108
Gümüşdən fərqli olaraq, platin atmosferdə qarşılıqlı təsirdə kükürdlü plyon-
kalar əmələ gətirmir, bu isə platin kontaktların sabit keçid müqavimətini təmin
edir. O praktiki olaraq hidrogeni həll etmir, qızmış halda hidrogeni özündən
keçirir. Hidrogendə yandırıldıqdan sonra platin öz xassəsini saxlayır. Lakin kar-
bonlu mühitdə közərdildikdə platin karbonlaşır (kömürləşir) və kövrək olur.
Platindən işçi temperaturu 1600ºCyə qədər olan termocütlər hazırlanma-
sında istifadə edirlər. Elektrometrlərdə və digər həssas cihazlarda hərəkət edən
sistemlərin asılqanı üçün diametri 0,001 mmə yaxın olan xüsusilə nazik platin
telləri,bimetal platin – gümüş naqili çoxqat dartmaqla sonra isə xarici gümüş
təbəqəni azot turşusunda həll etməklə (platinə azot turşusu təsir etmir) alırlar.
Platinin iridiumla olan xəlitələri geniş yayılmışdır. Onlar oksidləşir, yük sək
möhkəmliyə malikdir, mexaniki yeyil məsi azdır, lakin qiymətcə bahadır və yal-
nız kontaktların çox yüksək etibarlığı tələb olunduğu halda tətbiq edilir.
Dəmir ən ucuz metal olub yüksək mexaniki möhkəmliyə malikdir və keçi-
rici material kimi maraq doğurur. Təmiz dəmirin xüsusi müqaviməti mis və
alüminiumdan çox yüksəkdir. Dəmirin və digər ferromaqnit metalların və ərin
tilərin səciyyəvi xassəsi onların xüsusi müqavimətinin temperaturdan asılılığı-
nın düzxətli olmamasıdır (şəkil 5).
Bu xüsusiyyət ferromaqnt xassələrinin yox olduğu Küri temperaturuna
yaxınlaşdıqda sponton müqavimətinin itməsi ilə izah olunur.
Dəmirin və digər metalların xüsusi müqaviməti onların tərkibində olan qarı-
şıqlardan asılıdır (şəkil 6).
Şəkil 6. Poladın
xüsusi
müqavimətinin müxtəlif qarışıqlar-
dan asılılığı
Qrafikdən göründüyü kimi dəmrin elektrik xas
-
sə lərinə ən çox təsir edən silisium qarışığıdır.
Dəmir dən 500ºC temperaturda işləmək qabiliy
yəti olan elektrovakuum və yarımkeçirici cihaz-
ların korpuslarını hazırlayırlar.
Keçirici material kimi tərkibində 0,100,15 %
karbon olan yumşaq poladdan istifadə olunur.
Onun xüsusi keçiriciliyi misdən 67 dəfə azdır,
möhkəmlik həddi 700750 MPa, qırılmada nisbi
uzanması 58 %dır. Gücü az olan hava xət lə
rində keçirici material kimi istifadə edilir.
Poladdan keçirici material kimi şin,elektrik
dəmir yolu relsləri və s. sahə lərdə istifadə olunur.
Adi polad karroziyaya qarşı az davamlıdır, yüksək rütu bətdə tez paslanır, tem-
peratur artdıqda karroziyanın əmələ gəlməsi sürətlənir. Bunun qarşısını almaq
üçün polad naqillərin səthini daha dayanıqlı təbəqə ilə örtmək lazımdır. Məhz
şindən bu məqsəd üçün istifadə edilir.
109
§4. Xüsusi müqaviməti çox olan keçirici materiallar
Belə materiallara normal şəraitdə xüsusi elektrik müqaviməti 0,3 mkOm
dan az olmayan xəlitələr daxildir. Onlardan:
– müxtəlif elektrik ölçü və qızdırıcı cihazların
–
nümunəvi müqavimətlərin
– reostatların və s. hazırlanmasında istifadə olunur.
Belə materiallara manqanin, konstantan, nixrom aiddir.
Aşağıdakı cədvəldə onların xassələri göstərilmişdir.
Parametr
Manqanin
Konstantan
Nixrom
Neyzilber
Sıxlıq (20ºC ilə kq/m
2
)
8400
8900
8400
8700
Ərimə tru ºC
910960
12001270
13801420
1080
Xüsusi
elektrik müqaviməti
(20də), mk)mim
0,400,52
0,450,52
1,021,12 0,300,32
Xüsusi elektrik müqaviməti
tru əmsalı ºC
(1025)·10
-6
20·10
-6
(110130)·10
-6
36·10
-5
Dartılmada
möhkəmlik həddi,
MPa
395540
394638
686735 350·1100
Qırılmada nisbi uzanma %
10+5
1020
1018
330
Mis ilə cütlükdə termoe.h.q.
0,91,0
3943
–
14,4
Manqaninin misnikel xəlitəsidir. Onun tərkibində nikel, kobalt
–
2,53,5%;
manqan
–
11,513,5%; mis
–
85,089,0%dir.
Digər qarışıqlar 0,9%dən çox olmamalıdır.
Manqanin xüsusi müqavimətini
–
100ºCdən+100ºCyə kimi sabitləşdirmək
üçün manqan qatmaq və 400ºCdə termiki emal aparmaq lazımdır. Manqanin
mislə cütlükdə çox kiçik termoelektrik hərəkət qüvvəsinə (e.h.q.) malikdir. O,
yüksək dəqiqlik tələb edən elektrik ölçü cihazlarının istehsalında tətbiq edilir.
Konstantan manqanindən tərkibindəki komponentlərin miqdarına görə seçilir.
Onun tərkibində nikel (kobaltla)
–
3941%; manqan
–
1,2%; mis
–
56,159,1%dir.
Qarışıqlar 0,9%dan çox olmamalıdır. İstiliyə davamlılığına görə konstan-
tan manqanindən üstündür. Elə bu səbəbdən də ondan reostatlarda və qızdırıcı
elementlərdə 500ºC temperatura kimi istifadə etməyə imkan verir.
Həmçinin onun yüksək mexaniki xassələri, plastikliyi imkan verir ki, bu
xəlitələrdən nazik naqillər, lentlər və s. hazırlansın.
110
Mis və dəmirlə cütlükdə yüksək e.h.q.yə malik olduğuna görə konstantandan
yüksək dəqiqliyə malik elektrik ölçü cihazlarında istifadə etmək olmaz, lakin
termocütlər hazırlanmasında uğurla tətbiq olunur.
§5. Elektrokömür materialları və məmulatları
Bərk qeyrimetal keçirici materiallar arasında elektrotexnikada ən çox isti
fadə olunan material təmiz karbonun allotropik forması olan qrafitdir. Qrafit
yüksək elektrik keçiriciliyinə, yüksək istiliyə davamlılığa, yaxşı mexaniki emalo-
lunma qabiliyyətinə malikdir.
Elektrik karbon (kömür) məmulatları
almaq üçün təbii qrafitdən, antrasitdən
və pirolitik karbondan istifadə olunur.
Təbii qrafit yüksək ərimə temperaturuna (3900ºC) malikdir. Kristallara malik
quruluşu olan materialdır. Yüksək temperaturda oksigenin təsiri ilə oksid ləşir,
qazvari oksid birləşmələri – CO və CO
2
yaradır.
Qrafitdən yarımkeçiricilər texnologiyasında qızdırıcılar, ekranlar, tigellər və s.
məmulatlar hazırlanır.
Qrafit məmulatlar vakuumda və ya qoruyucu mühitdə 2500ºCyə kimi istis-
mar edilə bilər.
Qrafitin xüsusi modifikasiyası şüşə karbondur. Ondan şüşəyəbənzər, parlaq
səthli məmulatlar hazırlanır. Qrafit yüksək kimyəvi davamlılığı ilə fərqlənir.
Qrafit yaxşı antifriksion xassələrə malikdir. Narın döyülmüş toz şəklində,
yaxud pulcuqlu buraxılır. Təbii əlif qatılmış qrafit (paraşokun tozuna) qrafit pas-
tası deyilir. Bu cür pasta boru kəmərlərinin yivli birləşmələri üçün tətbiq olunur.
Pulcuqlu qrafiti kipkəc tıxamalarına hopdururlar.
IV FƏSIL
YARIMKEÇIRICI MATERIALLAR
§1. Yarımkeçirici materialların əsas xüsusiyyətləri
Yarımkeçiricilərə, elektrik keçiriciliyi normal temperaturda, keçiricilərə nis
bətən az, dielektriklərə nisbətən isə cox olan böyük miqdarda maddələr daxil-
dir. Yarımkeçiricilər xarici təsirlər (t, p, işıqlanma və s.) nəticəsində xassə lərini
dəyişir. Yarımkeçiricilər metallardan fərqli olaraq, geniş temperatur intervalında
xüsusi müqavimətin temperatur əmsalının mənfi olmasına malikdir.
Yarımkeçiricilərdən müxtəlif növ enerjini elektrik enerjisinə çevirmək üçün
istifadə edilir. Yarımkeçirici çeviricilər sırasına günəş batareyaları, termoelekt-
rik generatorlar daxildir. Yarımkeçiricilərdən istifadə etməklə temperaturu aşağı