12
təftiş orqanları tərəfindən aparılırdı.
Rusiya iqtisadiyyatında auditor xidmətinin təşkili ilə əlaqədar olaraq təşəbbüslər
olsa da, onlar əsaslı şəkildə inkişaf etməmişdir. Bəzi məlumatlara görə Rusiyada
auditor ixtisası I Pyotr tərəfindəh müəyyən olunmuşdur. Rusiyada auditoru andlı
mühasib adlandırırdılar. Tarixən üç dəfə 1889, 1912 və 1928-ci illərdə auditor
İnstitutunun yaradılmasına təşəbbüslər olmasına baxmayaraq, nəticəsiz olmuşdur.
Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili ilə əlaqədar olaraq
1991-ci ilin iyulun 31-də Azərbaycan Respublikası Nazirlər
Kabineti respublika
Maliyyə Nazirliyi yanında «Təsərrüfat Hesablı Auditor Mərkəzi»nin yaradılması
haqqında qərar qəbul etmişdir.
Həmin qərarın icrası ilə əlaqədar olaraq «Təsərrüfat Hesablı Auditor Mərkəzi
haqqında Əsasnamə» təsdiq olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyı
yanında Təsərrüfat hesablı Auditor Mərkəzi nazirliklər və baş idarələrin, müəssisə,
idarə və təşkilatların kooperativlərin sifarişləri əsasında,
habelə hüquq mühafizə
orqanlarının tələbi ilə müqavilə üzrə haqqı ödənilməklə, təftiş və yoxlamalar
keçirilməli, təsərrüfat mexanizmini təkmilləşdirilməsinə dair metodiki və əməli
yardım göstərilməsi müəyyən olunmuşdur.
Auditor Mərkəzinin işinin həcmi şəraiti və yoxlamalar
keçirilməsi təsərrüfat
mexanizminin təkmilləşdirilməsinə dair metodik və əməli yardım göstərilməsi üçün
sifarişçilərlə başlanan müqavilələrin məbləği ilə müəyyən olunurdu.
Daha sonra 27 mart 1992-ci il tarixli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə respublika Maliyyə Nazirliyində Lisenziya Komissiyası
yaradılmışdı.
1994-1996-cı lilərdə Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun
olan müstəqil auditor xidmətinin təşkili ilə əlaqədar olaraq normativ - hüquqi aktlar
qəbul edildi. 1994-cü ilin sentyabrın 16-da «Auditor xidməti haqqında» Azərbaycan
Respublikası Qanunu qəbul olunmuşdur.
1995-ci ilin iyunun 20-də Azərbaycan Respublikası Auditorlar Palatasının təşkili
ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası
Milli Məclisinin
13
1995-ci il 19 sentyabr tarixli qərarı ilə «Azərbaycan Respublikası Auditorlar Palatası
haqqında Əsasnamə» qəbul olundu. Beləliklə, 1996-cı ilin aprelindən Azərbaycan
Respublikasının Auditorlar Palatası öz fəaliyyətinə başlamışdır.
Auditorlar Palatasına Azərbaycan Respublikası ərazisində auditor xidmətinin
dövlət
tənzimlənməsini təşkil etmək, bu sahənin inkişafına, təkmilləşdirilməsinə
yönəldılmış normativ aktlar, tədbirlər sistemi hazırlamaq, dövlətin, təsərrüfat
subyektlərinin və auditorların mənafeyini müdafiəsini tə'min etmək, auditorların
fəaliyyətinə nəzarət etmək vəzifəsinin yerinə yetirilməsi həvalə edilmişdir.
Auditorlar Palatası fəaliyyətə başlaqıqdan sonra xeyli işlər görülmüşdür. 1996-
2000-ci illər ərzində Respublikada göstərilən auditor xidmətinin həcmi 3,3 milyard
manatdan 15,6 milyard manata qədər, yəni 4,7 dəfə artmışdır. Həmin dövrdə keçirilən
imtahanlarda 203 nəfər Azərbaycan vətəndaşı auditor adı almaq üçün müvafiq
qaydada imtahanlarda iştirak etmiş və onlardan 151 nəfərinə Lisenziya verilmişdir.
Onların böyük bir hissəsi beynəlxalq təşkilatların iştirakı ilə keçirilən kurslarda öz
İxtisaslarını artırımışlar(20,3).
Auditor Palatası yaranana qədər Azərbaycan Respublikası - Maliyyə Nazirliyİ
yanında təşkil olunmuş «Azəri-audit» mərkəzi tərəfindən 15 avqusı 1995-ci ildə 24
nəfər imtahan vermiş və onlara da respublika Auditorlar Palatasının Lisenziyası
verilmlişdir. 1996-2000-ci illər ərzində Azərbaycan Respublikasında 26 yerli və 6
xarici ölkə təşkilatına auditor fəaliyyəti ilə məşğul
olmaq üçün Lisenziyalar
verilmişdir
Dostları ilə paylaş: