Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   72   73   74   75   76   77   78   79   ...   118

 
232 
edilmişdir  ki,  onlar  da  4  dəstədə,  8  fəsilədə  və  24  cinsdə 
cəmləşmişlər. 
Ərazi  flora  cəhətdən  çox  zəngindir.  Naxçıvan  Muxtar 
Respublikasında bitən 2000-dən artıq ali bitki növlərinə burada 
rast gəlmək mümkündür. 
Şahbuz  Dövlət  Təbiət  Qoruğunun  ərazisində  relyefin, 
bitki  və  torpaq  örtüyünün  müxtəlifliyi  burada  bir  sıra  təbii 
landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i palıd, 
5%-i  ardıc,  ağır  iyli  ardıc,  Araz  palıdı,  7%-i  yemişan,  qalan 
3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və 
müxtəlif  kollar  təşkil  edir.  Qoruğun  ərazisində  çoxlu  bəzək 
bitkiləri  də  mövcuddur.  Bunlardan  aran  yerlərində  bitən 
qəşəng,  müxtəlif  rəngli  və  ətirli  endemik  süsən  növləri,  dağ-
larda yayılmış şərq laləsi, ətirli yabanı qərənfil növləri, dağ la-
lələri,  səhlab,  süsən  və  başqalarına  rast  gəlmək  mümkündür. 
Ərazi həm də dərman bitkiləri ilə zəngindir. 
Azərbaycan  Respublikasında  qeydə  alınmış  366  quş 
növünün  yarıdan  çoxu  -  217-si  Muxtar  Respublika  ərazisində 
məskunlaşmışdır. Bu quşlardan Şahbuz Dövlət Təbiət Qoruğu-
nun  ərazisində  Avropa  Tüvüyü,  kəklik,  oxuyan  silvi,  adi  kək-
lik,  sarıköynək,  bülbül,  enliquyruq  bülbül,  meşə  xoruzu,  hop-
hop və başqaları məskunlaşmışdır və burada məskunlaşmış quş 
növlərindən 15-i "Qırmızı Kitab"a daxil edilmişdir. 
Naxçıvan Muxtar Respublikasında 12 növ yırtıcı heyvan 
yayılmışdır.  Bu  heyvanlardan  Qafqaz  qonur  ayısı,  canavar, 
tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir 
çox  heyvanlara  qoruğun  ərazisində  təsadüf  edilir.  Ərazidə 
gəmirici məməlilərə də təsadüf olunur. Bunlardan meşə sülsə-
ni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə növünə 
rast  gəlinir.  Muxtar  Respublikada  yayılan  350  növ  onurğalı 
heyvanlardan  45  növü  Muxtar  Respublikanın  "Qırmızı  Ki-
tab"ına düşmüşdür. 
Landşaftı,  iqlim  və  relyef  xüsusiyyətlərinə  görə  Şahbuz 
Dövlət  Təbiət  Qoruğunun  ərazisində  xarakterik  suda-quruda 


 
233 
yaşayanlar  və  sürünənlər  mövcuddur.  Azərbaycanda  olan  50 
növ  sürünənlərin  hamısına  -  3  növ  tısbağaya,  22  növ  ilana  və 
25 növ kərtənkələyə qoruğun ərazisində rast gəlinir. 
Muxtar  Respublikanın  həm  düzən  həm  də  dağlıq  hissə-
sində,  kolluqlarda  koramal  geniş  yayılmışdır.  İlanlar  dəstə-
sindən Naxçıvan Muxtar Respublikasında, yarımsəhralar zona-
sında kor ilan, çöl əfisi, boz rəngli kərtənkələyə və 2000-2100 
m yüksəkliyə qədər dağlıq sahənin göllərində su ilanlarına təsa-
düf edilir. Ərazidə yayılan ilanlardan insan üçün ən qorxulusu 
gürzədir. Onların uzunluğu 1,5 m, bəzən 2 m-ə qədər çatır. 
Suda-quruda yaşayanların Naxçıvan Muxtar Respublikası 
ərazisində  6  növünə  rast  gəlinir.  Şahbuz  Dövlət  Təbiət  Qoru-
ğunda  Biçənək  meşəsindəki  bataqlıqlarda  və  s.  sahələrdə  Sel-
kovnikov ağac qurbağasına rast  gəlinir. Ərazidə Suriya sarım-
saqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, Cə-
nubi  Qafqaz  qurbağası  və  Kiçik  Asiya  qurbağası  qeydə  alın-
mışdır. 
Yaponiya  Hökuməti  və  Qlobal  Ekoloji  Fond  tərəfindən 
ayrılmış  vəsait  hesabına,  Azərbaycan  Respublikası  və  Dünya 
Bankı  ilə  birgə  "Kənd  yerlərində  ətraf  mühitin  qorunması" 
layihəsinə  hazırlıq  işlərini  həyata  keçirir.  Layihə  çərçivəsində 
Şahdağ Milli Parkından əlavə mövcud Ordubad Milli Parkının 
ərazisinin  genişləndirilməsi  nəzərdə  tutulur.  Ordubad  Milli 
Parkının ərazisinə Ordubad, Şahbuz, Culfa, Babək bölgələrinin 
yüksək  biomüxtəlifliyə  malik  və  qorunmağa  ehtiyacı  olan 
əraziləri daxil ediləcək. Layihənin əsas məqsədi Ordubad Milli 
Parkının  genişləndirilmiş  ərazisində  flora  və  faunanın  qorun-
ması, idarə olunması ilə bioloji müxtəlifliyin mühafizəsinin tə-
min edilməsidir. 
Korçay  Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  Prezidenti-
nin  2008-ci  il  01  aprel  tarixli  2745  saylı  Sərəncamı  ilə  Go-
ranboy  bölgəsinin  ərazinin  4833,6  hektar  sahəsində  Korçay 
Dövlət Təbiət Qoruğu  yaradılmışdır. Onun əsas məqsədi Boz-


 
234 
dağın  təbii  landşaftının,  nadir  və  nəsli  kəsilmək  təhlükəsi  qar-
şısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. 
Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qrup-
larından,  çay  yataqlarının  bitki  kompleksindən  ibarətdir.  Əra-
zidə  efemerlər  də  yaxşı  inkişaf  edir.  Torpaq  örtüyü  əsasən 
müxtəlif  dərəcədə  şorlaşmış  adi  və  açıq  şabalıdı,  qismən  də 
allüvial-çəmən torpaqlardan ibarətdir. 
Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş heyvanlar-
dan əsasən ceyranı və turacı qeyd etmək olar. 
Burada  məməlilərdən  ceyran,  dovşan,  tülkü,  çaqqal,  ca-
navar və quşlardan - kəklik, turac və s. vardır. 
Qoruğun  təbii  landşaft  sahələri  heyvan  və  quşlar  üçün 
mühüm əhəmiyyətə malikdir. 
Bakı  və  AbĢeron  yarımadasının  palçıq  vulkanları 
Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  Prezidentinin  15  avqust 
2007-ci il tarixli 2315 nömrəli Sərəncamı ilə yaradılmışdır. Qo-
ruğun  yaradılmasında  əsas  məqsəd  Bakı  və  Abşeron  yarım-
adasında  yerləşən  palçıq  vulkanlarının  mühafizəsinin  güclən-
dirilməsi,  onların  fəaliyyətinin  öyrənilməsi  və  təbii  sərvətlərin 
gələcək nəsillərə çatdırılmasıdır. 
Azərbaycan palçıq vulkanları ilə zəngindir. Burada aktiv 
fəaliyyətdə  olan,  sönmüş,  gömrülmüş,  neft  çıxaran,  ada  və 
sualtı vulkanlara təsadüf olunur. 
Palçıq vulkanları Bakı və Abşeron yarımadasında, Xəzər 
akvatoriyasında yerləşir. Ümumi ərazisi 20000 hektardır. 
 
 
12.7. Respublikamızda milli parklar 
 
Hirkan  Milli  Parkı. Azərbaycanda bioloji müxtəlifliyin 
qorunması və xüsusi mühafizəsi məqsədi ilə Hirkan Milli Parkı 
Respublika  Prezidentinin  9  fevral  2004-cü  il  tarixili  Sərəncamı 
ilə 21435  hektar ərazidə  yäradılmışdır. Sonradan  parkın ərazisi 
18923  ha  genişləndirilərək  40358  ha  çatdırılmışdır.  Milli  Park 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə