190
bilirdi. İndi demək olar ki, bundan bir növ məhrum olmuşuq.
Meşələr həm də hündürlüklərdə, dağların özündə sürüşmə və
qar uçqunlarını azaltmağa qadirdir. Mütəxəsislərimiz də
təsdiqləyərlərki Azərbaycan meşələri 1-ci qrup meşələrə aid
olmaqla torpaqqoruyucu su, sutəmizləyici, rekreasiya işlərinin
daşıyıcısı olmuşdur. Çox qədimlərdən Azərbaycan ərazisi bitki,
meşə müxtəlifliyi ilə zəngin bir ölkə olmuşdur. İndinin özündə
də Azərbaycanda 4300 növə qədər ali, çiçəkli, sporlu bitki
növləri qeydə alınmaqla-onlardan 350-yə qədəri endemik-relikt
olub, 400 növ bitkilərin də meşələrimiz kimi nəsli-kökü
kəsilmək üzrədir.
Akademik B.Ç,Hacıyevin tədqiqatlarına görə dahi şai-
rimiz Nizaminin yaşadığı vaxtlarda Gəncə şəhərində şərqə və
qərbə doğru 80 km-dən çox Eldar Şamı olan meşə zolağı
xüsusi qayğı ilə bəslənir və qorunurdu. Kür çayının hər iki sa-
hili indi yalnız adı qalmış Tuğay meşələri ilə tam örtülü idi.
Azərbaycanın 1400-1600 metirlik hündürlüklərində Şərq
palıdı, tozağacı, trautvettera ağcaqayını, Şərq fısdığı daha çox
idi. Təəssüf ki, insanın düşünülməmiş fəaliyyəti nəticəsidə bu
meşələr məhv olmuş, buda öz növbəsində digər fövqəladə
fəsadlar yaratmışdır.
İnsan həyatı və fəaliyyətində meşə çox əhəmiyyətli olub,
sanitar-gigyenik, qoruyucu-hidroloji, ağac emalı, estetik mühit,
ovçuluq, meyvəçilik, arıçılıq, dərman xammalı və hətta
göbələk xammalı üçün münbit mühit yaradandır. Alimlər hesab
edirlər ki, fısdıq ağacı ilkin insanlığın meyvə və qidalı kökləri
əldə etməkdə istifadə etdiyi ilk qida mənbələrindən biri olmuş-
dur. Dəyənək, kötək, ağac, ucluqlar, kaman və s. ilkin insanlara
yırtıcılardan qorunma imkanı, ovçuluqla məşğul olma im-
kanları yaratmaqla meşə insanlara ilk alətlər yaratmağa kömək
etmiş, onun mövcudluğu amillərindən biri olmuşdur.
Heçdə təsadüfi olmayan təbiəti mühafizə obyektlərindən
1-cisi meşə olmaqla, o insan həyatında, bütövlükdə planetimi-
zin həyatında əhəmiyyəti böyük olub, ətraf mühitə böyük
191
təsirinə görə qiymətləndirilir. Alimlərin tədqiqatlarına görə Yer
kürəsinin bütöv bitki örtüyü 141 milyard 100 milyon ton çəki-
sindədir. Bitki örtüyü fotosintez nəticəsində 150 milyon ton
karbon qazı udur və 400 milyard ton oksigen qazı xaric edir ki,
onunda 70%-i meşələrin payına düşür. Bir ağac yarpaqları
səthinin 25%-i bir insana sutka ərzində lazım olan oksigeni "is-
tehsal" edir. Hər bir insan ildə 9 ton oksigen istifadə edir bir av-
tomobil isə 1000 km yolda bir adamın oksigenə olan illik
tələbatını sərf edir.
Meşə həmçinin özünün tutduğu sahədən dəfələrlə çox
geniş sahəni əhatə edən çətir səthinin hesabına onu tozdan, zə-
rərli qaz və mikroblardan təmizləyir. Çətir sahəsi 150 kvad-
ratmetr olan fısdıq ağacının arsenalında 800 min yarpaq olur, bir
hektar sahədə fısdıq ağacının torpaq səthi isə 15 hektar təşkil
edir, yaxud meşənin hər bir hektarı 18 milyon kubmetr havanı
zərərli qazlardan, tozdan və bir çox mikroblardan təmizləyir.
Bu məsələ böyük şəhərlərdə, xüsusən Bakı kimi sənaye, tikinti
aparılan şəhərlərdə hər bir kvadrat klometr sahəyə onun
atmosferindən 500 ton-dan çox toz və his çökür. Əgər şəhər
ağacla, yaşıl cücərtilərlə elmi əsaslarla zəngin olursa bu toz və
hisi, onların tərkibində olan digər xəstəliklər törədə bilən mik-
robları sanitar-gigiyenik məqsədlərlə neytrallaşdırmaq olar. Nə-
zərə alsaq ki, Bakı və Sumqayıtın səmasından təxminən 4 milyon
insanın başına il ərzində təxminən 260 min ton zərərli his və toz
tökülür. O, zaman məsələnin hansı dərəcədə ciddi olduğunu
anlayarıq. Əsl həqiqətdə isə bunu anlayırıqmı, yaxud anlasaqda
əməl edirikmi? Bakı və Sumqayıt kimi şəhərlərdə, deyilən şərait-
də yaşıl ağaclıqların başlıca əhəmiyyəti insanı və onun yaşayış ye-
rini günəşin yandırıcı şüalarından qorumaq, havanın rütubətini
tənzimləmək, küləyin sürətini azaltmaq, udduğumuz havanın
toz, his, tüstü və digər zərərli mikroorqanizmlərdən mühafizə
etməyin ən vacib amilidir.
Elmi surətdə müəyyən etmişlər ki, ancaq sanitar normala-
ra uyğun olaraq şəhər əhalisinin hər bir nəfərinə ümumi istifadə
192
üçün ən azı 25 kvadratmetr meşəlik düşməlidir. Gəlin görək
Paytaxtımız Bakıda deyilənə əməl olunurmu? Dediklərimizlə
yanaşı, meşə və yaşıllıq havanı oksigenlə zənginləşdirir, onun
nəmliyini tənzimləyir, atmosferi qeyd etdiyimiz toz və hisdən
təmizləməklə yanaşı meşə zərərli mikroorqanizmləri məhv edən
fitonsizləridir özündən xaric etmə qabiliyyətinə malikdir. Belə
ki, evkalipt ağacı yarpaqları üzərinə su damcısı ilə salınmış bak-
teriya 4, qovaq və toz ağacı yarpaqları üzərində isə 3 saatdan
sonra məhv olur. Yaşayış otaqlarında qoyulmuş tuya budaqları
havadakı mikrobların əksəriyyətini (2/3) qısa müddətdə azalda
bilir. Hətta, təzəcə qopardılaraq otağa gətirilən ağ Şam ağacının
budaqları otağın havasında olan mikrobları 10 dəfə aşağı salır.
Odur ki, hər kəs, heç olmazsa öz sağlamlığı naminə evlərdə də
olsa yaşıl gül-çiçək becərsə heç də pis olmaz. Dədə-babalanmız
palıd yarpaqlarından dizenteziya və qarın yatalağı törədicilərini
məhv etmək üçün ondan dərman bitkisi kimi istifadə etmişlər.
Ardıc meşələrinin hər bir hektarı 24 saat müddətində 30 kq
fitonsit uçucu üzvü maddəsinin hasil edirik, həmin miqdarla
böyük bir şəhərin, böyük bir sahəsinin havasını deyilənlərdən
xilas etmək olar.
Azərbaycanda adambaşına düşən meşə sahələri çox az
olsa da, mövcud ağac növləri insan sağlamlığı üçün çox dəyər-
lidir. Hətta oksigendən istifadə edən qoz ağacı fitonsiz keyfiy-
yətlidir. Bildiyimiz kimi yaşıl bitkilərsiz heç bir ölkə və müali-
cəxana da təsəvvür etmək mümkün deyil. Azərbaycan belə bir
diyardır ki, burada kurort, müalicəxana və turist şəbəkəsini ge-
nişləndirməyə böyük imkanlar vardır. Bunun üçün münasib
yerlərdə və sahələrdə elmə əsaslanan müxtəlif ağac və bitki ör-
tüyü yaratmaqla ölkənin hər bir guşəsində lazımi ekoloji mühit
yaratmaqla yanaşı lazımi qədərdə iş yeri açmaq olar ki, hansı
ki, Azərbaycanın buna böyük ehtiyacı vardır. Digər yanaş-
madan, meşələr nəinki insanların istirahət yeridir, onlar həm də
sanatoriya-kurort zonalarında əlverişli iqlim rejimi yaradırlar.
Qeyd edək ki, meşələrin insan üçün sanitar-gigiyenik və estetik
Dostları ilə paylaş: |