Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   65   66   67   68   69   70   71   72   ...   118

 
211 
dələri, Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın bölgəsi Dövlət 
Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır. 
Laçın  bölgəsində  ümumi  ehtiyatları  1124  ton  olan  3 
(Narzanlı,  Çilgəzçay,  Sarıbulaq)  civə,  ehtiyatları  2533  min  m
3
 
olan  və  istismara  cəlb  edilən,  üzlük  daşı  istehsalına  yararlı 
Hoçaz  mərmərləşmiş  əhəngdaşı,  ümumi  ehtiyatları  5125  min 
m
3
  olan  və  mişar  daşı  istehsalına  yararlı  2  (Ağoğlan,  Molla 
Əhmədli)  tuf,  ehtiyatları  4457  min  ton  olan  və  əhəng  istehsa-
lına  yararlı  Laçın  əhəngdaşı,  ehtiyatları  998  min  m
3
  olan  və 
kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 
min m
3
 olan Quşçu pemza, ehtiyatları 15794 min m
3
 olan Yu-
xarı  Həkəriçay  qum-çınqıl  qarışığı,  ehtiyatları  10  ton  əqiq  və 
0,9  ton  cad  olan  2  əlvan-bəzək  daşı,  ümumi  ehtiyatları  10449 
min  ton  olan  3  vulkan  külü,  istismar  ehtiyatları  4300  min 
m
3
/gün olan Minkənd mineral su yataqları vardır. 
Laçın  rayonu  üzrə  33285  hektar  meşə  fondu  torpaqları 
vardır  ki,  bunun  da  meşə  ilə  örtülü  sahəsi  26647  hektar  və  ya 
80,05%  təşkil  edirdi.  Təsərrüfatda  176  hektar  mədəni  meşə 
əkinlərinin 56 hektarı çətiri birləşmiş formadadır. Təsərrüfatda 
1466  hektar  bitki  örtüyü  seyrək  sahələr,  1387  hektar  xəndək-
qobu  sahələri  olmaqla  meşə  ilə  örtülü  olmayan  meşə  fondu 
sahələri 2853 hektar təşkil etmişdir (meşə inventarlaşma kitabı, 
1  hissə).  Təsərrüfat  ərazisində  19  hektar  şum,  423  hektar 
biçənək, 1329 hektar örüş, 18 hektar yol və kanalaltı, 39 hektar 
sualtı,  98  hektar  tingçilik,  8  hektar  qumluq,  606  hektar  daşlı-
çınqıllı  sahə  və  1189  hektar  digər  torpaqlar  vardır.  Meşələrdə 
şam,  palıd, vələs,  göyrüş, ağcaqayın, qarağac,  akasiya, qovaq, 
söyüd, dəmirqara, armudağacları üstünlük təşkil edir. 
Laçın bölgəsində Həkəri çayının sağ sahilində yol tikinti 
idarəsinin həyətində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq 
çinarı təbiət abidəsi kimi qeydə alınaraq qorunurdu. 
Laçın  bölgəsində  Meşə  təsərrüfatının  dövlət  meşə  fon-
dunda  1100  ha  sahəni  əhatə  edən  ardıc  ağacı  xüsusi  olaraq 
qorunurdu.  Dəniz  səviyyəsindən  850  m  hündürlükdə  yerləşən 


 
212 
həmin  meşələrdə  şabalıd  və  qaraçöhrə  ağacları  mühafizə 
edilirdi. 
Hal-hazırda  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 
"İşğal  olunmuş  Azərbaycan  ərazilərində  ətraf  mühitə  və  təbii 
sərvətlərə  dağıdıcı  təsiri  müəyyənləşdirən  (izləyən)  operativ 
mərkəz"i aşağıdakı faktları aşkarlanmışdır. 
Laçın  və  Xankəndinə  gedən  müxbirlər  çıxışlarında  və 
Laçın  bölgə  Meşə  təsərrüfatı  İdarəsinin  məlumatında  ermə-
nilərin Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıdı qıra-
raq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması 
üçün  Fransaya  satdıqları  bildirilir.  Həmin  bölgənin  ərazisində 
külli  miqdarda  təbii  halda  bitən  iri  gövdəli  qoz  ağacları  isə 
qırılaraq  mebel  istehsalında  istifadə  məqsədi  ilə  İran  İslam 
Respublikasına satılır. 
Erməni girovluğundan azad edilmiş şahidin bildirildiyinə 
görə  onları  Ağdərə  meşəçiliyində  meşə  qırmağa  məcbur  edil-
mişlər. O, qeyd edir ki, meşə qırılmasından alınan əsas material 
İrana satılır, oduncaq isə yanacaq kimi ermənilər tərəfindən is-
tifadə edilir. 
Digər şahid ifadəsi isə Laçın bölgəsinin Hacılar-Sadınlar 
kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsinin qırılması, 
evlərin  yandırılması,  qəbiristanlıqların  buldozerlə  dağıdılması 
faktlarını üzə çıxarmışdır. Bu gün Laçının işğalından 20 il keçir. 
Bu  müddət  ərzində  Laçın  təbiətinin  itirdiklərini  tam  əhatə  et-
mək məqsəd olmasa da, ekoloji  terrora son qoyulmazsa, gələ-
cəkdə  görmək  və  acısını  dadmaq  təəssüf  ki,  hamıya  nəsib  ola 
bilər.  
Respublikamızın qoşulduğu Beynəlxalq Konvensiyaların 
müddəalarından, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların 
tribunalarından  davamlı  çıxışlar  etmək,  hər  kəsin  öz  imkanı 
daxilində təbiətimizin məhvinə yönəldilmiş zorakılıqları dünya 
ictimaiyyətinə  çatdırmaq,  bu  sahədə  Dövlətimizə  dəstək  ver-
mək isə Vətənini sevən hər bir vətəndaşımızın ümdə vəzifələ-
rindəndir. 


 
213 
12.6. Azərbaycanda dövlət təbiət qoruqları 
 
Eldar ġamı Dövlət Təbiət Qoruğu xüsusi mühafizə olu-
nan  təbiət  ərazilərinin  inkişafına  dövlət  qayğısı  olmaqla  Res-
publika Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 saylı Sə-
rəncamı  ilə  Samux  bölgəsinin  inzibati  ərazisində  yaradılmış, 
mühafizə və eyni zamanda elmi-tədqiqat idarəsi statusuna ma-
lik  ərazidir.  Qoruğun  yaradılmasının  başlıca  məqsədi  genetik 
fondun, bioloji müxtəlifliyin, ekoloji məsələlərin, səciyyəvi və 
nadir  təbiət  rəngarəngliyinin  saxlanılması  (ardıc,  saqqız  ağacı 
və  s.),  dünyada  yeganə  təbii  vətəni  olan  Elləroyuğunda  Eldar 
şamı meşəliyinin qorunub saxlama məqsədilə yaradılmışdır. 
Hələ, 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sa-
həsi botaniki yasaqlıq elan edilmişdi. Samux bölgəsi ərazisində 
dünyada  yeganə  təbii  Eldar  şamı  meşəliyinin  qorunması 
məqsədi  ilə  Azərbaycan  hökumətinin  5  may  1948-ci  il  tarixli 
qərarı ilə "Eldar Şamı" yasaqlığı yaradıldı. Eldar şamı respubli-
kamızın  və  xarici  ölkələrin  müxtəlif  bölgələrinin  quraq  sahə-
lərində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin 
Eldar  şamı  ilə  yaşıllaşdırılması  şöhrəti  hər  tərəfə  yayıldı. 
Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha 
sahə  Türyançay  qoruğunun,  1967-ci  ildə  Göygöl  qoruğunun 
filialına  çevrildi  və  dövlət  meşə  torpaqları  hesabına  1978-ci 
ildə 92 ha artırıldı. Hazırda Eldar şamı qoruğunun sahəsi 1686 
hektardır. Eldar şamı qoruğunun yerləşdiyi ərazi, mütləq örtü-
yü 600 m-ə çatan və şimal-qərbdən cənub-şərqə uzanan  alçaq 
dağlıq  sahədir.  Torpaq  örtüyü  şiddətli  eroziyaya  uğramış,  çox 
yerdə  torpaq  əmələ  gətirən  süxurlardan  az  fərqlənən  qəhvəyi 
arid meşə torpaqlarıdır. Burada yarımsəhra və quru bozqırların 
yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Eldar şamı 
Elləroyuğunda  özünəməxsus  arid  meşə  landşaftı  əmələ  gətir-
mişdir. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız agacı, 
murdarça,  doqquzdon,  nar,  efedra,  zirinc,  qarağat,  dovşan  al-
ması,  qaratikan  kimi  ağac  və  kollardan  ibarətdir.  Eldar  şamı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə