Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   69   70   71   72   73   74   75   76   ...   118

 
223 
Şirvan Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bit-
ki  və  torpaq  örtüyünün  müxtəlifliyi  burada  bir  sıra  təbii  land-
şaft  sahələrini  ayırmağa  imkan  verir.  Ərazinin  əsas  hissəsini 
yovşanlı yarımsəhra xırda təpəlikləri, şoranotlu yarımsəhra xır-
da təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Hər 
bir təbii landşaft sahələrinin ceyranlar üçün xüsusi əhəmiyyəti 
vardır. 
Müxtəlif dövrlərdə qoruğun ərazisi bir neçə dəfə Xəzərin 
suları  altında  qalmışdır.  Xəzərin  səviyyəsinin  azalması  ilə 
əlaqədar  ərazi  dəniz,  qismən  sel  və  allüvial  çöküntülər  nə-
ticəsində  quruya  çevrilmişdir.  Ərazi  dəniz  səviyyəsindən  aşa-
ğıda  yerləşir.  Burada  mikrorelyef  yaxşı  nəzərə  çarpır.  Külək 
vasitəsilə  yaranan  dyun  təpəciklərinin  hündürlüyü  0,5-1,2  m-ə 
qədərdir  və  onlar  ceyranların  mühafizəsi  və  sığınacağı  üçün 
çox sərfəlidir. 
Qoruq  ərazisində  əsasən  boz,  boz-çəmən  və  çəmən-ba-
taqlıq torpaqları və qumluqlar yayılmışdır. 
Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və qu-
ru  bozqır  iqlim  növü  hakimdir.  Bu  iqlim  növü  az  və  ya  zəif 
nəmliyi,  qışının  mülayim,  yayının  isə  quru  və  isti  keçməsilə 
səciyyələnir. Qoruq ərazisi yarımsəhra zonasında, düzənlik əra-
zidə yerləşdiyindən burada çay və bulaq yoxdur. Qoruğun əra-
zisindən bir neçə kollektorlar keçir. Onların vasitəsilə qoruqda 
olan  Çala  gölü  su  ilə  təmin  olunur.  Xəzərin,  kanalların  suyu 
qışda donmur, bu da ceyran və quşlar üçün çox əhəmiyyətlidir. 
Bəndovan  Dövlət  Yasaqlığının  və  Şirvan  Dövlət  Təbiət 
Qoruğunun ərazilərində yerləşən Çala gölünün sahəsi 100 hek-
tardan  çoxdur  və  onun  dərinliyi  0,3-1,0  m  çatır.  Göldə  qamış 
və digər su bitkiləri yaxşı inkişaf etmişlər. Gölün köçəri su-ba-
taqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır. 
Qoruğun ərazisində əsasən yovşanlı yarımsəhra, şoranot-
lu  yarımsəhra,  yovşan-şoranotlu  yarımsəhra,  qismən  də  səhra, 
çəmən-çala və qumluq bitkiləri yayılmışdır. 


 
224 
Şirvan Dövlət Təbiət Qoruğu yarımsəhra bölgədə yerləş-
sə  də,  heyvanlar  aləmi  çox  zəngindir.  Burada  xeyli  miqdarda 
məməlilər, sürünənlər və suda-quruda yaşayanlar yaşayırlar. 
Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər su-
itisi,  canavar,  çaqqal,  tülkü,  porsuq  və  s.  heyvanlar  məskun-
laşmışlar.  Ərazidə  oturaq  və  köçəri  quşlar  daha  çoxdur.  Quş 
növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, 
Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük 
ağ  vağ,  kiçik  ağ  vağ,  boz  vağ,  sarı  vağ,  bizquyruq  ördək,  en-
liburun  ördək  və  s.  məskən  salmışdır.  Qoruqda  Azərbaycan 
Respublikasının  "Qırmızı  Kitabı"  na  düşmüş  çəhrayı  qutan, 
qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızıl-
qaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar 
mühafizə olunur. 
Bəsitçay  Dövlət  Təbiət  Qoruğu Azərbaycan hökuməti-
nin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan bölgəsi ərazisin-
də yaradılmışdır. Qoruq Azərbaycanın  cənub-qərbində, Zəngi-
lan  bölgəsi  ərazisində  Bəsitçay  dərəsində  yerləşir  və  onun 
ərazisinin  landşaft sahəsi,  xüsusilə nadir təbii  çinar meşəliyini 
qorumaq  məqsədilə  təşkil  edilmişdir.  Qoruğun  adı  dərəsində 
yerləşdiyi  çayın  adı  ilə  eynidir.  Bəsitçay  respublika  qoruq-
larının ən kiçiyidir. Onun sahəsi 107 hektardır. Meşə ilə örtülü 
sahənin  əsas  ağac  cinsi  şərq  çinarıdır.  Lakin  bunlar  arasında 
müxtəliflik də mövcuddur. 
Ərazi  əsasən  dağlıq  olub,  dəniz  səviyyəsindən  hündür-
lüyü  600-800  m-ə  qədərdir.  Sağ  sahil  dik  yamaclı  dağlardan, 
sol  sahil  isə  təpəliklərdən  ibarətdir.  Əsasən  Üçüncü  dövr  çö-
küntüləri  yayılıb.  Çay  dərəsi  boyunca  ensiz  allüvial  düzənlik 
uzanır. Dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır. 
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə 
aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik tem-
peraturu  13  dərəcədir.  İllik  yağıntının  miqdarı  600  mm-dir. 
Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı 
üçün çox əlverişlidir. 


 
225 
Bəsitçay  Dövlət  Təbiət  Qoruğunun  ərazisində  əsasən 
allüvial-meşə  torpaqları  yayılıb  və  çay  dərələrinin  yamac-
larında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları 
inkişaf etmişdir. Çayın  yatağı boyu və kiçik terraslarda inkişaf 
etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Daşlı-
çınqıllı  (yüksək  skeletli)  ərazilər  də  müəyyən  sahəni  tutur. 
Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa 
tələbkar  deyil,  lakin  çinar  meşələri  gillicəli,  yaxşı  su  fiziki-
kimyəvi  xassəli  və  münbit  torpaqlarda  yüksək  məhsuldarlığa 
və bonitetə malikdir. 
Dünyada  çinarın  7  növü  vardır.  Azərbaycanda  isə  onun 
yalnız  bir  növü-şərq  çinarı  inkişaf  edib.  Şərq  çinarının  çox-
sahəli  əhəmiyyətini,  dünyada  az  yayılmasını,  nadir  bitki  ol-
masını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı 
Azərbaycanın "Qırmızı Kitabı"na salınmışdır. 
Bəsitçay  Dövlət  Təbiət  Qoruğunun  100  hektarını  çinar 
meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçaym də-
rəsində  yerləşir.  Burada  həm  təmiz,  həm  də  qarışıq  çinar  me-
şəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, sö-
yüd, qovaq, və s. ağac - yemişan, itburnu, murdarça, qaratikan, 
və s. kollar inkişaf edib. Qoruqdakı çinar ağaclarının orta yaşı 
165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. 
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl 
donuzu,  porsuq,  cüyür,  dovşan,  müxtəlif  gəmiricilər  və  s.  mə-
məlilərə - kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir. 
Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbay-
can təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması 
və  artırılması  üçün  diqqətə  layiq  tədbirdir.  Hazırda  qoruq  er-
məni işğalı altındadır və bu təbiət incisinin kökü tam kəsilmək 
üzrədir. 
Qarayazı  Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  höku-
mətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax bölgəsi 
ərazisində - Ağstafa meşə təsərrüfatının Kür ətrafı meşələrində 
6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin, sonra qoruğun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə