Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   46   47   48   49   50   51   52   53   ...   118

 
153 
durumunda  xeyli  irəliləyiş  baş  verər,  meşə  və  torpaq  sahələri 
çoxalar və fayda gətirər. 
Hazırlanmış xəritələrin nüsxələri sellərə məruz qalan hər 
bir  inzibati  bölgəyə  verilməli  və  verilmiş  hər  cür  tövsiyyələrə 
əməl  edilməsi  dövlət  səviyyəsində  öz  həllini  tapmalıdır.  Ma-
raqlı  məqamlarda  biri  də  sellərin  qarşısını  almaq  və  onlardan 
qorunmaq  naminə  deyilən  işlə  yanaşı,  sel  sularından  məqsədli 
istifadə etməklə, selli ərazilərin qum, Daş, çınqıl və s. gətirmə 
materiallarından təmizləməklə, yararsız hala düşmüş torpaqları 
bərpa etməklə böyük səmərə əldə etmək, ölkənin bu bölgələrin-
də  xeyli  iş  yeri  açmaq  olar.  Nəzərə  alsaq  ki,  Fövqəladə  hallar 
nazirliyinin bölgələr üzrə mərkəzləri, texnikaları və icra başçı-
sının müavini səviyyəsində aidiyyatı kadrlar var və bu insanla-
ra, maşın-mexanizmlərə dövlət xərc çəkir, ondan bu potensial-
dan da bəhrələnmək məqsədyönlü olardı. 
Problemlərlə  əlaqəli  məqam  ölkəmizin  quraqlıq  ərazilə-
rindən keçən çaylarda sellər ən çox yaz ortası və yayın əvvəllə-
rində baş verdiyindən, bu dövrdə çayların gətirdiyi sular bir il-
lik su sərfinin 50-70%-ni təşkil etdiyindən və yayın gəlməsi ilə 
belə  ərazilərdə  suvarma  suyunun  çatmamasını  nəzərə  alaraq, 
belə çaylarda su anbarının tikilməsi, su tutarlarının yaradılması 
özünü  doğruldacaq  qədər  işə  peşəkar  yanaşma  tərzini  ortaya 
qoyardı. Təbii ki, seldən sonra bu tikililər asılı materiallarla do-
lur  ki,  bu  materiallardan  da  əkinçilikdə  gübrə  kimi  də  istifadə 
etmək olar. Bu qurğuların ətrafında kərpic və gübrə zavodu tik-
məklə hər il ucuz başa gələn mal-material və böyük məbləğdə 
gəlir əldə etmək mümkündür. 
Nəzərə  alsaq  ki,  Böyük  Qafqazın  cənub  yamaclarından 
keçən Kiş, Gümrük, Şinçay, Balakənçay və s. sellə gətirdikləri 
asıl  materiallar  içərisində  qum,  çınqıl,  daş  ilə  daha  zəngindir, 
ondan məlum olar ki, bu kimi inşaat və tikinti materialları ehti-
yatı  Şəki-Zaqatala  bölgəsinin  çaylarında  tükənməzdir.  Elə  bu-
nun üçün də bölgə çaylarında olan daş, çınqıl, qum ehtiyatı nə-


 
154 
inki ölkəmizi təmin edər, hətta yaxın xarici dövlətlərə ixracı da 
təşkil edə bilərik. 
Azərbaycanın  çay  yataqlarını  sel  gətirmələrindən  təmiz-
ləməklə  milyon  hektarlarla  əraziləri  yaxın  beş-altı  il  ərzində 
bağlara, meşələrə çevirməklə yanaşı, belə sahələrdən çəltik əki-
ni  üçün  də  istifadə  etmək  mümkündür,  bu  da  həm  məhsul  və 
həm də iş  yeri deməkdir. Belə ərazilərdə, xüsusən də Şəki-Za-
qatala  bölgələrində  geniş  ərazilərdə  tut  bağları  salmaqla  tarixi 
baramaçılıq sahəsini inkişaf etdirmiş olardıq. 
Təbii fövqəladə hal mənbəyi olan sel hövzələrinin, digər 
təbii  fəlakətlərin  vurduğu  zərər,  onunla  mübarizə  yolları  sayə-
sində xeyli təsərrüfat  istiqamətlərini  inkişaf etdirmək bizim öz 
əlimizdədir. Bu həm  də  bölgələri ən səmərəli istifadə, paytaxt 
Bakıya  axının  sıxlığının  məqsədyönlü  bölüşdürülməsi,  hər  bir 
bölgənin gələcəyinə ümidin artırılması, mənəviyyatımızın özü-
müzə  qaytarılması,tarixi  köklərimizə  bağlılığın  artırılması, 
adət-ənənələrimizin bərpası yoludur. 
Ölkənin gücünü neft sənayesi üzərində kökləmək olmaz, 
neft  tükənən  mənbədir,  neft  gələcəkdə  də  bu  xalqa  lazım  ola-
caq, ən azı dərman kimi. Həm də, neftdən əldə edilən gəlirdən 
biz özümüz də bilmədən belə sellərin yaratdığı fövqəladə halla-
ra pərakəndə şəkildə sərf edirik-plansız, proqramsız. Gəlin dü-
şünək,  daşınaq  və  düzgün  qərarlar  qəbul  edək,  Fövqəladə 
halların həcmini azaldaq. 
 
 
10.6. Güclü yağıĢ fövqəladə hallardan biridir 
 
Ümumi  və  şəxsi  təsərrüfatlara,  əhaliyə,  öz  intensivliyi, 
yayılma sahəsi və davamiyyətinə görə ziyan vuran, təbii fəlakət 
doğura bilən təhlükəli, ifrat təhlükəli hallardan biri də güclü ya-
ğışların yağmasıdır. 
Son illər bu cür hallarla 1993-cü ilin sentyabr-noyabr ay-
larında, 1995-ci ilin oktyabr ayında, 1997-ci ilin iyun-iyul ay-


 
155 
larında və s. qarşılaşmışıq ki, bu da Azərbaycan Respublikasına 
çox böyük maddi ziyan vurmuşdur. 1993-cü ilin leysan yağış-
ları  respublikanın  bütün  bölgələrini  əhatə  etmiş,  temperatur 
kəskin  aşağı  düşmüş,  sulu  qar  yağmış,  yağıntıların  miqdarı 
150-250  faiz  normadan  artıq  olmuş,  Abşeronda  güclü  yağış, 
güclü  küləklə  müşahidə  olunmuş,  xəzərdə  onun  sürəti  25-27 
m/saniyəyə  çatmışdır.  1995-ci  ilin  anomal  yağıntısı  isə  Siyə-
zən, Dəvəçi, Xızı bölgələrinə daha böyük ziyan vurmuşdur. 
Bir  çox  əkinləri  su  basmış,  insan  tələfatı  olmuş,  500-dən 
artıq ev zədələnmiş, 100-dən artıq ev dağılmış,  əhalinin əmlak-
ına, mal-qarasına və şəxsi təsərrüfatlarına xeyli ziyan dəymişdir. 
1997-ci ilin iyun-iyul aylarında düşən yağıntı, onun miq-
darını,  temperaturun  kəskin  aşağı  düşməsini  də  metereoloqlar 
anomal hal kimi qiymətləndirmişlər. 
Qeyri  sabit  hava  şəraitinə  səbəb,  orta  troposferdə  Kiçik 
Asiya  və  Aralıq  dənizi  bölgələrinə  yönəlmiş,  meredional  axın 
(siklon) Azərbaycan ərazisindən keçərək Böyük və Kiçik Qaf-
qaz dağlarına yayılaraq havanın bu ərazilərdə yağıntılı keçmə-
sinə səbəb olmuşdur. 
Bunun  nəticəsində  bəzi  bölgələrimizdə  yağıntının  deka-
dalıq miqdarı normadan 80-540 faiz çox olmuşdur. Yağıntı Qa-
zax,  Goranboy,  Şəki,  Zaqatala,  Balakən,  Ağstafa,  Xanlar,  To-
vuz,  Şamaxı,  İsmayıllı,  Şərur,  Qax,  Gədəbəy,  Sabirabad,  Səl-
yan  ərazilərində  leysan  xarakterli  olmuş,  güclü  küləklərlə  mü-
şaiət olmuş, diametri 5-20 mm olan dolu düşmüşdür. Respubli-
kamızın ərazisində anomal hava şəraiti iyunun axırına kimi da-
vam etmiş, bir neçə nəfər həlak olmuş, transformator stansiya-
ları sıradan çıxmış, zədələnmiş, bəzi məktəblərə ziyan dəymiş, 
rabitə  xətləri  sıradan  çıxmış,  bəndlər  dağılmış,  dəmiryolu  yu-
yulmuş,  çayların  sahili  boyu  əraziləri  su  basmış,  bu  sahələrdə 
yerləşən hər cür təsərrüfata həddən artıq ziyan dəymişdir. Bala-
kəndə  1500  ha  buğda  zəmisi,  1000  ha  otlaq  sahəsi  su  altında 
qalmış, konserv zavodunun inzibati binasına, məktəb binasına, 
rabitə xətlərinə, 100-ə  yaxın fərdi evə ziyan dəymişdir.  Bu  növ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə