Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   54   55   56   57   58   59   60   61   ...   118

 
177 
tədqiqat kurortologiya institutunda və s. aidiyyatı yerlərdə diq-
qətlə yoxlanılmış və nöqsanlarımız üçün çox yararlı olması də-
fələrlə təsdiq edilmişdir. 
Arzu edilərdi ki, əhalisinin təxminən yarısı onun paytaxtı 
olan  Bakıda  yaşayanlar  üçün  istənilən  suyun  çatışmamazlığı 
şəratində çox da uzağa  getmədən Abşeronun bütün  yeraltı su-
larından səmərəli istifadə olunaydı. Çünki, bu gün Bakıda tex-
niki  su  ilə  yanaşı  saf-şirin  suya,  müalicəvi  əhəmiyyəti  olan 
Narzan  və  süfrə  sularına,  vanna  şəklində  qəbul  edilə  biləcək 
müalicəvi sulara çox böyük ehtiyac var və iqtisadi nöqteyi nə-
zərdən daha səmərəlidir. 
 
 
11.5. Ġçməli su niyə çatıĢmır? 
 
"Bullanıq  suda  balıq  tutan"  nazirliklər,  idarə  və  təşkilat-
lar, yerli hakimiyyət orqanları hökumət qərarlarını düzgün icra 
etmirlər 
Abşeronda suyun qıt və çirkli olması yayda adamlara da-
ha  çox  əziyyət  verir.  Əsrin  birinci  yarısından  əhaliyə  duru  su 
verən qapalı və II Şollar kəmərləri sistemi də öz şöhrətini itirir. 
Kəmərlərdən  içməli  suyun  sızması  azmış  kimi,  Sumqayıt  mü-
əssisələri ondan texniki məqsədlə də faydalanırlar. 
60-cı illərin əvvəllərində yaranmış Ceyranbatan su dərya-
çası da indi qibtəediləcək durumda deyil. Onun tam tutumu la-
yihə  üzrə  186  milyon  kubmetr,  1977-ci  ilin  əlavələrinə  görə, 
172,5 milyon kubmetr olub. Üç il bundan qabaq aparılan araş-
dırmalar  isə  həmin  rəqəmin  139,6  milyon  kubmetrə  endiyini 
göstərib.  Deməli,  dəryaçanın  su  tutumu  sürətlə  azalır.  O,  Sa-
mur, Qudyal və Vəlvələ çaylarından qidalanır. Samur-Abşeron 
kanalı  (SAK)  ilə  tənzimlənir,  SAK-ın  sanitar-mühafizə  zo-
nasında olan qanun pozuntularının çoxu Dəvəçi və Abşeron ra-
yonlarında baş verir. 


 
178 
Dəryaçada  suyun  sabit  qalması  onun  lillənmədən  qorun-
ması ilə sıx bağlıdır. Samur təbiətən çox lilli çaydır. Bu, SAK-
ın baş durulducularını sıradan çıxarır, kanal müntəzəm lillənir. 
Onun su buraxma qabiliyyəti azalır. 
Ceyranbatan  dəryaçasında  daim  sızan  suların  qəsəbədə 
və  onun  ətrafındakı  torpaq  sahələrində  yaratdığı  bataqlıqlarda 
bu su mənbəyinə xidmət etməli olan rəhbər şəxslərin özləri çir-
kaba bulaşır. Gölün  şimal  və cənub bəndlərində  sızmanın qar-
şısını  almaq  üçün  Nazirlər  Kabinetinin  22  may  1992-ci  ildə 
verdiyi  279  saylı  qərarda  nəzərdə  tutulurdu  ki,  bəndin  içində 
gil-sement  məhlulundan  "Azərdövlətsutəslayihə"  İnstitutunun 
layihəsi  əsasında  divar  hörülüb,  1994-cü  ildə  istifadəyə  veril-
sin. Ancaq "Aztunelmetrotikinti" İstehsal Birliyi bu divarı əsrin 
tikintisinə çevirib, Meliorasiya və Su Təsərrüfatı Dövlət Komi-
təsi həmin divarı xeyli sonra istifadəyə verdi. Və ya başqa mi-
sal:  dəryaçanın  sanitar-mühafizə  zonasının  qorunması  üçün 
1993-cü  ildən  "Samur-Abşeronsutikinti"  tresti  gölün  ətrafında 
22 km-lik çəpər çəkməyi xeyli yubatdı. Halbuki Nazirlər Kabi-
netinin yuxarıda xatırladığımız qərarında həmin tikintini 1993-
cü  ildə  başa  çatdırmaq  nəzərdə  tutulurdu.  Beləliklə,  hökumət 
qərarlarının icrasına biganəlik göstərildi. 
Ceyranbatan kəmərinin təmizləyici qurğuları da yaxşı iş-
ləmir. Bunu qismən ört-basdır edən suyun göldə təbii durulma-
sıdır. Orda su təmizləyici qurğulara tökülür və bir az çirklənmiş 
halda çıxır. Reagent verildikdən sonra bərbad halda süzgəclərə 
ötürülən su yaxşı təmizlənmir və bulanıq halda süzgəclərə ötü-
rülən su yaxşı təmizlənmir və bulanıq halda təlabatçılara gön-
dərilir.  Nəzərə  almaq  lazımdır  ki,  suya  olan  tələbatı  ödəmək 
üçün  təmizləyici  qurğuları  hətta  çaylara  da  qoyurlar.  Çaydakı 
lilli  təmizləməyə  gücü  çatmayan  qurğular  yararsız  hala  düşür. 
Sumqayıt və Bakı şəhərlərinin, Abşeron yarımadasındakı yaşa-
yış  məntəqələrin  içməli  su  ilə  təmin  edən  Ceyranbatanın  və 
SAK-ın  sanitar-mühafizə  zonasının  yox dərəcəsində  olmasının 
bir səbəbi də var; Qusar, Quba, Xaçmaz, Dəvəçi və Siyəzən ra-


 
179 
yonlarındakı fərdi təsərrüfatlar, ictimai müəssisələr çirkab sula-
rının bura keçən II Bakı su kəmərinin üstünə axıdırlar. Xaçmaz 
şəhərində  kanalizasiya  sistemi  olmadığından  yağıntı,  çirkab  I 
Bakı kəmərinin ətrafında toplanır. SMZ-dakı istixanalar, tikin-
tilər  də  bir  tərəfdən  çirkləndirirlər.  Bütün  bu  qanunsuzluqlar 
adları  çəkilən  yaşayış  məntəqələrinin  hakimiyyət  orqanlarının 
və  Daxili  İşlər  Nazirliyi  Mühafizə  İdarəsinin  su  kəmərlərinin 
mühafizəsi üzrə polis alayının biganəliyi üzündən baş verir. 
İndiki  durumu  nəzərə almaqla  yeni  qərar qəbul edilərsə, 
orada bu tədbirlər nəzərə alınmalıdır: 
-SAK-ı  qidalandıran  Samur,  Qudyal  və  Vəlvələ  çayları-
nın məhdudlaşdırıcı zonasının sərhədləri müəyyənləşdirilsin
-Xudat şəhərində I su kəmərinin 10-12 metrliyindəki ev-
lər,  Xaçmaz  şəhərilə,  Müzəffəroba  kəndində  su  kəmərinin  10-
15 metrliyində tikilən fərdi evlər, Dəvəçi şəhərinin Qaqarin qə-
səbəsindəki 2 saylı məktəb, 2721 saylı avtobaza, kafe və b. ob-
yektlər ləğv edilsin
-Quba  şəhəri  və  Krasnı  Slobada  qəsəbəsində  SAK  boyu 
yağıntı sularını SAK-dan su götürən yerdən aşağı olmaq şərtilə 
çaya buraxmaq üçün betonlaşdırılmış kanal tikilsin
-Dəvəçi  və  Siyəzən  şəhərlərində  SAK-a  çirkab  sularının 
axıdılmasının qarşısı alınsın; 
-Siyəzən qaz-benzin zavodu yaxınlığında SAK-ın keçdiyi 
ərazidə sənaye və çirkab suları bataqlığı qurudulsun; 
-Ceyranbatan su anbarının SMZ-da yerləşən Bakı quşçu-
luq  fabrikinini  və  onun  yanındakı  cənub  bəndinin  ətrafına  çir-
kab suları axıtmasına son qoyulsun. 
Bundan başqa, borularının 800 km-lik hissəsi 30 ildən artıq 
işləyən Bakı şəhər supaylayıcı sisteminin də əsaslı təmirə ehtiyacı 
var.  Bu  yöndə  tezliklə  səmərəli  iş  görülməsə,  Bakıda  su  çatış-
mazlığı indikindən də qat-qat ciddi sosial problemə çevriləcək. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə