20
(7,3°C temperaturda), civədə (4,12°C), alüminiumda, titanda, qalayda və digər
metallarda müşahidə olunur.
Yoxlama üçün suallar:
1. Hansı metallar ən yaxşı elektrik cərəyanı keçiriciləridir?
2. Metalların yüksək elektrikkeçirmə qabiliyyətini nə ilə izah etmək olar?
§ 13. Metalların bərkliyi haqqında ümumi məlumat
Bərklik-materialın özündən bərk cismin ona daxil olmasına müqavimət
göstərməsi xassəsinə deyilir. Bərklik metalların əsas mexaniki xassə lə rin dən dir.
Metalların bərkliyini bilməklə dartılmaya statik sınaq aparmadan onların
möhkəmlik xassələri haqqında mülahizə yürütmək olar. Metalların bərkliyi
onların emalolunma qabiliyyəti ilə sıx əlaqədardır. Çünki metal nə qədər bərk
olarsa,onun emalı üçün də bir o qədər çox qüvvə tələb olunar. Metalın yeyilmə
davamlılığı onun bərkliyindən, yəni sürtünmənin təsiri altında yeyilməyə, sət
hinin dağılmasına və yaxud ölçülərinin dəyişməsinə müqavimət göstərmək
qabiliyyətindən asılıdır. Məmulatın səthi nə qədər bərk olarsa, iş prosesində bir
o qədər az yeyilər. Odur ki, metalların möhkəmliyinə görə onların hansı maşın
detalları hazırlanmasında yararlı olduğu barədə mühakimə yürüdülür. Bərklik
kəsici alətlərin və ölçü alətlərinin keyfiyyətini müəyyən edən əsas xarakteristi-
kadır.
Tez yerinə yetirilməsinə və işlədilən avadanlığın sadəliyinə görə metal mate-
rialların zavod və elmitədqiqat laboratoriyaları şəraitində bərkliyə sınanması
üsulu geniş yayılmışdır. Bərkliyə sınaq zamanı detallar dağılmır ki, bu da böyük
əhəmiyyətə malikdir. Metalların bərkliyini təyin etmək üçün müxtəlif metodlar
vardır. Sınaq metodu sınaqdan çıxarılacaq metalın bərkliyindən, onun qalınlığın-
dan, sınaq səthinin ölçülərindən və məmulatın formasından asılı olaraq seçilir.
Metalların bərkliyini təyin etmək üçün aşağıda göstərilən metodlardan geniş
istifadə olunur:
a) polad kürəciyi batırmaqla (Brenell metodu);
b) almaz konusun və yaxud kiçik diametrli polad kürəciyin batırılma dərin li
yinə əsasən (Rokvell metodu);
c) almaz piramida batırmaqla (Bikkers metodu).
Yoxlama üçün suallar:
1. Metalların bərkliyi nəyə deyilir?
2. Nə üçün metalların bərkliyə sınağı geniş yayılmışdır?
21
§14. Dartılmaya statik sınaq
Müxtəlif mexaniki sınaqların içərisində dartılmaya statik sınaq xüsusi yer
tutur. Bu sınaq vasitəsilə metallarin və ərintilərin möhkəmliyi, elastikliyi və
plastikliyi barədə mülahizə yürütmək olar.
Möhkəmlik – materialların dağılmadan xarici qüvvələrə qarşı müqa vi-
mət göstərmək qabiliyyətidir.
Elastiklik – deformasiya əmələ gətirən xarici qüvvələrin təsiri kəsil dik-
dən sonra materialların öz əvvəlki formasını və ölçüsünü bərpa etmək qabi-
liy yə tinə deyilir.
Plastiklik – xarici qüvvələrin təsiri altinda materialın dağılmadan öz
forma və ölçülərini dəyişmək və xarici qüvvələrin təsiri kəsildikdən sonra
deformasiyasını saxlamaq qabiliyyətinə deyilir. Standart formalı və standart
ölçülü nümunələr xüsusi maşınlarda dartılmaya statik sınaqdan keçirilir. Maşının
dartıcı qüvvələri nümunəni qırılana qədər uzadır.
Dartılmaya statik sınaq üçün nümunələr
8ci şəkildə göstərilmişdir. Nümu
nələr işlək hissədən və maşının tutacağında bərkidilmək üçün başlıqdan iba
rətdir. Nümunənin işlək hissəsində aşağıdakı düsturla təyin olunan əvvəlki
hesablama uzunluğu (L
o
) qeyd edilir:
L
o
=11,3√F
o
(uzun nümunələr üçün);
L
o
=5,65√F
o
(qısa nümunələr üçün)
burada F
o
– nümunənin işlək hissəsinin sinaqdan əvvəlki en kəsiyinin sahə
sidir (mm
2
).
Silindrik nümunələri sınaqdan keçirdikdə əsasən diametri d
o
=10 mm olan
nümunələrdən istifadə edilir.
Şəkil 8. Dartılmaya sınanılan nümunələr:
a)
silindrik; b) yastı
Səkil 9. Dartılma diaqramı
22
Dartılmaya statik sınaq gücü və konstruksiyası müxtəlif olan maşınlarda
aparılır. Sınaq maşınlarının əsas hissələri aşağıdakılardır: çatı, yükləmə mexa-
nizmi, qüvvəölçən mexanizm, diaqram quruluşu. Yükləmə mexanizmi nümu
nəyə təsir gös tə rən dartıcı qüvvəni yaradır. Bu mexa nizmlər mexaniki və yaxud
hidravlik üsulla işləyir.
Qüvvəölçən mexanizm bütün anbarda nümunəyə təsir göstərən qüvvəni
ölçmək üçündür.
Sınaq maşınlarının əksəriyyəti kağız lentlə dartılma diaqramını avtomatik
yazan diaqram aparatları ilə təchiz olunmuşdur. Belə diaqramları təhlil etməklə
materialların möhkəmlik, elastiklik və plastiklik xarakteristikalarını müəyyən
edirlər.
Yoxlama üçün suallar:
1. Metal materialların dartılmaya statik sınağı hansı məqsədlə və necə aparılır?
2. Metalların və ərintilərin hansı xassələri bu sınağın köməyi ilə təyin olunur?
3. Dartılma sınağı üçün nümunələrdən necə istifadə edilir?
§15. Korroziyaya davamlılıq
Metalların yuxarıda nəzərdən keçirilən fiziki xassələri maddələrin dəyi şik liyə
uğramadığı hallarda aşkara çıxarılırdı. Məsələn, metalların qızması və yaxud
metallardan elektrik cərəyanının keçməsi prosesində onlarda hec bir dəyişiklik
baş vermir. Kimyəvi hadisə baş verdikdə isə metallar başqa xassəsi olan digər
maddələrə çevrilir. Bir çox metallar ətraf mühitin təsiri altında kim yəvi dəyi
şikliyə uğrayır, yəni korroziyadan dağılır.
Metalların korroziyası atmosferdə, aqressiv mühitdə (turşu, qələvi və duz
məhlullarında) və yüksək temperaturda, quru qazlarda baş verir. Misal üçün,
metalların korroziyası nəticəsində alınan məhsulu polad və çuqunun üzərində
əmələ
gələn pas, mis üzərində əmələ gələn ağ təbəqə və s. şəklində görmək olar.
Metalların korroziyası xalq təsərrüfatına çox böyük ziyan vurur. Statistika
hesablamaları göstərir ki, hər il əridilən metalın 10% ə qədərini korroziya məhv
edir. Korroziyadan nəinki metal məhv olur, hətta metaldan qatqat qiymətli
olan məmulatlar da dağılır. Bu qədər böyük itki metalları korroziyadan qoru-
maq üçün daha etibarlı tədbirlər axtarıb tapmaq və korroziyayadavamlı metal-
lar yaratmaq zəruriyyətini qarşıya qoyur.
Əgər metal və ərinti ətraf mühitin təsirinə yaxşı müqavimət göstərirsə, o,
korroziyaya qarşı davamlı hesab edilir. Eyni metalın və yaxud ərintinin müx tə
lif mühitlərdə korroziyaya müqaviməti müxtəlifdir. Misal üçün, alüminium