Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə52/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

 
106
ediblər. Vətən Sovet Ordusu sıralarında yerimi müəyyənləşdirib. Hərbin öz sirləri var, bir hərbçi 
kimi mən də onu qorumalıyam. 
- Hazırda respublikamızda milli ordu yaratmaq   haqqında söhbət və müzakirələr gedir. 
Əgər milli Azərbaycan ordusu  yaradılsa və sizi də ona komandirlik etməyə  dəvət etsələr 
gələrsinizmi? 
- Mən Vətənin əsgəriyəm. O hara əmr   etsə, ora da məmnuniyyətlə getməyə hazıram. Bu 
vəzifəni, yüksək rütbəni nə özüm, nə  də ailəm üçün qazanmamışam. Məhz doğma 
Azərbaycanımın xatirinə, onun adının ucalığı naminə  hərbin sərt və dönməz qanunlarına 
dözmüşəm. O elm, o bacarıq ki, Vətən yolunda sərf olunmur, zənnimcə, o şəxs özündə ağır və 
havayı yük gəzdirir. 
  
- Həyatda ən çox nəyi sevirsiniz? 
  
- Sərt və doğruçu olmağı. Amma bu sərtlikdə ədalət də olmaq şərtilə. 
- Yoldaş general, unutmuşam, bilmirəm fransız hərbçilərindədir, yoxsa ruslarda belə bir 
zərb-məsəl var: “hər bir əsgər yürüş çantasında marşal poqonları  gəzdirir”. Bu məsələyə necə 
baxırsınız? 
  
-  İcazə verin, mən də sizə böyük sərkərdə Suvorovun sözlərilə cavab verim: “General 
olmaq arzusunda olmayan əsgər,  əsgər deyil”. Lap elə elm, istehsalat sahəsini götürək. Hansı 
elmi işçi professor, ya da akademik olmaq arzusuyla yaşamır? Hansı    mühəndis rəis olmaq 
arzusunda deyil? Mənə görə, nə olursan ol, yaxşısından ol. Xalqın, elin-oban səninlə fəxr etsin. 
Yaxşı mütəxəssis olmaq çox çətindir. Özünü əsl vətəndaş sayan hərbi mütəxəssis buna səy 
göstərməlidir. Onda generallığa   yox, marşallığa da nail ola bilər. Əgər istəyi ilə bərabər zəhmət 
də çəksə. 
  
- Ailə tərkibiniz? 
 Bircə  oğlum var. Elmar Məmmədov, səkkizinci sinfi əla qiymətlərlə qurtardıqdan   sonra 
Moskvadakı Suvorov adına hərbi məktəbə qəbul olundu. 
1982-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib, RSFSR adına Ali hərbi məktəbə daxil 
oldu. 1986-cı ildə leytenant rütbəsində  ən uzaq N. qarnizonuna xidmətə göndərildi. Hazırda 
kapitandır, ümumqoşun hissəsində xidmət edir. Həyat yoldaşım isə Petrozavodsk Dövlət 
Universitetinin beşinci kursunda, iqtisadiyyat fakultəsində oxuyur. 
  
- Ən çox sevindiyiniz və xatırladığınız gün? 
  
- Noyabrın iyirmi dördü. Bu gündə oğlum Elmar, dostum Tahir Məmmədov anadan olub. 
Təsadüfə bax ki, böyük sərkərdə Suvorov da həmin tarixdə anadan olub. Və biz də sizinlə 1989-
cu il,  noyabrın iyirmi dördündə ilk dəfə görüşüb tanış oluruq. 
- İyirmi altı illik hərb yolunda xidmətləriniz hansı təltifatlara layiq görülüb? 
- Üçüncü dərəcəli “SSRİ-də Vətənə xidmətə görə” kavaler, Əfqanıstanda “İgidliyə görə" 
ordenləri və on üç medalla təltif olunmuşam. 
İllərlə araşdırdığım tarixi sənədlər təsdiq edir ki, inqilabdan əvvəl və sonra səksən beş 
azərbaycanlı general olmuşdur. Kamil Məmmədovun general-mayor rütbəsi ilə təltif olunması bu 
rəqəmi səksən altı elədi. Əlbəttə, sülh və əmin-amanlıq dövründə qırx yeddi yaşında belə bir ali 
rütbəyə layiq görülmək böyük hadisədir.  İnanırıq ki, Sovet Ordusunda nümunəvi xidmət edən 
eloğlumuz Kamil Məmmədov özünün hərbi fitri istedadı ilə daha ali rütbəyə layiq görüləcək, 
daha yüksək zirvələr fəth edəcək. 
  
 
 


 
107
DÜŞDÜ QILINC KİMİ ORTADAN  ARAZ 
 
 
 
 
Bizim ki, atamız, anamız birdir,  
Qəlbimiz, eşqimiz ayrı deyildir.  
Düşdü qılınc kimi ortadan Araz... 
Fəqət yaman günün ömrü çox olmaz 
 
Səməd Vurğun 
  
 
 
GENERAL   CƏFƏR   MƏMMƏDZADƏ 
 
İllərlə azadlığa çıxmaq üçün dönmədən mübarizə  
aparan o taylı qardaşlarımız 1945-ci il dekabrın 
 on ikisində Azərbaycan Milli hökuməti yaratdılar.  
Xalqı, ölkəni müdafiə edən zabitlər məktəbi açıldı.  
Fədai dəstələri yenicə yaradılan Xalq Qoşunları  
ilə birləşdi. Azərbaycan Milli Hökumətinin Xalq  
Qoşunları nazirliyi yarandı. Xalq Qoşunlarına  
böyük fədakarlıq və bacarıqla başçılıq edən igid  
zabitlərin bir neçəsi - Əbülqasım Əzimi, Möhsün  
Milani, Azər Əbdülrza, Nəvai Abdini, Mahmud Pənahi,  
Qulam Yəhya, Mirzə Rəbi Kəbiri və Cəfər Məmmədzadə  
general kimi yüksək rütbəyə layiq görüldülər. 
Bu yazımızda hələlik onlardan yalnız biri - 
general Cəfər Kavian haqqında danışacağıq. 
  
Ata qulluqdan çox gec qayıtdı. Çaydan bir-iki qurtum alıb yorğun halda yerinə girdi. Son 
vaxtlar ingilis və Amerika casusları ilə aparılan mübarizə gücləndirilsə  də ayrı-ayrı  fədailərə 
edilən sui-qəsdlər yenə  də azalmırdı. Ona görə  də  nə geçəsi vardı, nə  də gündüzü. Azadlığa 
çıxmış  Cənubi Azərbaycan xalqını Amerikanın muzdlu nökərləri yenidən  şah üsuli-idarəsinə 
qaytarmaq, qanı bahasına qazanılan azadlığı boğmaq iddiasında idilər. Qapının sağ yanındakı 
taxt cırıldadı. Generalın böyük oğlu Gavə də yata bilmirdi. Son günlər milli hökumətin üstünü 
alan təhlükə onun rahatlığını pozub, yuxusunu ərşə  çəkmişdi. Oğul da azadlıq ordusunun 
fədailərindən idi. 
Ata qayğı ilə soruşdu: 
  
- Hələ yatmamısan? 
- Yuxum gəlmir, ata, elə bil ərşə çəkilib. 
- Niyə, sənə nə olub? İdarənizdə vəziyyət necədir? 
- Necə olacaq, ata, bütün şəhəri ağzına alan şayiələr bizdə də danışılır. Deyirlər, tiryəki 
acanlar Sultan   Əli  Şəqaqi, Seyfulla Bağmeşəli, Mirşərif baqqal Hacıələkbər “şah azadlığı” 
sevdasına düşüblər. Bizim   Demokrat partiyamızı devirməyə hazırlaşırlar. Xaricdən silah, əsgər 
alıblar ki, fədailəri qılıncdan keçirsinlər.  
Ata yorğun səslə, bikef halda: 
- Eşit, - dedi, - inanma, belə  xəbərləri bizə  də çatdırıblar. suyu bulandıran Amerikadır. 
Onların arxası Amerikadırsa, bizim də dostumuz sovetlərdir. 
- Azadlıq pərisi iki dəfə xalqımızın   başına qonub,   ata. Onu əyiblər, amma sındıra 
bilməyiblər. Mütləqiyyətin   zülmü, zorakalığı azadlığımızı boğub. Deyəsən bu dəfə də... 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə