69
lər. Keçmiş SSRİ və hazırki Rusiya Federasiyası bu məsafəni
12 mil qəbul etmişlər.
BMT isə məsafəni 3-12 mil arasında müəyyənləşdirmişdir.
Bütün bunlarla yanaşı dövlətlərin ərazi sularında xarici
hərbi gəmilərdə hidroqrafik tədqiqat aparmaq, xəritə çəkmək,
manevr etmək, atəş açmaq, mina düzmək, təyyarə ilə bu sular
üzərində uçuş etmək və s. beynəlxalq hüquqla qadağandır.
Təəssüflər ki, təcavüzkar bəlli olduğu halda, hələ də bey-
nəlxalq hüquqla təcavüzkar kimi təsdiqlənməyən Ermənistan
ərazilərimizin dörddə biri üzərində, xüsusən Araz çayı üzərində
uçuşlar edir, Azərbaycanın hüquqi rejimini və beynəlxalq hü-
ququnu hələ də pozmaqda davam edir.
7.5. Beynəlxalq hava hüququ
Aviasiyadan insan həyatının təsərrüfat, nəqliyyat kimi
müxtəlif sahələrində çox istifadə olunur, dövlətlərin siyasi, iqti-
sadi və mədəni əməkdaşlığının mühüm vasitəsi hesab edilir.
Təbiidir ki, öz ölkəsində, uzaq ölkələr və bütün qitələr
arasında çox çətin və mürəkkəb şəraitdə həyata keçirilən uçuş-
lar beynəlxalq hüquqi tənzimə malik olmalıdır. Hava sahələri-
nin hüquqi rejimi əvvəllər nəzəri xarakter daşımış və bəşəriy-
yətin hava sahələrindən istifadə etmək səyləri ilə əlaqədar ola-
raq, hava ərazi sahələri haqqında aşağıdakı üç əsas istiqamət
irəli sürülmüşdür.
Özünün torpağı üzərindəki hava sahibkarın
qeyri-məhdud
hakimiyyətindədir. Bu fıkir XVIII-XIX əsrlərdə İngiltərə, Fran-
sa və s. Qərb dövlətlərində çox yayılmışdı. Havanın azadlığı,
uçuşların azadlığı nəzəriyyəsi isə Belçikada, İngiltərədə, Rusi-
yada 1913-1915-ci illərə kimi yaşamışdır. Fransız hüquqşünası
Foşil uçuşların azadlığını məhdud etmək nəzəriyyəsi göstərilən
iki ziddiyətli istiqamətlər arasında, bir növ orta vəziyyət yarat-