ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə188/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   184   185   186   187   188   189   190   191   ...   194

BABURNAMƏ 

 

405 



Bamyan:  bu  vadidən  başlayan  aşırımlar  Hinduquş  üzərindən  keçir.  Hin-

distanı işğal edən hər fateh buradan keçmişdir. 



Baranğar: döyüş səfində olan ordunun sağ qolu. 

Barin: türk boyu. 

Batman: türklərdə və qonşu xalqlarda ağırlıq ölçüsü, 1 batman = 40 sir.  

Bavurçu:  aşçı,  aşpaz.  Hökmdar  sarayında  mətbəxdə  çalışan  bəkavuldan 

aşağı dərəcədə bir rütbə.  



Bazaraq: bir aşırım adı. Hündürlüyü 5.300 metrdir.  

Bədəxşan: Amu-Dəryanın yuxarı axarında, onun Pənc, Göyçə və Bədəx-

şan  adlı  qolları  üzərində  yerləşən  vilayət.  Qunduz,  Kaşğar  və  Kafiristanla 

həmsərhəddir.XVI əsrə qədər özlərini Makedoniyalı İskəndərin soyuna bağ-

layan yerli şahlar tərəfindən idarə olunmuşdur. 



Bədrəddin Həlai: şair, vəfatı: 939 = 1532-ci il.  

Bəgi: əsasən özbək mənşəli qadınlara məxsus bir ünvan. Məs.: Bəgi Sul-

tan ağaçə, Zöhrə Bəgi ağa. 



Bəhmənilər xanədanı: bu xanədan Dəkkən bölgəsində 1347-1527-ci illər-

də hökmdarlıq etmişdir. 



Bəxşi:  katib; uygur hərfləri ilə yaza bilən, bu yazının işləndiyi dilləri bi-

lən məmur; yazıçı; həkim, türkəçarəçi, cərrah; şaman; din xadimi; aşıq, şair, 

çalğıçı. 

Bəkavul:  yemək  dadan,  dequstator,  çeşnigir.  Xassə  bəkavul  dərəsəsi  bə-

kavuldan, bəkavul isə bavurçudan daha yüksəkdir. Bu həm də şəxs adı kimi 

işlənmişdir: Aşiq Bəkavul, Hacı Pir Bəkavul, Qul-Bəyazid Bəkavul. 

Bəlx: Əfqanıstanda eyniadlı çayın yanında yerləşən şəhər. Qədimdə onun 

yerində Baktriananın paytaxti Baktra şəhəri olmuşdur. 



Bəluclar:  İran  dilləri  qrupunda  danışan  təqribən  30  milyonluq  bir  xalq. 

İran, Əfqanıstan və Pakistanda yaşayırlar. 



Bəy:  türk dövlətçilik  ənənəsində və hərbi təşkilatda əskidən bəri  yüksək 

vəzifə,  səlahiyyət  və  məsuluyyət  sahibi  şəxslərin  ünvanı.  Baburda  həmin 

zümrəyə daxil olanlar bunlardır: içki, içki bəy, böyük bəy, habelə bəy-atəkə, 

sahib ixtiyar, eşik ağa.   



Bəy-atəkə: bax: atəkə. 

Bəyim: hökmdar ailəsinə mənsub qadınların ünvanı.  

Bi  (<bəyailə  qurma  yoluyla  ali  zümrəyə  girən  özbək  qadınların 

daşıdığı  ünvan.  Məs.:  Sultan  Hüseyn  Mirzənin  özbək  cariyəsi  Minqli  Bi 

ağaçə. Kişilərdə də müşahidə olunur: Kibək Binin oğlu Qənbər Bi. 

Bicangər  racəliyi:  Dəkkəndə  1336-cı  ildə  qurulmuşdur  və  bu  sülalədən 

gələn racələr 1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən racələri 

tərəfindən yenilib Bicangər şəhəri yıxılanadək hökm sürmüşlər. 

Bikə: Baburda ad olaraq (məs.: Bikə Bəyim, Bikə Sultan bəyim) işləndiyi 

də müşahidə olunur. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



406 

Bikramacit  (Vikramaditya)  Hindu:  ulduz  kataloqu  tərtib  etmişdir.  Lakin 

Nəsirəddin Tusinin və əl-Xarəzminin kataloqları qədər dəqiq deyil.  



Bisak: Hindistanda yay fəslinin ikinci ayının adı. 

Bismillah: Quranın, hər əsərin və işin başlandığı söz.  

Boy: savaş nizamına girən ordunun mərkəzindəki özəl bir bölüyün adı. 

Boza: bir türk içkisi; pivə (?).  

Budvar: çərşənbə; Hindistanda həftənin günlərindən birinin adı.  

Buğu:  geyik.  Baburda bəzən buğu-maral  şəklində birlikdə və tək bir  ad 

kimi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur. 



Cavanğar: savaş nizamına girən ordunun sol qolu. 

Cev: arpa, taxıl; uzunluq ölçüsü. 6 cev (arpa) = 1 əlik (barmaq).  

Cikə: nə olduğu tam olaraq anlaşılmayan bir bitki. 

Civə:ondan hazırlanan dərmanlar Şərqdə çox məşhur olmuşdur. 

Çağdavul: hərəkət halındakı ordunun arxa qolu.  

Çahargah nəqşi: musiqi əsərinin növü. 

Çakər: bax: nökər . 

Çarbağ: çahar bağ, dörd bağça. Bu sözlə bir qismi park, bir qismi üzüm-

lük, bir qismi meyvə ağacı, bir qismi də bostan olan hovuzlu bağlar nəzərdə 

tutulur. Babur öz hakimiyyəti dövründə çoxlu bağ saldırmışdır.  

Çar-piç/dəstar-piç:çalma sararkən parçanın dolaşma, bükülmə və ya qıv-

rılmalarına görə işlənilmiş terminlər olmalıdır. 



Çeşnigir: bax: bəkavul. 

Çəng: musiqi aləti. 

Çərgə: dərəcə deməkdir. 

Çərik: ordu, qoşun. 

Çərşənbehi: sevimli qadın, cariyə, gözdə, favori qadın.  

Çikin-tala otu: ot, yem, yaşıl ot.  

Çil sütun: qırx sütun. 

Çilgüzə: bir fıstıq növü.  

Çin Teymur Sultan ibn Əhməd xan: dayısı oğlu olsa da, Babur ona “qar-

daş” deyirdi, çünki hər ikisi Yunus xanın törəməsi idi. Çin Teymur xan 936 

= 1530-cu ildə ölmüşdür.  

Çirçik  (Çir,  Paraq):  Sır-Dəryanın  sağ  qolu.  Daşkənd  (əski  adları:  Şaş, 

Çaç) Çirçik vadisində yerləşir.  



Çit: Hindistanda yay fəslinin üçüncü ayının adı. 

Çitar: Hindistanda yay fəslinin ilk ayının adı. 

Çöhrə: üz, gözəl üz; oğlan.   

Damğa: möhür; vergi rüsumu; nişan. 

Daruğa: darğa; qalabəyi, hərbi qarnizon rəisi, vali, qubertator, xişnə. 

Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü. 


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə