Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə50/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

 
102
Atamın özünəməxsus qəribə taleyi vardı. O, 1901-ci il fevralın 22-də Göyçayda kasıb 
kəndli ailəsində anadan olmuşdu. Çox erkən yaşlarında atasını itirmişdi. Acından ölməmək üçün 
rus keşişinin evində qulluqçuluq edir, samovar qaynadır, ev yığışdırır və başqa xırda-para işlərlə 
məşğul olur. Atam keşiş evində rus dilini öyrənərək ibtidai təhsil alır. Anasının vəfatından bir 
qədər sonra o, Bakıya gedir, işə düzəlir və gənclərin inqilabi hərəkatında fəal iştirak edir. 
1919-cu ilin payızında o bir qrup qabaqcıl gənclə oxumaq üçün Moskvaya - Leninin 
yanına göndərilir. Onlar Moskvaya vətəndaş müharibəsi cəbhələrindən keçərək sınıq-salxaq 
vaqonlarda, uzun müddət yollarda ləngiyə-ləngiyə birtəhər gəlib çıxırlar. Yolda hər  şeyi, o 
cümlədən Leninə  hədiyyə apardıqları alma, üzüm və başqa meyvələri oğurlamışdılar. Onlar 
Moskvaya qışın lap sərt vaxtı cırıq-cındır paltarda, papaqsız, nazik geyimdə gəlib çatırlar. Güc-
bəla ilə Kremli tapıb M.İ.Kalininin yanında olurlar. Kalinin onları  əsgər kazarmalarında 
yerləşdirir və paltarla, yeməklə təmin etdirərək “Şərq zəhmətkeşləri universitetinə” qəbul etdirir. 
1920-ci ildə atam təhsilini davam etdirərək Qızıl Ordunun Şərq və Qafqaz xalqlarının 
nümayəndələrindən təşkil olunmuş polkunda qulluq edir. 1921-ci ildə o, Fəhlə-Kəndli bolşevik 
partiyasının üzvlüyünə qəbul olunur. 
Moskvada xidmət edən atam dəfələrlə Lenini görmüş  və onun çıxışlarını dinləmişdir. 
1924-cü ilin kədər dolu yanvar günlərində atam V.İ.Leninin tabutu önündə  fəxri qarovulda 
dayanmışdı.   
Ağır uşaqlıq və gənclik illəri, məsul vəzifələr atamın xasiyyətində öz əksini tapmışdı: o, 
sərt, amma olduqca ədalətli və azdanışan adam idi. Atam öz işi və  həyatı barədə çox nadir 
hallarda söhbət salardı. Məsələn, bilirəm ki, o, iyirminci illərdə Moskva, Daşkənd və Buxarada 
bir sıra mühüm partiya tapşırıqlarını yerinə yetirmişdi. Amma həmin tapşırıqların məğzinin və 
atamın yerinə yetirdiyi vəzifənin nədən ibarət olduğu haqqında dəqiq heç bir şey deyə bilmərəm. 
Atam 1924-cü ildə Ukrayna hərbi dairəsindən Perekop atıcı diviziyasının altıncı 
korpusuna hərbi tribunalın üzvü kimi işə göndərilmişdir. 1926-cı ildə isə SSRİ Ali 
Məhkəməsinin hərbi heyətinin sərəncamı ilə üçüncü Türkustan atıcı diviziyasının hərbi 
tribunalının heyət üzvlüyünə  dəyişdirilmişdir. Atamın bir neçə  Şərq dillərini bilməsi, vicdanla 
işləməsi, yüksək siyasi hazırlığı, prinsipiallığı, dəfələrlə dairə komandanlığı, SSRİ Ali 
Məhkəməsi və Özbəkistan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən yüksək 
qiymətləndirilmişdir. Otuzuncu illərin  əvvəllərində atam Orta Asiya hərbi Dairəsi üzrə  hərbi 
Tribunalın sədri təyin edilmiş və o, ilk ədliyyə general-mayoru rütbəsi alanlardan biri olmuşdur. 
Atam hər vaxt öyrənər, özünün ümumi və hüquqi bilik səviyyəsini artırmağa çalışardı. O, 
xüsusi Ali Hüquq İnstitutunu bitirmişdi. Orta Asiyada vəziyyət mürəkkəb olduğundan onun, işi 
həmişə çox olardı. Atam həyatın bütün ağır sınaqlarını - aclığı, soyuğu, ağır xəstəlikləri, vaxtsız 
ölən oğul itkisini görmüşdü. Türküstan atıcı diviziyasında o, basmaçılara qarşı vuruşmuş, Sovet 
döyüşçülərinin tərkibində  İranda olmuş, Böyük Vətən müharibəsi illərində  cəbhələrdə 
vuruşmuşdu. 
Dövlət sərhədlərinin qorunmasında və Sovet İttifaqının müdafiə qüdrətinin 
güclənməsindəki xidmətlərinə görə atam dəfələrlə Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin 
fəxri fərmanları ilə  təltif olunmuşdu. O, həm də Lenin ordeninə, iki Qırmızı Bayraq ordeninə, 
Böyük Vətən müharibəsi ordeninə, bir sıra medallara və Sovet İttifaqı Kommunist Partiyasının 
təsis etdiyi veteranlara məxsus qızıl döş nişanına layiq görülmüşdür. 
İyirminci illərdə Moskvada oxuyanda, Ukrayna və Orta Asiyada hərbi xidmətdə olanda 
atam bir sıra görkəmli inqilab xadimlərini,  İttifaq fövqəladə komitəsinin və  hərbi tribunalların 
təşkilatçılarını yaxından tanımışdı. Biz uşaqlar və sonralar isə nəvələri üçün onun Q.İ.Kotovski, 
A.V.Lunaçarski, M.İ.Kalinin,  İ.Y.Petrov haqqında söhbətlərinə qulaq asmaq çox maraqlı idi. 
Vladimir İliç Lenin haqqında xatirələri isə onun üçün hər şeydən əziz və maraqlı idi. Atam çox 
sadə geyinər, ancaq ən vacib əşyaları saxlar, bərbəzəkli əşyaları isə meşşanlıq sayardı. Uşaqların 
tərbiyəsində ciddi və  tələbkar idi. Körpələri də öz həyat tərzinə uyğun  - özünün uşaqlığında 
olduğu kimi tərbiyə edirdi. 


 
103
1919-cu ildən sonra atam bir dəfə də olsun öz Vətəni Azərbaycanda olmamışdı. 1956-cı 
ildə o, hərbi xidmətdən istefaya çıxdı. Daşkənddən Moskvaya köçdü və burada hərbi 
vətənpərvərlik işində fəal çalışdı. 
Ömrünün son illərində tez-tez Vətəni Azərbaycanı xatırlar, ata-anasından, ağır uşaqlıq 
illərindən qəmli əhvalatlar söylərdi. Durub-oturub xəstəlikdən şikayət edərdi. Azərbaycana gedə 
bilməməyinin səbəbi də xəstəliyi idi. Vaxtilə keçdiyi nəmli səngərlər, yuxusuz narahat gecələr 
atamın sağlamlığını əlindən almışdı. 
Ağır xəstəlikdən sonra atam Əjdər Xaspoladov 1986-cı ildə  vəfat etdi və Kuntsevo 
qəbiristanlığında dəfn edildi. 
Atamla işləyən hər bir şəxs onu həddən ziyadə  təmiz, düzgün və  sərt, amma ədalətli 
xasiyyətə malik bir adam kimi xatırlayır. İndi onun işi bir sıra hərbi hüquqşünaslara nümunədir. 
Özünün səksən beş illik ömründə atam iki dəfə evlənmişdi.  İkinci dəfə o, həyat yoldaşının 
vəfatından sonra 1956-cı ildə evlənmişdi. Onun üç övladı - bir oğlu, iki qızı olmuşdur. Oğlu 
1941-ci ildə ağır xəstəlikdən vəfat etmişdir. 
Qızı və qadını Moskvada yaşayır. Üç nəvəsi var. Onların ikisi oğlan, biri isə qızdır. 
İndiyədək demək olar ki, adı heç kəsə  bəlli olmayan, haqqında tədqiqat aparılmayan 
xalqımızın bir general oğlu da sərkərdələrimizin sırasına qayıtdı. Onun haqqında qısa da olsa 
oxuculara məlumat verdik. Əlbəttə, bununla da ilk ədliyyə generalımız Əjdər Xaspoladov barədə 
tədqiqatı dayandırmayacağıq. Moskvaya və Orta Asiya respublikalarına yolumuz düşəndə onun 
ailəsi ilə yaxından görüşəcəyik. Vaxtilə Böyük Vətən müharibəsi illərində birgə vuruşduğu, 
işlədiyi dostlarını axtarıb tapacağıq, oxuculara daha ətraflı məlumat verəcəyik. 
İnanırıq ki, bundan sonra Azərbaycan tarixində və Azərbaycan Sovet Ensiklopediyasının 
sonrakı nəşrində general-mayor Əjdər Xaspoladovun həyat və fəaliyyəti işıqlandırılacaq. 
  
 
GENERAL KAMİL MƏMMƏDOV 
 
  
Mart ayında çəkiliş qrupumuz Qubaya getmişdi. On iki yaşlı müharibə veteranı Maqsud 
Musabəyov haqqında televiziya oçerki hazırlayırdıq. Söhbət azərbaycanlı generallardan düşdü. 
Praporşik Firidun Cəfərov dedi ki, mənim orta məktəb yoldaşım Kamil iyirmi ildən çoxdur ki, 
orduda xidmət edir. Hazırda Moskvada Baş  Qərargah Akademiyasında işləyir, deyirlər artıq 
general rütbəsi alıb. Praporşikdən Kamilin ünvanını, telefonunu aldım. Bakıya qayıdanda 
Moskvaya zəng elədim. Həyat yoldaşı dedi ki, hazırda general vəzifəsindədir. Rütbə isə bu 
yaxınlarda verilməlidir. Təltif olunan kimi sizə telefonla xəbər verəcəyik. 
Şad xəbər gətirəcək telefon zəngini çox gözlədim. Hər dəfə  xəttin o başından 
“Darıxmayın, şad xəbər olan kimi özümüz bildirəcəyik” - deyirdilər. Nigarançılıq yaman şeydi. 
Adam min cür fikrə düşür. Mərkəzin bizə münasibəti məlum olduğundan inamımı itirmişdim. 
Tez-tez öz-özümə düşünürdüm təki bu xəbər düz olaydı. Ancaq doğrusunu deyim ki, ürəyimin 
dərinliklərində bir şübhə vardı və bu şübhə mənə rahatlıq vermirdi. Nədənsə eloğlumuza general 
rütbəsinin veriləcəyinə tam əmin ola bilmirdim. 
Nəhayət, səkkiz aydan sonra bu şad xəbər mənə Moskvadan yox, Qubadan çatdı. Rayon 
qəzetinin  əməkdaşı Nazim Əhmədov zəng elədi ki, həmyerlimiz Kamil Məmmədov general-
mayor rütbəsi ilə təltif olunub. İkicə günlüyə anası Hökumə xanımı görməyə gəlib. Ehtiyat yaxşı 
şeydi. Ehtiyatlı oğulun anası ağlamaz, deyiblər. Fikirləşdim ki, Nazim jurnalistdir, birdən hərbi 
rütbələri səhv sala bilər. Ona görə  də bir daha dəqiqləşdirmək üçün Quba rayon hərbi 
komissarlığı ilə - praporşik Firidun Cəfərovla  əlaqə saxladım. Firidundan soruşanda ki, öz 
gözlərinlə Kamilin poqonunda general ulduzunu görmüsənmi? O, uşaq sadəlövhlüyü ilə, - bəli, - 
dedi, elə indi təbrik edib gəlmişəm, hərbçi sözünə  şəkk-şübhə etmədən təcili Qubaya yola 
düşdüm. 
Generalı evdə tapmadım. Anası Hökumə xanıma gözaydınlığa gələnlərə qoşulub mən də 
təbrik etdim. “Bəs generalın özü hanı” sualıma ana şad bir təbəssümlə: - ay oğul, Tahir 
gözümdən oğurlayıb apardı, - dedi, - uşaqlıq dostu, qonşumuz Mövsüm kişinin oğlu Tahiri 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə