З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə31/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

93
müstəqil keçiricilik adlanır. Zəif sahələrdə zərbə ionlaşması olmur və müstəqil 
elektrik keçiriciliyi aşkar olunmur.
Kənar amillərin təsiri altında qazların ionlaşması zamanı molekulların müs­
bət və mənfi ionlarının parçalanması baş verir. Eyni zamanda müsbət ionların 
bir  hissəsi  mənfi  hissəciklərlə  birləşərək  neytral  molekullar  əmələ  gətirir.  Bu 
proses rekombinasiya adlanır.
Fərz edək ki, ionlaşmış qaz elektrik gərginliyi verilmiş iki paralel arasında 
yerləşmişdir.Gərginliyin  təsirindən  ionlar  hərəkət  etməyə  başlayır  və  dövrədə 
(zəncirdə) cərəyan yaranır. İonların bir hissəsi elektrodlarda neytrallaşacaq, bir 
hissəsi isə rekombinasiya hesabına yox olacaqdır.
Qaz aralığında cərəyan gərginliklə düz mütənasibdir.
Şəkil 2. Qazda cərəyanın gərginlikdən asılılığı
Gərginliyin  artması  zamanı  cərəyan  yalnız  ionlaşma  kənar  amillərin təsiri 
altında baş verənə qədər sabit qalır. Zərbə ionlaşması əmələ gələnə kimi müstə­
qil elektrik keçiriciliyi yaranır və cərəyan yenidən gərginliyin artması ilə art-
mağa başlayır. 
§3. Maye dielektriklər
Maye dielektriklər 2 qrupa ayrılır:
– mineral yağlar;
– sintetik dielektriklər.
Transformator yağını və digər mineral elektroizolyasiya materiallarını nefti 
pilləli distillə yolu ilə müəyyən fraksiyalarına ayırmaqla alırlar.
Transformator  yağları  güc  transformatorlarına  və  yüksək  gərginlikli  divar 
açarlarına  tökmək  üçün  işlədilir.Kabel  və  kondensator  yağlarını  yüksəkvoltlu 
kabellərin və kondensatorların kağız izolyasiyasına hopdururlar.
Maye  dielektriklər  tətbiq  edilən  avadanlığın  konstruksiyasından,  istismar 
şəraitindən və ekoloji təhlükəsizlikdən və s. asılıdır. Bütün bunlara əsaslanaraq 
maye dielektriklər bir sıra tələbləri ödəməlidir:
– yüksək elektrik müqaviməti;


94
yüksək elektrik möhkəmliyi;
– istismar saxlanma və texnoloji emal şəraitində yüksək stabillik;
– oksidləşməyə qarşı yüksək davamlılıq;
– yanğın təhlükəsizliyi, ekoloji təhlükəsizlik;
– tətbiq edilən materiallarla uyğunlaşma və s.
Transformatorlarda  işlədilən  maye  dielektriklər  əlavə  funksiya  da  daşıyır. 
Onlar  soyuducu  kimi  elektrik  avadanlığının  daxilində  ayrılan  istiliyi  kənara 
verirlər. Bu isə onlardan yüksək istilik tutumuna və istilik keçiriciliyinə malik 
olmağı, aşağı işçi temperaturda özlülüyün az olmasını tələb edir.
Güc kondensatorlarında hopdurucu kimi istifadə olunan mayelər aromatik 
birləşmələr əsasında hazırlanır. Onların özlülüyü az olmalı,hopdurulan izolya-
siyanı yaxşı islatmalı, onu həll etməməli və şişirtməməlidir.
Elektrik  avadanlığının  xarab  olması  çox  vaxt  qığılcım,qövs  yaranması  ilə 
müşahidə olunur, nəticədə onlar mayeni və ya onun buxarlarını alovlandıra bilər. 
Ona görə maye, onun buxarları və kimyəvi parçalanmanın qaz məhsulları alov-
lanmamalıdır. Alovlanmaya qarşı müqavimət mayenin yanma dərəcəsi ilə müəy­
yən olunur.
§4. Sintetik maye dielektriklər
Sintetik maye dielektriklər: sovol və sovtol sintetik maye dielektrikləridir. 
Sovolu  kristal  maddə  olan  difenili  xlorlaşdırmaqla  alırlar.  Sovol  yanmayan 
maddədir, lakin zəhərlidir. Buna görə də onunla işləyərkən ehtiyatlı olmalı, təh­
lükəsizlik texnikası qaydalarına əməl olunmalıdır.
Sovtol  sovolun  və  trixlor  benzolun  qatışığından  alınır.  Sovtolun  özlülüyü 
sovolunkundan xeyli azdır. Bu, lifli dielektriklərə sovtol hopdurma işini asan-
laşdırır. Sovolu və sovtolu dəyişən cərəyan qurğularında kağız kondensatorlara 
hopdururlar.
Kaloriya­2 silisium üzvi mayedir. Onun elektrik xarakteristikaları tempera-
turdan az asılıdır. Kaloriya ­2 zəhərsizdir, korroziya aktivliyinə malik deyildir, 
yanar maddələr, lifli izolyasiyaya hopdurmaq üçün tətbiq edirlər.
Bir neçə sintetik mayeləri nəzərdən keçirək:
– xlorlu karbohidrogenlər müxtəlif karbohidrogenlərin molekullarında bəzi 
atomların (və ya bütün) xlor atomu ilə əvəz etməklə alırlar. Polyar difenil xlor 
məhsulları  (C
12
H
10­n
Cln)  daha  geniş  tətbiq  olunurlar.  Onlar  yüksək  dielentrin 
nüfuzluğuna malik olduğundan kondensatorlarda hopdurucu kimi istfadə edir­
lər.  Xlorlu  karbohidrogenlər  alışqan  deyil,  lakin  onların  mənfi  cəhəti  zəhərli 
olmasıdır.  Xlorlu  karbohidrogenlərin  özlülüyü  nisbətən  çox  olduğundan  ona 
özlülüyü az olan xlorlu karbohidrogenlər qatırlar. 
Sintetik­maye dielektriklər bəzi xassələrinə görə neft izolyasiyası yağların-
dan (alışqanlığı, yağ buxarlarının alışma temperaturunun aşağı olması) üstün-
dür. Onlar yanğın və partlayış təhlükəsi mühitində elektrik aparatlarının uzun 


95
müddət işləməsini təmin edir. Eyni zamanda yüksək istilik şəraitində və elekt-
rik sahə gərginliyində də elektrik aparatlarının işləməsi üçün şərait yaradır.
§5. Bərk üzvi dielektriklər
Yüksək polimer materiallar. Polimer adlanan sintetik qatranları müxtəlif 
xammaldan (daş kömür, neft və s.) alırlar. Bu məqsədlə xammalı kimya müəs­
sisələrində  emaldan  keçirir,sonra  əsas  manometrləri  polimerləşdirir,  yaxud 
poli kondensləşdirirlər.  Polimerləşmə  reaksiyası  zamanı  sadə  birləşmələrin 
(mano merlərin)  böyük  miqdarda  eyni  molekulları  birləşərək  bir  mürəkkəb 
molekul ( polimer) əmələ gətirir. Bir sıra sintetik polimerlər polimerləşdirmə 
yolu ilə alınır: polietilen, polipropilen, poliizobutilen və s.
Polikondensləşmə  reaksiyası  zamanı  bir  sadə  birləşmədən  polimer  əmələ 
gəlir; onun tərkibi ilk məhsulların tərkibindən fərqlənir. Polikondensləşmə reak-
siyasında əlavə maddələr: su,ammonyak və s. ayrılır.
Polikondensləşmə yolu ilə fenolformaldenidi, karbomiri, poliamidi, poliefiri 
və digər sintetik polimerləri alırlar.
Termoplastik və termoreaktiv dielektriklər.
Polimerlər qızdırılan və soyudulan zaman xassələrindən asılı olaraq: 
– termoplastik;
– termoreaktiv polimerlərə ayrılır.
Plastik kütlələrə aşağıdakı komponentlər daxildir:
– əlaqələndiricilər;
– doldurucular;
plastifikatorlar;
– bərkidicilər;
– boya maddələri;
– sabitləşdiricilər.
Plastik  kütlələr  elektrotexnikada  həm  elektroizolyasiya,  həm  də  konstruk-
siya materialı kimi tətbiq olunur.
Əlaqələndiricilər  plastik  kütlələrin  əsası  olub,  onların  xassələrinə  təsir  edir. 
Əlaqələndirici kimi təbii və süni qatranlardan istifadə edilir. Onlar müxtəlif kom­
ponentləri birləşdirir və materiala xarakterik xassə verir. Doldurucular materialın 
mexaniki xassələrini yaxşılaşdırmaq, sıxılımasını azaltmaq, davamlılığı artırmaq 
və s. üçündür. Doldurucular üzvi,qeyri­üzvi,toz və lif şəklində ola bilərlər.
Tozşəkilli doldurucular: kvars unu, təbaşir, talk, ağac unu və s.
Lifli doldurucular: asbest, ağac və şüşə lifləri.
Doldurucuların seçilməsi və tərkibi metalın təyinatı və istismar zamanı xid­
mət şəraiti nəzərə alınmaqla irəli sürülən tələblərə cavab veməlidir.
Termoplastik  polimerlər  qızan  zaman  yumşalmaq  və  soyuyan  zaman  bər­
kimək  qabiliyyəti  ilə  xarakterizə  olunur.  Onlar  böyük  elektrik  müqa vi mə tinə, 
kiçik suudma qabiliyyətinə və yüksək kimyəvi davamlılıq xassəsinə malikdir. 


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə