§ 4. Sənaye mülkiyyətinin beynəlxalq hüquqi mühafizəsi
§ 4. Sənaye mülkiyyətinin beynəlxalq
hüquqi mühafizəsi
Sənaye mülkiyyəti əqlİ mülkiyyətin tərkib hissəsidir. “Sənaye
mülkiyyətinin mühafizəsi haqqında” 1883-cü il Paris Konvensiyasının
1-ci maddəsinin 2-ci bəndinə görə aşağıdakılar sənaye mülkiyyətinin
obyektləri hesab edilir: 1) ixtiralar; 2) faydalı modellər; 3) sənaye
nümunələri; 4) əmtəə nişanı; 5) xidmət nişanı; 6) firma adları; 7)
vicdansız rəqabətdən müdafiə və s. Konvensiyaya görə "sənaye
mülkiyyəti" anlayışına geniş mənada yanaşmaq lazımdır. Bura nəinki
sənaye və ticarət sahəsində, həmçinin kənd təsərrüfatı və mədən
sənayesində insanların əqli fəaliyyətinin nəticəsi
olan bütün obyektlər
aid edilir.
Sənaye mülkiyyətinə hüquq müəlliflik və əlaqəli hüquqlardan bir
sıra xüsusiyyətlərə görə fərqlənir. Əgər müəlliflik hüququ əqli
mülkiyyət obyektinin (əsərin) formasım mühafizə edirsə, sənaye
mülkiyyətinə hüquq isə ideyanın, ixtiranın, faydalı modelin və sənaye
nümunəsinin müəllifinin düşünüb yaratdığı həllin məzmununu
qoruyur.
Müəlliflik hüququ ilə qorunan əsər təkrarolunmaz xüsusiyyətə
malikdir. Digərləri tərəfindən həmİn əsərin olduğu kimi yaradılması
qeyri-mümkündür. Sənaye mülkiyyəti hüququnun obyektlərinə
münasibətdə məsələ bu baxımdan başqa cürdür. İxtira, sənaye
nümunəsi, faydalı modellər onun birinci yaradıcısından asılı
olmayaraq, başqa şəxs tərəfindən də yaradıla bilər'.
Sənaye mülkiyyətinə hüququn özünəməxsus xüsusiyyətlərindən
biri də onun obyektlərinin müəyyən tələblərə cavab verməsi ilə
əlaqədardır. Sənaye mülkiyyəti obyektlərinə müxtəlif tələblər: yenilik,
ilkinlik, faydalılıq və s. irəli süriilür. Yenilik mövcud bilgilər
səviyyəsində nəyinsə təkrarlanmaması deməkdir. Sənaye mül-
I Allahverdiyev Sabir. Azərbaycan Respublikasının muəllillik vo patent hüququ. B..
2000, S.224
159