49
§8. Karbonlu alət poladı
Karbonlu alət poladı müxtəlif alətlərin hazırlanmasında tətbiq olunur. Məlum
olduğu kimi, onun tərkibində karbonun miqdarı 0,7%dən çoxdur. Karbonlu alət
poladları keyfiyyətli və yüksəkkeyfiyyətli poladlara ayrılır.
Yüksəkkeyfiyyətli poladın tərkibində az miqdarda kükürd, fosfor (key fiy
yətli poladda kükürdün miqdarı 0,02%, uyğun olaraq, fosforun miqdarı 0,035
və 0,030%dir) və digər zərərli qatqılar azdır. Bu növ poladlar zərbəli yükə
yaxşı müqavimət göstərir və yüksək möhkəmliyə malik olur.
DXİST 143574 karbonlu alət poladlarının aşağıdakı markalarını müəyyən
edir: keyfiyyətli – U7, U8U8U, U9, U10, U11, U12, U13, yüksəkkeyfiyyətli
U7A, Y8A , U9A, U10A, U11A, U12A, U13A.
U hərfindən sonra yazılmış rəqəmlər faizin onda bir hissəsi ilə karbonun
miqdarını, U hərfi manqanın artırılmış miqdarını göstərir. A hərfi poladın yük
səkkeyfiyyətli olduğunu göstərir.
Müxtəlif markalı alət poladlarının tətbiq obyektləri bunlardır: – U7, U7A,
U8, U8A zərbəli yük təsirinə məruz qalan alətlər: rəqəmlər, çəkiclər, dar qə
ləmlər, damğalar, ştamplar, tokar dəzgahlarının mərkəzləri, vintaçanlar, metal
qayçılar hazırlamaq üçün;
– U9, U9A, U10, U10A – güclü zərbə və təkana məruz qalmayan və yüksək
bərklik tələb edən alətləri: düzyonuş kəskiləri, frezlər, yiv burğuları, rayberlər,
plaşkalar, kalibrlər, yeyələr, daraqlar, fasonlu ştamplar hazırlamaq üçün:
– U11, U11A, U12, U12A – sakit yük altında işləyən və yüksək bərklik tələb
edən alətləri: yeyələr, şaberlər, frezlər, burğular, rayberlər, yiv burğuları, cər ra
hiyyə alətləri hazırlamaq üçün;
– U13, U13 – çox yüksək möhkəmlik tələb edən alətləri hazırlamaq üçün,
həmçinin ülgüclər, yeyələr, eşmə alətləri, dəryaz və s. hazırlanmasında işlədilir.
Yoxlama üçün suallar:
1. Alət poladlarında karbonun miqdarı artdıqda bu poladların xassələri necə
dəyişir?
2. Keyfiyyətli və yüksəkkeyfiyyətli karbonlu alət poladları necə markalanır?
3. U8, U8Q və U8A markalı poladların tərkibi və mexaniki xassələri ara-
sında fərq nədən ibarətdir?
4. Hansı markalı karbonlu poladlardan pərçimləmə üçün alətlər hazırlamaq
olar?
5. Nə üçün U10 poladından çəkic hazırlamaq olmaz?
50
§9. Legirlənmiş poladlar
Legirləyici komponentlər və poladın xassələrinə onların təsiri.
Karbonlu poladlar müasir texnika materiallarına verilən tələbləri heç də
həmi şə ödəmir.
Böyük yük təsiri altında olan və yüksək sürətlərdə işləyən detalları hazırla-
maq ücün karbonlu poladlardan istifadə edilməsi detalların ölçülərinin həd din
dən artıq böyük olmasına səbəb olardı. Bundan başqa, karbonlu poladların yük
sək temperaturda korroziyayadavamlılığı və dayanıqlığı aşağıdır, yüksək xətti
genişlənmə əmsalına malikdir və i.a.
Poladın tərkibinə legirləyici komponentlərin daxil edilməsi onun fizikimexa-
niki və kimyəvi xassələrini xeyli yaxşılaşdırır.
Tərkibində adi komponentlər kimi aşağdakılardan istifadə olunur: xrom,
nikel, volfram, vanadit, molibdən, kobalt, çoxlu miqdarda silisium və manqan.
Xrom ən ucuz legirləyici elementdir. O, bərkliyi, möhkəmliyi, korroziyaya
– davamlılığı artırır, elastikliyi bir qədər azaldır. Tərkibində xromun miqdarı
çox olanda polad paslanmayan olur.
Nikel polada yüksək möhkəmlik və plastiklik xassəsi verir, zərbə özlüyünü
yüksəldir, toplanma dərinliyini, korroziyaya dayanıqlığını artırır.
Nikelin miqdarı çox olduqda polad qeyrimaqnıt xassəli olur, xətti geniş
lənmə əmsalı kiçilir.
Volframbahalı və aztapılan metaldır. O, Poladın karbonu ilə çox bərk bir
ləşmə olan karbidlər əmələ gətirir. Karbidlər poladın zərbə bərkliyini və istiyə
da vam lılığını kəskın surətdə artırır.
Vanadit – bahalı metaldır. Poladın sıxlığını artırır, dənələrı xırdalayır, bərk
liyi və möhkəmliyi artırır.
Molibden – poladın elastikliyini, möhkəmliyini, istiyədavamlılığını artırır.
Titan – poladın möhkəmliyini və sıxlığını artırır, dənələri xırdalayır, korro-
ziyaya davamlılığını artırır.
Niobit – turşuya davamlılığa və qəlpələnməyə davamlılığı artırır.
Mis – poladın antikorroziya xassələrini artırır. Legirlənmiş poladların tərki
bində bir və ya bir neçə legirləyici komponentlər ola bilər.
Yoxlama üçün suallar:
1. Karbonlu və legirlənmiş poladların fərqi nədən ibarətdir?
2. Hansı komponentlər poladın bərkliyini və möhkəmliyini artırır?
3. Hansı legirləyici komponentlər poladın kimyəvi xassələrini yaxşılaşdırır?
51
§10. Legirlənmiş poladların təsnifatı və markalanması
Təyinatına görə legirlənmiş poladlar 3 qrupa bölünür.
a) konstruksiyalar üçün;
b) alət poladları üçün;
c) xüsusi fiziki və kimyəvi xassələrə malik poladlar.
Legirləyici komponentlərin faizlə miqdarından asılı olaraq poladlar aşağı-
dakı qruplara bölünür:
Az legirlənmiş polad (onun tərkibində legirləyici komponentler 2,5%dən
cox olmur.); orta legirlənmiş (legirləyici komponentlər 2,510%) və yüksək legir
lənmiş (legirləyici komponentlər 10% dən cox).
Legirləyici poladlar rəqəm və hərf birləşməsi ilə markalanır. Birinci ədəd kar-
bonun miqdarını göstərir: konstruksiya poladları ücün–faizin 100də bir hissəsi
ilə, alət poladları üçün faizin onda bir hissəsi ilə. Əgər hərfdən öncə rəqəm yox-
dursa, onda karbonun miqdarı 1,5%dən çox deyildir.
Sonra poladın tərkibində olan legirləyici komponentləri göstərən hərflər
yerləşir. Əgər komponentin miqdari 1%dən çoxdursa, uyğun hərfdən sonra
həmin kimyəvi elementin tam faizlə orta miqdarını göstərən rəqəm yazılır.
Əgər rəqəm yoxdursa, bu o deməkdir ki, legirləyici elementin miqdarı ya
1%ə yaxın ya da az miqdardadır (bor, fosfor, sirkonium və s. elementlər).
Legirləyici komponentlər aşağıdakı kimi işarə olunur:
xrom – X, nikel – H, volfram – B, vanadium – F, silisium – C, manqan – Q,
titan – T, molibden – M, alüminium – Ö, mis – D, bor – P, niobit – B, fosfor – P,
kobalt – K, sirkonium – Ü, azot – A (ancaq isarənin sonunda yox. Əgər A hərfi
markanın sonunda yazılırsa, bu, poladın yuksək keyfiyyətli olduğunu gös tərir).
Misal ücün, 12 XH3A markalı polad – tərkibində 0,12% karbon ,1% xrom, 3%
nikel olan yuksəkkeyfiyyətli konstruksiya poladıdır.
Bəzi qrup poladlar əlavə hərflərlə işarə olunur. Tezkəsən poladlar – P, kürə
cikli yataq poladı – H.
Yoxlama üçün suallar:
1. Legirləyici poladlar necə təsnif edilir və markalanır?
2. Legirləyici poladların təyinatı tərkibində legirləyici komponentlərin miq-
darına görə hansı qruplara bölünür?
Dostları ilə paylaş: |