Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   45   46   47   48   49   50   51   52   53

(gənəşmək)”  feili eyni  anlamlı Azərbaycan xalqı arasında (xüsusilə 
qərb bölgəsində) işlədilməkdədir.
65.  Yabqu  -   Əski  türklərdə  xaqanın  qohumlarından  olan  və 
xaqandan  sonra  gələn  və  imperatorluğun  bir  hissəsini  idarə  edən 
şəxsin  rütbəsidir.  Miladdan  öncə  Hun  imperatorluğunda  bu 
rütbəni  daşıyan  şəxslərin  olduğu  məlumdur.  Göy Türk  dövlətində 
xaqanların  bir  çoxu  taxta  çıxmamışdan  öncə  “yabqu”  rütbəsini 
daşımışlar.  “Yabqu”nun  türk  dillərində  “cabqu”,  “yavqu” 
(“yafqu”) kimi variantları var.
“Yabqu”  sözünü  kök  baxımından  əsassız  olaraq,  zorla  başqa 
dillərə (Hind-Avropa) bağlamaq istəyənlər var. Görkəmli  türkoloq 
V.Tomsen  inandırıcı  şəkildə  “yabqu”nun  “yap”  (“yapmaq” 
feilindən)  və  türkcə  “qu”  şəkilçisindən  meydana  gəldiyini  irəli 
sürmüşdür.
66.  Şad -  Əski türklərdə  ən yüksək  hərbi-inzibati  rütbələrdən  biri. 
Qaynaqların  verdiyi  bilgiyə  görə  bu  rütbəni  xaqanın  qardaşları, 
oğulları  daşımışdır.  Şad  müstəqil  bir  ordunun  başçısı  olub, 
müəyyən  bir  bölgəni  idarə  edirdi.  Ümumiyyətlə,  boyun  əydirilmiş 
torpaqlarda  xaqanın  canişini  idi.  Qaynaqlara  söykənərək  belə 
düşünmək  olur  ki,  rütbə  baxımından  “şad”  “yabqu”dan  sonra 
gəlirdi.  Ancaq  “şad”  rütbəsini  daşımış  xaqan  ailəsinin  bir  sıra 
üzvləri sonralar “xaqan” olmuşlar.
Bəzi  araşdırmaçılar  “şad”  sözünün  kökünü  başqa  xalqlara  aid 
etmək  istəyirlər.  Ancaq  heç  biri  inandırıcı  dəlillər  gətirə  bilmir. 
1969-cu  ildə  Leninqrad  nəşriyyatının  buraxdığı  əski  türk 
sözlüyündə  (“Drevnctyurkckiy  slovar”,  L.,  1969)  da  soqd  köklü 
göstərilməsi də bir yanlışlıqdır.
“Şad”ı  “şah”  (buradan  da  “şahnə”)  sözünə  bağlamaq  girişmi 
(təşəbbüsü)  də  büsbütün  əsassızdır.  Bu  yalnız  sadəlövh  bir 
düşüncədir.
67.  Feminist  -   Feminizm  tərəfdarı.  Feminizm  (fransızca 
“fcminizm”  latınca  “femina” 
“qadın”  sözündən  əmələ  gəlib) 
qadınları  hüquq  baxımından  kişilər  ilə  bərabərləşdirmək, 
toplumda qadınların hüquq və vəzifəsini genişləndirmək məqsədini 
güdən axım  hərəkat.  18-ci yüzildə Qərbdə meydana gəlmiş,  20-ci 
yüzildə  isə  daha  da  güclənmişdir.  Türkiyədə  bu  axımın  öncüləri 
Namiq  Kamal  və  Əhməd  Midhəd  idi.  1876-cı  ildən  (1-ci 
Məşrutiyyət  dövründən)  sonra  Türkiyədə  feminizm  axımı  xeyli 
gücləndi və lürkçülər feminizmin ən  qızğın tərəfdarı oldular.  20-ci 
yüzilin  ortalarından  Qərbdə  feminizm  hərəkatında  radikal 
istiqamət  güclənməyə  başladı.  Hətta  kişi  cinsinə,  toplumdakı
198
sosial-mənəvi  quruluşa  qarşı  kəskin  mənfi  münasibət  də 
formalaşdı.  Feminizm  Qərb  toplumunda  meydana  çıxan  hərəkat 
idi. 
Qərbin  ənənələrinə, 
cinslərarası 
kəskin 
ziddiyyətlərə 
əsaslanırdı.  Gender  hərəkatı  və  nəzəriyyəsi  də  bu  feminizmdən 
doğmuşdu. 
Ancaq 
Türk-İslam 
mühitində 
cinslərarası 
münasibətlərdə  kəskin  ziddiyyət  mövcud  deyildi.  Buna  görə  də 
Türk-İslam  mühitindəki  qadın  hərəkatı  Qərbin  feminizmindən 
məzmun  və  xarakter  baxımından  xeyli  fərqlənirdi.  Eyni  zamanda 
Türk-İslam  toplumunda  qadın  hərəkatı  milli  oyanışın  tərkib 
hissəsi  kimi  meydana  çıxmışdı.  Ziya  Göyalpm  dövründə 
feminizmin  məqsədi  libcral-demokratik  məzmunlu  idi.  Türk-İslam 
toplumundakı  qadın  hərəkatından  fərqi  hələlik  bir  o  qədər  gözə 
çarpmırdı.  Bu səbəblərdən Z.Göyalp feminizmə cinslərarası kəskin 
ziddiyyətə əsaslanmayan hüquq  bərabərliyi kimi baxırdı.
68.  Məslək -  Bax:  1-ci bölüm,  188.
69. Seyid (ərəbcə)- Burada: böyük, başçı, ağa.
70.  Axın  (akın)-  hücum,  axm;  düşmən  torpaqlarına  biıgə  basqııı. 
Türklər atlı hücumçu dəstələrinə “akınçılar” deyərdilər.
71.  Birinci  nəşrdə  (1991)  «Türkçülüyün  əsasları»nın  Varlıq 
nəşriyyatı  (İstanbul)  tərəfindən  hazırlanmış  may  1961-ci  il  tarixli 
4-cü  nəşrinə əsaslanaraq «torunlar»  kimi  verdik.  Ancaq  başqa  bir 
oxunuşda  bu  sözün  «tudunlar»  olduğu  irəli  sürülmüşdür. 
«Tudunlar»  oxunuşu  daha  inandırıcıdır.  Tudun  əski  Türk 
dövlətində yüksək  vəzifə,  titul adı  idi.  Orxon  yazılarında  bu  ifadə 
işlənib  (Bilgə  Kağan  mətni).  Qamlar  əski  türklər şamana  “qam” 
deyirdilər. Qamların toplumda yüksək  yeri vardı.  Buyruqlar və ya 
buyruq  (“buyurmaq”  feilindən  olub  hərfi  anlamı  “xaqanın 
adından  əmr  edənlər,  idarə  edənlər”  deməkdir)-  “rəis”, 
“sərkərdə”,  “vəzir”  anlamlarını  bildirir.  Tabe  edilmiş  xalqların 
hərbi-inzibati  işlərini  idarə  etmək  üçün  mərkəzi  hökumət 
tərəfindən  təyin  edilən  yüksək  məmur.  Bitikçilər  və  ya  bitikçi 
(“bilik”+  “çi”)  Yazıçı,  katib,  Dövlətin  yazı  və  maliyyə  işlərinə 
baxırdılar.  “Bitikçi”  sözü  və  rütbəsi  türklərdən  monqollara 
keçmişdir.
72.  Mülkiyyə  (ərəbcə)-hərbi  olmayan,  mülki  məmurlar  təbəqəsi. 
Elmiyyə  (ərəbcə)-din  işləri  ilə  məşğul  olan  məmurlar  (din 
xadimləri)  sinifi.  Seyfiyyə  (ərəbcə  “seyP’-qılınc  sözündən)-hərbi 
işləri idarə edən  məmurlar.  Qələmiyyə (ərəbcə  “qələm”dən)  Yazı 
və maliyyə işlərinə baxan məmurlar təbəqəsi.
72a.  Əxilik:  Ərəbcə  «qardaşım»  anlamım  bildirən  «əki»  («axı») 
sözündən gəlir.  Ancaq  bəzi müəlliflərə görə «comərd» anlamını ve­
199


rən türkcə «akı» sözündən əmələ gəlib. «Əxilik» sənət,  əxlaq və i q ­
tisadiyyat  ilə  bağlı  bir  qurumdur.  Bu  təşkilat  daha  çox  A nadolu 
bölgəsini  əhatə  edir.  «Fütüwət»in  sözlük  anlamı  «cəsarət»,  «igid­
lik»  və  «mərdlik»dir.  Bu  ifadə  ümumiyyətlə  «başqasını  özündən 
üstün tutmaq, sonsuz bir mürüvvət yiyəsi olmaq» anlamını bildirir. 
Təsəwüf mühitində «comərdlik, şəfqət vəalturizm anlayışını  bildi­
rən  bir  deyimdir.  «Fütüwətnamə»lərdə  fütüwətin  əsaslan,  onun 
əxlaq və sosial prinsipləri, təşkilata qəbul şərtləri yazılmışdı.
73.  Damğa-bir  şeyin  kimə  və  hansı  dövrə,  çağa  aid  olduğunu 
bildirən  əlamət,  iz,  işarət.  Onqun  -burada:  Totem,  gerb,  arma. 
Söyük-Ehtimal ki; “süngük” (“sümük”) sözündəndir.
74.  Ziya  Göyalpm  “Türk  Törəsi”  adlı  əsəri  ilk  dəfə  1923-cü  ildə 
nəşr edilmişdi. İkinci dəfə  1976-cı ildə nəşr edilib (İstanbulda).
75.  Təkin  və ya  ligin -1)  Əski  türklərdə hökmdar ailəsinə mənsub 
olanlara,  hökmdarın  oğullarına  deyilirdi.  Ümumiyyətlə,  prins, 
şahzadə.  2)  Əski  türklərdə  atanın  daşınmaz  mal  və  mülkünün 
mirasçısı  olan  kiçik  oğula  da  deyilirdi.  Inal  (Ymal)-oski  türklərdə 
titul,  rütbə  adı.  “İnanma”,  “etimad”  anlamını  verən  “inanan” 
kökündən  törəmişdir.  “İnal”ın  hərfi  anlamı  “inanılan,  güvənilən 
adam”  deməkdir. 
Kaşqarlı  Mahmudun  “Divan-i  Lüğət-it 
Türk”ündo  isə  göstərilir  ki,  “inal”-anası  əsilzadə  (xatun  əsilli), 
atası  isə  sadə  xalq  içindən  çıxmış  gənclərə  deyilirdi.  Bir  sıra 
görkəmli  türk  hərbi  və dövlət  xadimləri  “inal” titulunu daşımışdır. 
Məsələ, Səlcuqlular dövlətinin qurucusu Toğrul bəyin ögey qardaşı 
istedadlı komandan İbrahim Yınal.
“İnal”ın  çox  az  anlam  fərqləri  ilə  “inaq”  (“yınaq”),  “inanc” 
(“ymanc”) kimi variantları da vardır.
76.  Ziya  Göyalp  bu  əsərini  1923-cü  ildə  yazıb  başa  çatdırmışdır.
Bu zaman İranda Qacarlar hakimiyyətdə idi (1796-1925).
77.  Eşik-Qapınm  alt  yanında  yanlamasına  qoyulan  taxta,  açıq 
pilləkən;  bu  pilləkənin  yeri,  astana;  əski  türklərdə  həm  də, 
Tanrıların  və  ya  iblis,  cin,  şeytan  və  s.  kimi  mövhumi  varlıqların 
astanası  (qapısı)  idi.  Sonralar  “eşik”  deyimi  təsəwüf  tərəfindən 
mənimsənilmiş və təsəvvüfdo “eşik”  müqəddəs (qutsal) sayılmışdır. 
Bir  qayda  olaraq  içəriyə  eşikdən  keçib  gedilir.  Təriqətçilər  buna 
“bayırdan  (xaricdən)  daxilə  (içəriyə)  girib  dərgahdakı  mürşidə 
yetişmək”  anlamını  verirdilər.  Onlar  mürşidin  oturduğu  yerə- 
türbəyə  girərkən  “eşiy”i  öpürdülər.  Buradan  da  “eşiyə  baş 
qoymaq”  deyimi  yaranmışdır.  Xalq  təsəvvüfdəki  “eşik”  ilə  bağlı 
inanışı 
qəbul  edərək  “eşiy”i  basmağı,  “eşik”də  oturmağı  bir 
uğursuzluq  saymışdır.  Əlbəttə,  bütün  bunlar  əski  türk  dinlərinin
200
təsiri idi.
77a.  Abdulkadir  İnana  görə  Toyonizm  Buddizm  dinidir  (Bax: 
A.İnan. Eski Türk Dini Tarihi.  1976)
78.  Dirlik-burada:  Osmanlı  imperatorluğunda  bir  xidmətə  görə 
hər hansı  bir şəxsə  dövlət  tərəfindən  verilən  aylıq  və  ya  müəyyən 
bir yerdən əldə edilən gəlir.
79.  Zeamət  (ərəbcə)-Osmanlı  imperatorluğunda,  başlıca  olaraq 
hərbi  vəzifəyə  (xidmətə)  görə  verilən  və  illik  gəliri  20  min  ilə  100 
min axça arasında olan mülk. Zeamət sahibinə zaim deyilirdi.
80.  Xas  (ərəbcə)-  Osmanlı  imperatorluğunda  illik  gəliri  100  min 
axçanı aşan dirlik (xidmətə görə verilən mülk).
81.  “Əxlaq-i Əlai”-  türk dilində yazılmış əxlaq kitabı.  1564-cü ildə 
Şam  qazisi  Kınalızadə  Əli  əfəndi  tərəfindən  yazılmışdır. 
Kınalızadə Əli əfəndi  bu  kitabı  Suriya bəylərbəyi  Əli  Paşaya  ithaf 
etdiyi üçün ona “Əxlaq-i Əlai” adı verilmişdir.
“Əxlaq-i  Əlai”  bir  müqəddimə  və  üç  bölümdən  (kitabdan) 
ibarətdir  Müəllif  müqəddimədə  türk  dilində  əxlaqa  aid  hamının 
istifadə  edə  biləcəyi  xüsusi  bir  əsərin  olmadığına  görə  bu  kitabı 
yazdığını söyləyir.
Çox  dəyərli  bir  qaynaq  olan  “Əxlaq-i  Əlai”  1883-cü  ildə  Bulaq 
çapı ilə nəşr edilmişdir.
82.  Klan  (kcltcə “qlan”-törəmə,  nəsil) -  Qohumlar qrupu; ailədən 
böyük  topluluq.  Fıatriya  (yunanca  “pratriya”-qardaşlıq)-  Bir 
neçə  nəslin  ekzoqam  birləşməsi.  İlkəl  topluluqda  (ibtidai  icmada) 
ikinci pillə sayılır (birinci: klan).
83.  İlah (ərəbcə)-Tanrı.
84.  Eş  -   əski  türkcədə:  dost,  yoldaş,  silahdaş.  Sur  -   alın  yazısı, 
uğur.  Qut  -   ruh,  həyat  qüvvəsi;  xoşbəxtlik,  müvəffəqiyyət,  rifah; 
uğur.
85.  Demokratiya  (yunanca  “demos”  -   xalq  +  “kartos”  -  
hakimiyyət)  -   hakimiyyət  qaynağı  kimi  xalqa  arxalanan,  dövlət 
işlərinin, vətəndaş hüququ və azadlığı məsələlərinin  həllində xalqın 
geniş iştirakına söykənən ictimai hakimiyyət və dövlət forması.
86.  İmami  Əzəm  (ən  böyük,  imam,  ən  böyük  öncü) 
Əbu  Hənifə 
(699-767);  Fiqhin -  İslam hüququnun qurucularından biri.  Kufədə 
anadan  olmuşdur.  Əsil  adı  Human  olan  Əbu  Hənifə  soy 
baxımından  ərəb deyildi.  Atasının  adı  Sabit  idi.  Babası  müsəlman 
olmuşdu.  Əbu  Hənifə,  İmam  Cəfər Sadiq  ilə  Mədinədə görüşmüş, 
onun söhbətlərində iştirak etmişdir. Dərin biliyə, iti ağıla malik idi. 
İmam  Malik  (maliki  məzhəbinin  qurucusu)  deyirdi:  “Əbu 
Hənifənin  məntiqi o qədər qüvvətlidir ki,  “bu  dirək qızıldandır”
201


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə