171
yatı çox azdır. Ən yaxşı və saf sularımız Kiçik Qafqazdadır ki,
o da erməni "əsirliyi"ndədir.
Bu yazıda əsas məqsədimiz söylənilənlər olmasa da, saf
su nəyə qadirdir, məsələsinin həm mütəxəssisləri və həm də
bütün oxucularımız üçün maraq doğuracağını nəzərə alaraq bu
sətirləri yazmaq qərarına gəldik.
Eramızdan əvvəl VI əsrdə yaşamış Fales söyləyirdi ki,
dünya "ilk başlanğıc olan sudan" yaranmışdır. Hippokrat isə
deyirdi: "su-bütün başlanğıcların başlanğıcıdır". Romalı alim
Pliniy yazırdı: "Su torpağı udur, odu söndürür, yüksəkliyə qal-
xır, göyü özünə mənzil edir, Göydə çovlan edən sudan qəribə
nə ola bilər".
Qədim xalqlar suyu bütün Allahların Gimkəsi (yığıncaq
yeri) hesab edir, ona sitayiş edirdilər. Suyun həyat və ölümün
anası hesab edirdilər.
Ağır sinir pozuntularında, ürəkgetmədə, mədə xəstəliklə-
rində və s. su ən yaxşı dərmandır. Bəlkə də ona görədir ki, qə-
dim xalqlar su haqqında bir sıra əfsanə və nağıllar -su pəriləri,
su adamı və s. yaratmışlar.
Qədim Asiya xalqlarında su müharibə və mübarizələrə
səbəb olurdu.
Əgər, 50 sm yüksəklikdən başa 60 damcı soyuq su düşsə
adamı öldürər. Bu səbəbdən də qədimdə "su damcıları ilə
ölüm" cəzası kəsirdilər.
Yer kürəsinin temperaturu 3000
0
C olan dövrdə su sərbəst
hidrogen və oksigen qazları şəklində olmuşdur. Alimlərin fık-
rincə, qədim geoloji dövrlərdə Yer kürəsində temperatur 100
0
C
olan vaxtlarda su buxar halında olmuşdur. Ona görə də o za-
man çay, göl, dəniz və okean olmamışdır.
Dənizin əmələ gəlməsi Yer kürəsinin tarixində ilk səhifə
və Yer qabığının fəaliyyətinin başlanğıcı hesab olunur.
Yerdə bir çox maddələr qum, gil, gips, qazıntıların yataq-
ları suyun fəaliyyəti nəticəsində əmələ gəlmişdir.
172
Bütün su bir damcı halına salınsa, o damcının diametri
1500 km olar. Dərələr, qobular, yarğanlar, dağlar, qumlu, səh-
ralar - suyun uzun müddətdə gördüyü işin nəticəsidir.
Bütün su Yer kürəsinə bərabər təbəqə şəklində yayılsa
dünya okeanının ümumi dərinliyi 4 km olar.
Bütövlükdə meteoroloji xidmət su ilə sıx əlaqədardır. Ya-
ğış, qar, dolu yağması, havanın aydın və ya buludlu isti və ya so-
yuq, sakit və ya küləkli olması təbiətdə olan sudan əmələ gəlir.
Az və çox temperatur anlayışı üçün suyun donma nöqtəsi
(0
0
C) əsas vasitədir. Su buxara çevriləndə onun həcmi 1700 də-
fə artır və buna görə də buxar qazanlarında onun gücündən isti-
fadə edilir.
Su bir atmosfer -760 mm civə sütunu təzyiq altında olan-
da 100
0
C-də, 10 mm təzyiq altında isə 11,2
0
C -də qaynayır.
Suyun qaynama temperaturu olan 100
0
C canlı orqanizmlə-
rin yaşaya bildiyi son həddir. Bu səbəbdən də suda olan xəstəlik
törədici bakteriyaların çoxunu qaynatmaqla məhv edirlər.
Susuz yaşıl yarpaqda şəkər, nişasta, yağ, turşu və başqa
maddələr əmələ gələ bilməz.
Yer üzərində 23 milyon kvadrat kilometr buz səhraları
vardır.
Təkcə çaylardakı və torpaqdakı su 250 min kub kilometr
həcmindədir.
Hər il atmosferə 380 min kub kilometr su buxarlanır.
Keçmiş SSRİ-də hesaba alınan suyun ümumi enerjisinin
gücü gündə 200 miliyon kilovatdan çox idi.
400
0
C-də hidrogenlə oksigen 80 gündən sonra, 500
0
-də isə
2 saatdan sonra birləşib su verir. Proses 600
0
C-də gedərsə böyük
partlayış olar. 3000
0
C-də su hidrogen və oksigenə parçalaşır.
4000
0
C-də isə bu proses böyük partlayışa gedir.
Dəniz suyunda 50-yə yaxın müxtəlif duz var, o cümlədən
qızıl, gümüş, radium, sezium kimi metalların duzları da çoxdur.
Təkcə Volqa çayı hər il Xəzər dənizinə təxminən 70 mil-
yon ton duz gətirir.
173
Adi suda hər 6500 molekula 1 molekul "ağır su" düşür.
Buna görə də böyük şəhərlərin əhalisi, özləridə bilmədən, on
tonlarla "ağır su" sərf edirlər.
"Ağır su" canlı orqanizimlər üçün çox zərərlidir.
Süni yağış yağdırmaq üçün havanın üst qatına təyyarə ilə
xırdalanmış "quru buz"- bərk halda karbon qazı səpilir və eyni
vaxtda havanı xırdalanmış gümüş 0-0 yodid dənəcikləri ilə
"güllələyirlər".
Kimyaçı alimlər suyu mürəkkəb maddələrin 4 sinifə aid
edirlər.
Yəni su oksiddir - hidrogenin oksigenin birləşməsidir, su
turşudur -hidrogen birinci yerdə durur və metalla əvəz edilir, su
əsasdır - hidrogen metal kimi hidroksil qrup ilə birləşmişdir, su
duzdur - hidrogenin bir atomu metal kimi 1-ci yerdə, 2-ci atom
isə qeyri-metal kimi 2-ci yerdə durur.
Bir sözlə "möcüzəli" maye olan su haqqında insanlar hələ
çox məsələləri öyrənməlidirlər.
11.3. Ġçdiyiniz suyu tanıyırsınızmı!
Hələ qədimdən insanlara su sirli bir aləm kimi görünmüş-
dür. Su insanlara çox yaxındır. Lakin, insanlar hələdə suyu ta-
mamı ilə öyrənib qurtarmamışlar. Suyun tərkibi, fıziki-kimyəvi
xüsusiyyətləri ilə bir çox alimlər məşğul olmuşlar. Məlum ol-
duğu kimi su istiliyi özündə saxlayan ən yaxşı mayedir. Elə
ona görədir ki, istilik tutumlu maddə kimi sudan texnikanın bü-
tün sahələrində çox geniş miqyasda istifadə edirlər. İnsanlar da
bədənlərində istiliyi əsasən suyun hesabına saxlayırlar. Məlum
olduğu kimi suyu qaynatdıqda qabın divarlarında ərp əmələ gə-
lir ki, texnikada bununla mübarizə aparmaq lazım gəlir. Digər
tərəfdən bunun üçün xeyli vəsait xərclənir. Son vaxtlar alimlər
müəyyən etmişlər ki, suya maqnitlə təsir etdikdə qabda ərp
əmələ gəlmir.
Dostları ilə paylaş: |