Fasil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti
tlziki şəxsin fəaliyyət qabiliyyəti vurulmuş ziyanla bağlı öhdəliyin
yarandığı ölkənin hüququ ilə (lex loci delicti commissi) müəyyən
edilir; 3) fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab
edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması
məhkəmənin mənsub olduğu ölkənin hüququna (lex fori) əsasən
həyata keçirilir.
Anqlosakson hüquq sistemli ölkələrdə fiziki şəxsin fəaliyyət
qabiliyyətinin müəyyən edilməsi zamanı əsasən lex domicilii
prinsipinə üstünlük verilsə də, bir sıra öhdəlik münasibətləri zamanı
əq- din bağlandığı yerin qanununa İstinad hallarına da rast gəlinir.
Məsələyə analoji münasibət bir sıra beynəlxalq müqavilələrdə də
öz əksini tapmışdır. 1930-cu il “Veksellər haqqında” Cenevrə
Konvensiyasının 1-ci maddəsinə görə şəxsin sadə və köçürmə
veksellər üzrə qabiliyyəti onun ınİlli qanunu ilə müəyyən edilir, lakin
milli qamma görə qabiliyyətə malik olmayan, vekseli imzaladığı
yerin qanununa görə qabiliyyətli hesab edilən şəxs tam
məsuliyyətlidir.
1931-ci
il
“Çeklər
haqqında”
Cenevrə
Konvensiyasında da oxşar nonna nəzərdə tutulmuşdtır.
Bir qayda olaraq, dövlətlər arasında bağlanan hüquqi yardım və
hüquqi münasibətlər haqqında beynəlxalq müqavilələrdə də fiziki
şəxsin hüquq vo fəaliyyət qabiliyyətinin hansı qanunla müəyyən
edilməsi məsələsinə toxunulur. 23 oktyabr 2001-ci İldə Azərbaycan
Respublikası ilə Latviya Respublikası arasında bağlanan hüquqi
yardım haqqında müqavilənin 21-ci maddəsinə görə fiziki şəxsin
fəaliyyət qabiliyyəti bu şəxsin vətəndaşı olduğu və ya ərazisində
daimi yaşayış yeri olduğu Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə
müəyyən edilir.
22 yanvar 1993-cü ildə MDB dövlətləri arasında bağlanan hüquqi
yardım haqqında Konvensiyanın 23-cü maddəsinə görə fiziki şəxsin
fəaliyyət qabiliyyəti onun vətəndaşı olduğu Razılığa Gələn Tərəfin
qanunvericiliyi ilə müəyyən edilir.
Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti onun ad hüququ ilə də
sıx əlaqəlidir, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
94
§ 3. Şəxsin xəbərsiz itkin düşmüş hesab olunması
26-cı maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və
soyaddan İbarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və
vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.
Fiziki şəxsin ad hüququ qanunla qorunur. Fiziki şəxs öz adını
dəyişdirdikdə, bu barədə borclularına və kreditorlanna məlumat
verməlidir. Əks təqdirdə o, adının dəyişməsi barədə həmin şəxslərdə
məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır.
Fiziki şəxsin ad hüququ ilə əlaqədar kollizion məsələlər
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası
Qanununun 14-cü maddəsi ilə tənzimlənir. Orada deyilir ki, fiziki
şəxsin adı, ondan istifadə və onun müdafiəsi fiziki şəxsin şəxsi
qanunu ilə müəyyən edilir. Yuxanda qeyd edildiyi kimi həmin
qanunun 9-cu maddəsinə görə vətəndaşlığa malik olan fiziki şəxslər
üçün vətəndaşı olduğu ölkənin hüququ, vətəndaşlığı olmayan şəxslər
üçün isə daimi yaşadığı yerin hüququ onların şəxsi qanunu hesab
edilir.
§ 3. Şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya
ölmüş elan edilməsinin kollizion məsələləri
Fiziki şəxsin itkin düşmüş hesab olunması və ya onun ölmüş elan
edilməsinin hüquqi əsaslan, həlli qaydası və hüquqi nəticələri xarici
dövlətlərin qanunvericiliyi ilə eyni qaydada tənzimlənməməsi
təcrübədə müəyyən çətinliklərin ortaya çıxmasına səbəb olur.
Bir sıra dövlətlərin hüququ ümumiyyətlə, şəxsin xəbərsiz itkin
düşmüş hesab olunması və yaxud onun ölmüş elan edilməsi
institutunu tanımır. Fiziki şəxsin ölmüş elan edilməsi institutu
Fransanın (habelə oxşar hüquq sistemlərə malik olan dövlətlərin)
qanunvericiliyində nəzərdə tutulmamışdır. Fransada məhkəmə
qaydası ilə fiziki şəxs yalnız konkret iş üzrə xəbərsiz İtkin düşmüş
elan edilə bilər. Belə elan edilmənin nəticələri digər münasibətlərə
şamil edilmir.
ABŞ və Böyük Britaniya hüququna isə xəbərsiz itkin düşmə
institutu məlum deyildir. Həmin ölkədə də məhkəmə qaydasında yal-
95
Fasil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti
ıiiz konkret işə ınünasibətdə fiziki şəxsin birbaşa öimüş elan edilinəsi
mümkündür.
Bəzi dövlətlərdə (AFR, Avstriya, İtaliya) bu məsələ ilə əlaqədar
xüsusi qanunlar qəbul edilmiş, digərlərində isə (Rusiya Federasiyası,
Polşa, Macarıstan və s.) ayrı-ayn qanunvericilik aktlarında bu haqda
nomıalar nəzərdə tutulmuşdur.
Şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya onun ölmüş
elan edilməsi institutu Azərbaycan Respublikasının hüquq sistemində
Mülki Məcəllənin 40 və41-ci maddələrində təsbit edilmişdir. Bu
İnstitutla əlaqədar kollizton məsələlər isə “Beynəlxalq xüsusi hüquq
haqqında” Qanunun 11-cİ maddəsi ilə tənzimlənir. Orada deyilir ki,
"tlziki şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya onun ölmüş
elan edilməsi həmin işə baxan məhkəmənin mənsub olduğu ölkənin
hüququna tabedir”. Göründüyü kimi bu zaman məhkəmənin qanunu
(icx fori) kollizion bağlanmaya üstünlük vermişdir. Xarici dövlətlərin
qanunvericiliklərində isə bu institutla əlaqədar meydana çıxan
kollizion məsələlərin həlli zamanı daha çox şəxsi qanuna (lex
personalis və ya lex donıicilii) üstünlük verilir.
AFR-in qanunvericiliyində bununla bağlı şəxsin vətəndaşı olduğu
ölkənin qanununa istinad edilərək göstərilmişdir ki, AFR vətəndaşını
yalnız AFR məhkəmələri ölmüş elan edə bilər. Çexiya beynəlxalq
xüsusi hüquq haqqında qanununda da məsələnin oxşar həlli öz əksini
tapmışdır. Lakin fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və
ya onun ölmüş elan edilməsi məsələsinə xarici məhkəmələrdə baxılan
zaman, bir qayda olaraq, məhkəmənin qanunu tətbiq edilir. Polşa
“Beynəlxalq xüsusi hüquq haqqında” Qanununun 11 -ci maddəsinə
görə əcnəbinin ölmüş elan edilməsinin tanınması işi üzrə Polşa
məhkəməsi rəy verirsə, Polşa hüququ tətbiq edilir.
Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya onun
ölmüş elan edilmosi məsələsi hüquqi yardım haqqında beynəlxalq
müqavilələrin də predmetini təşkil edir. Həmin sənədlərdə xəbərsiz
itkin düşmüş hesab edilmə, ölmüş elan edilmə və ölüm faktının mü-
96
Dostları ilə paylaş: |