З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə36/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   32   33   34   35   36   37   38   39   40

108
Gümüşdən fərqli olaraq, platin atmosferdə qarşılıqlı təsirdə kükürdlü plyon-
kalar əmələ gətirmir, bu isə platin kontaktların sabit keçid müqavimətini təmin 
edir.  O  praktiki  olaraq  hidrogeni  həll  etmir,  qızmış  halda  hidrogeni  özündən 
keçirir. Hidrogendə yandırıldıqdan sonra platin öz xassəsini saxlayır. Lakin kar-
bonlu mühitdə közərdildikdə platin karbonlaşır (kömürləşir) və kövrək olur.
Platindən  işçi  temperaturu  1600ºC­yə  qədər  olan  termocütlər  hazırlanma-
sında istifadə edirlər. Elektrometrlərdə və digər həssas cihazlarda hərəkət edən 
sistemlərin asılqanı üçün diametri 0,001 mm­ə yaxın olan xüsusilə nazik platin 
telləri,bimetal  platin  –  gümüş  naqili  çoxqat  dartmaqla  sonra  isə  xarici  gümüş 
təbəqəni azot turşusunda həll etməklə (platinə azot turşusu təsir etmir) alırlar.
Platinin  iridiumla  olan  xəlitələri  geniş  yayılmışdır.  Onlar  oksidləşir,  yük  sək 
möhkəmliyə malikdir, mexaniki yeyil məsi azdır, lakin qiymətcə bahadır və yal-
nız kontaktların çox yüksək etibarlığı tələb olunduğu halda tətbiq edilir.
Dəmir ən ucuz metal olub yüksək mexaniki möhkəmliyə malikdir və keçi-
rici  material  kimi  maraq  doğurur.  Təmiz  dəmirin  xüsusi  müqaviməti  mis  və 
alüminiumdan çox yüksəkdir. Dəmirin və digər ferromaqnit metalların və ərin­
tilərin səciyyəvi xassəsi onların xüsusi müqavimətinin temperaturdan asılılığı-
nın düzxətli olmamasıdır (şəkil 5).
Bu  xüsusiyyət  ferromaqnt  xassələrinin  yox  olduğu  Küri  temperaturuna 
yaxınlaşdıqda sponton müqavimətinin itməsi ilə izah olunur.
Dəmirin və digər metalların xüsusi müqaviməti onların tərkibində olan qarı-
şıqlardan asılıdır (şəkil 6).
Şəkil 6. Poladın xüsusi 
müqavimətinin müxtəlif qarışıqlar-
dan asılılığı
Qrafikdən göründüyü kimi dəmrin elektrik xas
-
sə lərinə  ən  çox  təsir  edən  silisium  qarışığıdır. 
Dəmir dən 500ºC temperaturda işləmək qabiliy­
yəti olan elektrovakuum və yarımkeçirici cihaz-
ların korpuslarını hazırlayırlar.
Keçirici material kimi tərkibində 0,10­0,15 % 
karbon  olan  yumşaq  poladdan  istifadə  olunur. 
Onun  xüsusi  keçiriciliyi  misdən  6­7  dəfə  azdır, 
möhkəmlik həddi 700­750 MPa, qırılmada nisbi 
uzanması  5­8  %­dır.  Gücü  az  olan  hava  xət lə­
rində keçirici material kimi istifadə edilir.
Poladdan  keçirici  material  kimi  şin,elektrik 
dəmir yolu relsləri və s. sahə lərdə istifadə olunur. 
Adi polad karroziyaya qarşı az davamlıdır, yüksək rütu bətdə tez paslanır, tem-
peratur artdıqda karroziyanın əmələ gəlməsi sürətlənir. Bunun qarşısını almaq 
üçün polad naqillərin səthini daha dayanıqlı təbəqə ilə örtmək lazımdır. Məhz 
şindən bu məqsəd üçün istifadə edilir.


109
§4. Xüsusi müqaviməti çox olan keçirici materiallar
Belə  materiallara  normal  şəraitdə  xüsusi  elektrik  müqaviməti  0,3  mkOm­
dan az olmayan xəlitələr daxildir. Onlardan: 
– müxtəlif elektrik ölçü və qızdırıcı cihazların 
nümunəvi müqavimətlərin 
– reostatların və s. hazırlanmasında istifadə olunur.
Belə materiallara manqanin, konstantan, nixrom aiddir.
Aşağıdakı cədvəldə onların xassələri göstərilmişdir.
Parametr
Manqanin 
Konstantan
Nixrom 
Neyzilber
Sıxlıq (20ºC ilə kq/m
2
)
8400
8900
8400
8700
Ərimə t­ru ºC
910­960
1200­1270
1380­1420
1080
Xüsusi elektrik müqaviməti
(20­də), mk)mim
0,40­0,52
0,45­0,52
1,02­1,12 0,30­0,32
Xüsusi elektrik müqaviməti 
t­ru əmsalı ºC
(10­25)·10
-6
20·10
-6
(110­130)·10
-6
36·10
-5
Dartılmada möhkəmlik həddi
MPa
395­540
394­638
686­735 350·1100
Qırılmada nisbi uzanma %
10+5
10­20
10­18
3­30
Mis ilə cütlükdə termo­e.h.q.
0,9­1,0
39­43

14,4
Manqaninin mis­nikel xəlitəsidir. Onun tərkibində nikel, kobalt 
– 
2,5­3,5%; 
manqan 
– 
11,5­13,5%; mis 
– 
85,0­89,0%­dir.
Digər qarışıqlar 0,9%­dən çox olmamalıdır.
Manqanin xüsusi müqavimətini 
– 
100ºC­dən+100ºC­yə kimi sabitləşdirmək 
üçün manqan qatmaq və 400ºC­də termiki emal aparmaq lazımdır. Manqanin 
mislə cütlükdə çox kiçik termoelektrik hərəkət qüvvəsinə (e.h.q.) malikdir. O, 
yüksək dəqiqlik tələb edən elektrik ölçü cihazlarının istehsalında tətbiq edilir.
Konstantan manqanindən tərkibindəki komponentlərin miqdarına görə seçilir. 
Onun tərkibində nikel (kobaltla) 
– 
39­41%; manqan 
– 
1,2%; mis 
– 
56,1­59,1%­dir.
Qarışıqlar 0,9%­dan çox olmamalıdır. İstiliyə davamlılığına görə konstan-
tan manqanindən üstündür. Elə bu səbəbdən də ondan reostatlarda və qızdırıcı 
elementlərdə 500ºC temperatura kimi istifadə etməyə imkan verir.
Həmçinin  onun  yüksək  mexaniki  xassələri,  plastikliyi  imkan  verir  ki,  bu 
xəlitələrdən nazik naqillər, lentlər və s. hazırlansın.


110
Mis və dəmirlə cütlükdə yüksək e.h.q.­yə malik olduğuna görə konstantandan 
yüksək  dəqiqliyə  malik  elektrik  ölçü  cihazlarında  istifadə  etmək  olmaz,  lakin 
termocütlər hazırlanmasında uğurla tətbiq olunur.
§5. Elektrokömür materialları və məmulatları
Bərk  qeyri­metal  keçirici  materiallar  arasında  elektrotexnikada  ən  çox  isti­
fadə  olunan  material  təmiz  karbonun  allotropik  forması  olan  qrafitdir.  Qrafit 
yüksək elektrik keçiriciliyinə, yüksək istiliyə davamlılığa, yaxşı mexaniki emalo-
lunma qabiliyyətinə malikdir.
Elektrik karbon (kömür) məmulatları almaq üçün təbii qrafitdən, antrasitdən 
və pirolitik karbondan istifadə olunur.
Təbii qrafit yüksək ərimə temperaturuna (3900ºC) malikdir. Kristallara malik 
quruluşu  olan  materialdır. Yüksək  temperaturda  oksigenin  təsiri  ilə  oksid ləşir, 
qazvari oksid birləşmələri – CO və CO

yaradır.
Qrafitdən yarımkeçiricilər texnologiyasında qızdırıcılar, ekranlar, tigellər və s. 
məmulatlar hazırlanır.
Qrafit məmulatlar vakuumda və ya qoruyucu mühitdə 2500ºC­yə kimi istis-
mar edilə bilər.
Qrafitin xüsusi modifikasiyası şüşə karbondur. Ondan şüşəyəbənzər, parlaq 
səthli məmulatlar hazırlanır. Qrafit yüksək kimyəvi davamlılığı ilə fərqlənir.
Qrafit  yaxşı  antifriksion  xassələrə  malikdir.  Narın  döyülmüş  toz  şəklində, 
yaxud pulcuqlu buraxılır. Təbii əlif qatılmış qrafit (paraşokun tozuna) qrafit pas-
tası deyilir. Bu cür pasta boru kəmərlərinin yivli birləşmələri üçün tətbiq olunur. 
Pulcuqlu qrafiti kipkəc tıxamalarına hopdururlar. 
IV FƏSIL
YARIMKEÇIRICI MATERIALLAR
§1. Yarımkeçirici materialların əsas xüsusiyyətləri
 
Yarımkeçiricilərə, elektrik keçiriciliyi normal temperaturda, keçiricilərə nis­
bətən az, dielektriklərə nisbətən isə cox olan böyük miqdarda maddələr daxil-
dir. Yarımkeçiricilər xarici təsirlər (t, p, işıqlanma və s.) nəticəsində xassə lərini 
dəyişir. Yarımkeçiricilər metallardan fərqli olaraq, geniş temperatur intervalında 
xüsusi müqavimətin temperatur əmsalının mənfi olmasına malikdir.
Yarımkeçiricilərdən müxtəlif növ enerjini elektrik enerjisinə çevirmək üçün 
istifadə edilir. Yarımkeçirici çeviricilər sırasına günəş batareyaları, termoelekt-
rik generatorlar daxildir. Yarımkeçiricilərdən istifadə etməklə temperaturu aşağı 


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə