Zakir bayramli


məktəbin  nüfuzlu riyaziyyat müəllimi Ağakərim Qərib oğlu Ağarzayev



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə47/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   43   44   45   46   47   48   49   50   ...   348
2018-997

məktəbin 
nüfuzlu riyaziyyat müəllimi Ağakərim Qərib oğlu Ağarzayev 
irəli çəkilərək məktəbdə 12 saat dərsi saxlanmaqla rayon XMŞ-
nə inspektor vəzifəsinə 
təyin olunub. 
Həmin təhsil ocağı yaranan gündən burada vətənpərvərlik 
tərbiyəsi həmişə məktəbin pedaqoji kollektivinin bir nömrəli 
vəzifəsi hesab edilib. Xüsusilə, Ələmşah Qurbanovun bu məktəbdə 
hərbi rəhbər işlədiyi dövrlərdə bu sahədə əldə edilən uğurlardan 
danışmasam insafsızlıq olar. O illərdə Ələmşah müəllimin yaxından 
iştirakı ilə X-XI sinif şagirdlərinə atıcılıq dərslərini öyrətmək, onları 
həqiqi hərbi xidmətə əsil döyüşçü kimi hazırlamaq məqsədilə 
məktəbdə atıcılıq tiri təşkil edilmişdi. Həmin atıcılıq tiri hərbi-tədris 
proqrammasının düzgün və səmərəli yerinə yetirilməsindəki xid-
mətlərinə və töhfələrinə görə rayon məktəbləri içərisində yeganə idi. 
Rayon Hərbi Komissarlığı və digər təşkilatlar da məktəbdə fəaliyyət 
göstərən və rayonda yeganə olan bu tədris tirindən vaxtaşırı istifadə 
edərək faydalanırdılar. 


83 
Məktəbin arxivini araşdırarkən rastlaşdığım 24.10.1978-ci il 
tarixli 239 №-li əmr də elə bu mövzudan söhbət açır. Əmrdə deyilir 
ki, məktəbdə təhsil alan şagirdlərin, xüsusilə gənclərin Vətənpər-
vərlik tərbiyəsini yaxşılaşdırmaq, onları ordu sıralarına hazırlan-
masını səmərəli təşkil etmək məqsədilə X sinif şagirdlərindən ibarət 
“Zirvə” əməliyyatı keçirilib. Məktəbdə yaradılmış 15 nəfərdən 
ibarət təşkilat komitəsi Dəvəçi rayon Hərbi Komissarlığı ilə birlikdə 
məktəb şagirdlərinin gələcək hərbi xidmətə hazırlığının səviyyəsini 
öyrənib və təhlil edib.
Fəaliyyət göstərdiyi müddətdə məktəb təkcə şagirdlərə bilik 
verməklə kifayətlənməyib. O, təhsil verdiyi şagirdlərinin siyasi 
savadının artırılmasını və dünya görüşünün formalaşmasını da daim 
diqqət mərkəzində saxlayıb. Araşdırma apararkən mən 25.10.1978-
ci il tarixli 240 №-li belə məzmunda tərtib edilmiş bir əmrə rast 
gəldim. Əmrdə qeyd edilir ki, məktəbdə şagirdlərin siyasi savadını, 
onların dünyagörüşünü daha da inkişaf etdirmək məqsədilə “Dünya 
həftə ərzində” rubrikası altında siyasi məlumat günü keçirilməsi 
qərara alınıb. Bu məqsədlə yaradılmış təşkilat komitəsinə məktəbin 
tarix müəllimi Nurbala Hüseynov rəhbər edib. Bu tədbirin qrafik 
üzrə məktəbdə keçirilməsi təkcə siyasi məqsəd daşımayıb. O həm 
də məktəbdaxili nizam-intizamın, qayda-qanunun hamı tərəfindən 
gözlənilməsinə xüsusi önəm verirdi.
Məktəbdə şagirdlərin elmi dünyagörüşünün formalaşması 
məqsədi ilə də mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilib. 
Buna məktəbdə vaxtaşırı keçirilən şeir, rəsm, inşa-yazı və seir mü-
sa
biqələri, eləcə də müxtəlif bilik gecələrini misal göstərmək olar. 
Məktəbin 25.01.1979-cu il tarixli 10 №-li əmrində “Kimyanın 
möcüzələri” adlı gecənin keçirilməsi haqqında məlumat verilib. 
Böyük maraqla izlənilən bu gecə məktəbin bütün kimyasevərlərinin 
ürəyincə olub. Gecənin yüksək təşkilatçılıqla və səmərəli şəkildə 
keçirilməsini təmin etdiyinə görə həmin əmrin ikinci paraqrafında 
məktəbin kimya müəllimləri Zümrüd və Mahirə Məmmədovalara 
məktəb rəhbəri tərəfindən təşəkkür elan edilib. 
25 aprel 1979-
cu il tarixdə Azərbaycan Respublikası Maarif 
Nazirliyi, Azərbaycan KP Dəvəçi RK-cı və rayon XMŞ tərəfindən 
məktəbin rəhbərliyində kadr dəyişikliyi edilib. Əhməd Məmməd 


84 
o
ğlu Əkbərov məktəbin direktoru vəzifəsindən azad edilib. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə