Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   64   65   66   67   68   69   70   71   ...   118

 
208 
ardıc, ara-sıra cır armud, cır alça, cır alma, cır əzgil, zoğal, qoz, 
fındıq,  qarağat,  qaraağac,  hər  yerdə  yayılmış  itburnu  kolu 
(həmərsin)  və  s.  çoxluq  təşkil  edirdi.  Burada  ağacların  yaşı 
120-150  il,  tək-tək  hallarda  200-250  il  və  ardıc  meşəsinin 
1992-ci  ilə  qədərki  sahəsi  1100  hektar  olmuşdur.  Maraqlı 
sahəyə  və  keçmiş  tarixə  malik  yerlərdən  biri  Laçının  Qaragöl 
Dövlət  Təbiət  qoruğudur  ki,  hazırda  ermənilər  burada  ancaq 
dağıdıcı  əməllərlə  məşğuldurlar.  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin məlumatlarına görə  - Ermənistan ordusunun işğal 
edərək, ekoloji cəhətdən yararsız hala saldığı Azərbaycan əra-
zilərində  təbiətə  qarşı  amansız  münasibət  indi  də  davam  et-
məkdədir. Təəssüf ki, hələ də dünya ictimaiyyəti və beynəlxalq 
qurumlar  müasir  dünyanın  inkişaf  qaydalarına  məhəl  qoyma-
yan davamlı inkişaf konsepsiyasının tələblərinə göz yuman er-
məni barbarlarına tutarlı cavab verməyib. 
Zəngin  biomüxtəlifliyə  malik  Azərbaycan  təbiətinin  bir 
parçası  olan,  işğala  məruz  qalmış  Laçın  bölgəsində  yerləşən 
Qaragöl  Dövlət  Təbiət  Qoruğunda  da  ətraf  mühitə  vurulan 
ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir. 
 Azərbaycan  Respublikası  Nazirlər  Sovetinin  17  noyabr 
1987-ci  il  tarixli  408  saylı  qərarı  ilə  yaradılan  Qaragöl  (ermə-
nilər Sevlic adı veriblər). Respublikalararası Dövlət Təbiət Qo-
ruğu Laçın rayonu ilə Gorus rayonu sərhəddində, dəniz səviy-
yəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sa-
həsi  240  hektardır.  Buraya  176  hektar  İşıqlı  Qaragölün  su 
akvatoriyası və gölün sahili boyunca 100 metr eninə 64 hektar 
quru  sahəsi  aiddir.  Göl  sönmüş  vulkan  kraterini  xatırladan 
relikt su mənbəyidir. 
Gölün uzunluğu 1950, maksimum eni 1250, sahil xəttinin 
uzunluğu  5500,  dərinliyi  maksimum  7,8  metrdir.  Hesablama-
lara görə, göldə suyun həcmi l0 mln. m
3
-dur. Bundan başqa qo-
ruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 
Hələ 1964-cü ildə gölün Ermənistana məxsus sahillərində 
heyvandarlıq  fermalarının  inşa  edilməsi,  göl  kənarında  güclü 


 
209 
nasos stansiyaları tikərək onun suyundan Gorus bölgəsinin əkin 
sahələrinin  suvarılmasında  istifadə  olunması,  gölün  nasos 
yağları ilə çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düş-
məsinə səbəb olmuşdur. 
Ermənilər indi də bu ərazini talan etməkdədirlər. Hazırda 
nəzarətdən kənar qalmış gölün suyundan intensiv istifadə, onun 
üçün qarşısıalınmaz mənfı təsirlərə gətirib çıxarıb. Qaragöl və 
onun əhatəsindəki ərazilərin məhv olmaq təhlükəsi yaranıb. 
Laçın  bölgə  Dövlət  Təbiət  yasaqlığı  -  Laçın  ərazisində 
daha bir dünya əhəmiyyəti daşıyan incidir. 1961-ci ilin noyabr 
ayında buradakı  heyvan  və quşları qoruyub saxlamaq və  artır-
maq  məqsədi  ilə  ərazi  yasaqlıq  elan  olunub.  Xüsusi  mühafizə 
olunan  təbiət  ərazisində  cüyür,  qaya  keçisi,  çöl  donuzu,  ayı, 
turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 
Yasaqlığın  ərazisi  isə  orta  və  yüksək  dağlıq  əraziyə  xas  olan 
relyefə malikdir. Meşələri əsasən vələs, çökə,  ağcaqayın və s. 
qarışıq tiplidir. 
1989-cu ildə yasaqlıqda aparılan yoxlamada: - dağ-keçisi 
(bezoar keçisi) 196, qaban 360, cüyür 320, ayı 110 baş, çoxlu 
sayda canavar, porsuq, dələ və s. heyvanlar, qırqovul 200, kək-
lik 1500 baş və s. quşlar qeydə alınmışdı. 
1991-ci  ilin  mart  ayında  aparılan  yoxlama  nəticəsində 
ermənilər tərəfindən ovlandığı üçün heyvan və quşların sayının 
xeyli  azaldığı,  90-cı  illərdə  isə  bir  çox  növləri  məhv  etməyə 
başladıqları  müşahidə  edilib.  Yasaqlığın  ərazisində  Hacışamlı 
meşəsində  dünyada  ən  qiymətli  növ  olan  qırmızı  palıd  (qızıl 
palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ çar hö-
kuməti dövründə fransızlar çətin dağlarla, Xankəndindən Qırx-
qız  dağını  keçməklə  araba  yolu  çəkmişdilər.  Lakin  Sovet  ha-
kimiyyəti qurulduğundan onlar taxta materiallarından çox apa-
ra  bilməmişdilər.  Həmin  ağacın  materialından  qiymətli  mebel 
və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilmə-
sində istifadə edilirdi. Bu ağac Azərbaycanda yalnız həmin ya-


 
210 
saqlıqda  yayılmışdır.  İndi  qırmızı  palıd və digər növləri  ermə-
nilər tərəfindən vəhşicəsinə qırılaraq daşınır. 
Nadir  təbiət  ərazilərinin  kortəbii  məhvi  ölkəmizdə  və 
dünyamızda ekoloji tarazlığın pozulmasına səbəb olub. Ekoloji 
terror,  faktlarının  araşdırılaraq,  dünya  ictimaiyyətinə  çatdırıl-
ması isə hələdə qalmaqdadır. 
Laçın  rayonunun  işğalından  sonrakı  ekoloji  durumunu 
daha müfəssəl təsvir etsək nələri itirdiyimizdən dəhşətə gəlmək 
olar. Belə ki, 18 may 1992-ci il tarixində ermənilər tərəfindən 
işğal  olunmuş  Laçın  rayonu  Azərbaycan  Respublikasının 
cənub-qərbində  Ermənistanla  (Qərbi  Azərbaycanla)  sərhəddə 
yerləşir, inzibati bölgə kimi 1929-cu ildə təşkil olunmuşdur. 
Sahəsi  182603  hektardır  (03.10.2005-ci  ilə  olan  məlu-
mat),  əhalisi  1989-cu  ilin  əvvəlinə  58,6  min,  2002-cü  ildə  isə 
68,1  min  nəfər  olmuşdur.  Dağlıq  relyefə  malik  bölgənin  şər-
qində  Qarabağ  silsiləsinin  cənub-qərb  yamacları,  şimalında 
Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yay-
lası tutur. Bölgənin Qızılboğaz dağı (2823 m) ərazisi Yura-An-
tropogen  çöküntülərindən  ibarətdir.  Ərazinin  çox  yerində  qışı 
quraq keçən, mülayim-isti və soyuq iqlim üstündür. Orta tem-
peratur yanvarda 0-dan 10 selsiyədək, iyulda müsbət 10-22 sel-
siyədəkdir.  İllik  yağıntı  600-900  mm-dir.  Ən  böyük  çayı  Hə-
kəridir.  Əsasən,  dağ-çəmən,  qəhvəyi  dağ-meşə  və  karbonatlı 
dağ-qara  torpaqlar  üstünlük  təşkil  edir.  Bitki  örtüyü  kollu  və 
seyrək  meşəli  çəmənliklərdən,  enliyarpaqlı  dağ  meşələrində 
(palıd,  vələs  və  s.),  subalp  və  alp  çəmənliklərindən  ibarətdir. 
Alçaq dağlıq yerlərdə seyrək ardıc ağacları çox yayılmışdır. 
Laçın  bölgəsində  Alıcan  kəndindən  başlayaraq  şimal-
qərb  istiqamətində  yan  süxurları  yararaq  üzə  çıxan  maqmatik 
süxurlar boyunca Turş su, Qaladərəsi, Ağanus, Xırmanlar, Tı-
ğık, Turş-tığık, Nurəddin (böyük debitə malikdir), Nağdalı, Ha-
cıxanlı  (Xallanlı,  Başlıbel  -  Kəlbəcər  bölgəsində)  narzan  tipli 
müalicəvi  əhəmiyyətli  bulaqlar  mövcuddur.  Laçın  bölgəsində 
dünya  memarlığının  nadir  inciləri  olan  tarixi-memarlıq  abi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə