28
Bərk materiallar (tablanmış poladlar) 1470H (150 kQ) yük altında almaz
konus vasitəsi ilə sınaqdan keçirilir. Bərklik qara şkala üzrə hesablanır. Bu
halda bərklik ədədi HRC ilə işarə edilir.
Kiçik qalınlıqda çox bərk materialları sınaqdan keçirmək üçün 588 H (60 kq)
yük altında almaz konusdan istifadə olunur. Bərklik göstəricisinin hesablanması
qara şkala üzrə aparılır və bərklik HRA ilə işarə olunur.
Yüksək məhsuldarlığına, universallığına, sadəliyinə, sınaq olunan materia-
lın üzərində qalan izin kiçik ölçülərinə görə Rokvel metodundan geniş istifadə
edilir.
Yoxlama üçün suallar:
1. Rokvel metodu üzrə yumşaq materialların bərkliyi necə təyin edilir?
2. HRC 70 bərkliyi nəyi göstərir?
3. Rokvel metodu Brinell metoduna nisbətən hansı üstünlüklərə malikdir?
II FƏSIL
ƏRINTILƏR HAQQINDA ƏSAS MƏLUMATLAR
§1. Ərintilərin daxili quruluşu
Ərintilərin çoxu komponentlərin maye halda ərintisindən alınır. İlkin kris-
tallaşma prosesində maye qatışığın bərkiməsi zamanı müxtəlif quruluşlu və
xassəli ərintilər alına bilər. Ərintini təşkil edən komponentlər bərk halda bir
biri ilə müxtəlif əlaqələrə girə bilər. Bu zaman onlar mexaniki qarışıqlar, bərk
məhlullar və kimyəvi birləşmələr əmələ gətirir. İki komponentin mexaniki qarı-
şığı o zaman əmələ gəlir ki, onlar bərk halda birbirində həll olmur və kimyəvi
reaksiyaya girmir. Ərintilər – mexaniki qarışıqlar öz strukturuna görə bircinsli
deyildir, onu təşkil edən komponentin kristalı ərintidə özünün bütün fərdi xas
sələrini saxlayır. Buna görə də belə ərintilərin xassələri (misal üçün, elektirik
müqaviməti, möhkəmlik və s.) hər iki komponentin xassəsinin orta ədədi qiy
məti kimi təyin olunur.
Ərintilərin – mexaniki qarışıqların yaxşı tökmə xassələri vardır.
Ərintilər – bərk məhlullar əsas metal həlledici və həll olunan element atom-
larının əmələ gətirdikləri fəza kristal qəfəsin yaranması ilə xarakterizə olunur.
Təmiz metalda olduğu kimi, belə ərintilərin stukturu da eynicinsli kristal dənə
lərdən ibarətdir. Əvəzedici bərk məhlullar və yayılma bərk məhlullar mövcud-
dur.
Əvəzedici bərk məhlul yarandıqda həll olunan komponentin atomları həl l
edici kristal qəfəsin düyünlərindəki atomları əvəz edir.
29
Şəkil 12. Bərk məhlulların
yaranma sxemi
Yayılma bərk məhlullar o zaman
əmələ gəlir ki, həll olunan elementin
atomları qəfəsdə atomların arasında
yerləşsin (şəkil 12, b). Yayılma bərk
məh lulları, əsasən, metallarla qeyri
metalları birləş dirmək yolu ilə əmələ
gəti rirlər (məsə lən, karbon dəmirdə həll
olanda). Qey rimetalların atomları kiçik
ölçüdə olduğu üçün metal həlledi
cilərinin kristal qəfəs lərinin düyün lə ri
nin aralarında yerləşir. Ərintilər – bərk məhlullar geniş yayılmışdır. Bərk
məhlulların xas sə ləri onları təşkil edən komponentlərin xas sə lə rin dən fərqlənir.
Məsələn, bərk məhlulların möhkəmliyi və elektrik müqaviməti onun kompo
nentlərinin möhkəmliyinə və elektrik müqavimətinə nisbətən çox böyükdür.
Çox plastik olduqlarına görə bərk məh lul ları döymək və təzyiqlə emal etmək
asandır. Bərk məhlulların tökmə xassələri və kəsməklə emalolunma qabiliyyəti
aşağıdır. Bərk məhlullar kimi kimyəvi birləşmələr də eynicinsli ərintilərdir.
Onların mühüm xüsusiyyəti ondan ibarətdir ki, bərki yəndə ərintini təşkil edən
komponentlərin qəfəsində tamamilə fərqli yeni bir kristal qəfəs əmələ gəlir. Buna
görə də kimyəvi birləşmələrin xassələri müstə qildir və kom po nent lərin xas sə lə
rindən asılı deyildir.
Yoxlama üçün suallar:
1. Maye məhlul bərkiyəndə hansı ərinti tipləri alınır?
2. Hər tip ərintinin strukturunu və xassələrini deyin.
§2. Ərintilərin kristallaşması
Ərintilər sadə detallara nisbətən daha qəliz struktura malikdir.
Ərintilərin kristallaşması prosesinin xüsusiyyətlərini soyudulma əyrisi üzrə
müşahidə etmək olar. Ərintinin soyudulma əyrisindən göründüyü kimi, kristal-
laşma prosesi kristallaşmanın başlandığı Tckp temperaturdan kristallaşmanın
qurtardığı (son) Tckp temperatura qədər davam edir.
Metallarda və ya ərintilərdə hər hansı çevrilmələrin baş verdiyi temperaturlara
böhran nöqtələri deyilir. Beləliklə, təmiz metallardan fərqli olaraq, ərin ti lərin bər
kimə və ya ərimə zamanı bir deyil, iki böhran nöqtəsi vardır. Kristallaşmanın baş-
landığı temperaturdan yüksək temperaturda (
a nöqtəsi) ərinti maye halda, kristal-
laşmanın qurtardığı temperaturdan alçaq temperaturda isə (
b nöqtəsi) bərk halda
olur. Böhran nöq tələri arasındakı temperatur intervalında ərinti maye məh luldan
və bərk kristallardan ibarət olur.