157
Başa vurduğumuz ildə isə əksinə aylar çox mülayim,
yağmursuz keçmişdir. Bu heç də səlahiyyətli adamları arxayın
salmamalı, gözlənilə bilən hər cür leysana, şaxtaya, hidroloji
anomal hadisələrə və digər fövqəladə hallara biganə qalmağa
haqq qazandırmamalıdır.
10.7. Xəzər fövqəladə hal mənbəyi kimi
Xəzər dənizinin səviyyəsi ilə bağlı əmələ gəlmiş bir neçə
fövqəladə halları yadımıza salaq. Qeyd edək ki, 1993-cü illərin
dəlillərinə əsaslansaq, həmin il Azərbaycan üçün çox yağıntılı
olub, anomal il kimi qiymətləndirilmişdir, həm Xəzər dənizinin
özünün səviyyəsinin qalxması və həm də çoxlu miqdarda at-
mosfer yağıntılarının düşməsi Xəzərin Azərbaycan akvatori-
yasında, Kür-Araz ovalığının dəniz hüdudlarında həddindən ar-
tıq ölkəyə zərər gətirən gərginlik yaratmışdır.
Əgər 1978-ci ilə qədər Xəzərin səviyyəsi aşağı düşməsi
ilə bağlı fövqəladə hallar yaranırdısa, 1978-ci ildən mütəmadi
suyun səviyyəsi qalxaraq 1990-94-cü illərdə daha çox fövqəla-
də hallara səbəb olub.
20-21 sentyabr və 10-14 noyabr /1993-cü il/ aylarında şi-
mal-şərq istiqamətli, 24-26 m/san-yə sürətlə əsən külək suyu
sahilə qovaraq çox böyük sahəni-xüsusən Lənkəran, Astara,
Neftçala bölgələrinin xeyli sahəsini 50-70 sm-lik su altında
qoymuşdur.
Neft daşlarında 26 m/san-yə sürətlə 1993-cü ilin 10-14
noyabrında şimal-qərb küləyi əsməsi nəticəsində hündürlüyü 8
m-dən yüksək dəniz dalğaları əmələ gəlmiş, çox təhlükəli hədd
yaranmış, bir neçə qəza hadisələri olmuş, neft sənayesi ob-
yektlərinə xeyli zərər dəymişdir.
Xəzər dənizinin və Kür çayının səviyyələrinin qalxması
ilə əlaqədar Neftçala bölgəsində bir sıra yaşayış məntəqələri,