Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   45   46   47   48   49   50   51   52   53

(mərhum  olan),  öz  xalqı,  vətəni  üçün  yada  çevrilən  və  özünü  heç 
bir millətə mənsub saymayan şəxs.
203 a.  Bu misra sərvətifununçu şair Tofiq Fikrətindir.
204. Əsnaf (ərəbcə “sinf’in cəmi:  “'siniflər”)- Keçmişdə xırda 
əl  sənətləri  və  dükançılıq  (xırda  ticarət)  ilə  dolanan,  yaşayışını 
təmin  edən  şəxslərin  ümumi  adıdır.  Bu  şəxslər  ayrı-ayrı  nizamlı 
siniflərə ayrılmışdılar. Əsnafa misal olaraq dəlləkləri, yorğançıları, 
dəmirçiləri,  baqqalları  və  s.  göstərmək  olar.  Bu  əsnafın  da  hər 
birinin ayrı-ayrılıqda təşkilat durumunda olan məclisləri var idi ki, 
buna  da  “əsnaf  lojası”  -   “sənətkar  sexi”  və  ya  “əsnaf 
kooperasiyası” deyilirdi.
205.  Arifanə ziyafətlər -  “Arifanə” sözünün əsli “hərifanə  və 
ya  harifanə”dir.  “Hərifanə”  isə  ərəbcə  “hərif’  -  “sənət  yoldaşı, 
məsləkdaşı”  və  farsca  “anə”dən  meydana  gəlmişdir.  Deməli, 
“arifanə  ziyafət”  dedikdə  “eyni  sənətdə  çalışan  yoldaşlar, 
məsləkdaşlar  arasında  ziyafət”  başa  düşülür.  “Arifanə”  sözünün 
“yeyib-içməyi  ortaqh  təşkil  edilən  toplantı”  anlamı  da  buradan 
irəli gəlir.
206.  Ziya  Göyalp  “indiyə  qədər  bizdə  milli  bir  ədəbiyyat 
meydana  gələ  bilməyib” 
dedikdə  heç  də  böyük  bir  tarixi  olan 
türk  milli  ədəbiyyatının varlığını  danmır.  Böyük  sosioloq  bununla 
ərəb-fars  və  qərb  ədəbiyyatlarım  təqlid  etməyə  və 
bu 
ədəbiyyatların mənfi təsirinə qarşı çıxır.
207.  Ziya  Göyalp  demək  istəyir  ki,  türklər tarix  boyunca  öz 
mədəniyyətlərini, 
kültürlorini  zorla 
heç 
bir  xalqa  qəbul 
etdirməmişdir.  Türklər  idarəetdikləri  və  etmədikləri  xalqların 
görənək və gələnəklərinə, kültürünə həmişə sayğı ilə yanaşmışlar.
208.  Bax:  l a.
209.  Ekzotika  (yunanca  “eksatikos”  -   “yad,  özgə,  yabançı, 
yadelli”)  uzaq  ölkələrə  (xüsusilə,  isti ölkələrə)  məxsus olub  başqa 
ölkələrin  adamlarına  möcüzəli,  qəribə  görünən  xüsusiyyətlər 
(təbiət,  incəsənət,  görənək  və  gələnəklər  və  s.).  Ekzotizm  - 
ekzotikanı,  yəni  yabançı  ölkələrin  özünəməxsus  xüsusiyyətlərini 
anladan, göstərən bir əsərin keyfiyyəti; ekzotika düşkünlüyü.
210.  Ekzotik  -ekzotika  ilə  bağlı;  qəribə,  möcüzəli;  başqa 
ölkələr ilə bağlı.
190
İKİNCİ  BÖLÜM 
TÜRKÇÜLÜYÜN  PROQRAMI
1. 
Esperanto -  Bax:  1  bölüm, 29.
2.  “Güzgü”  sözü  bugün  Azərbaycan  türkləri  arasında  geniş 
yayılmış canlı ifadədir.
3.  Bugün  “qara”  və  “ağ”  sözləri  həm  maddi,  həm  də  mənəvi 
mahiyyətdə  fəal  şəkildə  işlənməkdədir.  Azərbaycan  türkləri 
“siyah”, “bəyaz” sözlərindən istifadə etmirlər.
4. 
Farsca  “xastc”  sözünü  Türkiyə  türkləri  “hasta”,  Azərbaycan 
türkləri isə “xəstə” kimi söyləyirlər.
5. 
Farsca  “nərdüban”  Azərbaycan  türkləri  arasında  “nərdivan” 
şəklində yaşayır.
6.  Ərəbcə  “bəkərə”  və  ya  “bəkkarə”  sözünün  pozulmuş  şəkli 
olan  “makara”  üzərinə  ip,  tel,  sap  və  s.  kimi  şeylər  sarman 
kənarları çıxıntılı silindirə deyilir.
7.  Türkiyə türkləri  “sokak” sözünü “küçə” anlamında işlədirlər.
8.  Para-pul.
9.  Ərəbcə “məriz” -  “xəstə”, “naxoş” anlamındadır.
10.  Farsca  “xacə”  Türkiyə  türkləri  arasında  “hoca”,  Azərbaycan 
türklərində  isə  “xoca”  və  “xacə”  şəklində  işlədilir.  “Xoca”  -   “din 
xadimi,  mədrəsədə  təhsil  alan  sarıqlı  və  cübbəli  dindar  adanı, 
müəllim,  tərbiyəçi,  öyüd  verən”  anlamlarını  bildirir.  “ Xacə”nin 
“xadim” anlamı da vardır.
11.  Fakih 
Fiqh  biliçisi,  alimi.  Fiqh 
İslam  hüququnda din  və 
dünyəvi  işlər  ilə  bağlı  başlıca  qaynaqlar  əsasında  yaradılmış 
qaydaların  bütünüdür;  ümumiyyətlə,  müsəlman  şəriət  qanunları 
haqqında elmdir.
12.  Çarşı  -  farsca  “çaar”  -   dörd  və  ərəbcə  “suu”  -   tərəf 
sözlərindən  meydana  gəlib,  dükanların  yerləşdiyi  alış-veriş  yerini 
bildirir.
13.  “A bdəsf’in əsli “ab-e dost” olub “əl suyu” deməkdir.  (Farsca)
14.  Fəsahət  (ərəbcədir)  - Şifahi  nitqin  və  yazı  dilinin  söz,  anlam, 
ahəng,  fasilə  baxımından  qusursuzluğu;  şifahi  nitqdə  və  yazıda 
izahın  düzgünlüyü,  açıqlığıdır.  Ümumiyyətlə,  “fəsahət”  dilin 
doğru,  düzgün  və  açıq  şəkildə  işlədilməsidir.  “Fəsahəf’dəıı  fikri 
bəzək -  düzəksiz, şirin, axıcl, məzmunlu və anlamlı bildirmək üçün 
istifadə  edilir.  “Fəsahəf’i  üç  növə  ayırırlar:  1)  Sözdə  fəsahət;  2) 
cümlədə fəsahət;  3) danışıqda fəsahət.
15.  Fəsahətçilor  -   Danışıqda,  yazıda  fəsahət  tərəfdarlarıdır. 
Onlar  fəsahəti  ərəb  və  fars  sözlərini  türk  dilində  əslində  olduğu
191


şəkildə  işlətməkdə  görürdülər.  Biz  “fəsahətçilor”  sözünə  qarşılıq 
kimi “sözbiliciləri” ifadəsini işlətdik.
16.  “Atansyon” (fransızca) diqqət anlamını verir.
17.  Təhdiq (ərəbcə) -  Gözünü ayırmadan diqqətli-diqqətli baxma, 
əməlli-başlı incələmək (gözdən keçirmək).
18.  İltifat  (ərəbcədir)  -   etina  etmə:  mehribanlıq  (göstərmə), 
lütfkarlıq, gülərüzlülük.
19.  Qazax-Borçalı bölgəsində “caqet” ifadəsi do işlədilir.
20.  Bugünkü  türkologiya  elmi  danılmaz  dəlillər  ilə  sübut  edir  ki, 
türk  sözlərinin  mütləq  çoxluğu  çox  əski  çağlara  və  türkün  özünə 
gedib  çıxır.  Elmi  şəkildə  sübut  edilib  ki,  türk  tipi  çox  əski  tipdir. 
Deməli əski tip çox uzaq çağlarda söz yarada bilmişdir.
21.  Bir xalqa məxsus sözün başqa  bir xalqm dilinə keçməsi  bütün 
dünya  xalqlarının  başına  gəlib.  Fərq  ancaq  bu  keçən  sözlərin 
miqdarında olmuşdur.  Bu baxımdan  türk dilinə də başqa dillərdən 
sözlər  keçmişdir.  Ancaq  bu  sözlərin  miqdarı  o  qədər  do  çox 
olmamışdır.  Ziya  Göyalpm  dövründə  kök  baxımından  şübhəli 
görünən,  başqa  xalqlara  aid  edilən  bir  çox  sözün  yalnız  türkün 
özünə  məxsus  olduğu  sonralar sübut  edildi.  Çin,  monqol,  tunquz, 
hind  və  fars  dillərinə  keçmiş  türk  sözləri  çoxdur.  Yaddan 
çıxartmaq  lazım  deyil  ki,  bütün  nailiyyətlərinə  baxmayaraq, 
türkologiya  elmi  20-ci  yüzilin  ilk  onilliklərində  bugünkü  inkişaf 
səviyyəsinə çatmamışdı.
22.  Bir  xalqın  dilində  başqa  dillərdən  keçmiş  sözlərin  həcmi  və 
yeri,  “gəlmə”  sözlər  ilə  “yerli”  dil  arasındakı  münasibət  haqqında 
hər  bir  yurddaşın  təsəvvürü  olması  bizcə  çox  gərəklidir.  Bu,  milli 
özünüdərketmənin,  milli  mənliyi  qavramanın  mühüm  şərtlərindən 
biridir.
23.  Yabançı  (farsca  “yaban”  -   insan  yaşamayan  kimsəsiz 
yer+türkcə  “çı”  şəkilçisi)  -   Yad,  özgə,  yadelli;  tanınmayan;  bir 
məsələdə təcrübəsi olmayan (şəxs).
24.  Bu  deyimi  “söztörətmə  xəstəliyi”  kimi  də  ifadə  edə  bilərik. 
Ancaq  bu,  sırf türk  kökündən  yeni sözlər yaratmağa qarşı çıxmaq 
kimi  başa  düşülməməlidir.  Əgər  türk  kökünün  daşıdığı  anlam 
bugünün baxımından məqsədəuyğundursa, həmin əski anlamda da 
yeni söz yaratmaq olar.  Bugünün təcrübələri bu deyiləni  təsdiqləy­
ir.
25.  Tərlik (farsca “tər” -  yaş, islaq;  təzə+türkcə  “lik” şəkilçisi) -  
Ev içində geyilən  yüngül ayaqqabı; ağ  pambıq parçadan  tikilən və 
ya yundan toxunan başlıq.
26.  Dilbaz  (farsca  dil-ürək,  könül+baz-bir  işə,  şeyə  həvəsi  və
192
düşkünlüyü  bildirir)  -   Şirin  danışıqlı,  sözü  və  hərəkəti  xoş  olan 
(şəxs).
27.  Əlaim-i  səma (ərəbcə  “əlaim” -  “əlamət”in cəmi:  “əlamətlər” 
+ səma- göy, asiman) -  Göy qurşağı.
28.  Balimoz  adlı  bir  macarın  düzəltdiyi  bir  “top”  növü.  Çoxdan 
istifadə edilən bu topa onun ixliraçısınm adı verilmişdi.
29.  Zülfozl (ərəbcə) -  Fəzilətli.
30.  Şorəf-rəsan  (ərəbcə  “şərəF’+farsca  “rəsan” 
“çatanlar”, 
“yetişənlər”)  Şərəfə çatanlar.
31.  Nəvid-i  Fütuh  (farsca  “nəvid”  -  “xoş  xəbər”+ərəbcə  “fütuh” 
-  “fəthlər”)- Fəthlər xəbəri; qələbə xəbəri (müjdəsi).
32.  Fəth-i  Bülənd  (ərəbcə  ‘Təth”+farsca  “bülənd”  -   “uca, 
yüksək”)- yüksək fəth; böyük fəth.
32a.  Türkiyə  türkçəsindəki  “teleqram  çəkmək”,  “tel  çəkmək” 
Azərbaycan  lürkçəsində  “teleqram  vurmaq”,  “tel  vurmaq” 
şəklindədir.  Biz kitabda Azərbaycan variantını verdik.
33.  Yuxanda  dediyimiz  kimi  “güzgü"  deyimi  Azərbaycan  türkləri 
arasında  canlı  şəkildə  yaşamaqdadır.  Bizcə  bəzi  səbəblərə  görə 
arxaikləşmiş  türk  sözlərini  dirillmək  doğru  yoldur.  Türk  dilinin 
inkişafında son onilliklərdə əldə edilmiş nailiyyətlər bunu  bir daha 
sübut edir.
34.  “Digər  türk  ləhcələri”  dedikdə  Ziya  Göyalp  qazax,  özbək, 
qırğız,  başqırd,  talar, çuvaş, yak ul  və s. Türk xalqlarının dilini göz 
önündə  tutur.  Bizcə  başqa  türk  ləhcələrindən  söz  almaq  çox 
məqsədəuyğun  hərəkətdir.  Çünkü  bunlar  ən  öncə  türk  köklü 
sözlərdir, ikincisi isə, türk ləhcələrini bir-birinə yaxınlaşdıraraq bizi 
vahid  türk  dilinə doğru  aparır.  Xalq  bəzi  səbəblərə,  tarixi  şərtlərə 
görə  unutduğu  və  unutmağa  məcbur  edildiyi  doğma  sözləri 
asanlıqla  qəbul  edə  bilir.  Məsələ  yalnız  bu  sözləri  yenidən  xalqın 
özünə  qaytara  bilməkdən  ibarətdir.  Türkiyə  türkcəsinin  bugünkü 
ədəbi dili bunu canlı şəkildə göstərir.
35.  Böyük  sosioloqun bu fikri bir qədər əskimişdir. (köhnəlmişdir). 
“Günaydm” söz birləşməsi çoxdan yaşamaq hüququ qazanmışdır.
36. Cuşiş (farsacadır)-Coşqunluq, coşma, qaynama.
36a. Sıyga  və Ədat: Sıyqa - Çağdaş Türkiyə dilçiliyində bu terminə 
qarşılıq  olaraq  «kip»  sözü  işlədilməkdədir.  “ Kip”  əski  türkcədə 
“örnək”,  “qəlib”  (“forma”)  anlamındadır.  “ Kip”  (“sıyga”)  fcil 
şəkilləridir:  feilin  kök  və  ya  gövdələrinə  şəkilçilər  gətirməklə 
meydana  çıxırlar.  Həm  Türkiyə,  həm  də  Azərbaycan  türkcəsində 
bir  sıra  feil  şəkilləri  -   kiplər  var.  Ancaq  feil  şəkillərindəki 
(kiplərdəki)  şəkilçilər  sözdəyişdirici  şəkilçilərdir.  Ziya  Göyalp  bu
193


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə