Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə27/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   23   24   25   26   27   28   29   30   ...   124

Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
Hələ xıx əsrin 11 yarısında Fransa məhkəmə təcrübəsində bu növ 
işlərə  təsadüf  edilmiş  və  qanunu  üstələmə  nəticəsində  bağlanmış 
əqdtər  etibarsız  hesab  edilmişdir.  1878-ci  ildə  Fransa  kassa-  siya 
məhkəməsinin  Bofremon  işi  üzrə  qərarı  qanunu  üstələmə  ilə  bağlı 
fransız  doktrinasının  formalaşmasına  ciddi  təsİr  göstərmişdir. 
Fransalı qadın o vaxt Fransada qüvvədə olan və boşanmanı qadağan 
edən qanunlardan yan keçmək məqsədilə Almaniyaya köçür. O, orada 
boşanmaya  nail  olduqdan  sonra  yeni  nikaha  girir.  Məhkəmə  həmin 
nikahı  qeyri-qanuni  elan  edərək  göstəmıişdir  ki,  ilkin  nikahın 
pozulması  Fransa  hüququnun  qadağanedici  normasının  üstələnməsi 
nəticəsində baş vermişdir. O vaxtdan Fransa məhkəmə təcrübəsində 
"fraus  omnia  corrumpit"  (qanunu  üstələmə  aktın  bütövlükdə 
etibarsızlığına səbəb olur) prinsipi tətbİq edilir. 
Bəzi  ölkələrdə  (ABŞ,  Böyük  Britaniya  və  s.)  “qanunu  üstələ- 
mə"yə  ikili  münasibət  mövcuddur.  Bir  sıra  “əqdlərlə”  əlaqədar 
(məsələn,  locus  regit  actunı)  “qanunu  üstələmə”  vəziyyətinə  loyal 
yanaşılır, digərləri isə etibarsız hesab edilir. 
Əksər  dövlətlərin  qanunvericiliklərində  isə  “qanunu  üstələmə” 
vəziyyətinin nəticələri ilə əlaqədar heç bir göstəriş yoxdur. 
Azərbaycan  Respublikasının  “Beynəlxalq  xüsusi  hüquq 
haqqında"  Qanununun  "Ümumi  müddəalar"  fəslinin  axırıncı  -  8-ci 
maddəsi  bu  məsələyə  həsr  edilmişdir.  Orada  deyilir  ki,  tərəflərin 
həmin  qanunun  tətbiq  olunmalı  hüquq  haqqında  müəyyən  etdiyi 
qaydaları üstələyərək müvafiq münasibəti digər hüquqa tabe etməyə 
yönələn  razılaşma  və  digər  hərəkətləri  qeyri-qanuni  hesab  olunur. 
Belə hallarda tətbiqi həmin qanunla müəyyən olunan müvafiq ölkənin 
hüququ tətbiq edilir. 
Maddənin  mətnindən  göründüyü  kimi  “qanunu  üstələmə” 
qeyri-qanuni elan edilməklə bir tərəfdən onun nəticəsi kimi bağlanan 
razılaşma və digər hərəkətlər etibarsız hesab edilir, digər tərəfdən isə 
Azərbaycan  Respublikasının  ərazisində  “Beynəlxalq  xüsusi  hüquq 
haqqında"  Qanunla  müəyyən  edilən  kollizion  nomıalarının 
dəyişdirilməsinə qadağa qoyulur. Başqa sözlə desək, həmin nomıa 
84 


 
 


Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki 
şəxslərin hüquqi vəziyyəti 
§ 1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 
mülki hüquqi vəziyyəti 
Bıı vo ya digər dÖvlotİn yurisdiksiyası altında olan fiziki şəxslər 
malik  olduqları hüquqi  statusa  gÖro  aşağıdakı  qruplara bölünür: 1) 
vətəndaşlar;  2)  əcnəbilər;  3)  vətəndaşlığı  olmayan  şəxslər.  Bir  sıra 
hallarda  ikiqat  vətəndaşlar  da  aynca  göstərilir.  Son  dövr 
ədəbiyyatlarda  isə  qaçqınları  və  məcburi  köçkünləri  müstəqil  qrup 
kimi ayırırlar'. 
Vətəndaşlıq  hər  hansı  bir  dövlətlə  fiziki  şəxsin  çevik 
siyasi-hüquqi  əlaqəsində  ifadə  olunur.  Konkret  bir  dövlətə  bağlılığı 
ilə  seçilən  vətəndaş  həmin  dövlətin  hüdudlarını  aşdıqdan  sonra 
əcnəbiyə  çevrilir.  “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 
hüquqi  vəziyyəti  haqqında"  13  mart  1996-cı  ii  tarixli  Azərbaycan 
Respublikası Qanununun 2-ci maddəsində "əcnəbi” və "vətəndaşlığı 
olmayan  şəxs"  anlayışlarına  aydınlıq  gətirilmişdir.  Qanuna  görə 
“əcnəbi” dedikdə Azərbaycan Respublikasının vətəndaşı olmayan və 
başqa  dövlətin  vətəndaşlığına  mənsub  olan  şəxs  başa  düşülür. 
Vətəndaşlığı olmayan şəxs isə Azərbaycan Respublikasının vətəndaşı 
olmayan  və  başqa  dövlətin  vətəndaşlığına  mənsub  otmayan 
şəxslərdir. 
Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  mülki  hüquqi 
vəziyyəti  probleminin  əsasında  əhalinin  miqrasiyası  durur.  Yer 
kürəsinin  ayrı-ayrı  nöqtələrində  baş  verən  hadisələr  insanların 
miqrasiyasına  təsir  göstərir.  XX  əsrin  axırlannda  Sovet  İttifaqının 
dağılması,  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  elan 
edilməsi.  Respublika  üçün  sünİ  şəkildə  yaradılan  Dağlıq  Qarabağ 
konflikti istər Azərbaycan Respublikasından xarici dövlətlərə, istərsə 
də  xaricdən  Azərbaycan  Respublikasına  əhali  axınına  səbəb 
olmuşdur. 
I ML-;Kjıyuapojıi)i)c ııpaBo. O
TB
. pca. r.B.HmaTcıiKO. M., 2001, c. 384 
86 


§ 1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüquqi vəziyyəti 
Yeni  iqtisadi  sistemə  keçidlə  əlaqədar  iş  yerlərini  itirmiş 
Azərbaycan  vətəndaşlannın  xeyli  hissəsi  xarici  dövlətlərə,  xüsusən 
Rusiya  Federasiyasına  immiqrasiya  etmişlər.  Digər  tərəfdən 
respublika iqtisadiyyatı xarici investorların üzünə açıq  elan edilmiş, 
xarici  fiziki  və  hüquqi  şəxslərin  Azərbaycanda  fəaliyyəti 
genişlənmişdir. 
Dünyada əhalinin miqrasiyası həm beynəlxalq hüquqda, həm də 
dövlətdaxili  qanunvericilikdə  xaricilərin  hüquqi  statusunun  müəy- 
yənləşdiriiməsini  zəruri  etmişdir.  İnsan  hüquqları  sahəsində  əsas 
beynəlxalq  standartlar  xaricilərin  hüquqi  vəziyyətinin  əsasını  təşkil 
edir,  Azərbaycan  Respublikasının  Konstitusiyasının  üçüncü  fəsli 
"Əsas  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları"  adlanır.  Həmin 
fəsildə yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan bİr neçə 
maddə 
(
42
,
  52-57-ci  maddələr)  istisna  olmaqla  sadalanan  hüquqlar 
bütün  insanlara, o cümlədən xaricilərə şamil  edilir. Konstitusiyanın 
69 və 70-ci maddələri yalnız xaricilərə aiddir. 69-cu maddədə deyilir 
ki,  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 
Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının 
tərəfdar  çıxdığı  beynəlxalq  müqavilə  İlə  başqa  hal  nəzərdə 
tutulmayıbsa,  Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bərabər 
bütün  hüquqlardan  istifadə  edə  bilər  və  bütün  vəzifələri  yerinə 
yetirməlidirlər.  Azərbaycan  Respublikasının  ərazisində  daimi 
yaşayan  və  müvəqqəti  qalan  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 
şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına 
və  Azərbaycan  Respublikasının  qanunlarına  uyğun  olaraq 
məhdudlaşdınla bilər. 
Bütövlükdə  Azərbaycan  Respublikasında  xaricilərin  hüquqi 
vəziyyətinin əsasında aşağıdakı prinsiplər durur: 
1)  milli  rejim  prinsipi,  yəni  Azərbaycan  Respublikasının 
Konstitusiyası,  qanunları,  qoşulduğu  beynəlxalq  müqavilələri  ilə 
digər qayda müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan 
şəxslər  Azərbaycan  Respublikası  vətəndaşları  ilə  bərabər  bütün 
hüquqlardan  və  azadlıqlardan  istifadə  edirlər  və  bütün  vəzifələri 
yerinə yetirirlər; 
87 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə