Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   71   72   73   74   75   76   77   78   ...   118

 
229 
Böyük  Qızılağac  körfəzinin  dərin  sulu  sahələrində  kiçik 
dənizotu  cəngəllikləri,  dayaz  yerlərində  isə  yaşıl,  diatom  və 
göy-yaşıl yosunlar geniş sahələri əhatə edir. 
Kiçik  Qızılağac  körfəzində  su  çiçəkləri,  buynuzyarpaq, 
sulələyi  və  s.  yayılmaqla  yanaşı  sualtı  bitki  örtüyü  əmələ 
gəlmişdir və qamış, dəniz lığvari, ciyən isə həmişə vardır. 
Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növ-
dən  artıq  balıq  qeydə  alınmışdır.  Siyənək,  kütüm,  çəki,  naxa, 
sıf, çapaq, kefal, xul və başqa balıqlar sənaye əhəmiyyətlidir. 
Ərazidə  məskunlaşmış  quş  növlərindən  20-yə  qədərinin 
adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cü-
rə,  dəniz  qartalı,  məzar  qartalı,  berkut,  turac,  dovdaq,  bəzgək, 
sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan 
qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl ha-
çaquyruq  cüllütü)  Azərbaycanın  "Qırmızı  Kitabı"na  daxil 
edilmişdir. 
Qızılağac  Dövlət  Təbiət  Qoruğunda  suda-quruda  yaşa-
yanlardan - müxtəlif növ qurbağalar üstünlük təşkil edirlər. Sü-
runənlərdən  isə  Xəzər  və  bataqlıq  tısbağaları,  zolaqlı  kər-
tənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. yaşayır. 
Qoruqda məməlilərin  də bir çox növləri  var. Burada ca-
navar,  tülkü,  çaqqal,  qamış  pişiyi,  porsuq,  Qafqaz  gəlinciyi, 
uzunquyruq  ağdiş,  Qafqaz  kirpisi,  Qafqaz  dovşanı  və  başqa 
növlər daha  çox  yayılmışdır. Böyük Qızılağac körfəzində Xə-
zər suitisinə də təsadüf edilir.  
Qaragöl  Dövlət  Təbiət  Qoruğu  İşıqlı  Qaragöl  Azər-
baycan Respublikasının Laçın bölgəsi ilə Ermənistan Respubli-
kasının  Gorus  bölgəsi  sərhəddində  yerləşir  və  sərhəd  gölü 
hesab  edilir.  Xüsusi  maraq  doğuran  yüksək  dağ  göllərindən 
biridir. Alp landşaft şəraitinə malikdir. Bu göl mühüm hidroloji 
və təsərrüfat əhəmiyyətlidir. Onun suyundan yerli əhali qoyun 
sürülərinin,  əkin  yerlərinin  suvarılması  və  balıqçılıq  üçün 
istifadə edirlər. 


 
230 
Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tari-
xində Moskvanın tapşırığı ilə Azərbaycan və Ermənistan Res-
publikalarının  qərarı  ilə  yaradılmış  və  Respublikalararası  döv-
lət qoruğu elan edilmişdir və ərazisi 240 hektardır. Qoruq Qa-
rabağ  vulkanik  yaylasının  cənub  hissəsində  böyük  İşıqlı  da-
ğının  (3552m)  yamacında  2650-2700  m  hündürlükdə  yerləşir. 
Burada  geoloji  cəhətdən  vulkanik  dağların  pliosen  lava  mas-
sivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyə-
vidir.  Gölün  şimal,  şimal-qərb  və  qərb  tərəflərində  quru  ərazi 
yarğanlı  və  qayalıdır,  şimal-qərb  tərəflərində  bir  neçə  gətirmə 
konusu var və digər hissələrində relyef düzənlikdir. 
Ərazi üçün qışı quraq keçən soyuq iqlim növü hakimdir. 
Bu iqlim növü üçün ən  soyuq ayın orta temperaturu  - 3 dərə-
cədən aşağı, ən isti ayın orta temperaturu isə 10-dan yuxarıdır. 
İllik yağıntının miqdarı 700 mm-dir. 
Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qur-
şağın  səciyyəvi  alp  çəmənliklərindən  ibarətdir.  Qoruğun  bitki 
örtüyü  zəngin  deyil.  Bitki  nümunələrinin  azlığı  qoruğun  quru 
sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun 
sərhədlərindən kənarda qalması ilə əlaqədardır. 
Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cə-
nub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük 
təşkil etdiyi çəmənliklər inkişaf edib. Gölün suyu ərazinin müt-
ləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Bu-
rada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə 
çimli  dağ-çəmən  torpaqları  yayılmışdır.  Bu  torpaqlar  humusla 
zəngindir.  Gölün  ekoloji  şəraiti  və  suyunun  müəyyən  xüsu-
siyyətləri  burada  canlı  aləmin  çox  azlığına  səbəb  olmuşdur. 
Bununla  bərabər  gölün  suyunda  zooplanktonlara,  dibində  isə 
yanüzənlərə (qammaruslar) rast gəlinir. 
İşıqlı  Qaragöl  və  onun  ətraf  ərazisi  Qərbi  Azərbaycanın 
bir  parçası  olmaqla  tarixən  Azərbaycan  torpağı  olmuşdur. 
Lakin,  hal-hazırda  Qaragöl  qoruğu  erməni  işğalı  altındadır  və 
Gorus qəsəbəsini su ilə təmin edir.  


 
231 
ġahbuz  Dövlət  Təbiət  Qoruğunun əsas torpaq sahələri 
2200-2400  metr  yüksəkliyə  malik  olan  dağlıq  sahələrdən,  ya-
ğıntının  qismən  çox  olduğu  Batabat  gölü  və  Biçənək  aşırımı 
ərazilərində yerləşir. 
Müxtəlif  torpaq  növlərinin  inkişaf  tapdığı  bu  ərazidə 
2899 bitki növü vardır. Qoruğun ərazisi geoloji cəhətdən Təba-
şir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və al-
lüvial  relyef  xüsusiyyətləri  ilə  xarakterizə  olunur.  Ərazidə  şa-
balıdı və torflu torpaq növlərinin inkişaf tapması landşaft-bitki 
örtüyünün yayılmasında böyük əhəmiyyət kəsb etmişdir. 
Şahbuz Dövlət Təbiət Qoruğunun su ehtiyatları əsasən at-
mosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaq-
larından ibarətdir. Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65 
km  məsafədə,  dəniz  səviyyəsindən  2445  m  yüksəklikdə  yer-
ləşirlər. Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-
1  (hövzəsinin  sahəsi  0,18  km
2
),  Batabat-2  (0,7  km
2
)  və 
Batabat-3  (0,18  km
2
).  Ümumi  su  tutumu  təqribən  3  mln.  kub 
metrdir.  Anbarın  suyu  əsasən  Zorbulaq  çayı  və  qismən  at-
mosfer çöküntüləri hesabına formalaşır. Zəif parçalanmış dağ-
lıq ərazilərdə inkişaf etmiş dağ-çəmən çimli torpaqlar üzərində 
çəmən və qismən bataqlıq  bitkiləri  yayılmışdır.  Biçənək  aşırı-
mından cənub-qərbə Batabat gölü ətrafında sürüşmələrin geniş 
yayıldığı ərazilərdir. 2100-2200 m mütləq yüksəkliyə malik bu 
sahələrdə  torf  və  torflu  torpaqlar  yayılmışdır.  İkinci  Batabat 
gölü  üzərində  əmələ  gəlmiş  torf  qatı  geniş  sahəni  əhatə 
etməklə, qalınlığı 2 m-ə çatır. "Üzən ada" adlandırılan bu kütlə 
küləyin təsiri ilə gölün üzərində hərəkət edir. 
Batabat  ərazisində  əsasən  dağ-çəmən  landşaftı  inkişaf 
etmişdir. Təbiətin gözəl guşələrindən biri olan Batabat, ərazisi 
gül-çiçəkli  çəmənlikləri,  süni  gölləri,  saf  və  təmiz  dağ 
havası,təbii meşələri, Zorbulaq, Südlübulaq kimi şirin və "Nar-
zan" tipli mineral suları ilə məşhurdur. Hər 3 təbii gölün özünə-
məxsus hidro-faunası vardır. Naxçıvan Muxtar Respublikasının 
çaylarında, göllərində, su anbarlarında 29 balıq növü müəyyən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə