Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   59   60   61   62   63   64   65   66   ...   118

 
193 
əhəmiyyəti  barədə  elm  hələ  öz  sözünü  tam  deməmişdir. 
Meşələrdə  təkcə  bakteriyaların  deyil,  insanların  da  nəfəs 
sistemi  ilə  qəbul  etdikləri  fitonsit  maddələr  sinir  sisteminə, 
insanın ayrı-ayrı orqanlarının fəaliyyətinə təsiri çox gərəklidir. 
İnsan  meşədə  olarkən  o  ağciyər  provitamin  maddələrdən 
qədərincə "yeyə" bilir və bunun sayəsində insan xeyli müddət 
özünü gümrah hiss edir. Meşələrin xüsusilə dağ bölgələri üçün 
əhəmiyyəti  çətin  qiymətləndirilə  bilən  hidroloji  və  mühafizə 
faktorları çox-çox qiymətlidir. Yer kürəsində meşələrin suqoru-
yucu və sutəmizləyici xüsusiyyəti problemi ilə alimlər çox-çox 
əvvəllərdən  məşğuldurlar  və  kifayət  qədər  müsbət  elmi  nəti-
cələr  əldə  etmişlər.  Bu  sahəyə  artan  marağın  digər  səbəbi  isə 
dünyada  sənayenin  və  kənd  təsərrüfatının  inkişafındakı  suya 
olan  tələbatın  çoxalması  ilə  birbaşa  bağlıdır.  Onu  söyləmək 
kifayətdir ki, bir ton poladın alınması üçün 300 ton, bir ton azot 
gübrəsi emalı üçün 600 ton, bir ton süni lif almaq üçün on min 
ton və s. su sərf etmək lazım gəlir. 
Dünyada  əhali  artımı  ilə  əlaqəli  kənd  təsərrüfatı  bitkilə-
rinin becərilməsi üçün də suya tələbat artmışdır. Buraya aid bir 
neçə  misal  gətirək.  Bir  ton  şəkər  əldə  etmək  üçün  şumlanmış 
torpaqlarda  çuğundur  becərilməsi  1000  ton,  bir  ton  buğdaya 
500 ton, bir ton çəltiyə 4000 ton, bir ton pambıq liftinə 10.000 
ton su tələb olunur. Adi görünən bu misallarla yanaşı, qeyd et-
məliyik ki, Yer kürəsində su ən geniş yayılmış, ən ucuz hesab 
olunan və bununla  yanaşı  ən qiymətli, əvəz olunmaz xammal-
dır  ki,  onunda  istehsalı  və  təmizliyi  meşələrdən  asılıdır.  Me-
şələrlə  bağlı  deyilənlər  və  deyilməyənlərlə  bərabər  qeyd  et-
məliyik  ki,  onu dərk edən insanlar və dövlətlər tarixən müəy-
yən ölçülərdə götürmüşlər. Yer kürəsində meşələrin həddən-zi-
yadə  məhvi  çaylarda  şirin  suların  kəskin  azalmasına  və  key-
fıyyətinin pisləşməsinə səbəb olmuşdur. Bu səbəbdən də 1954-
cü ildə Hindistanda çağrılmış IV Ümumdünya konqresində be-
lə bir müddəa qəbul edilmişdir: "Meşə nəmlik, nəmlik-məhsul, 
məhsul həyat deməkdir". 


 
194 
1215-ci ildə ilk dəfə olaraq Fransada "Su və meşələr ba-
rədə Dekret" qəbul edilmişdir. Meşənin insan həyatındakı əhə-
miyyətini  dərk  edən  İsveçrədə  1382-ci  ildə  qar  uçqunlarının 
qarşısını  almaq  məqsədi  ilə  qoruq-meşələr  ayrılmış,  tələb  olu-
nan yerlərdə meşələr salınmışdır. Bu hökumət 1443-cü ildə ye-
nidən  meşə  probleminə  qayıdaraq  Su  axınının  təmizlənməsi 
məqsədi  ilə  dağ  yamaclarında  meşələrin  qorunmasını  nəzərdə 
tutan  "Meşə  qanunu"nu  qəbul  etmişdir.  Vaxt  keçdikcə  yəni 
XIV əsrdə Avstriyada, İtaliyada və yenidən Fransada dağ çay-
larının  su  tutumunu  saxlamaq,  yaxşılaşdırmaq  məqsədilə  meşə-
lərin qırılmasını qadağan edən dekretlər imzalanmışdır. Bundan 
az  keçmiş  meşələrin  mühafizəsi  qanunları  Avropada,  ABŞ-da 
və Rusiyada da qəbul edildi.  I Pyotr 1701-ci ildə əlavə olaraq 
ağac axıdılan və gəmilər hərəkət edən çayların 30 km-lik əha-
təsində  meşələrin  qırılmasını  qadağan  etmişdir.  I  Pyotrun  fər-
manına  əsasən  qadağalar  qoyulmuş  sahələrdə  meşə  qırmağın 
cəzası ölüm idi. Hökmə görə hər verstdə cığır boyu düzülmüş 
dar  ağacları  insanları  lərzəyə  gətirirdi.  Meşənin  ucdan  tutma 
məhv edilməsi, həm də torpaq örtüyünün məhvinə səbəb olur, 
daşqınlar,  sellər  yaradır  ki,  bunlarda  öz  növbəsində  digər  zə-
rərli fəsadlar yaradırlar. 
Azərbaycanda  dağ  və  dağətəyi  meşələrin  müasir  vəziy-
yəti  çox  acınacaqlıdır.  Hidroloji  və  müdafıə  funksiyalarının 
tam pozulduğu meşələrdə, hətta narın  yağışın  yağmasından da 
daşqın və sel axınları baş verir. Misal üçün deyək ki, Böyük və 
Kiçik  Qafqazın  nadir  vələs  meşələrinin  demək  olar  ki,  60%-ə 
yaxın sahəsi otarmanın həddindən çox olması nəticəsində məhv 
edilmişdir.  Buda  torpaq  qalınlığına  pis  təsir  etdiyindən  suyun 
süxurda  süzülmə  qabiliyyəti  pis  vəziyyətə  düşmüş  və  digər 
məlum fəsadlar yaranmışdır. Ekoloji tarazlığın pozulması uzun 
illər boyu davam etmiş və torpağın su-fiziki xüsusiyyətləri kəs-
kin  pisləşmiş,  bitkilərin  məhv  olmasına,  nəticədə  tez-tez  baş 
verən  daşqın  və  sel  axınlarına-yəni  fövqəladə  hallar  yaranma-
sına  səbəb  olmuşdur.  Buda  öz  növbəsində  respublikamızın 


 
195 
dağlıq bölgələrində böyük maddi zərər və hətta insan tələfatına, 
kəndlərin,  yaşayış  məskənlərinin  dağılmasına  gətirib  çıxar-
mışdır.  Odur  ki,  Azərbaycanda  fəlakətli  təbiət  hadisələrinin 
yaranması tez-tez təkrarlanan hallardan birinə çevrilmişdir. Elə 
deyilən səbəblərdəndir ki, Çinin Çunsin Əyalətində Yanszı adlı 
böyük Çin çayının yuxarı hissəsində 1998 və son bir neçə ildə 
böyük  maddi  ziyan  gətirən  daşqınlar  tuğyan  etmişdir.  Bu 
səbəbdən  də  çıxış  yolu  kimi  Çinin  Yanszı  çayının  yuxarı 
axarında  meşələrin  qırılması  qadağan  edildi  və  yeni  meşə 
massivlərinin  salınmasına  qərar  verildi.  Deyilən  sahədə  üç  il 
ərzində 2700 hektar yeni meşə sahəsi salındı və mövcud meşə 
sahələrini  isə  11  il  ərzində  41%  genişləndirmək  işinə 
başlanıldı. 
Azərbaycan  Respublikasının  aidiyyatı  dövlət  təşkilatla-
rıda Çinin, ABŞ-ın ölkələrinin və digərlərinin sınaqdan çıxmış 
qaydalarından istifadə etməklə ölkənin dağlıq və dağ  ətəyi  sa-
hələrinin  daha  çox  ehtiyac  duyulan  yerlərində  meşə  salınması 
və olanlarının isə qoruq elan edilməsi işinə təcili olaraq başla-
malıdırlar.  Meşə  salınmasında  da  hər  şeyin  taraz  olması  üçün 
yaxşı  meşəçi  alimlərin  tövsiyyəsindən  bəhrələnməkdə  unudul-
mamalıdır.  Respublikamızda  meşələrimizə  biganəlik  nəti-
cəsində  məhvinin  qarşısının  alınması  və  yenisinin  salınması 
üçün dünya alimlərinin təklifləri də nəzərə alınmalı, fövqəladə 
halların  qarşısının  alınması  üçün  vaxt  itirmədən  işə  baş-
lanılmalıdır.  
Azərbaycanda  meşənin  əhəmiyyəti,  onun  azalmasının 
qarşısının alınması, fəlakətlər törədən çaylarımızın hövzələri və 
onlarla mübarizə, sel və daşqınlar olan çayların əmələ gətirdik-
ləri  fəsadlar,  hətta  onlardan  bəhrələnmək  yolları  və  hazırki 
yazımızda meşələrin  ekoloji  sistemə, insan sağlamlığına, ayrı-
ayrı  təsərrüfat  sahələrinə  təsiri  məsələləri  qısada  olsa  şərh 
edildiyindən onları yenidən təkrarlamaq istəməzdik. Amma, bir 
məsələ aydındır ki, təkcə Bakı ilə Sumqayıt deyil, bütövlükdə 
Azərbaycanda  meşələrin,  bağların,  parkların,  meşə  massivlə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə