205
çirklənməsi beynəlxalq aləmdə qəbul edilmiş normalardan
xeyli yuxarıdır.
Aran bölgələrimizdə təbii şorluluq, yaxud insan fəaliyyəti
ilə bağlı şoranlaşmanı da nəzərə alsaq, torpaqlarımızın hansı
vəziyyətdə olması aydınlaşar. Burada bir amili də yaddan çı-
xarmaq olmaz ki, aran bölgələrimizdə, xüsusən Kür-Araz ova-
lığında və Abşeronda Xəzər gölünün suyunun səviyyəsi qalx-
dıqca həmin yerlərdə də qrunt sularının səviyyəsi də uyğun
olaraq qalxır.
Beləliklə, adları çəkilən bölgələrdə qrunt suları torpaqlar-
da duzlaşmanı artırır, şirin lay suların korlayır, bitkiləri, bağları
məhv edir. Odur ki, aran bölgələrimizdə su, torpaq və bitki alə-
mi ilə bağlı işlərimizdə çox həssas və tələbkar mövqedə
olmalıyıq.
Xəzər gölü ilə bağlı problemlər Xaçmazdan tutmuş
(Bakı-Abşeron da daxil olmaq şərti ilə) Astaraya qədər bütöv
bir zolağı əhatə edir.
Torpaqlarımızın çirklənməsi bir sıra amillərlə də bağlıdır.
Bunlardan ən vacibi neft və neft məhsulları ilə çirklən-
mədir. Abşeron, Salyan, Neftçala, Şirvan, Siyəzən və ən nəha-
yət dəniz neft mədənlərinin çirkləndirdiyi dəniz sahillərimiz
belə ərazilərdəndir. Adları çəkilən yerlərdə elə torpaq sahələri
var ki, onlar həqiqətən ən ölü torpaqlara çevrilmişdir. Belə ki,
torpaqların neft məhsulları ilə çirklənməsi həmin ərazilərdə or-
ta hesabla normadan 50-70 dəfə çoxdur. Abşeronun bəzi yer-
lərində - Sabunçuda bu rəqəm 140, "Əzizbəyovneft" də 130
dəfəyə çatmışdır.
Sənaye şəhərlərimiz olan Bakı, Sumqayıt, Şirvan, Mingə-
çevir, Lənkəran, Gəncə və s. şəhərlərimiz isə başqa bir "xəstə-
lik" - sənaye və məişət tullantıları ilə “xəstələnib”. Tamamilə
zərərli maddələrdən ibarət olan bu tullantılar heç bir emal üzü
görmədən şəhərlərimizin ətrafına səpələnir. Bu cür zərərli tul-
lantılar nəinki torpaqlarımızı korlayır, hətta ümumilikdə Res-
publika ekologiyasını daha da gərginləşdirir. Adları çəkilən
206
sənaye şəhərlərinin hər bir sakini şəhərin ətrafına çıxdıqda bu
səhnənin şahidi ola bilər.
Təəssüflər olsun ki, Bakı və Sumqayıtda, xüsusən Bakıda
yaşayan və bu işlərə məsul olan vətəndaşlarımız bütün bunların
canlı şahidi olduğu halda hələ ki, heç bir əməli tədbirə əl
atmırlar. Unutmaq olmaz ki, evlərimizə və bağlarımıza daş
çəpər çəkməklə təmiz hava udmaq, təmiz su içmək və ümumən
ekoloji zərərlərdən yaxa qurtarmaq mümkün deyildir.
12.5. Laçının özü və təbiəti vəhĢiliklə talan edilir
XIX əsrin ortaları insana məlum olub ki, cəmiyyət və tə-
biətin qarşılıqlı təsiri - bir sistemin iki tərəfidir. Bu sistemin in-
kişafının mənbəyi ziddiyyətdir, tərəflər arasında daimi müba-
rizədir.
Təbiət həmişə ictimai həyatın zəruri maddi əsası olmuş
və bundan sonra da zəruri maddi əsas olaraq qalacaqdır.
Laçın bölgəsi isə ən qədim dövrlərdən insan üçün lazım
olan maddiatla dünyada öz yeri olan ən zəngin Azərbaycan tor-
paqlarındandır.
Alimlərin məlumatına görə hətta yaşadığımız dövrün
özündə belə, Böyük və Kiçik Qafqaza xas olan 600 bitki nö-
vündən 540-ı Laçın bölgəsində təbii olaraq bitir. Bu xüsusiyyət
dünyanın başqa bölgələri ilə müqayisədə ölçüyə gəlməz də-
rəcədə Laçının xeyrinədir.
Bölgədə il boyu zirvəsi qarlı dağlar, könül açan sərin
yaylaqlar, zəngin və nadir meşəliklər, suvarma və enerji əhə-
miyyətli çaylar, min bir dərdin dərmanı olan isti su, turş su və
Laçında adi sayılan bulaqlar və heyvanlar aləmi çox zəngin
olmuş bir yerdir.
Belə füsunkar təbiəti saxlamaq üçün Laçında tarixən ya-
saqlıqlar olmuşdur. Bu yasaqlıqlar Türkün Tanrıçılıq dövründə
bütün dövrlərdən üstün olmuşdur. Çünki, Tanrıçılığın ən baş-
207
lıca meyarı, dini-mənəvi dəyəri insanın təbiətə müdaxiləsinin
qadağan olması idi. Tanrıçılıq hesab edirdi ki, Yer üzündə nə
varsa o, tək tanrı tərəfindən yaradılıb, lazım bilib yaradıb, özü-
nün yaratdığı canlıları üçün yaradıb, bu təbiət insanından ya-
xud digər canlılarından asılı olmayaraq bütün canlılara yaradıb.
Odur ki, təbiətə əl vurma qadağa idi, insan ondan ancaq öz eh-
tiyacı qədərinə əl vura bilərdi, korlaya bilməzdi, artıq götürə
bilməzdi. Qədim Türklər təbiətə də canlı bir aləm kimi baxır,
Tanrının olduğunu bilir və təbiətə toxunmağı günah sanırdı.
Sonrakı dini-inanclarda bu prinsip tədricən unudulsada, Laçında
xüsusi meşə, topaq, bulaq sahibləri də öz şəxsi təminatı ba-
xımından onu qorumuşdur. İnsan təbiətdən daha çox onun ye-
tirdiklərini istəyən dövrlərdə isə cəmiyyətlər, dövlətlər müəy-
yən qadağalar tətbiq etmişdir ki, bu qadağalar, qoruqlar bütün
dövrlərdə təbiətinin zənginliyi nəzərə alınaraq Laçın böl-
gəsində də tətbiq edilmişdir. XX əsrin əvvəllərinə kimi Laçın
bölgəsi zəngin yaylaqları ilə yanaşı, həm də zəngin meşələri ilə
də məşhur idi.
Ümumilikdə Azərbaycan meşələri birinci qrup meşələrə
aid olub, əsasən torpaqqoruyucu, suqoruyucu, hava təmizləyici,
suyaradıcı, quş və heyvanatın çoxluğunu təmin edən, torpaq
sürüşmələrinin qarşısını alan, qida mənbəyi, maddi nemətlər
yaradan, ekoloji təbii tarazlığın təminatçısı funksiyalarını
daşıyır. Laçında oraya daxil olmaqla Azərbaycanın ərazisi bitki
müxtəlifliyi ilə zəngin olub, 4300 növə yaxın ali, sporlu və
çiçəkli bitkilərdən ibarət olub, onlardan 350-dən çoxu endemik
və relikt bitkilərdir. Onların isə 400 növünün nəsli kəsilmək
üzrədir və 140 növü isə Azərbaycanın "Qırmızı kitabı" na daxil
edilmişdir. Laçın Kiçik Qafqaz sayılır və burada dağların
yamacları əsasən enliyarpaqlı, ara-sıra iynəyarpaqlı meşələrlə
örtülmüşdür və burada meşələrin yayılmasında müəyyən bir
qanunauyğunluq mövcud olmuşdur. Laçının dağ yamaclarında
əsasən qırmızı (qızıl) palıd, vələs (ulas), göyrüş, şam, akasiya,
qovaq, söyüd, dəmirqara, üvəs, ağcaqayın, cökə, yemişan,
Dostları ilə paylaş: |