutka ərzində ocaq dibi-
nin 1mdən götürülən poladın miqdarı ilə xarakterizə olunur. Marten polad
istehsalı üsulunun üstünlüyü verilmiş kimyəvi tərkibdə key fiy yətli bircinsli
metal, eləcə də karbonlu və legirlənmiş polad alınmasının mümkün olmasıdır.
Kükürdü və fosforu tərkibdən tamamilə xaric etməyin qeyrimümkünlüyü, yan
ma məhsullarının əridilmiş metal ilə görüşməsi nəticəsində poladın tər ki binə
qaz daxil olması həmin üsulun qüsurlu cəhətləridir.
44
Yoxlama üçün suallar:
1. Marten üsulu ilə polad alınmasının xüsusiyyəti nədən ibarətdir? Bu üsulun
növləri hansılardır?
2. Nə ücün Marten poladının keyfiyyəti Bessemer üsulu ilə alınan poladın
keyfiyyətindən yüksəkdir?
§4. Elektrik sobalarında polad istehsalı
Şəkil 16. Elektrik sobaları
Konvertorlarda və marten sobalarında proses oksidləşdirici mühitdə getdiyi
üçün poladın tərkibində onun mexaniki xassələrini pisləşdirən müəyyən qədər
dəmir oksidləri və qazlar həll olunur. Yüksək keyfiyyətli polad əldə etmək üçün
alovlu sobalara nisbətən daha yüksək temperatur (3000°Cyə qədər) yarada
bilən elektrik sobalarından istifadə olunur. Bu isə zərərli qatqı olan kükürd və
fosforu yaxşı xaric etməyə imkan verir. Elektrik əritməsində sobaya hava ver
mək tələb olunmur, sobanın oksid ləş
dirmə qabiliyyəti aşağıdır, dəmir oksi-
dinin miqdarı azdır. Polad əridil məsi
üçün istifadə edilən elektrik sobaları
qövs, induksion və müqavimət tipli
sobalara ayrılır. Qövs elektrik sobası
(şəkil 16, a) içəridən odadavamlı kər
piclə hörülmüş, xaricdən isə sət hinə
polad örtük çəkil mişdir. Sobanın tağ
şəkilli tavanında kömür və qrafitdən
ibarət elektrodlar (1) yerləşir. Sobanın
ön hissə sində prosesə nəzarət etmək üçün pəncərə (2), arxa tərəfində isə poladı
çıxartmaq üçün novlu deşik (3) yerləşir. Soba tağ şəkilli tavandan doldurulur.
Polad almaq üçün qövs elektrik sobalarından geniş isti fadə olunur. İnduksiya
elektrik sobaları (şəkil 16, b) odadavamlı materialdan hazırlanmış putadan
ibarətdir. Puta xaricdən boru şəkilli mis spiralla (2) əhatə olunmuşdur. Spirala
yüksək tezlikli cərəyan verilir. Şixtada böyük gücdə cərə yan induksiyalanır,
yüksək temperatur alınır və metal əriyir. İnduksiya sobalarında elektrodlar
olmadığı üçün onda azkarbonlu polad almaq mümkün olur. Yüksək tezlikli
induksiya sobalarında elektrik cərəyanının təsiri altında metal dövran edir ki,
bunun da nəticəsində tələb olunan tərkibdə birincili polad almaq mümkün olur.
Müqavimət elektrik sobaları içərisindən elektrik cərəyanı keçirən qızdırma
elementlərinə malikdir. Bu zaman alınan istilik metal vannaya tökülür. Elektrik
sobaları turş və əsas gövdəiçi hörgülü olur. Əsas gövdəiçi hörgülü sobalar daha
çox yayılmışdır.
45
Yoxlama üçün suallar:
1. Elektrik sobalarında polad alınmasının üstünlükləri nədən ibarətdir?
2. Bunun üçün hansı sobalardan istifadə olunur?
§5. Qövs elektrik sobalarında polad istehsalı
Elektrik sobalarında polad istehsal etmək üçün ilkin məhsul yarım key fiy
yətli metal qırıntısı (90%ə qədər), çuqun (10%ə qədər) və qatqını oksid ləş dir
məkdən ötrü az miqdarda dəmir filizi və qəlpədən ibarətdir. Flüs kimi əhəng
daşı və ya kvarsit götürülür.
Soba qızdırılır və şixtə ilə doldurulur. Sonra ona elektrik cərəyanı verilir və
elektrik qövsü əmələ gətirilir. Bu zaman ayrılan enerji vannanı qızdırır və
şixtəni əridir.
Birinci dövrdə dəmir filizi oksigeni dəmiri və qatqıları (kükürddən başqa)
oksid ləşdirir və onları posaya çevirir. Oksidləşmiş fosfor posanın tərkibindəki
əhənglə möhkəm əlaqəyə girir. Fosforun metala daxil olmasının qarşısını almaq
üçün əridilmə zamanı posa 23 dəfə xaric edilir. Posanı xaric etdikdən sonra
sobaya karbonlaşdırmaq üçün elektrod qırıntıları, koks və bəzən ağackömür
çuqunu əlavə edilir. Kiçik əhəng parçaları, üyüdülmüş ferrosilisium və koks
(oksidlə) oksigensizləşdirici olur. Kükürd əhəng vasitəsilə posaya çevrilir.
Kükürd xaric olunduqdan sonra ferromanqan və ferrosilisium vasitəsilə sonun-
cunun oksi gensizləşdirilməsi aparılır. Yüksək keyfiyyətli polad istehsalını
ucuzlaşdırmaqdan ötrü dupleksproses işlədilir. Bu prosesin mahiyyəti ondan
ibarətdir ki, polad əvvəlcə konvertorda marten sobasında əridilir, sonra bu üsul-
lardan biri vasitəsilə alınmış polad elektrik sobalarında zərərli qatqılardan,
oksidlərdən, posa qatlarından və həllolunmuş qazlardan təmizlənir.
Yüksəkkeyfiyyətli legirlənmiş poladlar və ərintilər almaq üçün təkrar əri
dil mə saflaşdırma üsulundan istifadə edilir. Bu zaman adi poladəritmə aqreqat-
larında alınmış pəstah təkrar əridilərək qeyrimetal qatqılarından,qazlardan və
digər qatqılardan təmizlənir. Təkrar elektrikposa əritməsində təkrar əridilən
metal elektrod vəzifəsini görür. Elektrod təkrar əridilən poladdan hazırlanmış
mayadakı flüsə toxunana qədər su vasitəsilə soyudulan mis kristallaşdırıcıya
salınır. Kristallaşdırıcı elektrik keçirən işçi flüslə (Al
2
O
3
,CaFe
2
və Ca
0
) dolduru-
lur. Elektrik cərəyanı verildikdə elektrod əriyir və ərimiş metal əridilmiş flüs
dən alınan, posadan kecərək saflaşdırılır.
Nəzərdən keçirilən üsullarla yanası,digər təkrar əridilməsaflaşdırma üsul-
ları da vardır: vakuuminduksiya, elektronşüa, plazmaqövs və s. üsullar.
Dostları ilə paylaş: |