Ziyaos-salehin
az.ziaossalehin.ir
İslam dininə görə özü ehtiyaclı və ya çətin vəziyyətdə olduğu
halda başqalarını düşünərək, onlara kömək etmək, yaranmış
yaxşı vəziyyətdən digərlərinin xeyirinə istifadə etmək ən
gözəl, olduqca dəyərli saleh əməllərdəndir. Başqa ehtiyaclı
insanların xeyirini öz mənfəətinə üstün bilmək çox böyük
fədakarlıq sayılaraq, dini terminlərdə «iysar» adlandırılır.
Qur`ani-Kərim buyurur: «Öz nəfslərinə (çətinlik çəkdirib)
iysar edirlər (başqalarının xeyirini öz xeyirlərinə üstün
sayırlar) bir halda ki, özləri ehtiyac içindədirlər. Hər kəs
simiclik etməsə nicat tapmış (qurtulmuş)dur
)2(
».
Heç kimə gizli deyildir ki. Kərbəla qiyamındakı iysarın,
fədakarlığın ən kamil nümunələri bütün dünyaya ibrət
dərsidir. Burada onlardan bir-neçəsinə işarə edirik:
1
- İmam Hüseyn (ə) Aşura günü döyüşün ən qızğın çağında və
vuruşu davam etdirmək üçün suya ən çox ehtiyacı olduğu
halda əzab-əziyyətlə özünü suya yetirdi, amma ailəsini çətin
vəziyyətdə görüb nəinki bir qurtum belə su içmədi, hətta
sürətlə geriyə, xeymələrə dönərək, onların imdadına tələsdi
)3(
.
2
- Nafe ibn Hilal qadın və uşaqların susuz olduğunu görüb,
Əmr ibn Həccacın başçısı olduğu silahlı qoşunun qəsb etdiyi
çaya doğru irəlilədi. Əmr ibn Həccac onu görüb dedi: «Sən və
yanındakı dostların istədiyiniz qədər
səh:163
1
-
[
1
« . ]
Biharül- ə nvar», c. 45, s ə h. 116 .
2
-
[
2
. ]
H ə şr sur ə si, ay ə 9 .
Ziyaos-salehin
az.ziaossalehin.ir
3
-
[
3
. ]
Müq ə rr ə m,«M ə qt ə l», s ə h. 346-347 .
su içə bilərsiniz. Amma Hüseyn ibn Əliyə bir damcı da, su
aparmağınıza icazə verməyəcəyəm».
Nafe ibn Hilal susuzluqdan olduqca əziyyət çəkməsinə
baxmayaraq, dedi: «And olsun Allaha ki, Həzrət Hüseyn (ə)
susuz olduqca, mən bu sudan içməyəcəyəm.» Sonra o,
vuruşaraq zorla su alıb, xeymələrə gətirdi
)1(
.Həzrət Abbas
)2(
və Büreyd ibn Xəzir
)3(
də, su gətirmək niyyətilə çaya
getdikdə, düşmənin eyni təklifi ilə üzləşdi. Lakin bundan
imtina edərək düşməni məyus etdi.
3
- Kərbəlada hər kəs ilkin olaraq döyüşə atılmaq, digər mömin
qardaşlarının həyatını qorumaq, hətta az da olsa onların
həyatını uzatmaq üçün çalışırdı.
Aşura gecəsi Həzrət Abbas Bəni-Haşim cavanları ilə birlikdə
sabahkı gün hər kəsdən əvvəl, birinci döyüşə atılmaq qərarına
gəldilər. Onlar başqa qəbilələrdən olan insanların həyatını
düşünüb, özlərini ilk olaraq təhlükə qarşısında qoymağa qərar
verdilər.
Həmin gecə Peyğəmbərin (s) səhabəsi Həbib ibn Məzahir də,
başqa döyüşçüləri bir yerə toplayaraq, dedi: «Sabah savaş
başladığı zaman biz gərək birinci olaraq döyüş meydanına
çıxaq. Çünki Bəni-Haşimi qorumaq bizim borcumuzdur.»
Məclisdəki silahdaşları Həbibin sözünü təsdiqlədilər
)4(
».
5
) İslami dəyərlərin qorunması
Ziyaos-salehin
az.ziaossalehin.ir
Dinimizin çox əhəmiyyət verdiyi, daim gündəmdə olan
məsələlərdən biri də insanları, irqinə, millətinə, qohumluq
əlaqəsinə və maddi şəraitinin yüksək olmasına görə deyil,
ləyaqət və mənəviyyatına görə qiymətləndirməkdir.
səh:164
1
-
[
1
« . ]
Tarixi- Ə bi Müxn ə f», c. 1, s ə h. 488 .
2
-
[
2
. ]
Müq ə rr ə m, «M ə qt ə l»,s ə h. 366 .
3
-
[
3
« . ]
M ə alis-sibteyn», s ə h. 319-321 .
4
-
[
4
« . ]
Kibritül- ə hm ə r», s ə h 497; «Musu ə tü k ə limatil-
İmamil-Hüseyn ( ə )», s ə h 408- 409 .
Həmçinin irqi-milli
və sair kimi məsələlərə diqqət edərək,
insanların zəhmətlərini, gözəl əməllərini heçə vermək,
lazımınca dəyərləndirməmək İslam dininə ziddir. Qur`ani-
Kərimin və Peyğəmbərimizin (ə) buyurduğuna görə bütün
insanlar bir atanın (Adəm (ə)) və bir ananın (Həvva) (ə)
övladıdır. Zahiri-maddi imtiyazlar heç vaxt üstünlük meyarı
ola bilməz. Üstünlük yalnız saleh əmələ, ləyaqətli şəxsiyyətə,
pak və təmiz qəlbə, bir sözlə «təqva» ya görə olmalıdır.«Ey
camaat, biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi qrup-
qrup və qəbilə-qəbilə böldük ki, bir-birinizi tanıyasınız. Sizin
Allah yanında ən üstün olanınız, daha çox təqvalınızdır
)1(
».
Bu meyar Əhli-Beyt (ə) İmamları tərəfindən daim
dəstəklənmiş və xüsusi əhəmiyyət verilərək ictimai həyatda
ön plana çəkilmişdir. Böyük və əzəmətli məktəb olan Aşura
qiyamında da, İmam Hüseyn (ə) tərəfdarları ilə davranışında
məhz bu meyar əsasında davranmışdır.
Ziyaos-salehin
az.ziaossalehin.ir
Tarixçilərin yazdıqlarına əsasən Aşura günü Əli Əkbər can
verərkən atası Həzrət Hüseyn (ə) oğlunun yanına gedib,
öpdükdən sonra üzünü onun üzünə qoyaraq dua etdi
)2(
.
İmam Hüseyn (ə) elə həmin gün türk əsilli Əsləm adlı
qulunun can verdiyini görüb, onun yanına gedib başını
qucaqlayaraq öpdü, üzünü qulunun üzünə qoyub, ona da dua
etdi
)3(
.
Gördüyünüz kimi İmam (ə) öz döğma oğlu ilə türk əsilli qulun
arasında heç bir fərq qoymadan, onlarla ləyaqətləninə görə
davrandı. Bu da bizə insanlara gözəl əməllərinə, layiqli
işlərinə görə dəyər verməmizi və yalnız öz yaxınlarımızın,
mənfəət güddüyümüz şəxslərin işlərinə qiymət verməməyi,
digər insanların işlərini də həqiqi
səh:165
1
-
[
1
. ]
Hücurat sur ə si, ay ə 13 .
2
-
[
2
« . ]
Lühuf», s ə h 167
3
-
[
3
« . ]
Biharül- ə nvar», c. 45, s ə h. 30; Müq ə rr ə m, «M ə qt
ə l», s ə h. 308 .
şəkildə dəyərləndirməyi öyrədir. Və həmçinin İslami
dəyərlərin qorunub saxlanmasını ön plana çəkir.
6
) Tanrı hökmünə baş əymək
Allahın əzəmətini tanıyan, onun sonsüz qüdrətindən, elmindən
və hikmətindən xəbərdar olan bir şəxs, heç vaxt Tanrı
hökmünə qarşı çıxmaz və Onun bütün əmrlərinə sevə-sevə
Dostları ilə paylaş: |