З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə35/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   32   33   34   35   36   37   38   39   40

105
Keçirici material kimi M1 və M0 markalarından istifadə olunur.
M1 markalı misin tərkibində 99,9%Cu, 0,1% kənar qarışıq;
M0 markasında 0,05% qarışıq, 0,02%­dən çox olmayan O

olur.
M0 markalı misdən nazik naqillər hazırlanır. Soyuq dartılma yolu ilə bərk 
mis (MT markalı) alınır.
Cu yandırılaraq yumşaq misə çevrilir. O, plastikdir, bərkliyi və möhkəmliyi 
azdır, lakin dartılmada nisbi uzanması və xüsusi keçiriciliyi yüksəkdir.
Normal atmosfer şəraitində mis korroziyaya davamlıdır.
Misin tətbiq sahələri onun mexaniki və elektrik xassələri ilə müəyyən olu-
nur. Mis yumşaq və bərk olur. Onların hər birinin xassələrindən asılı olaraq tət­
biq sahəsi vardır. 
Müxtəlif şəraitlərdə təmiz misdən başqa keçirici material kimi onun qalay, 
silisium, fosfor, xrom, maqnezium xəlitələrindən istifadə edirlər.
Tunc adlanan bu xəlitələr daha yüksək mexaniki xassələrə malikdir. Onlar-
dan cərəyan keçirən yaylar hazırlanmasında istifadə edilir.
Misin  mexaniki  bərkliyini  və  möhkəmliyini  artırmaq  üçün  ona  kadmium 
qatılır. Belə tuncdan xüsusi məsul kontakt naqilləri və kollektor lövhələri hazır-
layırlar.
Misin sinklə xəlitəsi bürünc (latun) təmiz misə nisbətən dartılmada yüksək 
möhkəmlik həddinə və qırılmada yüksək nisbi uzanmaya malikdir. Bürüncdən 
elektrotexnikada  müxtəlif  cərəyan  keçirən  detallar  hazırlanmasında  istifadə 
edilir.
Keçirici alüminium və onun xəlitələri. Alüminium da mis kimi yüksək keçi­
riciliyə  malikdir.  Keçirici  material  kimi  o,  misdən  sonra  ikinci  yeri  tutur. Yer 
qatında alüminiumun miqdarı 7,5% təşkil edir.
Alüminiumdan geniş istifadə edilməsi onun yaxşı xassələrə malik olması və 
misin qıtlığı ilə əlaqədardır. Alüminium havada asanlıqla oksidləşir, bərk oksid 
qatı əmələ gətirməsi onun sonrakı oksidləşməsinin qarşısını alır və korroziyaya 
davamlılığını artırır.
Alüminiumun ümumi tərkibində qarışıqların olması (dəmir, silisium, sink, 
titan və s.) onun keçiriciliyini azaldır və mexaniki xassələrinə təsir edir.
Sənayedə alüminiumun 3 növü istehsal edilir:
– xüsusi təmiz;
– yüksək təmiz;
– texniki təmiz.
Alüminiumun  markası  A  hərfi  ilə  başlayır,  sonrakı  rəqəm  alüminiumun 
%­lə miqdarını göstərir. Məsələn, A97 markasında 99,97% alüminium vardır.
Elektrotexnikada alüminiumun xüsusi markalarından A5E və A7E istifadə 
olunur.
Alüminiumdan dolaq, montaj, hava elektrik veriliş xətləri naqillərinin, müx­
təlif təyinatlı kabellərin preslənmiş damarlarının və s. hazırlanmasında isti fadə 


106
olunur.  Bu  məqsədlər  üçün A75K, A8K, A8KY  markalı  xüsusi  alüminiumlar 
tətbiq edilir.
Alüminium xəlitələri bəzi xüsusiyyətlərinə görə, yüngüllüyü və yüksək mexa-
niki  möhkəmliyi  ilə  alüminiumdan  seçilir.  Onların  tərkibində  alüminiumdan 
başqa manqan, sink, maqnezium, mis, dəmir və silisium da olur.
Alüminium xəlitələrinin markalarındakı hərflər onda olan elementlər barədə 
informasiya verir. Rəqəmlər isə %­lə miqdarının orta qiyməti göstərilir.
Çətin  əriyən  metallar.  Çətin  əriyən  metallar  sırasına  ərimə  temperaturu 
1700ºC­dən çox olan metallar aiddir. Bu metallar yüksək temperaturda aktiv ləşir, 
aşağı temperaturda kimyəvi davamlı olur. Çətin əriyən metallar sırasına aşağıda-
kılar daxildir: volfram, molibden, tantal, mobium, xrom, vanadium, titan, sirko-
nium və s.
Volfram çox ağır, boz rəngli, bərk və ən yüksək ərimə temperaturu olan metal-
dır. Təbiətdə ona birləşmə şəklində rast gəlmək olar. Təmiz volfram almaq üçün 
onun minerallarından: volfromit və şeyelitdən istifadə olunur. Volfram filiz lə ri­
nin zənginləşməsinin son məhsulu volfram 3 oksiddir ­ WO
3.
 
WO

–  900ºC­yə  qədər  qızdırılaraq  hidrogenlə  reduksiya  olunur  və  narın 
ovuntu halında metal volfram alınır. Bu ovuntunu 200 Mpa təzyiqlə presləyib, 
mil  şəklinə  salır,  ondan  hidrogen  mühitində  mürəkkəb  termiki  və  mexaniki 
emaldan sonra vərəq və diametri 0,01 mm­ə qədər olan naqillər və s. hazırlanır.
Volframı  digər  metallardan  fərqləndirən  xüsusiyyətləri  var.  Bu  onun  ayrı­
ayrı  dənəcikləri  arasında  ilişmə  qüvvəsinin  zəif  olmasıdır.  Elə  buna  görə  də 
xırda dənəcikli quruluşu olan bişirilmiş volfram məmulatları kövrək olub asan-
lıqla parçalanır.
§3. Xüsusi müqaviməti az olan keçirici materiallar
Mexaniki emal nəticəsində (dartılma və döymə) volfram lifli quruluşa keçir, 
onun parçalanması çətinləşir. Nazik volfram tellərinin elastikliyi bununla izah 
olunur.
Forma  sabitliyini  yüksəltmək  üçün  volframa  silisium,  alüminium  və  kal-
sium oksidləri əlavə edirlər.
Volfram elektrovakuum texnikasında istifadə olunan əsas materiallardandır.
Ondan elektron lampalarında və rentgen borularında  elektrodlar, qızdırıcılar, 
yaylar və s hazırlanmasında tətbiq edilir.
Molibden  –  xarici  gorünüşünə  texnoloji  emalına  görə  volframa  yaxındır. 
Molibdeni əsasən molibdenitdən alırlar.
Bişirilmiş, döyülmüş və dartılmış molibdenin mikrostrukturu eyni ilə emal 
olunmuş volfram nümunələri kimidir.
Rekristallaşmamış molibden mexaniki xassələrinə görə volframa yaxındır, 
reklistarlaşma vəziyyətində isə onların arasında olan fərq cox böyükdür. Rek-


107
listarlaşmış  volfram  otaq  temperaturunda  kövrək  olduğu  halda,  yandırılmış 
xırda dənəcikli molibden yüksək plastikliyə malikdir.
Molbdenin  strukturunu  və  mexaniki  möhkəmliyini  artırmaq  üçün  onlara 
xususi aşqarlar (silisium oksid, torium oksid və s) əlavə edirlər.
Otaq  temperaturunda  molibden  nisbətən  kimyəvi  inert  olsada  volframdan 
aktiv  metaldır.havada  300ºC­də  oksidləşir  və  az  molekullu  oksidlər  əmələ 
gətirir. Çətin əriyən metallar arasında molibdenin xüsusi müqaviməti ən aşağı-
dır.  Molibdenin  yüksək  mexaniki  möhkəmliyi  ilə  yanaşı,  yaxşı  plastiklik 
qabiliyyəti ondan yüksək temperaturda işləyən mürəkkəb konfiqurasiyaya malik 
keçirici detallar hazırlamağa imkan verir.
Molibdendən elektron lampalarında, rentgen borularında torların və elekt-
rodların  gərgin  istilik  rejimində  işləyən  elektrovakuum  cihazlarının  müxtəlif 
yardımçı detallarının hazırlanmasında istifadə olunur.
Nəcib metallar sırasına,kimyəvi davamlığı cox yüksək olan metallar: qızıl, 
gümüş, platin və palladium aiddir. Onlar təbiətdə müxtəlif filizlərin tərkibində 
və külçə şəklində olur.
Gümüş – parlaq ağ metal olub, normal temperaturda oksidləşməyə qarşı davam-
lılığı və digər metallardan ən kicik xüsusi müqaviməti ilə fərqlənir.Gümüş naqilin 
dartılmada  möhkəmlik  həddi  200  Mpa­a  yaxın,  qırılmada  nisbi  uzanması  50% 
təşkil edir.
Şəkil 5. Xüsusi müqavimətin 
temperaturdan asılılığı
1 – təmiz dəmir, 2 – tərkibində 4% sili-
sium olan elektrotexniki polad, 3 – fer-
ronixrom Fe-Ni-Cr
     Gümüşdən keramik və slyuda kondensa-
torlarının istehsalında dielek trik lə rin sət hinə 
çəkilən  elektrodlar  kimi  istifadə  olunur. 
Yüksək  keçiriciliyə  malik  təbəqə  almaq 
üçün onu dalğa ötürücülərinin daxili sət hinə 
çəkirlər.  Gümüşün  mənfi  cəhəti  yük sək 
rütubət  şəraitində,  həmçinin  ətraf  mühitin 
yüksək  temperaturlarında  onun  çəkildiyi 
dielektrikin səthindən daxilinə nüfuz etmək 
meyilliyidir. Digər nəcib metallara nisbətən 
gümüşün kimyəvi dəya nıqlığı azdır. Məsə­
lən,  gümüş  atmos ferdə  olan  kükürd­hidro-
gen  birləşmələri  ilə  qarşılıqlı  təsirdə  keçi-
rici olmayan tünd sulfid plyonkaları yaradır. Rütubətin çox olması reaksiyanın 
gedişini sürətləndirir. Ona görə də gümüş kontaktlar rezin, ebonit və tərki bində 
kükürd olan digər materiallarla yaxın yerdə istismar edil mə mə lidir. Gümüş adi 
lehim lərdə yaxşı lehimlənir. Gümüşün geniş tətbiq olunmamasına səbəb onun 
təbii qıtlığıdır.
Platin  –  ağ  metal  olub,  oksigenlə  praktiki  olaraq  birləşmir  və  kimyəvi 
reagentlərə qarşı çox davamlıdır, çox yaxşı mexaniki emal olunur, nazik tel və 
lent şəklinə salına bilir.


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə