Fosil 9. Beynəlxalq xüsusi hüquqda əqlİ mülkiyyət hüququ
bu^qa dildo verilmiş nıateriallannın Azərbaycan dilinə tərcüməsi
İddia sənədinin verildiyi gündən 2 ay müddəlində təqdim
olunmalıdır.
Qanunda sənaye mülkiyyəti obyektinin ilkinliyi ilə bağlı məsələ
hərtərətli tənzimlənir. Sənaye mülkiyyətinin ilkinliyi qanuna müvafiq
olaraq rəsmiləşdirilmiş iddia sənədinin müvafiq icra hakimiyyəti
orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Sənaye mülkiyyəti
obyekti üzrə İlkinlik ilk iddia sənədinin sənaye mülkiyyətinin
mühafizəsinə dair Paris Konvensiyasının iştirakçısı olan dövlətdə
verilməsi tarixindən müəyyənləşdirilə bilər (konvensiya ilkinliyi), bu
şərtlə ki, ixtira və faydalı model barəsində iddia sənə- (.li həmin
tarixdən etibarən 12 ay ərzində, sənaye nümunəsi barəsində iddia
sənədi isə 6 ay ərzində müvafiq icra hakimiyyəti orqanına verilmiş
olsun. Paris Konvensiyasının iştirakçısı olan dövlətin ərazisində
təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirilmiş obyektin
ilkinliyi həmin obyektin sərgidə açıq nümayiş etdirildiyi tarixdən
xahiş edilə bilər, bu şərtlə ki, ərizə həmin tarixdən ən geci (ı ay
keçənədək verilmiş olsun (sərgi ilkinliyi). Həmin
müddət konvensiya
ilkinliyi müddətini uzatmır.
Konvensiya ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı
bu i.stoyini iddia sənədini verərkən və ya iddia sənədinin müvafiq iera
hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində bildirməli,
bunun üçün əsaslandığı əvvəlki iddia sənədi və patent haqqımla
məlumatı həmin iddia sənədini qəbul etmiş orqan tərəfindən
təsdiqlənmiş şəkildə təqdim etməlidir.
Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma
müddəti iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi
gündən etibarən hesablanmaqla ixtira üçün 20 il, faydalı model və
sənaye nümunəsi üçün 10 il müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci ü 15
fevral tarixli qərarı İlə “Patent müvəkkilləri haqqında" Əsasnamə
təsdiq edilmişdir. Əsasnaməyə görə, patent müvəkkili ilə Azərbaycan
Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri,
iddiaçılar, sənaye mülkiyyəti obyektlərinin sahibləri arasındakı
münasibətlər
166
§ 6, Beynəlxalq
xüsusi
hüquqda əmtəə
nişam
müqavilə əsasında tənzimlənir. Patent müvəkkilinin səlahiyyəti və-
kalət verən tərəfindən ona verilən etibarnamə ilə təsdiq edilir.
Azərbaycan Respublikasında yaradılan sənaye mülkiyyəti
obyektləri də xarici dövlətdə patentləşdirilə bilər. “Patent haqqında”
Qanunun 41-ci maddəsinə görə sənaye mülkiyyətinin obyekti barədə
iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi tarixdən
etibarən 12 ay müddətində xarici dövlətdə patentləşdirilə bilər.
Sənaye mülkiyyəti obyekti barəsində iddia sənədinin müvafiq icra
hakimiyyəti orqanına daxil olduğu tarixdən etibarən 3 ay ərzində
həmin orqan patent alınması üçün iddia sənədinin xarici dövlətə
verilməsinin mümkünlüyü haqqında müvafiq qərar qəbul edir və
iddiaçıya bildiriş göndərir.
§ 6. Beynəlxalq xüsusi hüquqda
əmtəə nişanı
Əmtəə nişanlannm qeydə alınması, hüquqi mühafizəsi və
istifadəsi İlə bağlı münasibətlər həm beynəlxalq müqavilələr, həm də
milli qanunvericiliklə tənzimlənir. Bu saliədə əsas beynəlxalq
müqavilə 1891-ci ildə qəbul edilmiş “Fabrik və əmtəə nişanlannm
beynəlxalq qeydiyyatı haqqında” Madrid Konvensiyası hesab edilir.
Konvensiyaya 1967 və 1979-cu illərdə əlavə və dəyişikliklər
edilmişdir. Azərbaycan Respublikası 25 dekabr 1995-ci il tarixdən
etibarən Konvensiyanın iştirakçısıdır. Konvensiyaya əsasən iştirakçı
dövlətlər öz aralannda nişanların beynəlxalq qeydiyyatı üzrə Xüsusi
İttifaq yaradırlar. Xüsusi İttifaqın üzvü olan dövlətlərin ərazisində
sənaye və ticarət müəssisələrinə malik olan və ya həmin dövlətlərin
ərazisində daimi yaşayan, yaxud da həmin dövlətlərin hər hansı
birinin vətəndaşı olan hər bir şəxs əmtəə nişanını beynəlxalq
qeydiyyatdan keçirtmək üçün ərizəçi qismində çıxış edə bilər.
Beynəlxalq qeydiyyatdan keçən əmtəə nişanı ittifaqın üzvü olan bütün
dövlətlərdə, onların hər birində ayrıca qeydiyyatdan keçməmək şərtilə
mühafizə olunur. Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı üçün
167