Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   45   46   47   48   49   50   51   52   ...   118

 
150 
ölkələrdən  keçdiyindən,  yaz,  yayın  əvvəli  və  payızın  oktyabr-
noyabr  aylarında  düşən  yağmurların  miqdarı  daha  çox  oldu-
ğundan  deyilən  vaxtlarda  sellər  həmişə  güclüdür.  Əvvəlcədən 
deyək  ki,  Azərbaycan  bu  gün  sellərin  qarşısının  almasında 
acizdir. 
Ən böyük selli ərazilər və fövqəladə hallar yaranan böl-
gələr əsasən Böyük Qafqazın cənub və cənub-şərq, Kiçik Qaf-
qazın  cənub-qərb  yamaclarında  və  cənub  (talış)  dağlarındadır. 
Bu  sellər  həm  də  Kürün  Xəzərə  tökülən  hissələrində,  xüsusən 
Səlyan və Neftçala bölgələri kəndlərinin, qəsəbələrinin su altın-
da  qalmasına  səbəb  olmaqla,  həm  dövlətə  və  həm  də  əhaliyə 
böyük ziyanlar vurur. Azərbaycanda əsasən 43 selli hövzə var 
və bu sahə 3282 kv.km. olmaqla 170 çaydan "bəhrələnir". Res-
publikamızda digər təbii fövqəladə hal mənbələri ilə müqayisə-
də  sellər  Azərbaycan  iqtisadiyyatına,  onun  əhalisinin  təsərrü-
fatlarına ən böyük zərər vuran mənbədir. Stastistik və elmi mə-
lumatlara  görə  respublika  əhalisinin  70  min  nəfəri  mütəmadi 
sellərin  yaratdığı  föqəladə  hallarla  daim  üzbəüzdür  (Səlyan  və 
Neftçala  bölgələri  buraya  daxil  edilməyib).  İnzibati  ərazi  böl-
gələrimizin  18-i  ərazisindəki  1000-dən  çox  yaşayış  məskəni, 
daimi sellərə  məruz qalır. Şəki,  Balakən,  Zəqatala, Göycay və 
Ordubad  bölgə  mərkəzləri  də  ilin  yağışlı  fəsillərində  sellərin 
yaratdığı  fəlakətlərlə  çarpışmalı  olurlar.  Hər  il  Azərbaycanın 
dəmir yollarının 1000 km-dən çoxu, irili-xırdalı yüzlərlə körpü 
sellərin törətdiyi fövqəladə hallara məruz qalır. 
Böyük  sürətlə  axan  sellərin  baş  verməsi  və  davamiyyəti 
əsasən leysan yağışlarının müddətindən, onun intensivliyindən, 
qar örtüyündən, çay  yatağının relyefindən, onun təbii şəraitin-
dən,  çayın  uzunluğundan  və  s.  amillərdən  asılıdır.  Leysan  ya-
ğışlardan sonra yüksək sürətlə (saniyədə 3 m-dən çox) hərəkət 
edən  sel  bəzən  ağırlığı  100-200  ton  olan  daşları  belə  hərəkətə 
gətirə bilir, özü ilə axıtdığı materialların həcmi isə bir neçə mil-
yon kübmetrə çatır. Belə vəziyyətlərdə sel sularının hündürlüyü 
3-5  metrə,  bəzi  hallarda  isə  10  metrə  qədər  yüksələ  bilir.  Bu 


 
151 
cür  sellər  çox  faciələr  yaradır,  qabağına  çıxan  hər  şeyi  yuyub 
aparma gücünə malik olur. Akademik Budaq Budaqovun tədqi-
qatlarına  görə  son  100  ildə  Azərbaycanda  belə  200  fövqəladə 
hal yaradan dağıdıcı sel hadisəsi qeydə alınıb, onların vurduğu 
zərər isə bir milyard ABŞ dollarından çox olub. Təkcə 1998-ci 
ildəki qeydə alınmış sel ölkəmizə 150 mln. manat zərər vurub. 
Onun  yazdığına görə  20-ci  əsrin 1-ci  yarısından Azərbaycanın 
alim və mütəxəssisləri bu problemin elmi araşdırmalarına daha 
diqqətli olsalar da, sel problemi ilə məşğul olan layihə institut-
ları,  ixtisaslaşdırılmış  tikinti  təşkilatları  yaradılsa  da,  sellərin 
nəinki  sahələri  genişlənib,  sellərin  vurduğu  zərərlər  isə  ilbəil 
artıb.  Qeyd  edək  ki,  sellərlə  mübarizədə  onları  ram  etmiş  Av-
striya, İtaliya, Fransa və s. kimi ölkələr də mövcuddur və onla-
rın təcrübələrindən bəhrələnmək də heç də pis olmaz. 
Professor  N.Babaxanovun  qeyd  etdiyi  kimi  Azərbaycan-
da fövqəladə hallar yaradan Sellərə qarşı 80 ildə dövlət səviy-
yəsində  qoruyucu  bir  milyard  ABŞ  dolları  qədər  vəsait  sərf 
olunsa  da,  bunların  heç  bir  səmərəsi  olmayıb.  Səbəb  isə  ilk 
növbədə görülən işlərin pərakəndliyi, seli hövzələrdə ancaq sel-
lər  keçəndən  sonra  ayrı-ayrı  kiçik  sahələrin  müdafiəsi,  ayrılan 
vəsaitlərin görülən işlərin təmin etməməsi, mühəndis qoruyucu 
işlərin  müxtəlif  təşkilatlar  tərəfindən  və  müxtəlif  ərazilərdə 
aparılması,  meşə  və  kolluqların  qəddarcasına  məhv  edilməsi, 
bu ərazilərdə həddindən artıq davar və mal-qaranın saxlanılma-
sı,  selli  hövzələrin  gətirmə  konuslarının  təmizlənməsi  və  s. 
olub.  Söylənilən  səbəblər  və  gözlənilən  səmərəni  verməsi  bu 
işlərin  vahid-sərbəst  bir  təşkilat  tərəfındən,  yaxud  Fövqəladə 
Hallar Nazirliyi nəzdində bir idarənin  tərəfindən kompleks şə-
kildə aparılmasını diqtə edir. Hesablamalardan bu qənaətə gəl-
mək olur ki, Azərbaycanda sellərin vurduğu zərər xərcinin on-
da bir hissəsini seldən mühafızəyə planlı, tədbirli, vicdanlı, el-
mə əsaslanan tərzdə cavabdeh bir təşkilat mütəmadi yerinə ye-
tirərsə,  müəyyən  müddətdən  sonra  problem  öz  həllini  tapmış 
olar. Bununla əlaqədar selli ərazilərdə yerləşən və daimi sellərə 


 
152 
məruz  qalan  yaşayış  məskənləri  ətraflı  tədqiq  edilməlidir.  Bu 
məskənlərin  sellərdən  qorunma  imkanları  müəyyənləşdiril-
məlidir. Əgər qorunma çox çətindirsə, yaxud çox baha başa gə-
ləndirsə burada istənilən tikintiyə qadağa qoyulmalıdr. Amma, 
bununla yanaşı yaddan çıxartmamalıyıq ki, sellərin vurduğu ən 
başlıca zərərlərindən biri də torpaq tikintisidir. Torpaq isə heç 
nədən əmələ gələn deyil. Odur ki, sellərin ən başlanğıcdan qar-
şısını almaq üçün meşə sahələri salmaq, su götürücü torpaqlar 
sahələrini bu ərazilərdə çoxaltmaq olduqca vacib və gərəklidir. 
Bununla  paralel  belə  yaşayış  məntəqələrini  yerli  əhalinin  razı-
lığı ilə daha təhlükəsiz ərazilərə köçürmə məsələsi həll edilmə-
lidir. Selli ərazilərdə meşələrin, kolluqların qırılması qəti qada-
ğan olunmalı, münasib hesab edilərsə bu ərazilər qoruq ərazilə-
ri kimi elan olunmalıdır. Selli ərazilərdə, xüsusən selli çayların 
gətirmə  konuslarında  istənilən  tikinti-quraşdırma,  mənimsəmə 
işlərinə çox ciddi məhdudiyyətlər, qadağalar qoyulmalıdır. 
Azərbaycandakı  170  selli  çayın  hamısında  bu  işləri  gör-
məyə  ehtiyac  olmasa  da,  əksəriyyətində  mütləqdir,  vacibdir. 
Amma, ölkəmizdəki 43 selli hövzə mütləq birinci növbədə gö-
rüləcək  işlər  sırasında  olmalıdır.  Vacib  məsələlərdən  biri  də 
selli ərazilərdəki hər cür tikililər, qurğular, mənimsənilməsi iş-
ləri fərdi, yaxud dövləti aidiyyatından asılı olmayaraq məcburi 
də  olsa  sığortaya  cəlb  olunmalıdır.  Dövlət  səviyyəsində,  onun 
sifarişi ilə ölkənin selli əraziləri, seli hövzələri xəritələşdirilmə-
lidir. Bu xəritədə hər bir sahə və ərazilərin seldən təhlükə dərə-
cəsi müəyyənləşdirilməlidir. Bu xəritədə subasarlar da, xüsusi-
lə Kür boyu ərazilər, onun Xəzərə tökülən yerin ətrafları da öz 
əksini tapmalıdır ki, dövlətin və əhalinin böyük zəhmət bahas-
ına başa gəlmiş təsərrüfatları, ev-eşikləri, həmin ərazinin sakin-
ləri sel nəticəsində yarana biləcək fövqəladə haldan əvvəlcədən 
mühafızə oluna bilsinlər. Bu işlərə söylənilən istiqamətdə yana-
şılarsa, 43 selli hövzə, onların 3282 km-ə bərabər sahəsi Azər-
baycan  əhalisinin  rifahına  xidmət  edər,  selli  sahələrin  ekoloji 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə