З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B


§6. Fiziki-kimyəvi parametrləri



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə30/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

90
§6. Fiziki-kimyəvi parametrləri
Dielektriklərin kimyəvi xassələrinin öyrənilməsi onların hazırlanma texnolo-
giyası  və  istismarının  etibarlılığının  qiymətləndirilməsi  üçün  vacibdir.  Dielek­
triklərdən uzun müddət istifadə etdikdə onlar kimyəvi dağılmaya məruz qalma-
malı, metallarla əlaqəli istismar edildikdə onlarda korroziya yaratmamalı, qaz, 
su, turşu, qələvi, duz məhlulu və s. ilə qarşılıqlı təsirdə olmamalıdır. Çünki bu 
maddələr dielektriklərin davamlılığına müxtəlif cür təsir edir.
Materialların  kimyəvi  davamlılığını  yoxlamaq  üçün  hazırlanan  nümunələr 
istismar  mühitinə  yaxın  şəraitdə  uzun  müddət  saxlanılır.  Sonra  isə  onların 
xarici görünüşü, çəkisi və digər parametrləri təyin edilir. Yağlar üçün turşuluq 
ədədi ölçülür.
Turşuluq ədədi 1 kq materialda sərbəst turşu birləşmələrini neytrallaşdır-
maq üçün lazım olan kalium hidroksidin (KOH) qramla miqdarına deyilir. Bu 
ədədlə  yağların  texnoloji  xüsusiyyətini  və  metallarda  korroziya  yaratmaq 
qabiliyyətini təyin edirlər.
Transformator  yağında  bu  ədədin  yüksək  olması  onun  pis  təmizlənməsini 
və  köhnəlməsini  göstərir.  Elektrik  avadanlığı  uzun  müddət  tropik  iqlimdə 
istifadə edildikdə onlarda kif əmələ gəlir. Bu da dielektrikə bəzi mənfi təsirlər 
edir: dielektrikin səthi müqavimətini azaldır, itkiləri artırır, mexaniki möh kəm­
liyi aşağı salır, onunla əlaqədə olan metal hissələri korroziyaya uğradır.
Tropik  iqlimdə  elektrik  izolyasiyasını  həşəratlar  (termitlər)  də  zədələyə 
bilər. Elektroizolyasiya materialının tropikə davamlılığını yoxlamaq üçün onlar 
40­50°C­də havada doymuş su buxarında, kif göbələklərinin təsiri ilə saxlanılır, 
bundan sonra onların elektrik və digər xassələri ölçülür, kifin yaranma inten­
sivliyinə diqqət edilir.
Üzvi elektroizolyasiya materiallarında kifə qarşı davamlılığı artırmaq üçün 
onlara  kif  göbələklərinin  inkişafını  azaldan  və  onlara  zəhərli  təsir  edən  mad­
dələr  qatılır.  Bəzi  hallarda  isə  izolyasiya  səthi  tərkibində  fungisid  olan  lak la 
örtülür. Fungisidlər tərkibində azot, xlor, civə olan üzvi birləşmələrdir.
Maye və özlü amorf materialların keyfiyyətini göstərən parametrlərdən biri 
də  onun  özlülüyüdür.  Özlülük  elektroizolyasiya  materiallarının  texnologiya-
sında böyük rol oynayır və onların elektrik xassələri ilə bilavasitə əlaqədardır.
Özlülük dinamik və kinematik növü ilə fərqlənir.
Dinamik özlülük sürətləri vahidə bərabər olan iki maye təbəqənin müqa vi­
mət qüvvəsidir.
Kinematik özlülük dinamik özlülüyün mayenin sıxlığına olan nisbətidir.
Atmosfer havası həmişə müəyyən miqdarda su buxarına malikdir və izolya-
siya materialları onu uda bilərlər.Bəzi hallarda izolyasiya materialları birbaşa 
su ilə əlaqədar olurlar. İzolyasiyanın xarici hissələri nəmləndikdən sonra rütu­
bət izolyasiyanın daxilinə nüfuz edir.


91
II FƏSIL 
DIELEKTRIKLƏR
§1. Dielektrik materialların təsnifatı
Dielektriklər müxtəlif sahələrdə: elektrotexnikada, radiotexnikada, cihazqa-
yırmada geniş tətbiq edilir və müxtəlif vəzifələr yerinə yetirərək, elektroizolya-
siya; kondensator və idarə olunan materiallara bölünür.
Elektroizolyasiya materiallarından cərəyandaşıyan hissələri izolyasiya etmək, 
konstruksiya elementlərini bir­birindən ayırmaq üçün istifadə edirlər.
Dielektriklərin kondensatorlarda tətbiq edilməsi tutumun tələb olunan qiy­
mətinin  alınmasını,  bəzi  hallarda  isə  bu  tutumun  xarici  amillərdən  asılılığını 
təyin  edir.  Kondensatorda  dielektriklər  elektrik  enerjisini  yığıb,  onu  yenidən 
dövrəyə  verə  bilir.  Kondensatorlardan  bəzi  hallarda  dəyişən  və  sabit  cərəyan 
dövrələrini ayırmaq, faza sürüşmə bucağını dəyişmək və s. üçün istifadə edirlər.
Bəzi  dielektriklərdən  həm  elektrik  izolyasiyası  kimi,  həm  də  kondensator 
materialı kimi istifadə edilsə də,onların qarşısında duran vəzifələr müxtəlifdir.
İdarə  olunan  dielektrikli  kondensatorlar  siqnal  gücünü  artırmaq,müxtəlif 
çeviricilər, yaddaş elementləri hazırlamaq üçün istifadə olunur.
Elektroizolyasiya materialları aqreqat halına görə:
– qaz
– maye
– və bərk olur.
Onların xüsusi qrupunu bərkiyən materiallar təşkil edir. Onlar ilkin vəziy­
yətdə,  yəni  izolyasiyanın  tərkibinə  daxil  edildikdə  maye,  daha  sonra  bərki­
yərək, hazır izolyasiyada bərk olur.
Elektroizolyasiya materialları üzvi və qeyri­üzvi materiallara bölünür.
Üzvi  materiallar  karbon  birləşmələridir  və  onların  tərkibində  hidrogen, 
oksigen, azot, halogenlər və digər elementlər olur.
Qeyri  –  üzvi  materialların  tərkibində  silisium,  alüminium,  digər  metallar, 
oksigen və s.olur.
Üzvi elektroizolyasiya materialları yaxşı mexaniki və elastiklik xüsu siy yə­
tinə malikdir. Bəzi üzvi elektroizolyasiya materiallarının istiliyə da vamlılığı azdır. 
Liflər, plyonkalar,müxtəlif formalı məmulatlar məhz üzvi elektroizolyasiya mate-
riallarından hazırlanır.
Qeyri­üzvi elektroizolyasiya materialları kövrəkdir, elastikliyi yoxdur, istili­
yədavamlıdırlar.  Emal  texnologiyası  nisbətən  mürəkkəbdir.  İşçi  temperaturu 
yüksək olan izolyasiya materialları tələb edildikdə məhz qeyri­üzvi elektroizol-
yasiya materiallarından istifadə edilir.


92
§2. Qazvari dielektriklər
Qazvari  dielektriklər  bütün  qazlara,  o  cümlədən  bir  neçə  qazın  və  su 
buxarının qatışığından ibarət olan havaya deyilir.
Hava  bütün  elektrik  qurğularını  əhatə  edir  və  bir  dielektrik  kimi  onların 
işləmə etibarlılığını müəyyən edir,havadan dielektrik kimi kondensatorlarda və 
kabellərdə istifadə edirlər. Freon, hidrogen, arqon və s. müxtəlif möhkəmliyə 
malikdir.
Hava elektrik qurğularında, bərk və maye elektroizolyasiya materiallarında 
əlavə izolyasiya rolunu oynayır. Hava elektrik veriliş xətlərində izolə edil mə­
miş naqillər arasında yeganə izolyasiyadır. Azotun elektrik möhkəmliyi hava ilə 
eynidir, lakin tərkibində oksigen olmadığından əlaqədə olduğu metalları oksid­
ləşdirmir.
SF

birləşməsi (texnikada eleqaz adlanır) havadan 2,5 dəfə çox elektrik möh­
kəmliyinə malikdir. Ele qaz havadan 5,1 dəfə ağırdır,qaynama temperaturu aşa-
ğıdır  və  normal  temperaturda  20  MPa  təzyiqə  qədər  sıxıla  bilər,zəhərli  deyil, 
800ºC­yə  qədər  qızdırıldıqda  parçalanmır.  Kondensator  və  kabellərdə  uğurla 
istifadə oluna bilər.
Ele qaz və digər flüor birləşmələri havaya qatıldıqda onun möhkəmliyi artır.
Hidrogen yüksək istilikvermə əmsalına malik olduğundan, havaya nisbətən 
40%  az  elektrik  möhkəmliyi  olmasına  baxmayaraq,  iri  turbogeneratorlarda 
elektroizolyasiya və soyuducu mühit kimi istifadə olunur.
Hidrogenin üstün cəhətləri bunlardır:
– sıxlığının az olması;
tərkibində O
2
­nin olmaması.
O
2
­nin  olmaması  üzvi  izolyasiyasının  köhnəlməsini  zəiflədir,maşının  daxi­
lində qısa qapanma zamanı yanğın təhlükəsinin qarşısını alır. Elektrik sahə gər­
ginliyinin kiçik qiymətlərində qazların elektrik keçiriciliyi həddindən artıq kiçik 
olur.  Qazlarda  cərəyan  ionlar  və  ya  sərbəst  elektronlar  olduqda  yarana  bilər. 
Qazın neytral molekullarının ionlaşması ya xarici amillərin təsiri ilə, ya da qazın 
özünün elektrik sahəsində ionlaşmış hissəciklərinin qaz molekulları ilə toqquş-
ması nəticəsində (zərbə ionlaşması) yarana bilər.
Qazın ionlaşmasına səbəb olan xarici amillərdən rentgen, ultrabənövşəyi və 
kosmik şüaları, radioaktiv şüalanmanı və termiki təsirləri (qazın bərk qızması)
göstərmək olar. Kənar ionlaşdırıcıların təsiri altında qazlarda yaranan elektrik 
keçiriciliyi qeyri­sərbəst keçiricilik adlanır.
Qazlarda  zərbə  ionlaşması  o  zaman  baş  verir  ki,  elektrik  sahəsinin  təsiri 
altında yüklü hissəciklərin əldə etdiyi kinetik enerji kifayət qədər böyük qiy­
mətlərə çatır. Qazlarda zərbə ionlaşması hesabına yaranan elektrik keçiriciliyi 


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə