Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   56   57   58   59   60   61   62   63   ...   118

 
183 
Faktiki vəziyyət göstərir ki, uzun illərdir ki, baş su təmiz-
ləyici  qurğulardan  başlayaraq,  şəhər  su  paylayıcı  xətlərinə  qə-
dər  içməli  su  sisteminin  vəziyyətində  ciddi  nöqsanlar  vardır. 
Bakı  şəhərinin  içməli  suya  olan  tələbatının  ödənilməsini  kə-
miyyət və keyfıyyətcə qəbul edilməsinə və müvafiq göstərişlər 
verilməsinə  baxmayaraq  bu  sahədə  əsaslı  dönüş  yaranma-
mışdır.Ümid yeni çəkiləcək Bakı-Qəbələ su kəmərinə qalıb. 
Bu da ondan irəli gəlir ki, bu hökümət qərarlarını  yerinə 
yetirilməsinə  və şəhərin  su  təchizatı sisteminin  işinə cavabdeh 
olan nazirliklər, komitələr, baş idarələr, birlik və təşkilatlar, şə-
hər icra hakimiyyəti orqanları su probleminə qeyri-ciddi  yana-
şıblar və yanaşırlar. 
Bakı-Kür  su  kəmərlərinin  Respublikamızın  paytaxtında 
yarada  biləcəyi  fövqəladə  hallardan  yuxarıda  danışdığımız 
üçün indi ancaq "Ceyranbatan su anbarının və Samur-Abşeron 
kanalı  kompleksinin  sanitar-mühafizə  vəziyyəti,  onun  törədə 
biləcəyi məsələlərə toxunulacaqdır. 
Bütövlükdə Abşeron yarımadasında suyun həm qıtlığı və 
həm  də  çirkliliyi  isti  aylarda  insanlara  daha  böyük  fəlakətlər 
gətirə bildiyindən, yay aylarında bu məsələyə daha ciddi yanaş-
mağı tələb edir. 
Ümumi gücü saniyədə 3,92 kübmetr olan I və II şollar su 
kəmərləri  müvafiq  olaraq  1911-1917  və  1935-1938-ci  illərdən 
istismar edilir. 
Yüksək keyfiyyətə malik olan qapalı su xəttindən ibarət 
olan bu sistemdə ən böyük çatışmamazlıq, Sumqayıt şəhərində 
bu su ehtiyatlarından istehsalatda texniki məqsədlər üçün istifa-
də  edilməsi,  boru  xəttinin  bəzi  hissələrinin  nasazlığı  üzündən 
su itkisinə yol verilməsi hallarıdır. 
Ceyranbatan  su  dəryacası  1960-cı  illərin  əvvəllərində 
doldurma  üsulu  ilə  eyni  adlı  gölün  əsasında  yaradılmışdır. 
Onun  tam  tutumu  layihəyə  görə  186  milyon  kubmetr,  1977-ci 
ildə keçirilən tədqiqatlara görə və 1984-cü ilin əlavələrinə əsa-


 
184 
sən -172,5 milyon kubmetr və 1992-ci ilin tədqiqatlarına görə -
139,6 milyon kubmetrdir. 
Ceyranbatan  su  anbarının  əsas  qidalanma  mənbələri  Sa-
mur, Qudyal və Vəlvələ çaylarıdır ki, Samur-Abşeron suvarma 
kanalı vasitəsi  ilə tənzimlənir. Kanalın  uzunluğu 182 km,  baş-
dan  su  götürmə  qabiliyyəti  saniyədə  55  kubmetrdir.  Üzərində 
551  ədəd  müxtəlif  hidrotexniki  qurğular  var.  SAK  Qusar,  Xaç-
maz, Quba, Dəvəçi, Siyəzən, Xızı, Abşeron bölgələrinin 95 min 
hektar sahəsini suvarma suyu ilə, Bakı-Sumqayıt şəhərlərini tex-
niki və içməli su ilə təmin edilməsində mühüm rol oynayır. 
Samur-Abşeron  kanalının  sanitar  mühafizə  zonasında  su 
qanunculuğunun tələbləri xüsusən Dəvəçi və Abşeron rayonları 
ərazilərində daha kobud sürətdə pozulur. 
Ceyranbatan su anbarında suyun səviyyəsinin sabit saxla-
maq  və  anbarı  lillənmədən  mühafizəsi  SAK-ın  istismarının 
düzgün təşkilindən çox asılıdır. Çünki, Samur çayının suyu öz 
təbiətinə görə çox lilli olduğundan, SAK-ın baş durulducuları-
nın  sıradan çıxmasından və bunun nəticəsində kanalın bir çox 
sahələrinin  müntəzəm  lillənməsi,  su  buraxma  qabiliyyətinin 
xeyli azalması halına gətirib çıxarır. 
Ceyranbatan su anbarının şimal bəndindən suyun sızması 
nəticəsində Ceyranbatan qəsəbəsi və ətraf sahələr bataqlığa mə-
ruz qalır, həm də xeyli su itkisinə yol verilir. 
Ceyranbatan gölünün cənub və şimal bəndlərindən sızma 
sularının  qarşısının  alınması  üçün  "Azərdövlətsutəslayihə"  in-
stitutunun layihəsinə görə "Aztunelmetrotikinti" İb-i 1992-ci il-
də bəndin daxilində gil-sement məhlulundan ibarət divar qurul-
ması tikinti işlərinə başlamışdır. Qurğunun başa çatdırılması is-
tifadəyə verilməsi Nazirlər Kabinetinin yanında Meliorasiya və 
Su  Təsərrüfatı  Komitəsi  tərəfindən  1995-ci  ildə  nəzərdə  tutu-
lub.  Ceyranbatan  gölünün  sanitar-mühafizə  sahələrinin 
qorunması  üçün  gölün  22  km  uzunluğunun  çəpərlənməsini  də 
1995-ci  ildə  başa  çatdırmaq  hökumətin  279  saylı  1993  cü  il 
qərarına əsaslanmışdır. 


 
185 
Qeyd  edək  ki,  Samur-Abşeron  Su  Təsərrüfatı  İstehsalat 
İstismar hövzə birliyi balansında respublika əhəmiyyəti olan bu 
obyektin qəzasız işləməsi və müxtəlif təxribatlardan qorunması 
üçün  layihələşdirilmiş  tədbirlərin  həyata  keçirilməsinə  lazımi 
diqqət yetirilməzsə, fövqəladə hallara gətirib çıxara bilər. 
Bu obyektin sanitar mühafizə zonasında su qanunculuğu-
nun tələblərinin pozulmasının, ekoloji gərginliyin kəskinləşmə-
sinin əsas səbəbi odur ki, Ceyranbatan su anbarı çirklənmədən 
qorumaq  üçün,  onun  sanitar  mühafizə  zonasında  layihədə  nə-
zərdə tutulmuş tədbirlər tam həyata keçirilməmişdir. Bu tədbir-
ləri çirklənmədən qorumaq üçün, onun sanitar mühafizə  zona-
sında layihədə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilmə-
mişdir. Bu tədbirlərin ən başlıcası dəryaçanın qərb sahili boyu 
axıntı və  yağış  sularını toplamaq, vaxtlı-vaxtında kənar etmək 
üçün 10 km kanalın, avtomat nasos məntəqəsinin tikilməsidir. 
Məhz  bu  səbəbdən  dəryaçanın  cənub-qərb  və  qərb  hissəsində, 
sanitar mühafizə zonasında, müxtəlif qəza hadisələri nəticəsin-
də daim axıntı suları yığılır ki, bu da ekoloji gərginliyi bir az da 
artırır. 
Ceyranbatan su anbarının sanitar-mühafizə zonasının qo-
runması üçün anbarın ətrafına məftil ilə çəpər çəkmək və siqna-
lizasiya  qoyulması  işi  də  əsasdır.  Bakı-Kür  su  kəmərlərində 
süzgəclərin etibarsız işləməsinin səbəbləri eyni ilə Ceyranbatan 
su kəmərində işləyən süzgəclərə də aid edilməlidir. 
Ceyranbatan su kəmərinin təmizləyici qurğularının yarar-
sız işləməsini qismən ört-basdır edən suyun Ceyranbatan su an-
barında  təbii  sürətdə  durulmasıdır.  Burada  su,  təmizləyic  qur-
ğulara daxil olur və nisbətən çirklənmiş halda xaric olur. Cünki 
suya  "təmizləməni  intensivləşdirmək  üçün"  reagent  verilir  və 
təmizlənəcək su qarışdırıcılardan, kamera reaksiyasından sonra 
isə  duruduculardan  keçərək  süzgəclərə  daxil  olur.  Yuxarıda 
göstərildiyi kimi, süzgəclərin pis işləməsi nəticəsində su nibə-
tən çirklənmiş halda tələbatçılara verilir. Əgər, Ceyranbatan su 
anbarında  su  lazımi  səviyyədə  sabit  saxlanılarsa,  durulducular 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə