Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   61   62   63   64   65   66   67   68   ...   118

 
199 
xüsusi  qiymətli  meşə  sahələrindəndir.  Lerikin  dağlıq  yerində 
40 hektar şumşad sahəsi 3-cü dövrdən qalmaqla  yaşı  200-300 
arasındadır.  Qəbələnin  935  hektar  şabalıd  meşəsi  də  3-cü 
dövrdən  qalmaqla  Azərbaycanda  yeganə  elmi-təsərrüfat  əhə-
miyyətli ərazidir və ağacların yaşı 120 il hündürlüyü isə 25-30 
il civarındadır. Laçm bölgəsində dəniz səviyyəsindən 700-1100 
metr hündürlükdə  yerləşən 3-cü dövr ardıc meşəsi  nadir ardıc 
meşəsi olub, sahəsi 1100 hektardır. Yaşı 400 ildən artıq, sahəsi 
732 hektar olan meşəlik Ağdamda mezofıll  meşələrə xas olan 
nadir nəbatət sahəsi olmaqla elmi əhəmiyyətlidir. 
Nadir  ağac  növlərinin  erməni  təcavüzündə  qalan  sahəsi 
260  min  hektardan  artıq  olmaqla  ümumilikdə  Kiçik  Qafqazın 
fauna və florasına xüsusi ziyan gətirilmiş sahədir. Burada işğal 
altında Laçın Qaragöl qoruğu, Laçın və Qubadlı dövlət yasaq-
lıqları, Daşaltı qoruğu, habelə bir çox təbiət abidələri və digər 
qiymətli  meşə  sahələri  erməni  işğalı  altında  qalmaqdadır.  Tə-
biət  abidəsi  kimi  qorunan  qiymətli  ağac  sahələrinin  13  min 
hektarı  erməni  işğalı  ərazilərində  yerləşir  və  ermənilər  tərə-
findən kütləvi surətdə məhv edilir. Kəlbəcərdəki 968 hektar ayı 
fındığı, Laçındakı 1100 hektar ardıc, Zəngilandakı 10 min hek-
tar Araz palıdı sahəsi də bu sıraya aiddir. Təklikdə isə işğal sa-
həsində  160  ədəddən  çox  qədim  ağac  abidələri  də  orada  qal-
maqla bu abidələrin taleyi indiyə qədər aydınlaşdırılmayıb. La-
çının qırmızı palıdı əsasən hərbi silahların ağac hissəsini hazır-
lamaq  üçün  istifadə  edilir,  Fransa,  Yunanıstana,  İrana,  Rusi-
yaya və s. ölkələrə çox baha qiymətə satılır. 
Azərbaycanda  uzun  müddətdir  ki,  meşələr  məhv  edilir, 
onun  məhvinin  tarixi  təxminən  200  ilə  yaxındır. Bu  səbəbdən 
də bir çox əkin sahələrini, su mənbələrini itirməklə düzən yer-
lərdə şoran torpaq sahələrini də çoxaltmışıq. Torpağı, itirməklə 
bir  çox  bitki  növlərini  və  meşə  heyvanlarının  da  kökünü  kəs-
mişik.  Digər  sahələrdə  olan  biganəliyimiz  təbiətimizə,  onun 
bitki  aləminə, meşələrinə, qiymətli  ağac növlərinə də  aid  edil-
məlidir. Ümumilikdə Azərbaycanda meşələrin itirilməsi ölkəni 


 
200 
ekoloji fəlakətə sürükləmişdir. Sellərin əmələ gəlməsi, kənd və 
şəhərlərimizin təhlükə altına alınması, su qıtlığı, havanın çirkli 
olması, insanların qısa ömürlü olması, xəstəliklərin çoxalması, 
insanların boyunun qısalması, saçının ağarması, saçının tez tö-
külməsi,  yaddaşın  zəifləməsi,  qida  məhsullarında  vitaminlərin 
azalması, Azərbaycana məxsus bəzi təbii və süni məhsul isteh-
salının yoxa çıxması və s. birbaşa meşələrimizin məhv edilmə-
si, təbiətə vurulan ziyanı nəticəsində yaranmış ekoloji durumla 
əlaqəli problemlərdir. 
 
 
12.3. Azərbaycan meĢələrinə ciddi zərbə 
 
Meşələr,  ümumilikdə  təbiət  insanın  ağıl  səviyyəsindən, 
eləcə də, heç bir canlı varlıqdan asılı olmayaraq bitir. Meşələr 
təbiət, tarixi proseslər və qanunauyğunluqlar əsasında yaranmış 
və inkişaf etmişdir. Yer planetini bəzi başqa planetlərdən fərq-
ləndirən cəhətlərdən biri, burada canlı təbiətin olmasıdır. Canlı 
təbiət  isə  cansız  təbiətdən  törəyib  çoxalması  və  nəsil  verməsi 
ilə seçilir. İnsan isə təbiətin bir hissəsi, onun ən ali məhsuludur. 
İnsan təbiətsiz mövcud ola bilməz. Təbiət insana hər şey-hava, 
su,  torpaq,  istilik,  qida,  mineral  sərvətlər  və  s.  verir.  Odur  ki, 
cəmiyyətin varlığı təbiətin vəziyyətindən və onun təbii ehtiyat-
larından asılıdır. Məlum olduğu kimi Azərbaycan torpaqları da 
öz təbiəti ilə birlikdə qədim insan  yaşayış  məskənlərindən,  ən 
əsaslılarından sayılır. Qədim yaşayış məskənlərinə respublika-
mızda  Azıx  mağarasını,  Naxçıvandakı  Gəmiqaya  abidəsini, 
Nuh peyğəmbərin məzarlığını, Ağstafa bölgəsindəki Avey da-
ğını, Qobustandakı qaya rəsmlərini və s. əyani sübutdur. 
İbtidai insanlar, sonrakı dövr insanları təbiətin korlanma-
sını,  çirklənməsini,  ona  təsir  edən  təbii  və  süni  amilləri,  təbii 
sərvətin  və  ehtiyatların  azalmasını,  tükənməsini,  korlanmasını 
fikirləşməmiş,  getdikcə  təbiətə  təsiri  artırmış,  ona  biganə  ol-
muşdur. XX əsrin II yarısında insanların maddi nemətlərə olan 


 
201 
təlabatının  çoxalması  və  elmi  texniki  tərəqqinin  yüksək  inki-
şafa çatması ilə əlaqədar təbiətə təsir xüsusilə artmışdır. Digər 
tərəfdən  ikinci  minilliyin  son  illərində  insanın  təbiətə  təsiri 
nəticəsində ətraf mühit sürətlə çirklənmiş, bir çox təbii sərvət-
lərin  tükənməsi  və  yox  olması  təhlükəsi  yaranmışdır.  Bu  mə-
nada təbiətin maddi nemətlər istehsalının əsasını təşkil etdiyini 
daha yaxşı dərk edən dünya əhli onun qeydinə qalmağa başladı. 
Azərbaycanda isə bu qayğı  həmişə aşağı  səviyyədə olmuşdur. 
Təbiət,  xüsusən  meşələr  həm  də  sağlamlıq  deməkdir.  İnsan 
özünü meşələrdə, parklarda, bağlarda
,
  dəniz-göl  sahilində,  bu-
laq  başında  şəhərdəkinə  nisbətən  daha  yaxşı  hiss  edir.  Çünki 
orada  hava  şəhərlərdəkindən  daha  təmizdir,  meşələrin  təsiri 
hiss edilməkdədir, oksigenlə, fıtonsidlərlə daha zəngindir. Dağ 
yerlərinin, meşəliklərin sağlam iqlimi, təmiz havası, təmiz suyu 
və  digər  rekreasiya  xassələri  canlı  üçün  çox  vacib  və  çox 
əhəmiyyətlidir.  Bu  səbəbdən  də  Azərbaycanın  meşəlik,  dağlıq 
bölgələrində tarixən uzunömürlülərin sayı  çox olmuşdur. Sağ-
lamlığın  rəhni  meşə  öz  inkişafında  bioloji  cəhətdən  qarşılıqlı 
əlaqədə olaraq bir-birinə və ətraf mühitə təsir edən ağac, kol, ot 
və digər bitkiləri, heyvanlar və mikroorqanizmləri özündə cəm 
edən təbii bitkilik tiplərindən biridir. Meşə təbiətin məhsulu və 
onun  tərkib  hissəsidir.  Müəyyən  dövrlərdə  Azərbaycanda  me-
şəliklərin  tutduğu  torpaq  sahələri  əkin-biçin  yerlərdən  qat-qat 
artıq olmuşdur. İnsan fəaliyyəti ilə əlaqədar bu nisbət azalaraq 
tükənmək  səviyyəsinə-yəni  təxminən  9-10  faizə  enmişdir. 
Günümüzdə  də  meşəliklərə,  bağlara,  meşə  salınma  işlərinə 
münasibət heç də ürəkaçan deyildir. 
Lakin, bütün bunlarla yanaşı meşəlikləri məhv edən digər 
amillərdə mövcudur və  bunun  da səbəbi  insanların,  özümüzün 
ətraf  mühitə  lazımlı  qayğının  kifayət  qədər  göstərilməmə-
sindəndir. 
Artıq neçə illərdir zərərverici həşaratların basqını ağaclar 
üçün əsl fəlakətə çevrilib. XX əsrin 70-ci illərindən qızıl kəpə-
nəklə  ipəkqurdunun  sürətlə  artımı  on  dəfələri  belə  keçmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə