Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə56/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   52   53   54   55   56   57   58   59   60

 
115
“Bu alaylar haqqında mühakimə yurütmək üçün onları döyüşdə görmək lazımdır: bunlar 
şimşəyi xatırladır, bunlar qəzəblənmiş allahın birdən-birə düşmənlər içərisinə düşərək ölüm və 
dəhşət saçan oduna bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik 
xariqələrini hələ  də heyrətlə yad edirəm... Onlar silahdan çox böyük bir məharətlə istifadə 
edərək, qorxmaz və cəsur süvari kimi döyüşürdülər”. 
Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, ya da Trofim Borisovun “Port-
arturçular” romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on altısında komandan 
Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə polkovnik S.Mehmandarov və onun 
zabit heyəti qəti etiraz edərək necə  əsəbiləşmişdilər. Onlar inad edirdilər ki, qalanı son nəfəsə 
qədər mudafiə etmək lazımdır. Heç kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi.  
- Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz, - Mehmandarov onun 
üstünə   qışqırdı. - Siz bizim adımızı korlayırsınız, - deyib yumruğunu havada oynatdı. 
  
-  Əlahəzrət, xahiş      edirəm,   məni      təhqirlərdən   qoruyasınız, - kapitan Vamenzon 
hirsindən pörtmüş   halda Stesselə müraciət etdi. 
- Hər şeydən qabaq sakit olmaq   lazımdır,   cənablar!   Polkovnik Mehmandarov, sizi 
qayda qanuna riayət etməyə dəvət   edirəm. 
Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi kapitan 
Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər (A.Stepanov. “Port-
Artur”. səh. 777-778). 
Aleksandr Stepanovun “Port-Artur” və Trofim Borisovun “Port-arturçular” romanlarında 
bir azərbaycanlı familiyasına da rast gəldik - poruçik Sadıqov. Hər iki əsərdə poruçik Sadıqovun 
döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Bütün döyüşlərdə mətanətlə vuruşan Sadıqov 
odlu döyüşlərdə qəhrəmanlıqla həlak olur. Poruçik Sadıqov kimdir? 
Bu barədə “Kommunist” qəzetinin doqquz sentyabr 1984-cü il tarixli nömrəsində  dərc 
edilən yazıdan sonra respublikamızın ayrı-ayrı guşələrindən xeyli məktub aldıq. Hamı Sadıqov 
familiyalı poruçikin onun qohumu olduğunu yazırdı. Lakin Böyükağa Sadıqovun gətirdiyi 
faktlar, sənədlər və fotoşəkillər sübut elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun 
əmisidir. Poruçik Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində anadan olub. 
1903-cü ildə Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində 
poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız alınıb. 
Port-Artur döyüşləri haqqında onlarca əsərlər yazılıb, kabardin və çeçen igidlərinin Port-
Arturdakı  fəaliyyətləri haqqında  Əhmədxan Naloyevin “Dan üzunün atlıları” tarixi romanı, 
Vikenti Veresayevin “Yapon müharibəsi haqqında hekayələr” silsiləsi, yazıçının irihəcmli 
gündəlik və yol qeydləri, Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illərdə 
rus-yapon müharibəsi” maraqla oxunan əsərlərdəndir. 
“Niva” jurnalının 1905-ci il iyirmi beşinci nömrəsinin 496-cı  səhifəsində bir 
həmyerlimizin də adına və şəklinə rast gəldik. Onun haqqında ancaq bu sözlər yazılmışdı: “Otuz 
üçüncü  Şərqi Sibir atıcı polkunun poruçiki Zülfüqar Mirzə  Ələkbər oğlu Bağırbəyov fevral 
döyüşlərində igidliklə vuruşub kontuziya oldu”. 
Adından, atasının adından və familiyasından poruçik Zülfüqar Bağırbəyovun 
azərbaycanlı olması  şübhəsizdir. Görəsən, Vətənimizin Uzaq Şərq sərhədləri uğrunda igidliklə 
vuruşan poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaşlarından qalan varmı? Səksən ildən çoxdu 
bu tərlan baxışlı igid həmyerlimizin şəkli “Niva” jurnalının səhifələrində saralıb solur. 
Bəs bizim igidlərin qəhrəmanlığını kim qələmə alacaq, nə vaxt alacaq? Təəssüf ki, 
eloğlularımızın Port-Artur döyüşlərində göstərdikləri qeyri-adi qəhrəmanlıqları indiyədək öz 
yazıçısını, öz tədqiqatçısını gözləyir. 
Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə görə rus artilleriyasının “allahı” 
sayılan general-leytenant Əliağa  Şıxlinski fəxrlə yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı 
olduğumu həmişə iftixarla yad edirəm
19
.   
                                                 
19 Bu məqalə “Bakı” qəzetinin yeddi aprel 1987-ci il nömrəsində dərc olunandan sonra redaksiyadan mənə zəng 
elədilər ki, səni bir ağsaqqal axtarır. Məmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” jurnalından şəklini götürüb 
dərc etdirdiyiniz poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma əmimdir. Əmim Zülfüqar 1874-cü 


 
116
İLK SƏMA ŞAHİNİMİZ 
 
Qazaxdakı  məşhur və qocaman qovaq ağacından yüz-yüz əlli metr aralıda bir təyyarə 
heykəli var. Bu dəmir qartalın şahin qanadları ucsuz-bucaqsız səmaya açılıb. 
Heykəlin yanından dəfələrlə ötüb keçmişəm. Ötən yaz maraq məni postament üzərindəki 
yazını oxumağa məcbur etdi: “Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə”. Düzü nə 
qədər fikirləşdimsə bu rayondan Böyük Vətən müharibəsi illərində elə bir qeyri-adi şücaət 
göstərib həlak olan təyyarəçi adını xatırlaya bilmədim. 
Rayon partiya komitəsində heykəlin niyə  məhz təyyarəçilərin xatirəsinə ucaldıldığını 
soruşduqda dedilər: 
- Düzdür, 1941- 45-ci illərdə igidliklə vuruşan Sovet İttifaqı  Qəhrəmanı Müseyib 
Allahverdiyev, topçu Əmrah Əhmədov, Şöhrət ordenli Şəmsi Hacıyev, Həsən Həsənov, Müseyib 
Dilbazi başqalarının qəhrəmanlığı elimizə-obamıza  şan-şöhrət gətirib. Lakin onların heç biri 
təyyarəçi olmayıb. Bu təyyarə abidəsi Birinci dünya müharibəsinin iştirakçısı, ilk azərbaycanlı 
təyyarəçi, həmyerlimiz Fərrux Qayıbovun xatirəsinə ucaldılıb. Hətta Bakıdan heykəl-təyyarə ilə 
birgə Fərrux Qayıbovun adına olan lövhə də gətirilmişdi. 
Dünyaya gələn hər körpə bir nəslin artımı, davamıdı. Həm də ata-ananın sonsuz sevinci 
və fərəhidir. 
Fərrux da Məmmədkərim kişinin ailəsinə ilk oğul sevinci gətirdi. Bu şad xəbəri eşidən 
Qayıbovlar nəslinin ağsaqqalı Mirzə Hüseyn uşağa böyük bir arzuyla Fərrux (ərəbcə mübarək, 
uğurlu deməkdir) adı qoydu. Uzaqgörənliklə verilən bu ad sahibi təkcə bir ailə üçün yox, bütün 
Azərbaycan xalqı üçün uğurlu oldu. 
Mənə, Azərbaycan Dövlət Tarixi Muzeyində yeni tarix dövrünün şöbə müdiri, tarix 
elmləri namizədi Nərmin xanım Tahirzadəyə müraciət etməyi məsləhət gördülər. 
Nərmin xanım məni “İnqilab zalı”ndakı bir guşə ilə tanış etdi. Guşədə Birinci dünya 
müharibəsində  iştirak etmiş  cəsur oğullarımızdan rus artilleriyasının “allahı”, general-leytenant 
Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, XX əsrin əvvəllərində rus ordusunda xidmət 
edən, topoqraf general İbrahim ağa Paşa ağa oğlu Vəkilovun və ilk təyyarəçi Fərrux Qayıbovun 
fotoşəkilləri, şəxsi əşyaları saxlanılır. 
General Vəkilovun portretinə diqqətlə baxdığımı görən Nərmin xanım dedi:  
  
- Xalq şairi Səməd Vurğuna oxşadırsınızmı, qohumudur, atasının əmisi oğludur. 
Əsrin  əvvəllərində Peterburq hərbi topoqrafiya məktəbində  İbrahim ağa Vəkilov bir 
topoqraf kimi çox məşhur olub. O, Qafqazın, Krımın topoqrafik coğrafi xəritəsini tərtib edib. 
1885-ci ildə rus-İran ölkələrinin Xəzər dənizindən  Əfqanıstana qədər olan sərhədini 
dəqiqləşdirən komissiyadakı  fəaliyyətinə görə general-mayor Vəkilov  İran hökumətinin  ən 
yüksək mükafatlarından birilə - “Şire-Xorşid” ordenilə təltif olunub. 
1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya 
məktəbinin yaradıcısı da general-mayor İbrahim ağa Vəkilov olmuşdur. 
- İndi gəlin yenidən üçüncü mərtəbəyə qayıdaq. Fərruxun elmi arxivdə saxlanılan şəxsi işi 
ilə sizi tanış edim. 
Biz yenidən Nərmin xanımla üçüncü mərtəbəyə qayıdırıq. 
Ömrünün iyirmi ildən çoxunu doğma xalqının tarixini öyrənməklə məşğul olan bu ağsaçlı 
qadın saysız-hesabsız qovluqların arasından 31 nömrəli işi asanlıqla tapıb mənə verir. 
Mavi cildli qovluğu açıram. Burda illərin saralıb-soldurduğu on bir ədəd  şəklə  və 
təyyarəçinin qəhrəmanlığından bəhs olunan bir vərəq kağıza rast gəlirəm. 
                                                                                                                                                             
ildə Şuşada anadan olub. Port-Artur döyüşlərindən sağ-salamat qayıdan əmim 1908-ci ildən 1914-cü ilə qədər Bakı 
şəhərinda hərbi komendant işləyib, rütbəsi mayor idi. Birinci dünya müharibəsi illərində Avstriya və Rumıniya 
cəbhələrində iştirak edib, 1916-cı ildə isə Qərb cəbhəsində vuruşan Zülfüqar əmim qəfil top partlayışından həlak 
olub. 
 
  
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə