Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   66   67   68   69   70   71   72   73   ...   118

 
214 
ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 
sm, boniteti V, sıxlığı 0,32-dir. Onun adı Azərbaycan Respub-
likasının "Qırmızı kitab"ına daxil edilmişdir. 
Qoruğun ərazisinin əsas hissəsini meşə sahəsi, qalan his-
səsini  isə  yarğanlar  və  sıldırım  yamaclar  təşkil  edir.  Burada 
heyvanlar  aləmi  zəngin  deyil.  Üstünlük  təşkil  edən  hey-
vanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir. 
Meşələr üçün qeyri-adi hesab edilən şəraitdə bitib inkişaf 
edən Eldar şamı quraq və az münbit torpaqlı ərazilərin yaşıllaş-
dırılması  üçün  münasib  ağac  növüdür.  Quraq  ərazilərdə  meşə 
massivlərinin,  tarlaqoruyucu  meşə  zolaqlarının  salınması,  dərə 
və  yarğanların  eroziyasının  qarşısının  alınması,  qumluqların 
bərkidilməsi,  dekorativ  yaşıllaşdırma  tədbirləri  üçün  Eldar 
şamının çox geniş ərazilərdə əkilməsi daha məqsədyönlüdür. 
Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu 
yaradılmışdır. 
Ġsmayıllı  Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  Respubli-
kası Nazirlər Sovetinin 1 iyun 1981-ci il tarixli 256 saylı Qərarı 
ilə İsmayıllı bölgəsinin 5778 hektarlıq ərazisində yaradılmışdır. 
2003-cü ildə qoruğun ərazisi genişləndirilmiş və 16740 hektara 
çatdırılmışdır.  Respublika  Prezidentinin  08  dekabr  2006-cı  il 
tarixli 1844 saylı Sərəncamı ilə İsmayıllı Dövlət Təbiət Qoruğu 
Şah  dağ  Milli  Parkının  ərazisinə  daxil  edilmişdir.  Qoruğun 
nəzdində  İsmayıllı Dövlət  Yasaqlığı  fəaliyyət  göstərir. Yasaq-
lıq  İsmayıllı  bölgəsi  ərazisində  Böyük  Qafqazın  cənub  yama-
cında alçaq dağlıq ərazidən başlayıb dəniz səviyyəsindən 3629 
m hündürlüyə kimi olan sahələri əhatə edir. Yasaqlıq 1969-cu 
ildə yaradılmışdır. İsmayıllı Dövlət Təbiət Qoruğu Böyük Qaf-
qazın cənub yamacının şərq hissəsində yüksəklik istiqamətində 
meşə qurşağının təbii mühitini, xüsusilə meşə bitkilərinin qiy-
mətli nümunələrini, heyvanat aləmini, onların nadir və qiymətli 
növlərini, torpaq örtüyünü qorumaq, artırmaq və zənginləşdir-
mək, həmçinin, təbii kompleksin sabitliyini tənzimləmək məq-
sədi ilə yaradılmışdır. Qoruq dəniz səviyyəsindən 600-2500 m 


 
215 
hündürlüyündə yerləşir və iki hissədən ibarətdir. Qoruğun əsas 
hissəsi  dağlıq  (800-2250  m)  ərazidən  ibarət  olan  Topçu 
meşələrini əhatə edir. Ərazi şimaldan subalp çəmənliyi, şərq və 
cənub-şərqdən  Axoxçay  boyunca  Talıstan  meşələri,  cənubdan 
Topçu meşəsinin suayrıcı xətti və qərbdən isə Göyçay çayı ilə 
sərhədlənir.  Qoruğun  qalan  ərazisini  isə  Qalıncaq  meşəliyi 
əhatə edir (600 m). 
Qoruğun ərazisi Böyük Qafqazın cənub yamacının aşağı 
və orta dağ qurşağının tipik relyef formalarına malikdir. Ərazi 
şimaldan cənuba çay dərələri ilə kəskin parçalanmışdır. Bu sa-
hələr  üçün  müxtəlif  istiqamətli  və  meylli  yamaclar,  dağ  sil-
silələrinin suayrıcı, enli və dərin dərələr səciyyəvidir. Qoruğun 
ərazisində  geoloji  cəhətdən  Yura,  Təbaşir,  Üçüncü  və  Dör-
düncü dövrlərin əhəngdaşları, gil şistləri, qum daşları və tufo-
gen süxurları intişar tapmışdır. Onlar lantşaftın, torpaq və bitki 
örtüyünün  formalaşmasında  böyük  əhəmiyyət  kəsb  edir. 
Qoruğun  ərazisi  meşə  ilə  örtülü  olduğu  üçün  burada  yalnız 
dağ-meşə torpaqları, subalp çəmənlikləri ilə sərhəddə isə dağ-
meşə-çəmən  torpaqları  yayılmışdır.  İsmayıllı  Dövlət  Təbiət 
Qoruğunda  qışı  rütubətli  keçən  soyuq  və  yağıntısı  təxminən 
bərabər paylanan mülayim isti iqlim tipləri hakimdir. 
Qoruğun  su  şəbəkəsi  Göyçay,  Axoxçay  çaylarından, 
onların bir neçə qollarından və yüzlərlə bulaqlardan ibarətdir. 
Meşələrdə əsasən fısdıq, vələs, palıd (şabalıdyarpaq, ibe-
riya və şərq) qismən də göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və 
s. ağaclar  yayılmışdır. Bunlardan şabalıdyarpaq palıd və qara-
çöhrə  növləri  Azərbaycan  Respublikasının  "Qırmızı  Kitab"ına 
daxil edilmişdir. 
Qoruğun  bitki  örtüyü  dəniz  səviyyəsindən  yüksəkliyə 
doğru  dəyişir.  Aşağı  dağ  meşə  yarımqurşağında  (800-1000m) 
əsasən  İberiya  palıdı  və  Qafqaz  vələsindən  ibarət  palıd  və 
vələsli-palıd meşələri yayılmışdır. Qoruğun ərazisinin çox his-
səsini  təşkil  edən  orta  dağ-meşə  yarımqurşağı  (1000-1700m), 
əsasən  şərq  fıstığından  və  Qafqaz  vələsindən  ibarətdir.  Onlar 


 
216 
fısdıq və vələsli-fısdıq meşələrini təşkil edir. Yuxarı dağ-meşə 
yarımqurşağında (1700-2000m) əsasən fısdıq, qismən isə vələs 
və  palıd  meşələri  inkişaf  etmişdir.  Yüksəkliyə  doğru  (2000-
2250)  seyrək  subalp  kolluqları  ilə  əvəz  olunur.  Ümumiyyətlə, 
qoruq ərazisinin  meşə ilə örtülü sahəsində  fısdıq,  vələs, palıd, 
ağcaqayın meşələri çoxluq təşkil edir. 
İsmayıllı  Dövlət  Təbiət  Qoruğunda  heyvanat  aləmi  də 
çox  zəngindir.  Burada  cüyür,  çöl  donuzu,  təkə,  köpgər,  nəcib 
Qafqaz  maralı,  ayı,  canavar,  vaşaq,  meşə  pişiyi,  çaqqal,  tülkü, 
yenot,  dələ,  dovşan,  qırqovul,  qaratoyuq,  alabaxta,  bildirçin, 
sarıköynək,  ağacdələn,  çobanaldadan  və  s.  heyvan  və  quşlar 
vardır. Onlardan köpgər və vaşaq Azərbaycan Respublikasının 
"Qırmızı Kitab"ına daxil edilmişdir. 
Pirqulu  Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  hökumə-
tinin 25 dekabr 1968-ci il tarixli Qərarı ilə 1521 hektar sahədə 
Böyük  Qafqaz  sıra  dağlarının  şərq  qurtaracağında,  Şamaxı 
inzibati  bölgəsi  ərazisində  təşkil  edilmişdir.  2003-cü  ildə 
qoruğun sahəsi genişləndirilmiş və 4274 hektara çatdırılmışdır. 
Respublika Prezidentinin 08 dekabr 2006-cı il tarixli 1844 saylı 
Sərəncamı  ilə  Pirqulu  Dövlət  Təbiət  Qoruğu  Şah  dağ  Milli 
Parkının ərazisinə daxil edilmişdir. Qoruğun təşkil edilməsində 
əsas məqsəd eroziya proseslərinin və astrofizika rəsədxanasının 
fəaliyyətinə  mənfı  təsir  göstərən  atmosferanın  tozlanmasının 
qarşısını  almaq,  habelə  bura  üçün  xas  olan  tipik  dağ-meşə 
landşaftlarının,  xüsusilə  müxtəlif  bitki  örtüyünün,  torpağın 
münbit  qatının  qorunub  saxlanılması,  meşə  örtüyü  sahəsinin 
təbii  artımının  təmin  edilməsi,  eləcə  də  qiymətli,  nadir  və  sə-
naye  əhəmiyyətli  heyvan və quşların sayının artırılması, elmi-
tədqiqat  işlərinin  aparılması  üçün  daha  əlverişli  şəraitin  yara-
dılması olmuşdur. Buradakı meşələr zəngin, füsunkar və gözəl 
mənzərələr yaratmaqla məhşurlaşıb. Üstünlük təşkil edən cins-
lər - vələs, palıd, fısdıq ağaclarıdır. Pirqulu Qoruğunun ərazisi 
üç  ayrı-ayrı  hissədən  ibarətdir.  Araxçın  sahəsi  1600-2000  m 
hündürlükdə  yerləşir.  Burada  Avaxıl  kəndindən  şimal-qərbdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə