З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B


§10. Laylı plastik elektroizolyasiya materialları



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə33/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

99
§10. Laylı plastik elektroizolyasiya materialları
 
Laylı  plastiklər  elektrik  maşın,  aparat  və  cihazlarında,  transformatorlarda, 
əsasən  elektroizolyasiya  materialı  kimi  geniş  tətbiq  olunur.  Ən  çox  yayılmış 
laylı plastiklər getinaks, tekstolit, stekloteksolitdir. Laylı plastiklər anizotropiya 
xassələri ilə xarakterizə edilir.
Anizotropiya – materialın fiziki xassələrinin müxtəlif istiqamətlərdə müx­
təlif olması hadisəsidir.
Getinaks  –  fenol,  yaxud  karboksil  qatranlarından  ibarət  qatışığı  pres lə­
məklə  alınır.  Getinaksın  əsas  xüsusiyyəti  dekorativ  xarici  görkəmidir.  Ondan 
daxili üzləmə işlərində istifadə edilir.
Getinaksda doldurucu müxtəlif kağız növləridir.
Tekstolit – müxtəlif termoreaktiv qatranlardan və pambıq parçalardan iba­
rət qatışığı presləməklə alınır. Tekstolit vibrasiya yüklərini yaxşı udur və parça-
lanmaya  yaxşı  müqavimət  göstərir.  Tekstolitdən  az  yeyilən  və  vibrasiyayada-
vamlı dişli çarxlar, böyük fırlanma tezliyində səssiz işləyən dişli çarx ötürmələri, 
yastı içliklər hazırlanır.
 Tekstolitdə doldurucu olaraq pambıq parçalardan istifadə olunur.
§11. Elektroizolyasiya rezinləri
Elektroizolyasiya rezinlərini əsası təbii, yaxud sintetik kauçuk olan qatışıqlar-
dan  hazırlayırlar.  Belə  rezini  dielektrik  funksiyasını  yerinə  yetirən  elektrik  məf­
tilləri və kabelləri istehsalında (elektroizolyasiya rezinləri), yaxud qoruyucu örtük 
istehsalında (şlanq rezini) tətbiq edirlər. Rezin istinin və günəş işığının təsi rin dən 
köh nəlir, bu halda onun mexaniki və dielektrik xas sələri pis ləşir.
Şəkil 3. Plastik kütlədən və digər material-
lardan hazırlanmış elektrik izolyasiya 
məmulatları
    Təbii və sintetik maddə lər dən, onlara 
vulkanlaşdırıcı  maddə  olan  kükürd 
qatmaqla  bərk  rezin  –  ebonit  alırlar. 
Ebonit  qara  rənglidir,  yaxşı  mexaniki 
və elektroizolyasiya xassə lə rinə malik-
dir,  eyni  zamanda  o,  mexaniki  emala 
yaxşı  uğrayır.  Ebonitdən  zəif  cərə­
yanlar texnikasında akkumulyator bak-
larında və s. işlədilən müxtəlif detallar 
hazırlanır.
Rezin yaxşı elektroizolyasiya xassə­
lərinə malikdir. Deformasiya qüv və sinin 
təsiri ilə rezin öz ölçülərini dəyişir, qüv­
və götürüldükdən sonra isə onun ölçü ləri 
bərpa olunur.


100
§12. Bərk qeyri-üzvi dielektriklər
Slyuda və slyuda elektroizolyasiya materialları. Slyuda xarakterik təbə­
qəli quruluşa malik təbii materialdır. O, nazik təbəqələrə parçalana bilir. Həmin 
vərəqlər elastikdir, qırılmaya yüksək dərəcədə davamlıdır. Slyuda kondensator-
larda və elektron lampalarında əsas dielektrikdir. Slyuda elektroizolyasiya mate-
rialları  hər  hansı  qatran,yaxud  yapışdırıcı  laklar  vasitəsilə  yapışdırılmış  slyuda 
vərəqlərindən ibarətdir. Elektroizolyasiya materiallarına makafoni və mikrolentlər 
aiddir.
Bu  materiallardan  yüksək  gərginlikli  maşınların  və  çox  rütubətli  yerlərdə 
işləyən maşınların sarğaclarını izolyasiya etmək üçün istifadə edirlər.
Slyuda təbii material olsa da, sintetik slyuda da tətbiq olunur. Yüksək elekt-
rik  möhkəmliyinə  və  elastikliyə  malikdir.  Onlardan  izolyasiya  kimi  turbo  və 
hidrogeneratorlarda, elektrik mühərriklərində və bəzi kondensatorlarda dielekt-
rik kimi istifadə olunur.
Elektrik izolyasiyası kimi onun iki mineralından istifadə olunur: muskovit 
və floqopit.
Slyudanı qızdırdıqda onun tərkibində olan su çıxır. Nəticədə o şişir, parıltı-
sını itirir, elektrik və mexaniki xassələri aşağı düşür.
Sintetik slyuda xüsusi tərkibli xəlitəni yüksək temperaturda əritmək, sonra 
yavaş  sürətlə  soyutmaqla  alınır.  Sintetik  slyuda  –  flüorfloqopit  adlanır.  Onun 
kimyəvi, qızmaya, radiasiyaya davamlılığı təbii floqopitdən çoxdur. Bu onunla 
əlaqədardır ki, flüorfloqopitdə kristallaşma suyu yoxdur, çünki onun hidroksil 
qrupları flüor ionu ilə əvəz olunmuşdur.
Sintetik slyuda təbii slyudadan qiymətcə bahadır. Ondan elektron lampala-
rında izoləedici material, 600°­700°C temperaturda işləyən kondensator mate-
rialı və xüsusi elektrik maşınlarında izolyasiya materialı kimi istifadə olunur.
Şəkil 4. 6 kV­lıq Farfor izolyatorlar: 
a – dayaq izolyatorları, b – keçid 
izolyatorları
Elektrokeramik materiallar. Keramik elektro-
izolyasiya  materialları  möh kəm  və  bərk  süni 
materiallardır.  Onları  lazımi  nisbətdə  götürül-
müş müx təlif mineralların (kaolin, talk, kvars 
və  s.)  qatışığından  ibarət  olan  keramik  kütlə­
lərin qəlib lən məsi, qurudulması və sonra yan-
dırılması nəticəsində alırlar.
Keramika materiallarının çoxu yüksək mexa-
niki  möhkəmliyə,  istiyə da vam lılığa,  yük sək 
elektrik  xas sələrinə,  elektrik  və  istilik  köh­
nəlməsinə qarşı davamlılığa malikdir. Bu materi-
alları müxtəlif izolyatorlar, izolyasiya oymaqları, 
rozetkalar  kimi,  habelə  elektrik  qızma  cihazla-
rında və s. tətbiq edirlər.
Elektrofarfor  məmulatları  bişirildikdə  şirə 
əri yir  və  izolyatorun  səthini  nazik  şüşə yəbənzər  qatla  örtür.  Şirə  izolyatorun 


101
mexaniki möhkəmliyini artırır, çatları və qüsurları “hamarlayır”, izolyatorların 
sət hində sızma cərəyanını azaldır və səthi boşalma gərginliyini artırır.
Elektrotexniki farfordan müxtəlif tipli yüksək və alçaq gərginlikli izolyator-
lar hazırlanır. Yüksək gərginlikli dayaq izolyatorlarına:
– paylayıcı qurğular və aparatlar üçün stasionar izolyatorlar;
– elektrik veriliş xətləri üçün asma və çubuq (mil) izolyatorları aiddir.
Elektrozolyasiya şüşələri. Elektrozolyasiya şüşələri (qeyri­üzvi şüşə), müəy­
yən nisbətdə götürülmüş kvars qumu, soda, dolamit, təbaşir və digər materialla-
rın  qatışığından  hazırlanan  ucuz  materialdır.  Maye  şüşə  kütləsindən  müx təlif 
şüşə  məmulatlar­izolyatorlar,  kondensatorlar  üçün  detallar,  işıq  lampalarının 
balonları, habelə şüşə ­lif, şüşə­parça və digər materiallar hazırlayırlar.
Kimyəvi tərkibinə görə şüşələr:
– halogenid;
– xalkogenid;
– oksid şüşələrinə bölünür. 
Dielektrik xassələrinə yalniz oksid şüşələri malikdir. Oksid şüşələrin əksər 
hissəsinin tərkibində SiO

(kvars) olan silikatlar təşkil edir. Tərkibinə görə oksid 
şüşələri bir sıra siniflərə bölünür:
– şüşə əmələ gətirən oksidlərə görə­silikat, borat, fosfat və s.
– qələvi oksidlərinə görə qələvisiz,az qələvi və cox qələvili.
Şüşələrin xassələri onların tərkibindən və istilik emalı rejimindən asılı ola-
raq dəyişir.
Mexaniki xassələrinə görə kvars və qələvisiz şüşələr üstünlük təşkil edir.
Tərkibində PbO
2
, Na
2
O, K
2
O olan şüşələrin mexaniki möhkəmliyi az olur.
Başqa cisimlərlə müqayisədə şüşələrin istilik keçiriciliyi çox azdır. Amorf 
maddə  olduğu  üçün  şüşələrin  dəqiq  ərimə  temperaturu  yoxdur.  Qızdırıldıqda 
şüşələrin özlülüyü azalır.
Şüşələrin nəmliyədavamlılığı onların uzun müddət su ilə toxunan səthinin 
məhlula keçən hissəsinin kütləsi ilə müəyyən edilir. Temperatur artdıqda şüşə­
nin həll olması artır.
Şüşələrin elektrik xassələri onların tərkibindən çox asılıdır. Şüşələrin çoxu 
ion keçiriciliyinə malikdir. Bəzi xüsusi şüşə növlərində elektron və ya qarışıq 
keçiricilik olur. Temperatur artdıqda şüşələrin elektrik keçiriciliyi artır, bu, ion-
ların çevikliyinin artması ilə izah olunur.
Çox nazik şüşə liflərinin (diametri 4­7 mkm olan) yüksək elastikliyi onları 
toxucu texnologiyası ilə emal etməyə imkan verir.
Ayrı­ayrı liflərdən burulmuş şüşə saplardan şüşə parçalar,lentlər və şlanqlar 
toxunur.  Şüşə  lif  izolyasiyasının  üzvi  lif  izolyasiyasından  üstünlüyü  yüksək 
istiliyədavamlılığında, mexaniki möhkəmliyinin az olmasında və yaxşı elektro-
izolyasiya xassələrinə malik olmasındadır. Şüşə lif almaq üçün qələvili alümo-
silikat, qələvisiz və az qələvili alümoborsilk şüşələrdən istifadə olunur.


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə