verilirdisə, artıq 1740-cı ildə onun müddəti heç bir m əhdudluq
qoyulmadan uzadıldı. Sonralar digər Avropa dövlətləri d ə
Osmanlı dövlətinə qarşı kapitulyasiya rejimindən istifadə etdilər.
Kapitulyasiya rejimi sömürgəçi (müstəmləkəçi) siyasət idi. Osm anlı
dövlətini iqtisadi və siyasi yöndən Avropa dövlətlərindən asılı
duruma saldı. Ancaq Türkiyədə milli-azadlıq hərəkatı buna s o n
qoydu.
1923-cü il iyulun 24-də imzalanan Lozan sülh
müqaviləsiylə kapitulyasiya rejimi, xaricilərin iqtisadi və siyasi
ayrıcalıqları (imtiyazları), Türkiyə üzərində beynəlxalq maliyyə
nəzarəti aradan qaldırıldı.
Kapitulyasiyalar Yaponiya, İran, Çin və s. kimi Şərq
dövlətlərinə də tətbiq edilmişdi. Bu rejim Yaponiyada 19-cu yüzilin
axırlarında, digər ölkələrdə isə 20-ci yüzilin birinci yarısında
aradan qaldırıldı.
158. Günəş ilinə söykənən çağdaş Qriqorian təqvimi göz
önündə tutulur. Qriqorian təqvimi 1582-ci ildə XIII Qriqori
tərəfindən həyata keçirilib. Bundan əvvəl Yulian təqvimindən
istifadə
olunurdu.
Qriqorian
təqvimi (yeni stil) Yulian
təqvimindən, yəni əski stildən daha dəqiqdir. SSRt-də Qriqorian
təqvimi 1918-ci il fevralın 14-dən tətbiq edilib.
159. Rene Dekart (1596-1650) - fransız filosofu, riyaziyyatçı,
fizik və fızioloqu. Dekart fəlsəfəsinin əsasını ruh ilə cismin
dualizmi təşkil edir. Dekarta görə hərəkətin ümumi səbəbi
Allahdır.
Allah
materiyanın, hərəkətin və hərəkətsizliyin
yaradıcısıdır. İnsan isə təfəkkürü və iradəsi olan ruh ilə cansız
maddi mexanizm arasında bağdır. İdrak haqqında təlimdə Dekart
rasionalizmin qurucusudur.
160. Frensis Bekon (1561-1626) ingilis filosofu, ingilis
materializminin qurucusudur. F.Bekon təbiət üzərində insan
hakimiyyətini gücləndirməyi elmin başlıca məqsədi sayırdı. O, elmi
metod sahəsində islahat keçirməyi irəli sürdü. Bu metodun əsasını
isə ağılı yanılmalardan təmizləmək, təcrübəyə yönəltmək və onu
induksiya vasitəsilə işlətmək təşkil edirdi.
161. Emil Dürkheym (1858-1917)
fransız sosiologiya
məktəbinin qurucusudur. E.Dürkhcym fərdi - psixoloji və bioloji
istiqamətlərə qarşı
çıxaraq
sosiologiyanın psixologiya və
biologiyadan asılı olmayan, bağımsız (müstəqil), pozitiv bir elm
olduğunu irəli sürdü. E.Dürkhcymə görə, sosioloji hadisələrin
psixoloji və bioloji hadisələrə heç bir bənzəri yoxdur və
özünəməxsus “xüsusi hadisələr”dir. Buna görə də sosioloji
hadisələri öyrənmək üçün onlara uyğun olan bir yöntəm (metod)
178
uyğulanmalıdır (tətbiq edilməlidir). E.Dürkheym topluma fərdlər
toplamma çevrilməyən bir gerçəklik kimi baxırdı.
E.Dürkheym əxlaq hadisələrini şüurdan, vicdandan xaric
“şeylər”, sosial hadisələr kimi görürdü. Onun yöntəminin (meto
dunun) əsası da bu görüşə söykənir. E.Dürkheym başlıca diqqətini
əxlaqi və mənəvi dəyərlər, qurumlar (institutlar) üzərində
toplamışdır.
Görkəmli sosioloq sosial hadisələrin fərdlərin xaricində
obyektiv varlıq olduqlarını, sosial gerçəklərin və bu gerçəklərin
dəyişmələrinin iərdlərdən asılı olmadığını irəli sürür. Toplum fərd-
lərin üstündədir, onlardan ayrı bir varlıqdır. Bir sosial gerçək
başqa bir sosial gerçək ilə izah oluna bilər, duyğunu, düşüncəni
toplum yaradır və fərdə təsir göstərir. E.Dürkheym sosial
hadisələrə iqtisadiyyat, siyasət, din, əxlaq, incəsənət və s. ilə eyni
növdən olan hadisələr kimi baxırdı. Bunlar şüurdan xaricdə olan
toplumun ilişgilərini (münasibətlərini) yaradırlar.
E.Dürkheym toplumda “kollektiv şüur”un roluna da
müəyyən yer verir, iş bölümünü (əmək bölgüsünü) sosial
həmrəyliyin əsası sayırdı.
E.Dürkhcymin Ziya Göyalpa çox təsiri olmuşdur. Ziya
Göyalp, E.Dürkhcymin, sosialogiyasının yöntəm (üsul) və ilkələ-
rini (prinsiplərini), obyektivliyini mənimsəmişdir. Bu metod ilə
türk tarixini, mifologiyasını, mədəniyyətini və iqtisadiyyatını
öyrənmişdir. Bununla belə, Ziya Göyalp büsbütün orijinal bir
sosioloqdur. O, E.Dürkheymin sosiologiya metodundan yaradıcı
şəkildə istifadə etmiş, türk millətinin kimliyini, böyüklüyünü türk
millətinə tanıtmışdır.
E.Dürkhcymin başlıca əsərləri: 1. “Sosial iş bölümü
haqqında” (1893); 2. “Özünüöldürmə” (1897); 3. “Din həyatının
ilkəl (ibtidai) şəkilləri” (1912); 4. “Sosiologiya yönətmənin
qaydaları” və s.
162.
Determinizm (latınca - “determino” - “müəyyən
edirəm” ifadəsindən) - bütün təbiət və toplum hadisələrinin
obyektiv qanunauyğunluğu və səbəbiyyələ bağlılığı haqqında
fəlsəfə təlimi.
162 a. “Sekta” ilə “təsəvvüf təriqəti” anlayışlarım qarışıq
salmamalı. Onların arasında böyük fərq var. “Sekta” mövcud
hakim dinin görüşlərinə və toplumun bütünlüyünə, birliyinə
qarşıdır. Təsəvvüf təriqəti isə (Batiniyyədən ayrı) dinin, şəriətin
görüşlərini qəbul edərək toplumun bütünlüyünü, birliyini təmin
edir.
179
163. Zaviyə (ərəbcə) - “Günc, bucaq, guşə” anlamını bildirir.
Burada: Kiçik təkkə.
164. Təsəvvüfçü təkkələr - Təsəvvüf Allahı sevmək, qəlbini
Allah sevgisinə vermək deməkdir. Dünyanın, insanın yaranması,
bu yaradılışın məqsədi, sonu kimi suallara təsəvvüf cavab verməyə
çalışmışdır. Əgər dünya dinlərinə görə yalnız Allah və o n u n
yaratdıqlan varsa, təsəyvüfə görə hər şey Allahın görünüşündən —
təcəllisindən ibarətdir. İlk öncə Tanrı yalqız idi. O, görünmək və
sevilmək üçün təcəlli etdi və kainat yarandı. Kainat Tanrının
kölgəsidir, insan kainatın bir parçasıdır. Allah daha kamil, d a h a
gözəl şəkildə insanda təcəlli etdiyi üçün bütün yaranmışların ən
gözəli, mükəmməli insandır. İnsan yenidən Tannya qayıda bilir.
8-9-cu yüzillərdə ortaya çıxan təsəvvüf 10-11-ci yüzillərdə
tam formalaşdı. Bir sıra təsəvvüf - sufi axımları, təriqətləri
yarandı.
Təsəvvüfdə mistik sevgi vasitəsilə Allaha yaxınlaşmaq, o n u
dərk etmək, ən sonda Allah ilə qovuşmaq başlıca yer tutur. Buna
görə do, təsəvvüfçülər, yəni sufilər bu məqsədə çatmaq üçün təriqət
- yol, baxış sistemlərini hazırlamışdılar.
Bir sözlə, dini - fəlsəfi axım, İslam “mistisizmi” olan təsəw äf
Allahın keyfiyyətlərini, kainatın formalaşmasını vəhdət-i vücud
anlayışı ilə açıqlayırdı.
Təriqətçilərin, sufilərin toplandıqlan, ibadət etdikləri,
mərasim keçirdikləri, ümumiyyətlə, təriqət tələblərini yerinə
yetirdikləri yerə “təkkə” deyilirdi.
165. Henri Modsli (1835-1918) - ingilis psixiatrı və pozitivist
filosofdur.
H. Modsli ruhi
xəstəliklər sahəsində bir çox
araşdırmalar aparmışdır. O, canilərin ruhi xəstə olduqlarını,
onlara suçludan daha çox, xəstə kimi baxmağı irəli sürürdü.
H.Modsli həm də, uşaq psixiatriyasının qurucularından biridir.
166. Albert Fulye (1838-1912)
fransız pozitivçi filosofu.
Valüntarizm ideyalarını pozilivizm ilkələri
prinsipləri ilə
birləşdirirdi. Təkamülçü idi. Fulyeyə görə fikirlər gücdür, yəni
fəıdlərin, fərdlər vasitəsilə toplumun həyatını dəyişdirən bir gücə
malikdirlər. A.Fulyc xalqlar psixologiyasına dair bir sıra
araşdırmalar aparmışdır.
Teodül Arman Ribo (1839-1916) - fransız filosofu, psixoloq
və psixopatoloqu. Fransada yüksək psixi proseslər sahəsində
təcrübi araşdırmaların qurucusudur. Bu araşdırmalarıyla da
tanınmışdır. Yaddaş, iradə, diqqət və s. problemlərinə dair əsərləri
var.
180
Vilyam Jamc (1842-1910)
Amerikalı filosof. Amerikan
praqmatizm fəlsəfəsinin qurucularından biridir. İnam və dini
duyğular sahəsində dəyərli araşdırmalar aparmışdı.
Herald Höffdinq (1843-1931) - Danimarka filosofu. Fəlsəfi
görüşlərində Spinoza və Kant fəlsəfəsinə söykənmişdir.
Henri Bcrqson (1859-1941) fransız filosofu, intutivizmin və
həyat fəlsəfəsinin nümayəndəsi. Bcrqsonun fəlsəfəsində “zaman”
probleminin araşdırılması önəmli yer tutur: Zaman - sürəkli
dəyişmədir. Sürəklilik isə yalnız intuisiya vasitəsilə dərk edilə bilər.
Materiya, şüur, hafizə və ruh sürəkliliyin müxtəlif baxışlarıdır.
Berqsona görə “şüur” və “azadlıq” fonemləri materialist və
determinist baxımdan açıqlana bilməz. Vəzifə borcu duyğusu
əxlaqın əsasıdır. Sosial həyat ehtiyacı isə bu vəzifənin qaynağını
təşkil edir. Vəzifə hər hansı bir cəmiyyətə bağlı olduğumuzu
bildirir. H.Berqson 1927-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını
almışdır.
Pyer Jane (1859-1974) - fransız psixoloqu və psixopatoloqu.
P.Janc psixologiyaya davranış haqqında elm kimi baxırdı. Bu
baxımdan çıxış edərək davranış şəkillərinin iyerarxiya sistemini
irəli sürmüşdür.
Alfred Bine (1857-1911) - fransız psixoloqu və fiziologiya
alimi. Təcrübi psixologiyaya - yüksək psixoloji funksiyaların,
xüsusilə təfəkkürün, təcrübi yolla öyrənilməsinə, uşaqlarda ağıl
inkişafının diaqnostikasına dair bir neçə əsərlərin müəllifidir. Bir
sıra testlər - sınaqlar (ağıl inkişafını yoxlamaq üçün tapşırıqlar)
işləyib hazırlamış və bununla da testlərin hazırlanması işinin
başlanğıcını qoymuşdur.
Frederik-Gilyom Paulhan (1856-1931) - fransız psixoloqu və
filosofu Zəka, yaddaş və s. problemlərə dair araşdırmalar
aparmışdır.
167. Seqmenler (latınca “seqmenlum” - “parça”, “kəsik”,
“hissə” sözündən) - Burada: dilimlərə bölünmüş, dilimlərə ayrıl
mış.
168. Burada: örgütlü - təşkilatlı toplum.
169. Kollektiv təsəvvür və ya kollektiv şüur dedikdə, bir
topluma mənsub adamların orlaqlı təsəvvürü başa düşülür. Ortaqlı
təsəvvür toplumun inkişafını, ayıqlığını bildirir. E.Dürkheym
“kollektiv şüur” anlayışını topluma uyğulamışdı (tətbiq etmişdi).
Ziya Göyalp bu anlayışdan yaradıcı şəkildə faydalanaraq, onu
türk millətinin inkişaf tarixinə tətbiq etmişdir.
170. Məşrutiyyət (ərəbcə) - Burada: 1. Hökmdarın başçılığı
181
Dostları ilə paylaş: |