Ziyaos-salehin
az.ziaossalehin.ir
itaət edər. Belə bir şəxs həmişə Allahından razı və Allahı da
ondan razıdır. Qur`ani-Kərimin bir çox ayələri bu məsələni
aydın şəkildə bəyan etmişlər: «Həqiqətən Allaha iman gətirib
gözəl əməl edənlər yaranmışların ən yaxşılarıdırlar. Onların
İlahi dərgahına olan mükafatları aşağısından çay axan
bağlarda (cənnətdə) əbədi qalmalarıdır. Allah onlardan və
onlar da Allahdan razıdırlar. Bütün bunlar öz Rəbbinin
qüdrətini tanıyıb (məsuliyyət hissindən) qorxanlara şamil
olur.» (Bəyyinə, 7-8) Biz bu razılığın və Tanrı hökmünə
boyun əyməyin ən gözəl nümunəsini Kərbəla qiyamında
müşahidə edirik. İmam Hüseyn (ə) Məkkə şəhərini tərk etdiyi
zaman xütbə oxuyuraraq, belə buyurur: «Allah nə istəyirsə,
biz Əhli-beyt ona razıyıq
)1(
».Həmçinin Aşura günü döyüşün
ən çətin anında və İmamın (ə) ən yaxınlarının şəhadət vaxtı o,
üzünü Uca yaradana tutub ərz edir: «İlahi, sənin hər bir
hökmünə razı və hər bir əmrinə təslimik. Ey möhtacların
dadına çatan, səndən başqa heç bir məbud yoxdur
)2(
».
Belə əhval-ruhiyyənin İmamın (ə) əhli-beytində və digər
səhabələrində də olması heç bir tarixşünasa gizli deyil. Necə
ki, Məhəmməd Qəzzali deyir: «İmam Hüseyn (ə)
qəhrəmanlıqla şəhid olaraq tarixin ədalət axtaranlarına yeni
doğru yolu göstərdi».
səh:166
1
-
[
1
. ]
Cavad Müh ə ddisi, «Aşura d ə rsl ə ri», s ə h. 164 .
2
-
[
2
« . ]
H ə maseye-Hüseyni», c.3, s ə h. 345 .
7
) Əxlaqi səciyyələrə riayət etmək
Ziyaos-salehin
az.ziaossalehin.ir
Həzrət Peyğəmbər (s) uşaqlıq vaxtından vəfatına qədər, ədəb-
əxlaq qaydalarına o qədər gözəl riayət etdi ki, Allah-Taala
onun vəsfində belə buyurdu: «Sən çox üstün əxlaqi dəyərlərə
maliksən.» (Qələm, 4-cü ayə) Allahın rəsulu (s) öz besətinin
(peyğəmbərliyinin) məqsədini bəyan edərkən də
buyurmuşdur: «Mən əxlaqi dəyərləri kamilləşdirmək üçün
peyğəmbərliyə seçildim
)1(
»
Deməli, Həzrət Məhəmmədin (s) risalətindən məqsədi ədəb-
əxlaq dəyərlərini kamilləşdirmək olmuşdursa, o zaman İslam
dininə «Ədəb-əxlaq dini» demək, məntiqli və düzgün
sayılardı.
Kərbəla qiyamına gəldikdə isə, burada əxlaqi dəyərlərin ən
yüksək formada cilvələnməsini müşahidə etmək olar.
Aşağıdakı bir neçə nümunəyə diqqət yetirin:
a) İmam Hüseyn (ə) Yezidin hakimiyyətinə qarşı qiyam
məqsədi ilə Mədinəni tərk etmək istədiyi zaman, əvvəl babası
Rəsulullah (s
)2(
)sonra anası Həzrət Fatimeyi-Zəhra (ə) və
qardaşı İmam Həsənin (ə) mübarək qəbirlərini ziyarət etdi,
onların məzarları kənarında İlahı dərgahına namaz qılaraq
onlarla xudahafizləşdi
)3(
.Və bununla da öz ədəbini böyükləri
qarşısında nümayiş etdi.
b) Aşura günü məlunlardan biri İmama (ə) söyüş söyəndə, o
Həzrət həmin şəxsi nifrin edib, ondan tanrı dərgahına şikayət
edərdi. Və heç bir zaman söyüşə söyüşlə cavab verməzdi
)4(
.
v) İmam Hüseyn (ə) artıq Hürrün qoşunu ilə üzbəüz idi ki,
namaz vaxtı yetişdi. İmam (ə) onlar xəcalət
Ziyaos-salehin
az.ziaossalehin.ir
səh:167
1
-
[
1
« . ]
Ə l-İsab ə », s ə h. 26 .
2
-
[
2
« . ]
Biharül- ə nvar», c. 4. s ə h. 312 .
3
-
[
3
. ]
M ə h ə mm ə d Ə li Rizayi, «Aşuradan t ə rbiy ə d ə rsl
ə ri» s ə h. 109 .
4
-
[
4
« . ]
Musu ə tü k ə limatil-İmamil-Hüseyn», s ə h. 501 .
çəkməsinlər deyə, buyurdu: «Ey Hürr, əgər istəyirsənsə biz
burada namazımızı qılaq və sizə hara rahatdırsa orada öz
qoşununuzla namazınızı qılın.» İmam Hüseyn (ə) istəmədi ki,
ona Peyğəmbərin (s) nəvəsi olduğu üçün iqtida etmək
məcburiyyətində qalsınlar. Və bu, Həzrətin yüksək ədəb-əxlaq
sahibi olduğunu göstərir. Lakin Hürr də öz ədəbini İmamın (ə)
qarşısında qoruyaraq dedi: «Siz öz səhabələrinizlə namaza
başlayın, biz sizə iqtida edəcəyik».
Sonra hər iki qoşun İmama (ə) iqtida etdilər
)1(
.
c) Məkkə şəhərinin valisi Səid İmama (ə) bu məzmunda
məktub yazır: «Məkkədə qal, çalış buranı tərk etmə. Sən
burada amandasan.» İmam (ə) onun təklifini qəbul etməsədə
İslam ədəbini riayət edib ona təşəkkür edərək belə buyurur:
«Əgər sən bu məktubunla mənə yaxşılıq etmək istəyirsənsə,
Allah sənə dünya və axirətdə xeyir versin
)2(
».
g) Şimr ibn Zilcovşən İmam Hüseynin (ə) qardaşlarını
özlərinə cəlb etmək üçün səsləyir və onların İmamdan
(ə)ayrıldıqları halda amanda olacaqlarını bildirir. İmam
Ziyaos-salehin
az.ziaossalehin.ir
Hüseyn (ə)öz qardaşlarına buyurur: «Hətta o fasiq də belə
olsa, baxın-görün sizinlə nə işi var
)3(
»...
8
) Başqalarını dinləmək
İnsanlarla məsləhətləşmək və onların məntiqli məsləhətləri
əsasında rəftar etmək, İslam dininin dəyər verdiyi ədəblərdən
biri sayılır. Hətta Mehriban Allah, ən üstün bəşər və ismətində
heç bir şəkk-şübhə olmayan Müqəddəs Peyğəmbərimizə (s)
işlərində müsəlmanlarla məsləhətləşməyə əmr edir. Necə ki,
Qur`ani-Kərimdə buyurur: «Müsəlmanların səhvlərini bağışla.
(İlahi
səh:168
1
-
[
1
. ]
H ə min m ə nb ə , s ə h. 355 .
2
-
[
2
. ]
H ə min m ə nb ə , s ə h. 322 .
3
-
[
3
« . ]
Aşuradan t ə rbiy ə d ə rsl ə ri» s ə h.32
dərgahından) bağışlanmalarını istə və işlərində onlarla
məsləhətləş...» (Ali-İmran, 159).
Biz bu məsələnin əhəmiyyətini Kərbəla qiyamında da
müşahidə edirik. Məsələn, Kərbəla qiyamı ərəfələrində İbni
Əbürrəhman İmam Hüseynin (ə) hüzuruna gəlib dedi:
Gəlmişəm ki. sənə məsləhət edəm, əgər məsləhət qəbul
edirsənsə sənə məsləhət «vermək istəyirəm».
İmam (ə) buyurdu: «Söylə».
-
« İraqa getmə! İraq camaatı dinar və dirhəm quludurlar».
Dostları ilə paylaş: |