З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə32/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

96
Lakin  polimerlərin  istiliyədavamlılığı  azdır,  bərkliyi  aşağıdır,  üzvi  həlle di ci­
lərdə asanlıqla şişir və həll olur.
Termoreaktiv polimerlər istinin və təzyiqin təsirindən bərkiyir və təkrar qız-
dırdıqda  yumşalır.  Onlar  termoplastik  polimerlərdən  böyük  möhkəmliyi,  isti­
liyədavamlılığı və bərkliyi ilə fərqlənir. Bu qrupa karbamid, fenol­formaldehid, 
epoksid və digər polimerlər aiddir.
Polimerləşmiş üzvi dielektriklər. Hazırda kimya sənayesi müxtəlif sintetik 
polimerlər istehsal edir, plastik kütlə növləri ildən­ilə artır.
Polietilen ağ rəngdə termoplastik bərk materialdır, yüksək kimyəvi davamlılıq 
xassəsinə malikdir. Onu neft məhsullarının, yaxud təbii qazların emalı zamanı qaz 
qatışıqlarından ayrılan etileni polimerləşdirmək yolu ilə alınır. 
Polietilen 2 üsul ilə alınır:
– yüksək təzyiqdə (150 Mpa­a qədər) və 250ºC­dən temperaturda oksi gen­
dən katalizator kimi istifadə edilməklə gedən polimerləşmə prosesində;
–  aşağı  təzyiqdə  (0,5­4  Mpa)  və  60­dan  150ºC­dən  temperaturda  xüsusi 
katalizatorların iştirakı ilə. 
Polietilen düzünə düşən günəş şüalarının təsirindən və yüksək temperatur-
dan  köhnəlir,  onun  sərtliyi və  kövrəkliyi artır.  Köhnəlmə prosesini  ləngitmək 
üçün  polietilinə  müxtəlif  stabilizatorlar  (qaz  kanalı  dudası,aromatik  aminlər) 
əlavə edirlər.
Polietilenin  nöqsan  cəhəti  onun  səthinin  aktiv  maddələrin  (spirtlərin,  üzvi 
turşuların və yuyucu vasitələrin) təsirindən çatlamasıdır. Plastifikator qatmaqla 
həmin xassəni azaltmaq olar. 
Polietilendən  borular,  onlar  üçün  birləşdirici  hissələr,  sanitariya  texnikası 
cihazlarının detalları (əlüzyuyanlar və vannalar, suaxıdan baklar üçün sifonlar, 
duş torları və s.) hazırlayırlar.
Polivinilxlorid  –  vinilxloridin  polimerləşdirilməsi  ilə  alınan  termoplastik 
materialdır. Korroziyaya qarşı davamlıdır.
Polivinilxloriddən  alınan  məmulatların  möhkəmliyi  vaxt  keçdikcə,  uzun 
müddət təsir göstərən yük şəraitində və temperatur yüksəldikcə azalır. İstili yə­
davamlılığı 70°C­dən artıq deyil. Mənfi temperaturlarda kövrəkləşir.
Polivinilxloriddən  borular,  baklar,  qalvanik  vannalar,  ventillər,  flanslar  və 
korroziya mühitində istismar edilən digər məmulatlar hazırlayırlar. 
Polivinilxlorid  pərdələri  kimya  aparatları  detallarının  səthinə,  ventilyator-
lara, hava xətlərinə yapışdırırlar.
Kapron  poliamid  qatranlarından  hazırlanan  termoplastik  materialdır. Yük­
sək  zərbə  özlülüyünə,  elastikliyə,  kifayət  qədər  sürtünmə  möhkəmliyinə  və 
bərkliyə  malikdir.  Yüksək  yapışma  və  qaynaqedilmə  xüsusiyyəti  var.  Tikinti 
maşınlarının dişli çarxlarını, oymaqlarını və digər detallarını hazırlamaq üçün 
istifadə edilir. Bu materialdan hazırlanan detallar səssiz işləyir və vibrasiyanı 
yaxşı udur.


97
Polikondensat üzvi dielektriklər. Epoksid qatranları elektrotexnika, cihaz-
qayırma, radioelektrotexnikada elektroizolyasiya materialı kimi işlədilir. Mexa-
niki möhkəmliyin möhkəm olması onlardan konstruksiya materialı kimi raket 
və kosmik texnikada, aviasiya, gəmiqayırma və maşınqayırmada istifadə etmək 
imkanı verir.
O,  yüksək  keyfiyyətli  yapışqanlar  hazırlanmasında  tətbiq  edilir.  Epoksid 
polimerlər əsasında kompaundlar da hazırlanır.
Ftoroplastlar­flüor və xlor törəməli etilen əsasında yüksək molekulyar bir­
ləşmələrdir. Daha çox yayılan ftoroplast – 4­dür. O, yüksək kimyəvi davamlı-
lığa,  möhkəmliyə  və  istiliyədavamlılığa  malikdir.  Onlardan  kimyəvi  davamlı 
araqatqılar, yiv birləşmələri və kipkəclər üçün kipləşdiricilər hazırlayırlar.
§6. Elektroizolyasiya lakları
Elektroizolyasiya lakları müxtəlif pərdə əmələgətirən maddələrin xüsusi seçil-
miş üzvi həlledicilərdə kolloid məhluludur. Elektroizolyasiya lakları öz təyinatına 
görə hopdurma, örtmə, yapışdırıcı olur.
Hopdurucu laklar elektrik maşınları və aparatlarının dolaqlarının sarğıla-
rını birləşdirmək və məsamələri doldurmaq üçündür. Onlar məsamələrə daxil 
olaraq oradan havanı çıxarır və bərkidikdən sonra dolağı nəmliyə daxil edir. Bu 
halda dolaq izolyasiyanın elektrik möhkəmliyini və istilikkeçirmə əmsalını artı-
rır. Bu materialdan lifli materialları (kağız, parça, şüşə parça, elektrokarbon və s.) 
hopdurmaq üçün istifadə olunur.
Örtük lakları müxtəlif elektroizolyasiya detallarının, metal hissələrin xarici 
mühafizəsi  üçün,  maşın  və  aparatların  qabaqcadan  hopdurulmuş  dolaqlarını 
örtmək üçün istifadə edilir. Bu qrupa mina lakları da aiddir. Onlardan dolaq naqil­
lərinin minalanması, elektrotexniki polad vərəqələrin və s. izolyasiyası üçün isti­
fadə edilir.
Yapışdırıcı laklar müxtəlif elektroizolyasiya materiallarını və onların hissə­
lərini slyuda, kağız, karton və s. vasitəsilə yapışdırmaq üçündür.
§7. Kompaundlar
Kompaundlar  elektroizolyasiya  tərkibləridir.  Onlar  bir  neçə  maddədən 
(bitumlardan,  parafindən,  yağlardan  və  s.)  hazırlanır.  Onlar  tətbiq  edilərkən 
məh lul  halında  olur  və  sonra  tədricən  bərkiyir.  Kompaundlardan  detalların 
elektroizolyasiya xassələrini yaxşılaşdırmaq üçün istifadə edirlər.
Tətbiqinə görə kompaundlar hopdurucu və doldurucu olur.
Kompaund materialların xüsusi qrupunu tozşəkilli kompaundlar təşkil edir.
Elektroizolyasiya kompaundları: 
– termoplastik və
– termoreaktiv olur.


98
Termoplastik kompaundlar normal halda bərk olur,qızdırıldıqda yumşala-
raq plastikləşir və maye hala keçir, soyuduqda yenidən bərkiyir. Bu kompaund-
ları dəfələrlə əritmək və bərkitmək olar. Onları hazırlamaq üçün neft bitumları 
ilə birlikdə bitki və mineral yağlardan, kanifoldan və bir sıra termoplastik poli­
merlərdən istifadə edilir.
Termoreaktiv kompaundlar tətbiq edildikdə maye halda olur, sonra onlarda 
gedən  reaksiya  nəticəsində  bərkiyir.  Bərkidikdən  sonra  kompaundlar  bərk  hala 
keçir, ərimir və adi həlledicilərdə həll olmur. Laklar kimi bu kompaundlar da isti 
və  soyuq,  bərkimə  kompaundlarına  bölünürlər.  İsti  bərkimə  kompaundlarının 
bərkiməsi  xüsusi  termin  emalla,  soyuq  bərkimə  kompaundlar  isə  bəkidicilərin 
təsiri ilə yerinə yetirir. Kimyəvi tərkibinə görə kompaundlar:
– neft bitumları;
– bitki və mineral yağlar;
– kanifol və sintetik qatranlar əsaslı kompaundlara bölünürlər.
§8. Lifli elektroizolyasiya materialları
Lifli dielektriklər təbii, süni (sintetik) liflərdən ibarətdir. Liflər, adətən, hopdu-
rucu laklarla və tərkiblərlə emal edilir. Bu, lifli dielektriklərin qızmaya davamlılı-
ğını artırır, hiqroskopikliyini azaldır. Lifli dielektriklərə kağız, karton, fibra, par-
çalar və lentlər aid edilir.
Elektroizolyasiya  kağızı  dolaq  məftillərini  və  kabelləri  izolyasiya  etmək, 
təbəqəli elektroizolyasiya plastikləri, silindrlər və borucuqlar hazırlamaq üçün 
tətbiq edilir.
Elektroizolyasiya kartonunu oduncaq sulfat sellülozundan və pambıq parça 
cır­cındırlarından hazırlayırlar.
Fibranı  sink­xlor  məhlulu  ilə  işlənmiş  kağızdan  hazırlayırlar. Alçaq  gər gin­
likli elektrik avadanlığında elektroizolyasiya materialı (araqatı, sarğaç və s.) kimi 
istifadə edilir.
Elektrotexnikada tətbiq olunan parçaları və lentləri bitki və heyvan mənşəli 
təbii liflərdən hazırlayırlar.
Parça və lentlər əsasən dielektrik funksiyasını yerinə yetirir. Elektrik izolya-
siyasında aşağıda sadalanan parçalar: bez, tafta, perkal, mitikal və kiper lentlər 
tətbiq edilir.
§9. Elektroizolyasiya plastik kütlələri
 
Elektroizolyasiya plastik kütlələri müxtəlif əlaqələndirici maddələr (əsasən 
sintetik qatranlar) əsasında hazırlanır. Onlara hər cür mümkün olan doldurucu 
(üzvi, yaxud mineral) qatır, ya da qatmırlar. Plastik kütlələrin tərkibi və xas sə­
ləri, habelə onlardan məmulat istehsal edilməsi üsulları müxtəlifdir. Plastik küt­
lələrdən  alçaq  gərginlikli  aparatlarda  istifadə  edilən  müxtəlif  fasonlu  detallar 
hazırlayırlar.


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə