З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B


§11. Legirlənmiş konstruksiya poladı



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə17/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

52
 §11. Legirlənmiş konstruksiya poladı
Legirlənmiş konstruksiya polad məhsulu maşın detallarının və konstruksi-
yalarının  hazırlanmasında  tətbiq  olunur.  Onlar  aşağıdakılara  bölünür:  key fiy­
yətli, yüksək kefiyyətli (bu poladların markasının sonunda A hərfi qoyulur) və 
xüsusi  yüksəkkeyfiyyətli  (elektrik­posa  yenidən  əritməsi,  misal  üçün,  35x 
vakuum – qövs yenidən əritməsi və s.). Tərkibində legirləyici komponentlərin 
varlığından  asılı  olaraq  DUİST  legirləyici  poladları  aşağıdakı  13  qrupa  bölü-
nür:  xromlu,  manqanlı,  xrom­  manqanlı,  xrom­silisiumlu,  xrom­molibden­
vana di umlu, xrom­molibdenli, xrom­nikelli (borla), xrom­silisiumlu­manqanlı, 
xrom­silisium­manqan­nikel  və  xrom­manqan­nikelli  (titan  və  borla),  xrom­
nikel­molibdenli,  xrom­nikel­molibden­vanadiumlu  və  xrom­nikel­vana di­
umlu, xrom­alüminiumlu və xrom­alüminiumlu (molibdenlə). 
Yüksək bərkliyə və möhkəmliyə malik olan xromlu poladlar maşınqayırmada 
geniş tətbiq olunur.
15X və 20X markalı poladlardan sementlənən detallar (dişli çarxlar, vallar, 
barmaqlar)  hazırlanır.  40X  və  45X  markalı  poladlar  dişli  çarxların,  valların, 
oxların,  məsul  boltların  hazırlanmasında  tətbiq  edilir.  Kürəcikli  və  diyircəkli 
yastıq detalları WX6, WX9, WX15, WX15CQ markalı kürəcikli yastıq polad-
larından hazırlanır. Bu poladların tərkibində 1%­ə qədər karbon və 0,4 – 1,65% 
xrom  olur.  Kürəcikli  yastıq  poladının  markasında  2  rəqəm  faizin  onda  bir 
hissəsi ilə xromun miqdarını göstərir. Manqanlı polad (15Q, 20Q, 25Q, 30Q, 
35Q, 40Q, 45Q, 50Q, 10Q2, 30Q2, 35Q, 40Q2 və 50Q2 markalı) yüksək möh­
kəmliyi və yaxşı emal olunma qabiliyyəti ilə fərqlənir. Xrom­nikelli poladlar 
plastikliklə müşayiət olunan yüksək bərkliyə və möhləmliyə malikdir. Odur ki, 
bu poladlar vallar, şpindeller, dişli çarxlar, disklər və digər detalların hazırlan-
masında geniş yayılmışdır. Xrom­nikelli poladların markaları bunlardır: 20XH, 
40XH, 50XH, 12XH2, 12XH3A, 20XHA, 12XH4A və i.a. Ressorlar və yaylar, 
vallar, dişli çarxlar yüksək bərkliyə və elastikliyə malik 33XC, 38XC, 40XC 
markalı  xromlu­silisiumlu  poladdan  hazırlanır.  Xrom­manqanlı  polad  (18XQ, 
18XQT,  20XQP  və  digərləri)  xrom­nikelli  poladı  əvəz  edə  bilər.  Xrom­sili­
sium­manqanlı  polad  xromlu  molibdenli  poladların  əvəzləyicisidir. Təbə qələ­
rin, boruların və döymələrin hazırlanmasında istifadə olunur. Bu poladın mar-
kaları bunlardır: 20XQCA, 25XQCA, 30XQC, 35XQCA və b. Xrom­molibdenli 
(15XM, 20XM, 30XM, 30XMA, 35XM və digər markalı), xrom­nikel­molib­
denli (14X2H3MA, 20XH2M, 30XH2MA, 38XMA, 40XH2MA və digər mar-
kalı),  xrom­nikel­molibden­vanadiumlu  (30XH2MFA,  36X2H2MFA  və  digər 
markalı)  poladlar  çox  yüksək  mexaniki  xassələrə  malikdir.  Legir lən miş 
(DÜİST192813)  09Q2,  14Q2,  09Q2X,  09Q2C,  10Q2C1,  09Q2CD,  15QF, 
15Q2SFD, 10Q2B və digər markalı poladlar termiki emal olunmayan qaynaq 
konstruksiyaların  və  məmulatların  hazırlanmasında  tətbiq  olunur.  Texnikanın 
inkişafı yeni­yeni legirləyici polad markalarının meydana çıxmasını tələb edir.  


53
Yoxlama üçün suallar:
1. Legirləyici konstruksiya poladları hansı qruplara bölünür?
2.  Xromlu, manqanlı, xrom­nikelli və digər qrupdan olan poladların xüsu­
siyyətləri hansılardır? 
§12. Tezkəsən poladlar
Yüksək  bərkliyi  və  istiyə  dözümlülüyü  ilə  fərqlənən  tezkəsən  poladlar  da 
legirlənmiş alət poladlarına aiddir.
Əgər karbonlu alət poladlarının istiyə dözümlülüyü 200°, legirlənmiş polad-
larınkı isə bundan bir qədər yüksəkdirsə, onda tezkəsən poladdan hazırlanmış 
alətlər kəsmə prosesində bərkliyini və kəsmə xassələrini itirmədən 550­600°C 
temperatura qədər qızdırıla bilər. Bu temperatur tünd qırmızı közərmə tempera-
turuna  uyğun  gəldiyi  üçün  tezkəsən  poladların  yüksək  istiliyə  dözümlülüyü 
közərmə dözümlülüyü adlanır. Tezkəsən poladın közərmə dözümlülüyü metalla-
rın emalını yüksək kəsmə sürəti ilə aparmağa imkan verir. Tezkəsən poladlar-
dan  bir  sıra  kəsici  alətlər  hazırlanır:  kəskilər,  burğular,  frezlər,  dartılar.  Tez­
kəsən  poladlar  volfram  (6%­dən  az  olmayaraq)  xrom  (orta  hesabla  4%), 
vanadium  (P18  markalı  poladda  onun  miqdarı  1­1,4%­dir)  və  digər  kimyəvi 
elemetlərlə  legirləndirilir. Tezkəsən  poladın  tərkibində  karbonun  miqdarı  0,7­
1,5%­ə çatır. Volfram və xrom karbonla birlikdə karbid əmələ gətirir. Volfram 
karbidi  polada  yüksək  bərklik,  vanadium  və  kobalt  karbidləri  isə  közərmə 
dözümlülüyü verir.
DÜİST  19265­73  tezkəsən  poladların  13  markasını  müəyyən  edir:  P18, 
P12,  P9,  P6M3,  P6M5,  P18F2,  R14F5,  R9F5,  R18N5F2,  R9K5,  R6M5KB, 
R9K10, R9M4K8. Markanın işarəsində P hərfi tezkəsən poladı, birinci rəqəmi 
faizlə  volframın  miqdarını  göstərir.  Bundan  başqa,  vanadiumun  (markaların 
bəzi sində), kobaltın, molibdenin varlığı və miqdarı markalanır.
P18 və P12 markalı tezkəsilən poladlar yüksək kəsmə xassələri ilə fərqlənir. 
Onlardan  adi  konstruksiya  materialları  emal  etmək  üçün  alətlər  hazırlanır.  P9 
markalı poladdan formalı alətlər düzəldilir. P6M3 poladından hazırlanmış alətlər 
zərbə  yükləri  altında  işləyə  bilər.  Bərkliyi  və  özlüyü  yüksəldilmiş  materiallar 
P18F2,  P9K5,  PSK10  markalı  poladlarla,  yüksək  möhkəmli  paslanmayan  və 
odadavamlı  poladlar  və  ərintilər,  obrazlı  və  xassəli  materiallar  isə  P18k5F2, 
P6M5K5, P9M4K8 markalı poladlarla emal olunur.
Yoxlama üçün suallar:
1. Tezkəsən alət poladının əsas markaları nə ilə xarakterizə olunur?
2. Tezkəsən polad alət poladlarının hansı qrupuna aiddir?
3. Tezkəsən poladın ən qiymətli xassələri hansılardır?
4. Tezkəsən poladın tərkibinə hansı kütləvi elementlər daxildir?


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə