Ziyaos-salehin
az.ziaossalehin.ir
qoymağımız, onlara və onların yoluna, hədəfinə, amalına olan
sevgimizi yetirir. Bu isə Allaha olan eşqimizin,
bəndəliyimizin birgə təzahürü deməkdir. Və bir bəndə olaraq
Allaha, dostlarına, həm də İlahi əmrlərinə sayğımızdır.
Biz Kərbəla türbətinə səcdə etməklə, onları İlahi bəndəçilikdə
özümüzə nümunə seçirik.
Həmçinin başqa cəhətdən baxanda Qurani-Kərimin Maidə
surəsi, 35-ci ayəsində buyurduğu: «Allaha yaxınlaşmaq üçün
vasitə arayın» əmrinə əməl edir, Allaha əziz olan bu şəhidlərin
hörmətinə and verir, Ona daha da yaxınlaşır, bununla da
dualarımızın tezliklə qəbul olunmasını sığortalayırıq.
səh:176
1
-
[
1
« . ]
Biharül- ə nvar», c. 85, s ə h. 147 .
Burada əhəmiyyətli olan digər nöqtəni də xatırlatmaq
lazımdır. Biz Allaha səcdə etdiyimiz torpağın Kərbəla türbəti
olduğunu bildikdə,
qəlbimiz kövrəlir, Allahın sadiq
bəndələrini düşünərək, İtaət, rəhmət, güzəşt, ədalət, şəhadət və
sair kimi insani-mə`nəvi hisslərə dalırıq. Bu da mə`nəvi
tərbiyəmizə sözsüz ki, müsbət tə`sirini qoyur. Tanınmış İslam
alimi Məhəmməd Hüseyn Ali Kaşiful-ğita yazır: «Namaz
qılan şəxs alnını Kərbəla möhürünə qoyur. İmam Hüseynin
(ə) və dostlarının fədakarlığını xatırlayır. Bəndənin Tanrı
yolunda özünü necə qurban verdiyini düşünür. Allaha ən
yaxın olduğu bir vaxtda, səcdə halında ikən, daha da gözəl
mə`nəvi hisslərə qapılır ...
Elə buna görə də, məsumlarımız
İmam Hüseynin (ə) türbətindən düzəldilmiş möhürə səcdə