Zġyadxan nəBĠBƏYLĠ


Azərbaycanda yağıntıların kimyəvi tərkibi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   55   56   57   58   59   60   61   62   ...   118

 
180 
11.6. Azərbaycanda yağıntıların kimyəvi tərkibi 
 
Son illər Dünya mətbuatında atmosfer yağıntıları haqqın-
da tez-tez diqqəti cəlb edən müxtəlif məlumatlarla tanış oluruq. 
Əvvəllər bəzi ölkələrdə, o cümlədən bizim Respublikada da tə-
əccüb doğuracaq, şübhə ilə baxılacaq xəbərlər də olurdu. Bəzən 
də belə hadisələri ilahi qüvvələrlə bağlayan adamlar da tapılır-
dı.  "Qanlı  yağış",  "Qırmızı  qar",  "Qara  yağış",  "Bənövşəyi 
qar", "Sarı yağış", nəhayət “Turşulu yağış” və s. və i., ilk vax-
tlar insanlarda sensasiya yaradırdı. 
Təbiətin  ekologiyası  ilə  məşğul  olan  alimlər  tezliklə  bu 
məsələləri  araşdırdılar  və  təsadüf  etdiyimiz  bu  cür  "anomal-
lığın" sirlərini aydınlaşdırdılar. 
Məlum  oldu  ki,  hardasa  rəngli  süxurları  güclü  küləklər 
havaya  qaldırmış,  bu  süxurun  xırda  hissəcikləri  havadakı  su 
buxarı ilə mexaniki, yaxud kimyəvi birləşmə əmələ gətirmiş və 
zaman  keçdikdən  sonra  o  rəngli  yağış,  rəngli  qar  kimi,  Yerə 
düşmüşdür. 
Müasir dünya üçün çox böyük ekoloji problem olan ikin-
ci səbəb isə ayrı-ayrı ölkələrdə texnikanın sürətli inkişafı, onun 
istehsalından  atılan  tullantılar  olmuşdur.  Elə  turşulu  yağışların 
miqdarının çoxalması da bu səbəblə izah olunur. Bizim respub-
likamızda  bu  cür  hallarla  rastlaşmalar  kifayət  qədərdir.  Bu  sə-
bəbdəndir ki,  Azərbaycan respublikasında da atmosfer  yığıntı-
larının kimyəvi tərkibi ilə məşğul elmi idarələr mövcuddur. 
Atmosfer  yağıntılarının  kimyəvi  tərkibini  öyrənən  və 
başqa  idarələrə  nisbətən  məqsədyönlü  iş  aparan  "Azhidromet-
kom"dur. Onun Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Pirallahı, 
Zərdab, Neftçala, Lənkəran, Naxçıvan və s. yerlərdə müşahidə 
məntəqələri  mövcuddur.  Deyilən  məntəqələrdən  götürülən  nü-
munələrin tərkibi xlor, hidrogen, ftor, sulfat, nitrat, ammonium 
ionları miqdarının sırası ilə dəqiqləşdirilir. Əslində isə respubli-
kamızın sənaye obyektlərinin, məişət tullantılarının, Yeraltı və 
Yerüstü təbii-kimyəvi tərkibli, ekoloji cəhətdən zərərli maddə-


 
181 
lərin  sayı  daha  çoxdur.  Bununla  yanaşı  Azərbaycan  Respubli-
kası üçün bəzi kimyəvi maddələr sulfat və xloridli ionlarla zən-
gin yağıntılar daha çox xarakterikdir. 
İndi elm sübut etmişdir ki, bu maddələr təkcə ümumi mü-
hitə deyil, həm də canlılara və bitkilərə təsir edir. Bu isə canlı-
lar üçün xəstəlik, bitkilər üçün onların məhvinə, respublikamı-
za  vurulan  iqtisadi  zərərdir.  Bütün  bu  qəbildən  olan  ən  böyük 
mənbələrdən  biri  Bakı,  Sumqayıt,  Abşeron  sənaye  rayonların-
dan  atmosferə  orta  hesabla  20000  tona  yaxın  kükürd  dioksidi, 
yüz tonlarla hidrogen sulfid və digər zərərli kimyəvi birləşmə-
lərin yaşadığımız mühitə atılmasıdır. Belə birləşmələr müxtəlif 
kimyəvi  reaksiyalara  və  çevrilmələrə  məruz  qalır,  bu  da  öz 
növbəsində atmosfer yağıntılarının tərkibində turşu, qələvi ion-
ları şəklində başımıza tökülür. 
Respublikamızın  torpaqları  ilə  bağlı  isə  düzənlik  bölgə-
lərdə yüksək xloridli çöküntü süxurlarının xeyli üstünlük təşkil 
etməsidir. 
Süxurların xırda zərrəcikləri küləklərlə Yer səthindən at-
mosferə  yayılır və Gəncədə, Mingəçevirdə, Lənkəranda, Piral-
lahında,  Mərəzədə  atmosfer  yağıntıları  xlorluluğu  da  bununla 
izah olunur. 
Atmosfer  yağıntılarının  tərkibindəki  sulfatlılıq  isə  Şəki, 
Quba dağ və dağətəyi sahələri üçün daha səciyyəvidir. Deyilən 
məsələlərdən  həmin  bölgənin  əhalisi,  təsərrüfat  rəhbərləri,  hə-
kimləri  daha  çox  nəticə  çıxarmalı,  həm  əhalimizin  və  həm  də 
təsərrüfatlarımızın qeydinə qalmalıdırlar. 
Nitratlı  birləşmələrlə  zəngin  atmosfer  yağıntıları  Gəncə, 
Lənkəran,  Quba  bölgələri  üçün  daha  xarakterikdir.  Bu  əsasən 
sənaye  sahələrinin  texnogen tullantıları və təbii üzvi  maddələ-
rin parçalanması nəticəsində əmələ gəlir. 
Ammonium  ionlarının  atmosfer  yağıntılarında  tapılma-
sının  başlıca  mənbələri  neft,  neft-kimya,  yeyinti  sənayesi  mü-
əssisələri, üzvi maddələrin bakteroloji dağılma prosesi və digər 
təbii faktorlardır. 


 
182 
Zərərli  maddələrlə  zəngin  atmosfer  yağıntılarında  turşu-
luğun çox olmasının başqa bir səbəbi də bataqlıq suları, daxili 
yanma mühərrikli maşın-mexanizmlər və  bu qəbildən olan sə-
naye obyektləridir. 
Deyilən amillər Bakı, Sumqayıt şəhərləri və Abşeron əra-
zisi  üçün  çox  böyük  təhlükələr  yaradır.  Düzdür,  atmosfer 
yağıntıları həmişə əmələ gəldiyi əraziyə tökülmür. Lakin, belə 
yağıntılar Bakı, Sumqayıt və Abşeron ərazilərinə tökülməyə də 
bilər, amma ümumilikdə respublikamızın ərazisində, dənizə tö-
külmək ehtimalı realdır. 
Həqiqət orasındadır ki, respublika ərazisində zərərli mad-
dələrlə-xüsusən turşu və qələvilərlə zəngin atmosfer yağıntıları 
mövcuddur, onların mənbələri, törədiciləri də bəllidir. 
Bir  qalır  əsl  vətəndaş  olmaq,  ziyanın  yarısından  qayıdıb 
əməli tədbirlər görmək. 
 
 
11.7. Saf su uğrunda 
 
Dünya  dövlətləri  öz  əhalisini  saf,  təmiz  su  ilə  təchizatı 
məsələsində  XX  əsrdə  daha  çox  problemlərlə  üzləşimişdir  və 
məsələ XXI əsrdə də öz aktuallığını itirməmişdir. 
İnsanlar üçün su təkcə əkinçilik, qida məhsulları yetişdir-
mək  deyil,  həm  də  ən  vacibi  sağlamlıq  rəhnidir.  Suyun  olma-
ması natəmizlik yaradır. Bu da öz növbəsində bir çox yoluxucu 
xəstəliklərin  yaranmasına  gətirib  çıxarır.  Suyun  qıt  olması 
Azərbaycanda, xüsusən də Bakı, Sumqayıt və Abşeron yarıma-
dası üçün daha xarakterik olub, uzun tarixlidir. Bakı, Sumqayıt 
və eləcədə Abşeronun çoxillik su təchizatı təcrübəsi göstərir ki, 
heç vaxt burada suya olan tələbat normasını tam ödəmək müm-
kün  olmamışdır.  Suya  olan  tələbat  həmişə  su  təchizatının  im-
kanlarını xeyli qabaqlayır. Əhali çoxaldıqca, problemdə onunla 
parallel artır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə