З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə13/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

40
§5. Çuqunun istehsalı
Metallar texnologiyasının metal və ərinti istehsalı üsullarının öyrə nil məsi ilə 
məşğul  olan  sahəsi  metallurgiya  adlanır.  Metalların  ümumi  təsnifatına  uyğun 
olaraq, metallurgiya qara metallar və əlvan metallar metallurgiyasına ayrılır.
Əvvəlki dərslərdən bilirik ki, qara metallardan maşınqayırmada geniş isti­
fadə  olunur.  Qara  metallar  təbiətdə  geniş  yayılmış  və  yüksək  fiziki­mexaniki 
xassələrə  malik  olan  dəmirin  karbonlu  ərintiləri­polad  və  çuqunlar  daxilidir. 
Odur ki, texnikada maşın detalları və konstruksiyalarının hazırlanmasında işlə­
dilən müxtəlif materialları öyrənmək üçün qara metalların əsas növlərinin isteh-
sal üsullarını nəzərdən keçirək. Çuqun əldə etmək üçün domna sobalarında emal 
ediləcək  xam  materialların  qarışığından  ibarət  olan  şixta  hazırlamaq  lazımdır. 
Çuqun istehsalı üçün hazırlanan şixta müəyyən nisbətdə götürülmüş dəmir fili­
zindən,yanacaqdan və fülüsdən ibarətdir.
Dəmir  filizi  müxtəlif  dəmir  oksidlərindən  ibarətdir.  Çuqun  əldə  edilməsi 
prosesində  filizlər  dəmir  mənbəyidir.  Yanacaq  ilkin  materialların  əridilməsi 
üçün tələb olunan temperaturu təmin edir. Yanacağın karbonu həmçinin dəmir­
kar bon  ərintilərinin  tərkibinə  daxil  olur.  Flüs  boş  süxurların,  yəni  çuqun  əldə 
etmək üçün lazım olan elementlərin daxil olmadığı birləşmələrin ərimə tempe-
raturunu aşağı salmaq üçündür.
Çuqun  domna  sobalarında  əldə  edilir.  Çuqunu  konvertorlarda,  marten  və 
elektrik sobalarında əridib polad əldə edilir.
Yoxlama üçün suallar:
1. Çuqun və polad alınmasının mahiyyəti nədən ibarətdir?
2. Hansı ilkin materiallardan çuqun alınmır?


41
IV FƏSIL 
POLADLAR
§1. Polad istehsalı haqqında ümumi məlumat
Tərkibində çoxlu karbon olduğuna görə çuqun özünün az möhkəmliyi və az 
plastikliyi ilə fərqlənir. Odur ki, tökmə almaq üçün az miqdarda çuqundan isti­
fadə olunur. Çuqun, əsas etibarilə, polad almaq üçün emal edilir.
Poladın tərkibində karbonun miqdarı xeyli azdır, o, çuqundan bu xüsusiy­
yətinə  görə  fərqlənir  (2%­ə  qədər).  Deməli,  polad  almaqdan  ötrü  çuqunun 
tərkibindən  karbonun  bir  hissəsini  xaric  etmək  lazımdır.  Bu,  karbonu  yandır-
maq  (oksidləşdirmək)  yolu  ilə  əldə  edilir.  Karbonla  bərabər  çuqunun  tərki­
bindəki digər qatqılar­silisium və manqan da yanır. 
Məlum olduğu kimi, xalis dəmir çuquna nisbətən daha yüksək temperaturda 
əriyir. Buna görə də oksidləşmə prosesi zamanı metalı maye halında saxlamaq 
üçün  temperaturu  yüksəltmək  lazımdır.  Buna  çuqunun  tərkibindəki  qatqıların 
yanması nəticəsində alınan istilik kömək edir. 
Çuqundan  polad  alınması  konvertorlarda,  marten  və  elektrik  sobalarında 
aparılır. Beləliklə, istehsal üsulundan asılı olaraq, poladlar konvertor, marten və 
elektrik poladlarına ayrılır. 
Konvertor üsulu ilə poladın alınması oksigen­konvertor Bessemer və Tomas 
üsullarına ayrılır. Elektrik enerjisi istehsalının artması və enerji sənayesinin inki-
şafı son zamanlarda daha keyfiyyətli olan elektrik poladı istehsalını təmin edir.
Polad istehsalı üsullarının hamısı ikipilləli sxemə aiddir. Əvvəl çuqun əri­
dilir və sonra çuqundan polad alınır. Dəmirin birbaşa filizdən bərpa olunması 
metodu ilə poladın birpilləli sxemlə alınması sahəsində tədqiqat işləri aparılır. 
Filiz yumruları və dəmir filizi parçaları bunun üçün xammal kimi, təbii qaz, maye 
və bərk yanacaq isə bərpaedici rolunu oynayır. Şaxtlı, fırlanan sobalarda, reaktor-
larda,  konveyer  maşınlarında  metallaşmış  xammal  alınır  ki,  bu  da  sonradan 
elektrik sobalarında əridilib emal edilir. 
Yoxlama üçün suallar:
1. Poladın çuqundan fərqi nədən ibarətdir? 
2. Poladın alınması prosesi necədir və hansı polad istehsalı üsulları vardır?


42
 §2. Polad istehsalında Bessemer və Tomas üsulları
Bessemer üsulunda polad konvertorda istehsal olunur. Konvertor (şəkil 15, a) 
içəridən turş odadavamlı materialla hörülmüş armudu formalı qabdan ibarətdir. 
Konvertorun dibində bir sıra kiçik deşiklər vardır, bu deşiklər hava qutusundan 
1,5·105­2,5·105  Pa  (1,5=2,5  KQ/sm
2
)  təzyiq  altında  hava  verilir.  Konvertora 
maye çuqun tökülür. Bunun üçün konvertor üfüqi vəziyyətə (şəkil 15, b) gəti ri­
lir. Bu halda konvertorun dibindəki deşiklər çuqunun səviyyəsindən yuxarida 
olur. Doldurulduqdan sonra konvertor çevrilərək şaquli vəziyyətə gətirilir. Bu 
zaman avtomatik olaraq hava əridilmiş çuqunun bütün qalığından keçir.
Havanın oksigeni dəmir ilə birləşərək dəmir 2­oksidi əmələ gətirir ki, bu da 
maye metalda həll olur.
Şəkil 15. Konvertorun sxematik quruluşu
Eyni zamanda çuqunun digər tərkib hissələri də oksidləşir. İlk növbədə sili-
sium, sonra manqan və nəhayət, karbon yanır. Çuqunun tərkibindəki karbonun 
yanması ilə istilik udulur (şəkil 15). Əgər istilik itkisi kompensasiya edil məzsə, 
metal donar və ondan hava keçməz. Tələb olunan istilik qatqıları ilk növ bədə 
silisiumun  yanması  hesabına  ayrılır.  Alınan  istilik  əridilmə  zamanı  çuqunun 
nəinki maye halda qalmasına, hətta onun temperaturunun yüksəl dil məsinə də 
kifayət edir. Bessemer üsulu ilə polad istehsalında əlavə yanacağa ehtiyac qal-
mır.  Silisium  və  manqan  yanıb  qurtar-
dıqdan  sonra  konvertordan  qığılcımlar 
çıxır  (qığılcım  dövrü  7­8  dəq.  davam 
edir). Karbon yandıqca gözqamaşdırıcı 
ağ  alovla  yanmağa  başlayan  dəm  qazı 
ayrılır  (alov  dövrü  8­10  dəq.  davam 
edir). Axırda alov qısalır və qonur tüstü 
alınır  (qonur  tüstü  dövrü  3­4  dəq. 
davam edir), bu bessemerləmənin bitdi-
yini  göstərir.  Havanın  üflənməsi  saxla-
nılır, kon vertor çevrilir və alınmış metal çalovlara boşaldılır. Silisium, manqan 
və  çuqunun  tərkibində  olan  elementlərin  oksidləri  öz  aralarında  və  konvetor 
divarının materilalı ilə qarşılıqlı əlaqəyə girərək posa əmələ gətirir. Bessemer 
üsulu ilə polad istehsalının bir sıra qüsurları vardır. Bu üsulda polad skrapdan 
(metal  qırıntılarından  və  tullantılarından)  istifadə  etmək  olmur.  Qatqıların 
oksid ləş məsi geniş səthdə getdiyinə görə bessemerləmə üsulu sürətlə gedir. Bu 
isə polad alınması prosesinin idarə olunmasını və təmizlənməsini çətin ləşdirir, 
nəticədə konvertorda yüksək keyfiyyətli polad almaq mümkün olmur. Bundan 
başqa,  bessemerləmədə  xeyli  miqdarda  metal  itkisi  əmələ  gəlir.  Fosforlu 
çuqundan  polad  emal  etmək  üçün  konvertorun  gövdəiçi  hörgüsü  əsas  odada-
vamlı  materialdan  düzəldilir.  Poladın  belə  istehsalına  Tomas  üsulu  deyilir. 
Tomaslamada konvertora maye çuqunla bərabər, çuqunun kütləsinin 12­18%­i 


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə