Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə48/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   44   45   46   47   48   49   50   51   ...   60

 
98
Diviziyanın min otuz doqquzuncu atıcı polkunun mərmi bölməsinin komandiri, istefada olan 
mayor  Əbdüləli Mürsəlov da bizimlə birgə keçmiş döyüş yerlərinə  səfərə  çıxmışdı. O vaxtdan 
qırx ildən çox keçsə  də  uğrunda vuruşduğu Ust-Labinskin, Nekrasovskayanın, 
Stebilyevskayanın, Krasnoarmeyskin, Temirqoyevskin və Kurqansk yaşayış məntəqələrinin hər 
cığır və yolunu yaxşı xatırlayırdı. Diviziya Kuban torpağı  uğrunda döyüşərək bu yerləri 
düşməndən azad etmişdi. 
Hara gedirdiksə igid eloğlularımızın  əsgəri rəşadətindən, döyüş  məharətindən 
minnətdarlıqla söhbət açırdılar. Bir azərbaycanlı kimi iftixar hissi keçirirdik ki, qəhrəman 
həmyerlilərimizin igidliyi kubanlıların xatirəsindən silinməyib. 
Əbdüləli müəllim bizi Krasnodar Diyar Veteranlar Şurasının sədri, general-mayor 
Aleksey İvanoviç Kabanovun da görüşünə apardı. Bizi səmimiyyətlə qarşılayan general sevinclə: 
- Sizə general dostum Heybətovun igidlərindən danışa bilərəm, - dedi. General 
Heybətovun özünü mən daha yaxşı tanıyırdım. Biz tez-tez beşinci zərbə ordusunun hərbi 
şurasında görüşərdik. İki yüz iyirmi üçüncü diviziyanın igid döyüşçülərini, onun mərd komandiri 
general Heybət Heybətovu biz kubanlıların unutmağa haqqı yoxdur. Azərbaycanlılar bizim 
torpağımızın azadlığı uğrunda yüzlərlə oğlunu qurban verib, misilsiz igidliklər göstəriblər. 
... 1943-cü il martın doqquzunda general Heybətovun diviziyası partizan dəstəsi ilə 
birləşərək Krasnoarmeyski azad etdi. İlk dəfə diviziyanın min qırx birinci polku bizim torpaqda
Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə  təltif olundu. Bayrağı  məşhur  şair 
Səməd Vurğun general Heybət Heybətova təqdim etdi. Bu bayraq Vyanaya qədər döyüş 
yollarında azərbaycanlı igidləri yeni qələbələrə ruhlandırdı. Üzərində Suvorov və Kutuzov 
ordenləri olan həmin bayraq indi Moskvada  - Sovet Ordusunun Mərkəzi Muzeyində saxlanılır. 
Kuban torpağının iki guşəsində iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının  əsgər və 
zabitlərinin döyüş yolunu əks etdirən muzey təşkil etmişik. Kuban torpağının azadlığı uğrunda 
canından keçən hər bir azərbaycanlı əsgərin xatirəsi bizim üçün əzizdir. 
... “Attestasiya” sənədi hər bir zabitin keçdiyi həyat yolunun, döyüş  və  hərb yolunun 
güzgüsüdür. Hərbçinin fəaliyyətini öyrənmək üçün hər bir tədqiqatçı-yurnalist onu mütləq 
diqqətlə oxuyub öyrənməlidir. Xatirələrdə, yazılan hər hansı publisist və bədii əsərlərdə müəllif 
istədiyi kimi artıq-əskik yaza bilər. Amma “attestasiya” kimi rəsmi sənəddə bu qeyri-
mümkündür. Ona görə  də general-mayor Heybət Heybətova verilən “attestasiya”nın mətnini 
burada tam verməyə ehtiyac duyuruq. 
“İşində Lenin-Stalin partiyasına və sosialist vətəninə sədaqətlidir. Yoldaş general-mayor 
Heybətov 1943-cü ilin noyabrından (416-cı diviziyadakı xidməti nəzərdə tutulur. -  Ş.N.) 
indiyədək böyük döyüş yolu keçmiş və Dnestr, Külstrin, Oder, Berlin ətrafında faşist işğalçıları 
ilə döyüşlərdə, düşmənin Visladan Berlinə kimi təqib edilməsində, hərbi hissələrə  rəhbərlik 
işində fəal iştirak etmişdir. Özünü mahir sərkərdə, bacarıqlı döyüşçü kimi göstərmişdir. Taktiki 
şəraitdən tez baş aça bilir, xüsusi əməliyyatları ümumi əməliyyatlara görə uyğunlaşdırmağı yaxşı 
bacarır. Həm də qoşun növlərinin qarşılıqlı  hərəkətini təşkil etmək vərdişinə malikdir. Təlim 
şəraitində hissələrin öyrədilməsinin zəruri vaxtını bilir. Qoşunların öyrədilməsində  təşkilati 
vərdişlərə malikdir. 
Döyüş və təlimlərdə qoşunların idarəsinin təşkili məsəlsini düzgün qiymətləndirir, idarə 
işini təşkil etməyi bacarır. Arxa cəbhə xidmətini və döyüşdə arxa cəbhənin rolunu bilir. 
Yurüşlərdə dözümlüdür, ancaq son vaxtlar tez-tez sağlamlığından  şikayət edir. Xaraktercə 
möhkəmdir, general kimi mədənidir, icraçıdır, mərd və qorxmazdır, cəsarətli və  qətiyyətlidir. 
Mənəvi cəhətcə yenilmzədir, unsiyyətlidir, xüsusi heyətin arasında nüfuzludur, söhbətlrində 
sadədir. Siyasi cəhətcə savadlıdır. İdeoloji cəhətcə təmkinlidir. Yaralı olsa da heç vaxt döyüşdən 
yarımçıq çıxmayıb, axıra kimi əməliyyatlarda fəal iştirak edib. 
 
Ç I X A R I Ş: -  Nizami hissə komandirinin müavini vəzifəsinə layiqdir. 
- Hərbi təlim məktəblərinin istifadə etmək olar.  
 


 
99
Otuz ikinci Suvorov ordenli atıcı korpusun komandiri, Sovet İttifaqı Qəhrəmanı, qvardiya 
general-leytenantı Jerebin. Beşinci zərbə ordusunun komandanı, general-polkovnik. Berzarin.  
 
Hərbi Şuranın üzvü, general-leytenant Bokov. 
12 uyun 1945-ci il. 
  
General Heybətov haqqında çox düşünmüşəm. Bəzən bu kəşməkəşli həyat yolu keçmiş 
generalın taleyinə   acımışam.   Elə olub ki, onun haqqında yazdığım bu qeydlər günlərlə yazı 
stolumun üstündə qalıb. Bundan sonra nə yazım,    oxucuya   nə deyim? - sualı mənə əzab verib. 
Dişünmüşəm ki, yəqin ad-famili  dəyişmək sonralar - ahıl yaşına çatanda generalın özünə  də  
mənəvi  əzab verib, el-oba arasında sıxıntı keçirib. Əgər elə olmasaydı öz azərbaycanlıları 
arasında dostu-tanışı   azlıq təşkil   etməzdi. Belə anlarda Baxış Mehdiyevin danışdığı bir epizod: 
mənim fikirlərimi alt-üst edib, generalı Azərbaycan  xalqına doğmalaşdırıb. 
1944-cü ildə Dnestr çayı uğrunda döyüşlər gedirdi. Dörd yüz on altıncı diviziya da bizim 
iki yüz iyirmi üçüncü diviziya ilə yanaşı, çiyin-çiyinə vuruşurdu. Platsdarmda növbəti döyüş 
fasiləsi idi. Xəbər gəldi ki, general Heybətov bir qrup döyüşçü ilə mühasirəyə düşüb, vəziyyəti 
çox ağırdır, bəlkə də düşmən onları məhv edib. 
Mən cəsur döyüşçülərdən götürüb köməyə getdim. Dörd saata qədər vuruşub onları 
mühasirədən azad etdik. General Heybətov yaralanmışdı. Özümü yetirib onu bərk-bərk 
qucaqladım. O, boynuma sarıldı. Kövrəldi: - yenə öz millətim köməyimə gəldi, yenə öz eloğlum 
məni ölümdən, dardan qurtardı... 
Onda mənə kortikini
18
 bağışladı. Sonralar üstündə belə yazdırdı: 
“İgid kəşfiyyatçı Baxış Mehdiyevə! 
Düşmən arxasına keçərək, alman ober-leytenantını  əlbəyaxa döyüşdə  tərk-silah edərkən 
göstərdiyi igidliyə görə xüsusi silahla mükafatlandırılır. 
 
General-mayor Heybətov. 5 yanvar 1944-cü il”. 
 
... O kortiki Baxış Mehdiyev indi də saxlayır. 
Görəsən, bu dar macalda onu ölümdən xilas edən eloğlusunu qucaqlayıb öpərək, - yenə öz 
millətim məni xilas elədi, - deyək Heybətov həmin anlarda nə fikirləşirmiş? 
Həmin ilin həmin ayında cəbhəçi-yazıçı Məmməd Aranlı gündəliyində yazmışdır: 
“İyirmi bir may 1944-cü il, Bu gün axşam son dərəcə  kədərləndirici bir xəbər eşitdim. 
Mayor Məmmədov xəbər gətirdi ki, general-mayor Heybət Heybətov 223-cü diviziyaya gedən 
günün səhərisi həlak olub. Bəzi xəbərlərə görə meyidi tapılmayıb”. 
...Yazıçı İbrahim Novruzov isə generalın insani keyfiyyətləri və general rəşadəti haqqında 
yazan ən yaxşı müəllifdir desək, mübaliğə olmazdı. 
“Mən general Heybətovu otuzuncu illərin ortalarından tanıyırdım. Yanında  əsgər 
olmuşdum. O vaxt mayor rütbəsində olan Heybətov yetmiş yeddinci diviziyanın qərargahının 
operativ  şöbəsinin rəisi idi. Bir ilin içərisində o, əvvəlcə  qərargah rəisi, sonra da diviziya 
komandiri oldu. O vaxtdan keçən müddət ərzində demək olar ki, zahirən onda heç bir dəyişiklik 
əmələ  gəlməmişdi.  Əvvəlki kimi o, yenə  də  qıvraq, geyimində  səliqəli, yerişində  cəld, 
baxışlarında iti idi. Danışığında da maştağalılara məxsus şivəni saxlamışdı... Ruslar onu “Batya” 
çağırardılar, azərbaycanlılar ona “ata” deyərdilər. 
O, həqiqətən diviziyadakılara ata idi. Onlara yoldaş, silahdaş və sirdaş idi. 
Onun müsahiblərinə axır öyüdü bu olurdu: - Əsgər gərək rəşadət göstərə! General 
Heybətov özü çox rəşid adam idi. 
... Düşmən yuvası Berlinə də general Heybətov diviziyanın önündə girdi. 
Mizrab sarı simləri titrədəndə, generalın pərdə-pərdə muğamat dediyini eşidən  əsgər 
dostları bu dəfə  də onun Almaniyanın paytaxtında, Unter-den Linden ştrassedə, Brandenburq 
                                                 
18 Komandirlərə verilən gödək qılınc.  
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə