Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   45   46   47   48   49   50   51   52   53

atUnda 
parlament  idarəsinə 
söykənən 
hökumət 
forması; 
konslilusiyalı  idarə  etmə,  konstitusiyalı  monarxiya;  2.  Osmanlı 
imperatorluğu  zamanında  1876-cı  il  Anayasasıyla  (Konstitu- 
siyasıyla)  başlayan  və  1918-ci  il  oktyabrın  30-da  imzalanmış. 
Modros  barışığına  qədər davam edən  müddət; -  moşrutiyyət  I  və 
II  dövrə  ayrılır.  I  Məşrutiyyət  dövri  1876-1908-ci  illər  (Gənc 
Türklər  inqilabi  nəticəsində  1908-d  il  iyulun  24-də  1876-cı  il 
Anayasasının  bərpası  haqqında  Sultanın  fərmanı  bildirildi),  II 
məşrutiyyət dövrü isə 1908-1918-ci illəri əhatə edir.
171. 
1911-ci  ilin payızında İtaliya Osmanlı dövlətinin  Quzey 
Afrikadakı  vilayətlərini  -   Trablisqərbi  (Tripolitaniya)  və 
Kirenaikanı  ələ  keçirmək  üçün  Türkiyəyə  qarşı  işğalçılıq savaşına 
başladı.  İngiltərə və Fransa da Türkiyəyə diplomatik basqı (təzyiq) 
göstərdi.  Türkiyə  ordu  hissəsi  sayca  dəfələrlə  az  idi  və  pis 
silahlanmışdı.  Böyük  miqdarda  ordusu,  ən  çağdaş  silahları  olan 
İtaliya  bu  savaşda  aviasiyadan  da  istifadə  etdi.  Vuruşmada 
aviasiyanın  tətbiqi  tarixdə  birinci  dəfə  bu  savaşda  baş  verdi.  Ən 
sonda  Türkiyə  savaşda  “yenildi”.  1912-ci  il  oktyabrın  15-do 
Lozannda  (İsveçrədə)  vuruşmanı  dayandırmaq  və  Tripoltaniya, 
Kirenaika  vilayətlərinin  İtaliyaya  verilməsinə  dair  Türkiyə  ilə 
İtaliya  arasında  saziş  imzalandı,  oktyabrın  18-də 
isə  barış 
müqaviləsi  bağlandı.  Hər  iki  vilayət  Liviya  adı  altında  İtaliyanın 
müstəmləkəsinə  çevrildi.  Trablüsqorb  (Tripoli)  şəhərinin  adından 
bu savaşa Trablüsqərb savaşı da deyilir.  Bu savaş bir daha göstərdi 
ki,  Qərb  dövlətləri  Türkiyəni  zəif salmağa çalışır.  Savaş  dövründə 
milli duyğuların coşması Türkçülük ülküsünü daha da gücləndirdi.
Trablüsqərb  savaşı  qurtarar-qurtarmaz  Türkiyə  yeni  bir 
savaş  ilə  üz-üzə  gəlməli  oldu.  1912-ci  il  oktyabrın  9-da  Balkan 
İttifaqı  (Bolqarıstan,  Serbistan,  Qaradağ,  Yunanıstan) ilə Türkiyo 
arasında savaş davam etdi.  Türkiyə orduları sayca yenə də çox az 
idi  və  qarşı  tərəfə  nisbətən  pis  silahlanmışdı.  Balkan  İttifaqı 
Antanta  dövlətlərinin  yardımım  görürdü.  Antanta,  Balkan 
xalqlarını Türkiyəyə qarşı  qızışdırdı.  Bütün bunlar Türkiyənin  1-ci 
Balkan  savaşında  yenilməsina  gəlirib  çıxartdı.  1913-cü  ilin 
mayında  bağlanmış  London  barış  müqaviləsinə  görə  Türkiyə 
İstanbuldan  və  Şərqi  Frakiyanm  kiçik  bir  bölümündən  başqa 
Avropadakı  bütün  torpaqlarını  itirdi.  Bu  savaşdakı  yenilmə 
Osmançılıq 
axımına 
sarsıdıcı  zərbə 
vurdu. 
Osmanlı
imperatorluğunun tərkibində olan; türk olmayan xalqlar -  Balkan 
xalqları,  ermənilər və s.  baş  qaldırıb Osmanlı dövlətini sarsıtmağa 
başladılar.  Bunu  Balkan  savaşı  bir  daha  açıq-aşkar  göstərdi.
182
Yalnız  Türk  milləti  dövlətin  qoruyucusu,  qurtarıcısı  oldu.  Bütün 
bunlar  Osmançılıq  ülküsünün  türk  olmayan  xalqların  -  
bolqarların,  serblərin,  xorvatların,  ermənilərin,  yunanların  və  s,- 
nin  Osmanlı  dövlətinə  öz  dövləti  kimi  baxa  biləcəyi  fikrinin  nə 
qədər puç olduğunu tam çılpaqlığı ilə göz qabağına qoydu.
Birinci  dünya  savaşı  illərində  Türkiyəyə  qarşı  imperalist 
dövlətlərin iç üzü büsbütün aşkar oldu.  Türkiyə bu savaşda  böyük 
itki  verdi.  Hələ  Osmanlı  dövlətinin  təbəəsi  sayılan,  türk  olmayan 
xalqların  nümayəndələri  Qərb  dövlətlərindən  yardım  alaraq 
casusluq,  təxribatçılıq  edir,  Türkiyəyə  arxadan  zərbə  vurmağa 
çalışırdılar.  Belə  olan  bir  durumda  Osmanlı  dövlətində  müxtəlif 
xalqların,  daha  doğrusu,  türk  ilə  yunan,  erməni,  bolqar  və  s.-niıı 
hansı mənafe birliyindən danışmaq olardı?
Birinci  dünya  savaşından  Almaniya  və  Osmanlı  dövləti 
yenilmiş  çıxdılar.  1918-ci  il  oktyabrın  30-da  imzalanmış  Mudros 
barışığı  və  1920-ci  il  avqustun  l()-da  bağlanmış  Scvr  barış 
müqaviləsinin  şərtləri  Türkiyəni  Antantanın  sömürgəsinə  -  
müstəmləkəsinə  çevirirdi.  İmperalist  dövlətlər  Türkiyəni  parçala­
maq  üçün çoxdan  fürsət gözləyirdilər.  1919-cu ildə imperalistlər və 
onların  əlaltıları  Türkiyəyə  qarşı  açıq  müdaxiləyə  başladılar. 
İngilis,  fransız,  itlayan,  yunan,  erməni  işğalçılıq  iştahası  ilə 
Türkiyənin  üzərinə  üyüşdülər.  Türk  milləti  vətən  uğrunda  saysız- 
hesabsız  düşmənə  qarşı  mübarizəyə  başladı.  Türkiyəni  milli- 
azadlıq  hərəkatı  bürüdü.  Türk  xalqının  bu  mübarizəsinə  başçılıq 
edən,  onu  məqsədə  doğru  yönəldən.  Mustafa  Kamal  Paşa  - 
Atatürk oldu. Atatürkün başçılığı ilə türklər işğalçıları darmadağın 
edib  bir-birinin  ardınca  parlaq  qələbələr  çaldılar,  yadellilər 
Türkiyə  torpaqlarından  qovuldular.  1923-cü  il  iyulun  24-də 
bağlanan  Lozan  barışıq  müqaviləsi  ilə  Sevr  müqaviləsinin  şərtləri 
aradan  qaldırıldı,  Türkiyənin  ərazi  bütövlüyü,  toxunulmazlığı 
etiraf edildi. Türkiyə qalib çıxdı.
1923-cü  il  oktyabrın  29-da  Türkiyə  Respublikası  elan  edildi. 
Onun  ilk  prezidenti  Mustafa  Kamal  oldu.  Beləliklə,  çağdaş 
Türkiyənin  əsası  qoyuldu.  Həyat  Türkçülük  iilküsünün  nə  qədər 
doğru  olduğunu  göstərdi.  Türkiyənin  qurtarıcısı  olan  Mustafa 
Kamal böyük türkçü kimi ün qazandı.
172.  Osmanlı imperalorluğunda  bağımsız müstəqil  pravoslav 
kilsəsinin  başında  patriarx  dururdu.  Impcratorluqdakı  bütün 
pravoslavlar  bu  patriarxın  nüfuzu  altında  idi.  Patriarx  isə  fürsət 
düşdükcə dövlətə qarşı çalışırdı.
173.  Eksarxlıq  (və  ya  ekzarxlıq)  -  Yunanca  “eksarxos”
183


“başçı”  sözündəndir.  Pravoslavlarda  bəzən  bir  neçə  yeparxiyanı 
(dini  inzibati  vahid)  birləşdirən  müstəqil  kilsə  dairəsinin  başçısı 
ckzarxın hakimiyyəti.
174.  Səltənət  (ərəbcə)  -   burada:  hökmdarlıq,  sultanlıq, 
dövlət, hökumət.
175.  Başqımçılıq  -   XIX  yüzilin  axırlarında  Misirdə 
yaradılmış  Alban  “Başkimi”  (albanca  “başkimi”  -   “ittifaq”, 
“birlik”  sözündən)  təşkilatının  Osmanlı  imperatorluğundan 
ayrılmaq  uğrunda  yetirdiyi  siyasət.  1922-ci  ildə  isə  Albaniyanın 
özündə  “Başkimi”  təşkilatı  Albaniyada  demokratik  hüquqlar 
uğrunda  mübarizəni  özünün  başlıca  məqsədi  sayırdı.  1924-cü  il 
iyun  ayında “Başkimi”  Albaniyada baş verən üsyana  başçılıq  etdi, 
ancaq  dekabrda  Ə.Zoqunun  hakimiyyətə  gəlməsindən  sonra 
qadağan edildi.
176. Toskalar  - Osmanlı imperatorluğunda olan Albaniyada 
18-ci  yüzilin  2-ci  yarısı  və  19-cu  yüzilin  əvvəllərində  iki  vilayət 
təşəkkül  etdi:  Toskeriya  və  Qeqeriya.  Toskeriya  Albaniyanın 
güney  bölgəsini,  Qeqeriya  isə  quzey  bölgəsini  təşkil  edirdi. 
Toskeriya sakinləri “toskalar” adlanırdılar.
177. Yeniçorilik -  Burada: yeniçori hərbi quruluşu (təşkilatı). 
Ziya Göyalp “ycniçərilik” ifadəsini həm də “geri qalmışlıq, gerilik” 
anlamında işlədir.
178.  Ticarət  spekulyasiyası  -  
Burada:  Asan  qazanc 
məqsədilə  müxtəlif  malları  alıb  satma;  alqı-satqı  qiymətləri 
arasındakı  fərqdən  ehtikar  qazanc  əldə  etmək  məqsədilə  qiymətli 
birja  kağızlarının  alınıb  satılması.  Ticarət  spekulyasiyası  milli
iqtisadiyyata zərər vurur.
179.  Fridrix  List  (1789-1846)  -   tanınmış  alman  iqtisadçısı. 
Proteksionizm  tərəfdarı  olan  F.List  inkişaf  etməkdə  olan 
millətlərin  hökmən  güclü  bir  proteksiya 
himayə  sistemi  ilə  öz 
iqtisadiyyatları  üçün  təminat  yaratmalannı  irəli  sürmüşdür.  O. 
sərbəst  ticarətə  qarşı  proteksionizmin  tərəfini  saxlayırdı.  Xarici 
ölkə siyasi iqtisadı F.Listin  bir sıra ideyalarını qəbul elmişdir.
180.  Burbonlar sülaləsindən olan XIV Lyudoviq (1638-1715) 
1643  -   1715-ci  illərdə  Fransa  kralı  olmuşdur.  Onun  vaxtında 
fransız  absolyutizmi  özünün  on  yüksək  nöqtəsinə  çatmışdı.  Ünlü 
“Dövlət-mənəm”  ifadəsi  ona  aid  edilir,  Ziya  Göyalp  XIV 
Lyudoviqin əsas prinsipindən danışanda bunu göz önündə tutur.
181.  1918-ci  il  oktyabrın  30-da  imzalanan  Mudros 
barışığının  (Antanta  ilə  Sultan  türkiyəsi  arasında)  şərtlərinə  görə 
Türkiyə  silahı  dərhal  yerə  qoymalı,  öz  taleyini qalib dövlətlərin -
184
Antantanın  ixtiyarına  verməli  idi.  Sultan  hökuməti  Antantanın 
oyuncağına çevrildi.
Mudros  barışığından  sonra  Antanta  dövlətlərinin  hərbi 
donanması  Çanaqqalaya  (Dardanelə),  Boğaza  (Bosfora),  sonra 
Qara  dənizə  girdi.  İngilis  orduları  Mosulu,  Kilikiyam  (Mərkəzi 
Türkiyənin  cənubu) və Anadolunun  digər bir sıra bölgələrini  işğal 
etdilər.  Tezliklə  Kilikiya  və  ona  qonşu  bölgələrdə  ingilisləri 
fransızlar  əvəz  etdi.  Bir  sözlə,  1918-ci  ilin  axırları  -   1919-cu  ilin 
əvvəllərində  ingilis-fransız  qoşunları  Anadolunun  cənub-şərq 
hissəsini ələ keçirdilər. İtalyanlar isə Anadolunun qərb sahillərinin 
bir  hissəsini,  Antalyanı,  Konya ya  qədər  bir  sıra  yaxın  vilayətləri 
tutdular.  Paris  barış  konfransının  (18.1.1919-cu  il  -   21.1.1920) 
rəhbərliyinin  (İngiltərə,  Fransa,  ABŞ)  göstərişinə  əsasən,  ingilis- 
fransız-Ameri kan donanmasının  böyük yardımı ilə yunanlar  1919- 
cu  il mayın  15-də  İzmiri  işğal  etdilər.  Bu amansız zərbə  Türkiyəni 
qəzəb  dalğasına  bürüdü.  Yunanlar  Anadolunun  içərilərinə  doğru 
irəliləməyə  başladılar...  Antanta  öz  istilaçılıq  planlarını  -  
Türkiyəni  bölüşdürmək məqsədini  həyata keçirməkdə yunanları və 
erməniləri icraçı alətə çevirmişdi.
Türkiyəyə  qarşı  işğalçılıqda  ingilislər  böyük  fəallıq 
göstərirdilər.  1920-ci  il  martın  16-da  İngilis  ordusu  İstanbulun 
hərbi  işğalına  başladı.  İşğal zamanı  ingilislər şəhərdə  görünməmiş 
vəhişiliklər törətdilər; suçsuz adamlar döyülür,  həbs olunur,  təhqir 
edilirdi.  İngilislər türk  hərbi musiqiçilər dəstəsinin  yataqda  sakitcə 
yatan  əsgərlərini  vəhşicəsinə güllələdilər.  Məscidlərin  minarələrinə 
pulemyotlar qoyulur, küçələri tankların azğın səs-küyü bürüyürdü.
Əslində  isə  nə  İstanbulun  hərbi  işğalına,  nə  də  ki,  bu 
vəhşiliklərə  heç  bir  ehtiyac  yox  idi.  İstanbul  və  bütün  Boğazlar 
bölgəsi  onsuz  da  Antantanın  ixtiyarında  idi.  Nə  də  ingilislər 
İstanbula  girərkən  onlara  heç  bir  müqavimət  göstərilməmiş, 
hökumət  özünü  əli-qolu  bağlı  qul  kimi  aparmışdı.  İngilislər 
bununla  əslində  siyasi  məqsəd  güdür,  Türkiyə  ilə  qarşıdakı 
günlərdə müqavilə bağlarkən onu işğal gerçəyi qarşısında qoymaq, 
İstanbulun  işğalından  həm  Türkiyəyə,  həm  də  öz  müttəfiqlərinə, 
ABŞ-a  basqı  (təzyiq)  vasitəsi  kimi  istifadə  etmək  istəyirdi. 
Nəhayət,  1920-ci  il  avqustun  10-da  Paris  yaxınlığında  Versal 
sisteminin  sonuncu  müqaviləsi  olan  Sevr  barış  müqaviləsi 
imzalandı.  Müqavilə  bir  tərəfdə  Böyük  Britaniya,  Fransa,  İtaliya, 
Yaponiya, daşnaq  Ermənistan, Belçika,  Yunanıstan,  Hicaz, Polşa, 
Portuqaliya,  Rumıniya;  Serb-Xorvat-Sloven dövləti (Yuqoslaviya) 
və  Çexoslovakiya  digər  tərəfdə  isə  Türkiyə  olmaqla  iki  tərəf
185


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə