Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   70   71   72   73   74   75   76   77   ...   118

 
226 
meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax 
bölgəsinin Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hek-
tar ərazisi qaldı. 2003-cü ildə qoruğun ərazisi genişləndirilərək 
9658 hektara çatdırıldı. Qoruqda məşhur Qarayazı meşələrinin 
təbii  sahələri  qorunur.  Azərbaycanın  düzən  meşələrinin  xeyli 
hissəsi  Kür  çayı  boyunca  yerləşmişdir.  Bu  meşələr  əvvəllər 
uzun  müddət  ciddi  mühafizə  edilməmiş,  qırılma,  otarılma  və 
Kürün hidroloji vəziyyətinin dəyişməsilə əlaqədar sahəsi azal-
mış, seyrəlmiş,  ağacların cins  tərkibi xeyli dəyişilmişdir. Kür-
ətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa böl-
gəsindəki Qarayazı meşələri sahəsində həyata keçirilməyə baş-
lanmışdır.  Qarayazı  Dövlət  Təbiət  Qoruğu  Kür  çayı  boyunca 
onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissə-
sini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət 
Yasaqlığıdır.  Qərbdə  Gürcüstan,  şimalda  Bakı-Tbilisi  dəmir 
yolu,  cənubda  Kür  çayı  ilə  əhatələnmişdir.  Qoruğun  ərazisi 
əsasən  meşəlikdən  ibarətdir,  bunun  da  çox  hissəsini  meşə  ilə 
örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. 
Meşəsiz  sahə  əsasən  qumluqlardan,  su  sahələrindən,  bataq-
lıqlardan və s. ibarətdir. 
Ərazidə  qışı  quraq  keçən  mülayim-isti  yarımsəhra  və 
quru bozqır iqlim növü hakimdir. Bu iqlim növü qışın quraq və 
mülayim, yayın isə quraq və isti keçməsi ilə fərqlənir. Havanın 
orta  illik  temperaturu  12,2°-dir;  yalnız  yanvarın  orta  tem-
peraturu  00-dən  aşağı  (-0,10)  düşür.  İllik  yağıntının  miqdarı 
400  mm  olduğu  halda,  illik  buxarlanma  bundan  2,3  dəfə 
artıqdır. 
Qoruğun  ərazisinin  mikrorelyefi,  geomorfoloji  xüsusiy-
yətləri,  Kür  çayının  təsiri,  süxur  suyunun  səthə  yaxın  olması, 
bitki  örtüyünün  müxtəlifliyi  və  digər  xüsusiyyətləri  burada 
allüvial-bataqlı,  allüvial-çəmən,  allüvial-çəmən-meşə  və  çə-
mən-şabalıdı  torpaqların  əmələ  gəlməsinə  şərait  yaratmışdır. 
Kürün  sahilindən  uzaqlaşdıqca  bitki  örtüyünün  dəyişməsi  nə-
zərə çarpır. Çay yatağının sahili boyunca söyüd, böyürtkən, iy-


 
227 
də,  zirinc  kimi  kollar  inkişaf  etmişdir,  onların  əmələ  gətirdiyi 
kolluqların eni bir neçə metrə çatır. Sahildən uzaqlaşdıqda on-
ları  tipik  tuğay meşələri əvəz edir. Bu meşələr çoxyarusludur. 
Birinci  yarusu  ağyarpaq  qovaq,  ikinci  yarusu  isə  palıd,  qı-
zılağac təşkil edir. Meşəaltı kollar, cavan ağaclar meşənin nis-
bətən seyrək  yerlərində daha çox inkişaf etmişdir. Bunlar əsa-
sən ağyarpaq qovaq, palıd, yemişan, böyürtkən, amorf, söyüd, 
qaramurdarça, iydə, göyəm və s. ibarətdir. 
Heyvanlar  aləminin  zənginliyi  cəhətdən  Qarayazı  me-
şələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, 
gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, 
süleysün və s. məməlilər məskunlaşmışdır. 
Qoruq  daimi  yaşayan  və  köçəri  quşlarla  da  zəngindir. 
Onlar sıx meşələrdə və  müxtəlif kolluqlarda daha çox məskən 
salmışlar.  Quşlardan  qırqovul,  göyərçin,  alabaxta,  qaratoyuq, 
ağacdələn,  sığırçın  daha  çox  olub,  sayı  500-dən  2000-ə  qə-
dərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az 
deyildir və həmişəsevilən bülbül də qorunur. 
Suda-quruda  yaşayanlardan  göl  və  quru  qurbağaları, 
bataqlıq  tısbağası,  sürünənlərdən  müxtəlif  ilanlar  və  kərtən-
kələləri göstərmək olar. 
Qoruq  ərazisində  şəmayı,  çapaq,  naxa,  şirbit  və  digər 
balıqlar Kürün daimi sakinləridir. 
Qoruğun  əsas  funksiyalarından  biri  də  buradakı  hey-
vanlar  aləmini  qorumaq,  onların  təbii  yolla  çoxalmaları  üçün 
əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır. 
Qızılağac  Dövlət  Təbiət  Qoruğu  Azərbaycanda  köçəri 
quşların  daha  çox  məskunlaşdığı  ərazi  olub  respublikanın  cə-
nub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük 
Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. 
Körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı bölgələrinin 
bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Bunu 
nəzərə  alan  Azərbaycan  hökuməti  öz  Qərarı  ilə  Qızılağac 
körfəzində 180 min ha sahədə 1926-cı ildə Ovçuluq Təsərrüfatı 


 
228 
Yasaqlığı  elan  edildi  və  burada  hər  cür  ov  qadağan  olundu. 
Sonra  isə  Azərbaycanın  Qədim  abidələrinin  qorunması  Ko-
mitəsinin təşəbbüsü ilə 1929-cu ildə həmin yasaqlıq dovlət qo-
ruğuna  çevrildi.  Hazırda  qoruğun  ərazisi  88360  ha-dır  və 
qoruqla  birlikdə  10,7  min  ha  sahəsi  olan  Kiçik  Qızılağac  ya-
saqlığı da fəaliyyət göstərir. 
Qızılağac  Dövlət  Təbiət  Qoruğu  Respublikamızda  sa-
həsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur. 
Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazi-
lərində  quşları  qorumaq,  onların  sayını  artırmaq,  onların  məs-
kunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır. 
Qızılağac  Dövlət  Təbiət  Qoruğu  1976-cı  ildən 
Beynəlxalq  konvensiyanın  ilk  su-bataqlıq  bölgəsinin  biri  kimi 
qeydə  alınmış, bununla da beynəlxalq  əhəmiyyətli qoruq kimi 
təsdiq edilmişdir. 
Ərazidə  əsasən  yayı  quraq  keçən  mülayim-isti  yarım-
səhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq ke-
çən mülayim-isti iqlim növləri hakimdir. Bu iqlim növləri çox 
az  və  zəif  nəmliyi,  qışının  mülayim,  yayının  isə  quru  və  isti 
keçməsi ilə səciyyələnir. Havanın orta illik temperaturu 14,4°-
dir, qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,2, ən 
isti ayın orta temperaturu isə 25,5° olur. 
Böyük  Qızılağac  körfəzi  Xəzər  dənizinin  cənub-şərq 
sahilində, Azərbaycanın cənub-şərq hissəsində yerləşir. 
Xəzər  dənizinin  suyunun  səviyyəsinin  aşağı  düşməsilə 
əlaqədar  olaraq  yarımadaya  çevrilən  Sara  adası  Böyük  Qızıl-
ağac körfəzinin bir hissəsi ondan ayrılıb xüsusi ekoloji şəraitli 
Kiçik  Qızılağac  körfəzini  əmələ  gətirmişdir.  Quşların  məs-
kunlaşması və balıq ehtiyatına görə bu körfəz Böyük Qızılağac 
körfəzindən geri qalmır. Onun üçdə bir hissəsi qoruq, üçdə iki 
hissəsi isə yasaqlıqdır. 
Qoruğun  ərazisində  su,  bataqlıq  və  quru  ərazlərin  ot  və 
kol bitkiləri vardır. Bunlar da quşlar üçün ən qiymətli yem ba-
zası, yuvalamaq və yaşamaq üçün əlverişli yerdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə